|
Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğluBIOKIMYA MUHAZIRELERİnozitfosfatidlər.
İonozitfosfatidlərə həm bitki, həm də heyvan orqanizmində
rast gəlmək olar. İnozitfosfatidlərin (və ya fosfatidilinozitlər) tərkibində bir
molekul qliserinin, iki molekul yağ turşusunun, bir molekul fosfat turşusunun və
bir molekul da altıatomlu siklik spirt olan inozitin qalığı vardır.
Təbiətdə tərkibində azotlu maddələr və karbohidratlar daxil olan
inozitfosfatidlərə də təsadüf edilmişdir. Beyin maddəsində aşkar edilmiş lipozitol
adlanan inozitfosfatidin tərkibinə inozit, kolamin, fosfat turşusu, yağ turşuları,
qalaktoza və tartron turşuları daxildir. Bundan başqa tərkibində qliserin qalığı
olmayan inozitfosfatidlərə də təsadüf edilmişdir.
Dostları ilə paylaş: |
|
|