Biologiya aze metodik



Yüklə 16,56 Mb.
Pdf görüntüsü
səhifə57/161
tarix11.04.2022
ölçüsü16,56 Mb.
#85312
növüDərslik
1   ...   53   54   55   56   57   58   59   60   ...   161
bio-8-ci-sinif-ucun-metodik-vasait

BİOLOGİYA 
8
Motivasiya  mərhələsində  şagirdlərin  əvvəlki  biliklərinin  yada  salınması  faydalı 
olardı.  Bu  zaman  A  blokunda  verilmiş  suallardan  istifadə  edə  bilərsiniz.  Şa­
girdlərə 6­cı sinif Biologiya kursundan məlumdur ki, insan həm bioloji, həm də 
sosial  varlıqdır.  Onun  sosial  varlıq  kimi  formalaşmasında  əmək,  ictimai  həyat 
tərzi, nitq və təfəkkürün böyük rolu var. Ona görə də verilmiş suallar cavabsız 
qalmayacaqdır. 
Verilən cavabların lövhədə və ya flipçartda yazılması məsləhətdir.
Siz motivasiyanı BİBÖ üsulundan istifadə etməklə də yarada bilərsiniz.
Tədqiqat B blokunda verilmiş “İnsanın digər canlılardan fərqli xüsusiy yətl ə ri nin 
yaranmasında əməyin nə kimi rolu olmuşdur?” sualı ətrafında aparıla bilər.
Tədqiqatın  aparılması  zamanı  B  blokunda  verilmiş  şəkilləri  müqayisə  edərkən 
şa girdlər əmək alətlərinin getdikcə təkmilləşdirilməsinin də yalnız insana xas ol­
ma sı nəticəsinə gəlirlər.
Tədqiqat C blokundakı mətnin fasiləli oxu üsulu vasitəsilə – araşdırılma yolu ilə 
davam etdirilə bilər. Bu zaman şagirdlərin diqqətini “İnsanın əmələ gəl mə sinin 
hərəkətverici  qüvvələri”  sxeminə  yönəldin.  Sosial  amillərin  içərisində  əmə yin 
mühüm rol oynadığını, digər amilləri yuxarı siniflərdə dərindən öy rə nə cək lərini 
vurğulayın.
Bu mərhələdə siz müxtəlif təfəkkür növlərinin inkişafına xidmət edən tap ş ırıq lar 
tərtib  edərək  istifadə  edə  bilərsiniz.  Məsələn,  şagirdlər  dərslikdən  istifadə 
edərək ya fərdi, ya da cütlərlə aşağıdakı tapşırığı yerinə yetirə bilərlər: 

Yüklə 16,56 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə