Biosfer və onun quruluşu biosfer haqqında anlayışın mahiyyəti


Nəqliyyat tullantıları ilə atmosferin çirklənməsi



Yüklə 129,31 Kb.
səhifə18/44
tarix05.05.2023
ölçüsü129,31 Kb.
#108581
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
BİOSFER muhazirə

Nəqliyyat tullantıları ilə atmosferin çirklənməsi
Havanı daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitələri, xüsusən avtomobillərdir. Nəqliyyat ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal alır. Bəzi şəhərlərdə onların buraxdıgı qazlar hava çirkləndirən qazların 68-80%- ni təşkil edir. Dünyada avtomobil mühərriklərində hər il 2 milyard tondan çox neft yanacağı işlədilir. Bu zaman faydalı iş əmsalı orta hesabla 23% təşkil edir. Qalan 77% isə ətraf mühiti qızdırmağa gedir.
benzin və dizellə işləyən mühərriklərin havaya buraxdığı qazların tərkibi uygyn olaraq aşağıdakı kimi səciyyələnir: CO2-9,0 və 9,0%; CO- 4,0 və 0,1%, oksigen – 4,0 və 9,0%; hidrogen- 2,0 və 0,03%; aldehidlər 0,004 və 0,002; azot oksidi- 0,06 və 0,04%; kükürd qazı-0,006 və 0, 02%. Avtomobillərin atmosferə buraxdıgı zərərli qazların konsentrasiyası yalnız mühərriyin tipindən deyil, həm də avtomobillərin texniki vəziyyətindən, onlara edilən xidmətdən, qidalanma və yanma sisteminin vaxtlı – vaxtında təmirindən və yolun xarakterindən asılıdır. Benzinlə işləyən mühərriyin yalnız karbyuratorunun lazımı səviyyədə tənzimlənməməsi nəticəsində havaya buraxılan CO-nun miqdarı 4-5 dəfə artır.
10.Fotokimyəvi duman
Havaya daxil olan hissəciklər günəş radiasiyasını udaraq havanı dumanlaşdırıb boz - qırmızımtıl rəngə çevirir. Ən dəhşətlisi isə budur ki, müəsisələrdən və nəqliyyat vasitəsindən atmosferə buraxılan karbon və azot oksidləri, kükürd qazı, qurguşun birləşmələri, toz və his havada toplaşaraq dumanla birləşir və insan orqaniziminə öldürücü təsir göstərən «smoq» adlı qarışıq əmələ ğətirir.
«smoqun» əmələ gəlməsi üçün ğünəş şüası lazımdır. Bu şüalar avtomobillərin havaya buraxdığı karbon və azot oksidi qarışığından mürrəkəb fotokimyəvi çevrilmələr, maddələr yaradır. Belə maddələr öz zəhərlilik dərəcəsinə görə atmosferdə olan diğər çirkləndirici maddələrdən dəfələrlə yüksək olur. Fotokimyəvi duman pis qoxuya malik olub görünüşü kəskin aşagı salır, adamların gözləri,burun və boğaz qişalarını xəstələndirir, boğulma, ağciyər və bronx asma xəstəliyini kəskinləşdirir. Fotokimyəvi duman bitkiləri də zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya mis rəngini alır, sonra isə solur. Fotokimyəvi dumanlar metalları korroziyaya ugradır, rezin və sintetik rənglərin catlamasına səbəb olur, paltarı korlayır, nəqliyyatın işinə maneçilik törədir. Fotokimyəvi dumanların əsas səbəbi avtomobillərin iş zamanı buraxdıgı qazlardır. Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş qazlar toplanır, günortaya yaxın fotokimyəvi duman əmələ gəlir. Günün 2-ci yarısında istiliyin artması nəticəsində inversiya zəifləyir, «smoq» yuxarıya dogru qalxır. Hazırda dünyanın bir sıra böyük şəhərlərində – Nyu -York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında da fotokimyəvi duman əmələ gəlir. Bu, əsasən, avtomobillərin həddən çox olması ilə baglıdır.
Tədbirlər.

Yüklə 129,31 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə