Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


LİTOSFERİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR, ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ



Yüklə 129,31 Kb.
səhifə23/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
BİOSFER muhazirə

12.LİTOSFERİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR, ONLARIN ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİRİ VƏ MÜHAFİZƏ TƏDBİRLƏRİ

Litosfer (yunanca lito-daş deməkdir) - Yerin üst bərk qatı. Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiyanın üstdəki bərk hissəsi daxil edilir. Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal ki, 50-200 km arasında dəyişir.


Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi (mərkəzi), mantiyası və Yer qabığından ibarətdir. Daxili nüvənin radiusu 1250 km, Yerin həcminin 0,7%-ni, kütləsinin isə 1,2%-ni təşkil edir. Onun bərk cisim olub ərimə vəziyyətinə yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900- 5000 km dərinlikdə yerləşib bütün Yerin həcminin 15,2%-ni, kütləsinin isə 29,8%-ni tutur.

Yerin mantiyası Yer qabığı ilə yerin nüvəsi arasındakı təbəqədir, onun aşağı sərhədi təxminən 2900 km dərinlikdə yerləşir, qalınlığı 2000km-ə yaxındır. Yuxarı mantiyanı 60-250 km dərinlikdə ərimiş hala yaxın bazalt təşkil edir. 500 km dərinlikdə temperaturu 1500°, 2900km dərinlikdə təzyiq 1,35 milyon kq/sm2-ə bərabərdir.


Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən atmosfer və hidrosferlə, altdan seysmik məmulatlarla müəyyənləşdirilmiş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç səthi ilə) hü- dudlanır. Yer qabığı materiklərdə və okeanların altında müxtəlifdir. Materikdə yer qabığının qalınlığı adətən 35-40 km, dağlıq ərazilərdə 75 km-ə qədərdir. Okeanda Yer qabığının qalınlığı 5-10 km-dir (su qatı ilə birlikdə (9-12 km).
Yer qabığı və ona birləşən yuxarı mantiyanın bir hissəsi litosferi əmələ gətirir. Zəlzələlərin əksəriyyəti litosferdə, əsasən yuxarı 30 km-də yerləşir.
Litosferin ən üst qatlan digər geosferlərlə birlikdə və qarşılıqlı əlaqədə olur. Belə qarşılıqlı təsir nəticəsində litosferin üst qatında suyun havanın və canlılann birgə məhsulu olan aşınma qabığı yaranır. Aşınma qabığının qalınlığı və quruluşu bütövlükdə coğrafi zonalıq qanununa tabedir.
Litosferin üst horizontları adətən bilavasitə atmosfer və hidrosferlə əlaqədə olur.Quruda litosfer torpaqla (pedosfer), bitki ilə (biosfer) və ya soyuq şəraitdə buz və qarla (kriosfer) örtülü olur. Yalnız səhrada biosfer bilavasitə (aşınma qabığı ilə) atmosferlə əlaqədə olur. Eyni zamanda torpaq və aşınma qabığı ilə atmosfer və litosfer arasında aktiv qaz mübadiləsi gedir. Litosfer və təbii sular arasında qarşılıqlı əlaqə daha yüksək dərəcədə gedir, belə ki, yeraltı sular həm hidrosferin, həm də litosferin bir hissəsidir.
Litosferin ən üst horizontları digər sferlərlə aktiv surətdə qarşılıqlı əlaqədə olur.
torpaq (pedon)- 1) torpaq, onun altında torpaq əmələgətirən süxur və aşınma qatı (canlı orqanizmlərin yaşayış mühiti hesab olunan qat). Yerin torpaq əmələgəlmə prosesi gedən qatı; 2) litosfer, hidrosfer və Yerin canlı qabığının bir-birilə əlaqəli olan zonası; 3) Yerin torpaq örtüyü yəni torpağın 1 -7 metr dərinliyə qədər olan münbit hissəsidir.
Yer qabığının yuxarıdakı yumşaq və münbit qatına torpaq deyilir. Torpaq bioloji, fiziki və kimyəvi amillərin təsiri ilə dağ süxurlarından əmələ gəlmişdir, o mineral və üzvi hissəciklərdən, külli miqdarda mikroorqanizmlərdən ibarət mürəkkəb bir kompleksdir. Torpağın mineral komponentləri ana dağ süxurlarının xırda hissəciklərindən ibarətdir. Onun üzvi hissəsi isə bitki və heyvan orqanizmiləri və bunların müxtəlif çürümə mərhələsində olan qalıqlarıdır. Bunlardan davamlı humin maddələri böyük rol oynayır. Torpağın əmələ gəlməsində və onun öz- özünü təmizləməsində, yəni çürümə prosesində və üzvi maddələrin çevrilməsində mikroorqanizmlər mühüm rol oynayır. Mikroorqanizmlər tərəfindən üzvi maddələrin çürüməsi sayəsində təbiətdə baş verən maddələr dövranında və onların çevrilməsində torpaq çox mühüm rol oynayır.
Torpaq və onun altındakı süxurlar xarici mühitin əsas elementlərindən biri olmaq etibarilə insanların sağlamlığına və onların yaşayışının davamlı vəziyyətinə çox böyük təsir göstərir.
Ərazinin bitki aləmi, bitki mənşəli və heyvan mənşəli yeyinti məhsullarının kimyəvi tərkibi torpağın tipindən və onun kimyəvi tərkibindən asılıdır. Torpaqda və ya torpaq qatlarında bu və ya digər kimyəvi elementlər çatışmadıqda, yaxud həddindən artıq olduqda bunlar yeyinti məhsullarında və ya suda ya çatışmır, ya da həddindən artıq olur ki, bu da mühit dəyişməsinə səbəb olur.
Atmosferə atılmış radioaktiv aerozollarm yer səthinə çökməsi çox təhlükəlidir.Belə halda radioaktiv maddələr “qida zənciri” ilə, yəni toxumalarında bəzi radioaktiv maddələri toplamış bitkiləri yedikdə, yaxud radioaktiv maddələrlə çirklənmiş yemi yeyən heyvanların əti və südü ilə insana keçə bilər.
Müasir elm, texnika və biotexnologiya təbiətin dəyişilməsi prosesində təbii torpağa xas olan bəzi qüsurları kənar etməyə, torpaq əmələgəlmə prosesini istənilən istiqamətdə yönəltməyə, torpağa lazımi birləşmələr verməklə onun münbitliyini artırmağa, bitkilərin tərkibinə təsir etməyə, genafonun dəyişməyə, böyük əraziləri qurutmağa (bataqlıqları) səhra və yarımsəhraları suvarma norması ilə təmin etməyə imkan verir.
Bu antropogen təsirlər nəticəsində təbii tarazlıq pozulur.
Torpağın mühüm əhəmiyyəti olan əsas xassələri onun mexaniki tərkibindən asılıdır.Onun bu xassələrinə havakeçirmə, sukeçirmə və rütubət tutumu (torpağın öz məsamələrində su hissəciklərini saxlamaq qabliyyəti) aiddir.
Torpaq hissəciklərdən və bunların arasındakı boşluqlardan ibarətdir. Ölçüsünə görə torpağın aşağıdakı hissəcikləri olur: qum-dənələrin diametri 0.2 mm-ə, gilli qum 0.01-0.2 mm, gil 0.001-0.0lmm olur. Humusu təşkil edən üzvi kolloid hissəcikləri bundan da kiçik olur.
Torpaqda 90%-dən çox qum və 10%-dən az gil varsa, belə torpaq qumlu torpaq, 10-30% gil varsa qumluca torpaq, 30- 50% gil varsa gillicə torpaq, 50%-dən çox gilvarsa gilli torpaq adlanır.
Torflu torpaqlarda əsas komponent humusun üzvi hissəcikləridir. İri dənələrdən ibarət torpaqlarda iri məsaməiər az olur. Bu cür torpaqların məsaməliyi o qədər də böyük olmayıb torpağın ümumi həcminin 25-40%-ə qədərini təşkil edir. İri dənəvər torpaqlar suyu və havam yaxşı keçirir. Buna görə də belə torpaqlar quru olur, hava yaxşı işləyir.
“Torpağın məsaməliyi - torpağın bütün məsamələrinin həcminin, torpağın həcminə olan faizlə nisbətidir”.
İridənəvər torpaqların havanı yaxşı keçirmək xassəsi aerob mikroorqanizmilərin yaşaması və torpağın öz-özünü təmizləməsi üçün əlverişli şərait yaradır.



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə