Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Atmosferin tərkibi və onun həyatın mövcudluğunda rolu



Yüklə 129,31 Kb.
səhifə13/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
BİOSFER muhazirə

Atmosferin tərkibi və onun həyatın mövcudluğunda rolu

Atmosfer havası – müxtəlif qazların qarışığından ibarətdir. Onun tərkibinin 78,08 % - i azot, 20,95 % - i oksigen , 093 % arqon , 0,03 % – i karbon qazından ibarətdir.Qalan qazların payına (neon, helium,metan, ksenon, rodon və b.) təxminən 0,01 % düşür. Atmosfer oksigenlə nəfəsalmanın əsas mənbəyidir . İnsan bir dəqiqə ərzində 5 l – dən 100 litrə qədər hava udaraq sutka ərzində 12-15 kq hava qəbul edir. Yəni insanın sutka ərzində qida və suya olan tələbatından artıq hava qəbul edir.


Atmosfer insanı kosmosdan təhlükə yaradan bir sıra hadisələrdən xilas edərək meteoiritləri yerə daxil olmağa qoymur.
Atmosfer Yerin həddindən çox qızmasının qarşısını alır. Belə ki, atmosfer olmasa gündüzlər Yer səthi günəşdən + 100o – yə qədər qızar, gecələr isə əksinə - 100o – yə qədər soyuyardı və planetimiz də Ay kimi həyatsız olardı.
Təbiətdə havanın əsas istehlakçıları (sərf ediciləri) flora və fauna sayılır. Hava Yer üzərindəki bütün canlılar üçün lazımdır. İnsan qidasız 5 həftə, susuz 5 gün, havasız isə 5 dəqiqə yaşaya bilər. Lakin insanların normal həyat fəaliyyəti üçün yalnız havanın mövcudluğu deyil, həm də havanın müəyyən dərəcədə təmizliyi vacibdir. İnsanın sağlamlığı havanın keyfiyyətindən, bitki örtüyü və heyvanat aləminin vəziyyətindən, istənilən evin, həmçinin qurğuların konstruksiyasından asılıdır. Çirklənmiş hava su, quru, dəniz, torpaq insan üçün zərərlidir. Atmosferin qaz örtüyü Yerdə yaşayan bütün canlıları ultrabənövşəyi, rentgen və kosmik şüaların məhvedici təsirindən qoruyur. Atmosferin yuxarı qatları bu şüaları qismən udur, qimən isə səpələyir. İşığın paylanmasında (yayılmasında) da atmosferin böyük əhəmiyyəti vardır. Atmosfer havası günəş şüalarını milyonlarla xırda şüalara parçalayır, bu şüaları səpələyir və bizə vərdiş etdiyimiz qədər bərabər ölçüdə işıqlanma yaradır. Hava örtüyünün mövcudluğu göyə mavi rəng verir, belə ki, havanın əsas elementlərinin molekulları və onda olan müxtəlif qarışıqlar əsasən qısa dalğalı şüalar, yəni bənövşəyi, göy və mavi şüalar yayır (saçır). Yerdən uzaqlaşdıqca havanın sıxlığı və çirklənməsi azaldığından göyün rəngi tündləşir, hava örtüyü sıx göy rəng, strotosferdə isə qara bənövşəyi rəng alır. Atmosfer səsin yayıldığı mühitdir. Yer üzərində hava olmasaydı orada səssizlik hökm sürərdi, insan danışığı olmazdı (eşidilməzdi).

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə