65
BİOLOGİYA
8
Mərkəzi
sinir sistemi
Sinirlər
Onurğa
beyni
Sinir sistemi
Dərsə başlayarkən şagirdlərin diqqətini A blokundakı mətnə yönəldin. Bu məq
sədlə başqa bir hadisəni də danışmaq və yaxud da videomaterial təqdim etmək
olar. Məsələn: Bu, Qaraca qız filmindən Qaraca qızın vəziyyəti barədə babaya
xə bər verilməsi kadrları da ola bilər. Kadr burada saxlanıla bilər və dərslikdə öz
əksini tapmış suallarla şagirdlərə müraciət oluna bilər. Şagirdlərin sadaladıqları
fi kirləri lövhədə qeyd etmək olar. Cavablar qeyd edildikdən sonra rəngli
markerlə düz gün cavabların altından xətt çəkmək məqsədəuyğundur.
Motivasiya mərhələsində BİBÖ cədvəlindən istifadə etmək və yaxud da şa
girdlərin ötən dərsdəki biliklərinə əsaslanmaq olar. Bu məqsədlə xanaların bə
ziləri boş qoyulmalı, şagirdlərə “Bu xanalarda hansı anlayışlar yazılmalıdır?” sualı
ilə müraciət olunmalıdır.
B blokundakı tapşırıq kollektivdə və yaxud kiçik qruplarda icra oluna bilər.
Aparılan müzakirənin nəticələrini lövhədə qeyd edərək mətnlə tanışlıqdan sonra
bu nəticələrə bir daha qayıtmaq olar.
4
Alt standart
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir.
Təlim nəticəsi
Periferik sinir sisteminin iş mexanizmini izah edir.