47
BİOLOGİYA
8
Mövzunun tədrisinə A blokundakı tapşırıqla başlamaq olar. Bu zaman şa gird
lərin Biologiya fənnindən əldə etdikləri əvvəlki biliklərdən faydalanaraq on la rın
slaydlarda və ya tablolarda təqdim olunmuş canlıları qrup laş dırmaları nəzərdə
tutulur.
B blokundakı tapşırığın icrası tədqiqatın aparılması mərhələsində cütlərlə həyata
ke çirilə bilər. Şagirdlərin C blokundakı mətnlə tanışlığı mü zakirə, sualcavab,
elekt ron təqdimat və s. vasitələrlə aparıla bilər. Bu mərhələdə İNSERT üsu lun dan
da istifadə etmək mümkündür.
Mətnin müzakirəsi zamanı şagirdlərin diqqətini dərslikdə verilmiş canlıların
inkişaf sxeminə yönəldin. Bununla B blokunda verilmiş tapşırığın nəticəsi ilə mü
qa yisə etməyi tapşırın.
Tədqiqat apararkən siz qrup tapşırıqları kimi F blokunda verilmiş üçüncü tap
şırıqdan da istifadə edə bilərsiniz.
Qrup tapşırığı olaraq şagirdləri üç qrupa bölüb onlara aşağıdakı tapşırıqlardan
birinin icrasını da tapşıra bilərsiniz. Bu tapşırığın icrası üçün şagirdlərə müxtəlif
can lıların şəkilləri paylanılmalıdır.
Bitkilərin nəsil
ağacını tərtib edin.
Heyvanların nəsil
ağacını tərtib edin.
Bütün canlıların nəsil
ağacını tərtib edin.
2
Alt standart
1.1.4. Canlıların nəsil ağacını tərtib edir.
Təlim nəticəsi
Müxtəlif aləmlərə aid canlıları qruplaşdıraraq onların nəsil ağacını tərtib
edir.