Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti



Yüklə 129,31 Kb.
səhifə26/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   22   23   24   25   26   27   28   29   ...   44
BİOSFER muhazirə

2.0t çəmən formasiyası - əsasən mezofil çəmən bitkilərinin anaerob və aerob bakteriyalarla birliyi.
3.0t çöl (bozqır) formasiyası - kserofıl çöl otlarının aerob bakteriyalarla birliyi.
İynəyarpaqlı ağacların iştirakilə ağac bitkilərinin altında podzoləmələgəlmə prosesi gedir və podzol torpaqlar yaramr.
Mezofil çəmən ot bitkiləri altında rütubətli çimli-podzol, çimli-çəmən və çimli torpaqlar yaranır.
Çöl (kserofıl) bitkiləri altında çöl (bozqır) torpaqları (qaratorpaq, şabalıdı torpaq) və səhra torpaqları (boz-qonur) əmələ gəlir.
Torpağın üst qatında hər hektarda bakteriyalann ümumi kütləsi 5-7 tona çatır.
Canlı heyvan orqanizmilərinin həyat fəaliyyəti nəticəsində torpağa külli miqdarda üzvi maddə daxil olur.

Torpağın üzvi hissəsi mürəkkəb üzvi maddə sayılan humusdan ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının fizikibiokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsidir. Humusda mikroorqanizmlərin köməyi ilə bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. Humus torpağın məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. Qaratorpaq humusla ən zəngin və ən münbit torpaq hesab olunur. Torpağın maye komponenti müxtəlif vəziyyətlərdə ola bilər: 1) azad su – torpağın daha iri məsamələrini tutaraq öz ağırlıq qüvvəsi ilə tədricən aşağı sızır; 2) əlaqəli (hiqroskopik və pərdə suyu) su – torpaq hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində pərdə əmələ gətirir; 3) kapilyar su-kiçik məsamələri tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu – torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad və kapilyar, çətin istifadə oluna bilən əlaqəli (pərdə) su forması hesab olunur,buxar halında olan su isə böyük rol oynamır. Torpağın bütün maye komponentləri torpağın məhlulu adlanır. Onun tərkibində nitratlar, bikarbonatlar, fosfatlar, sulfatlar və digər duzlar, həmçinin suda həll olan üzvi turşular, onların duzları, əsasən azad və kapilyar suda olan şəkər olur. Əlaqəli suda maddələr çətin həll olur. Məhlulun konsentrasiyası torpağın rütubətliyindən asılıdr.



Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə