Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə193/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   189   190   191   192   193   194   195   196   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

365 


 

Müasir mərhələdə  əsası Heydər  Əliyev tərəfindən qoyulan  Azərbaycan –  Türkiyə  mədəni əlaqələri son 

dövrdə  daha  yüksək  templə  inkişaf  etməkdədir,  bunu  son  vaxtlarda  dövlət  və  hökumət  rəhbərləri 

səviyyəsində, cəmiyyətlər və diasporalar əməkdaşlığında qeyd edilən tədbirlər də təsdiqləməkdədir. Qarşılıqlı 

əlaqələrin  ən  bariz  nümunəsi  kimi  11-13  mart  tarixində  Azərbaycanda  Atatürk  Mərkəzinin  salonunda 

“Türkiyədə təhsil: Şərqin Qərblə qovuşduğu nöqtə” adlı qardaş ölkənin ali məktəblərinin sərgisi keçirilməsini 

göstərə bilərik*6, 2005, 18 mart, № 11+. Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycanda Atatürk Mərkəzinin 

və “Barmek” Şirkətinin təşkilati dəstəyi ilə təşkil edilmiş sərgidən məlum oldu ki, Türkiyədə ali təhsil sisteminə 

universitetlər  və  institutlar  (hərbi  akademiya,  kollec)  daxildir.  Türk  universitetlərində  dördillik  fakültələr  və 

ikiillik  ali  peşə  məktəbləri,  həmçinin  axşam  ali  təhsil  proqramları  mövcuddur.  Açılış  mərasimində  o  da 

vurğulandı  ki,  qardaş  ölkədə  2004-cü  ildə  təhsil  alan  universitet  tələbələrinin  sayı  təqribən  iki  milyona 

yaxındır.  Türkiyənin  müxtəlif  universitetlərində  114  ölkədən  16  min  xarici  tələbə  təhsil  alır.  Beynəlxalq 

standartlara uyğun, ən son texnologiyaları əhatə edən, çağdaş təlim bazalarına malik bu elm-təhsil ocaqları 

öz  tələbələrinə  dünyada  tanınan  diplomlar,  bilik  və  peşəkar  sənət  verir.  Azərbaycanlı  gənclərin  də  böyük 

həvəslə imtahan verərək tələbəlik vəsiqəsi aldığı bu ali məktəblər həm dövlət – (Atatürk Universiteti, Ankara 

Universiteti,  Qazi  Universiteti,  İstanbul  Universiteti,  Mərmərə  Universiteti  və  b.),  həm  də  Vəqflər  –  özəl 

qurumlar  (İstanbul  Bilgi  Universiteti,  Yedditəpə  Universiteti,  Bilkənd  Universiteti  və  b.)  tərəfindən 

yaradılmışdır.  Bu  ali  təhsil  ocaqlarında  tədris  türk,  ingilis,  fransız  və  alman  dillərində  aparılır.  Maraqlıdır  ki, 

milli  ali  təhsil  siyasətini  nümayiş  etdirən  Türkiyə  elm  və  təhsil  ocaqları  ilə  yanaşı  Şimali  Kipr  Türk 

Cümhuriyyətinin  bir  sıra  nüfuzlu  universitetləri  də  azərbaycanlı  gəncləri  öz  tələbələri  sırasında  görmək 

arzusunda olduğunu sərgidə göstərirdilər *6, 2005, 18 mart, № 11+. 

1.

 

Təhsil – Azərbaycan – Türkiyə mədəni əlaqələrinin əsas istiqamətlrindən biri kimi. 

Azərbaycan  –  Türkiyə  mədəni  əlaqələrinin  ən  mühüm  əhəmiyyət  kəsb  edən  və  nəticələri  daha  aydın 

görünən istiqamətlərindən biri və bəlkə də birincisi təhsildir. Bu sahədə Azərbaycan – Türkiyə əlaqələri çox 

böyük inkişaf tempi qazanmaqdadır. Ötən  əsrin  90-cı illərindən  başlamış bu  inkişaf dinamikasının nəticələri 

bu  gün  göz  qabağındadır.  Artıq  bu  bir  danılmaz  faktdır  ki,  müasir  dövrdə  inteqrasiya  prosesində  iştirak 

etmədən,  onun  imkanlarından  faydalanmadan  hər  hansı  bir  tərəqqiyə  nail  olmaq  mümkün  deyil.  Digər  bir 

tərəfdən  də  həmin  proseslərə  qoşulmaqla  beynəlxalq  münasibətlərdə  əsas  yer  tutan  dinc  yanaşı  yaşamaq 

prinsiplərinin bərqərar olmasına bilavasitə kömək etmiş olunur. Türkiyənin yeni yaranmış türk dövlətlərindən 

fərqli təhsil sisteminə malik olmasına baxmayaraq, yeni dövrdə müasir ixtisaslı kadrların hazırlanması zərurəti 

bu  istiqamətdə  əməkdaşlığın  başlanmasına  təkan  verdi.  Sözügedən  respublikalardakı  ali  təhsil  müəssisələri 

qapalı sovet təhsil sisteminin tərkib hissəsi idi və burada bir qayda olaraq standart ixtisaslar öyrədilirdi. Təhsil 

sahəsində  əməkdaşlığın  mühüm  istiqamətlərini  tələbə  mübadiləsi,  birgə  orta  məktəblərin,  litseylərin  və 

universitetlərin  açılması  təşkil  edir.  1991  –  2001-ci  illər  ərzində  Türkiyənin  bir  çox  təhsil  ocaqları  türk 

respublikalarının müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlıq protokolları imzalamış və çoxsaylı birgə layihələr 

həyata  keçirmişlər.  1992-ci  ildə  Türkiyənin  Təhsil  Nazirliyinin  Xarici  Təhsil  İdarəsi  “Böyük  tələbə  layihəsi” 

adlanan  layihə  həyata  keçirməyə  başladı.  “Bu  çərçivədə  1992  –  1993-cü  təhsil  ili  üçün  Türkiyənin  ali  təhsil 

müəssisələri türk dövlətlərindən gəlmiş ilk tələbələri qəbul etdi” *5, 191+. 90-cı illərin ilk yarısına aid statistik 

məlumatlara  diqqət  yetirərkən  məlum  olur  ki,  təhsil  sahəsində  bu  illərdə  vəziyyət  belə  olmuşdur:  1991  – 

1995-ci illərdə Türkiyədə 1871 nəfər azərbaycanlı, Azərbaycanda isə 2500 türkiyəli tələbə ali təhsil almışdır. 

Bundan başqa Türkiyənin Azərbaycanda açdığı Türk Anadolu Litseyində 221 şagird təhsil almışdır. Azərbaycan 

Respublikası  Təhsil  Nazirliyinin  02.05.95-ci  il  tarixli  kollegiyasının  arayışından  aydın  olur  ki,  təqdim  edilən 

dövrdə  Türkiyənin  Azərbaycanda  kapital  qoyuluşu  600  milyon  ABŞ  dolları  həcmində  olmuşdur  *4,  5+. 

Respublikamızın  Türkiyə  ilə  elmi  əlaqələrinidə  Bakı  Dövlət  Universitetin  xüsusi  yer  tutur.  Universitetin 

şərqşünaslıq  fakültəsində  türk dili  və  filologiyası,  türk  dili  tərcüməçiliyi  geniş  öyrənilir.  BDU-nun  jurnalistika 

fakültəsində də türk dili və ədəbiyyatı tədris edilir. Universitetin Asiya və Afrika ölkələri tarixi kafedrasında isə 

Türkiyənin  tarixi  daha  əhatəli  öyrənilir.  Eyni  zamanda  BDU-nun  alimləri  və  digər  əməkdaşları  türk  tarixi  və 

fəlsəfəsi,  türk  dili  və  filologiyası,  Türkiyə  iqtisadiyyatı  üzrə  elmi  tədqiqat  işləri  aparır,  əsərlər  və  məqalələr 

yazırlar.  Azərbaycan  –  Türkiyə  elmi  əlaqələrinin  inkişafında  digər  ali  məktəblərimizin  də  rolu  böyük  idi.  Bu 

əlaqələri  daha  da  inkişaf  etdirmək  üçün  qarşılıqlı  görüşlər  keçirildi  və    razılaşmalar  əldə  edildi.  1990-cı  ildə 

BDU-nun  dəvəti  ilə  İzmirin  Egey  Universitetinin  nümayəndə  heyətinin  Bakıya  səfərində  əsas  məqsəd 

Azərbaycanla  Türkiyənin  ali  məktəbləri  arasında  hərtərəfli  əlaqələrin  inkişafına  yeni  təkan  vermək  idi. 

Nümayəndə  heyətinin  başçısı,  Egey  Universitetinin  rektoru  Sərmət  Akgün  öz  müsahibəsində  demişdi: 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə