Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə201/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   197   198   199   200   201   202   203   204   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

379 


 

Güruhi-münkirə bari-Xudayım. 

*** 

Bu tahuni-cahanda Kənziya hərkəs öyünməkdə, 



Bu növbət böylə geçsün dir kam nadanı söylətsən. 

*** 


Ey nihali-İrəm-baği-dərunəm çələbi, 

Vey firaqi-vərəm-daği-dərunəm çələbi. 

*** 

Okumaq vüslət kitabın gəlməz o mehparədən, 



Seyr edər neyli-sirişkim nola ağdan, qarədən

1



Rübai 

Fikri-səri-zülfünlə pərişan olamam, 

Hər atəşi-rüxsar ilə suzan olamam. 

Olsam da əgər qəriqi-bəhri-əkdar, 

Minnətkeşi-dəsti-pəsti-nadan olamam. 

Vələhu 


Daima zülfün xəyali dideyi-xun-abda, 

Guyiya bir sünbili-tərdir miyani-abda (13, 254). 

Misli.  Salim  təzkirəsində  Mislinin  İstanbulda  doğulduğunu,  əsl  adının  Əli  olduğunu,  Qahirə  qazısı  və 

“Münşəat”, “Divan” müəllifi olan İshaqzadə Zühuri Mehmed Saleh Əfəndinin nəvəsi olduğunu yazır: “Nâm-ı 

nâmîleri  ‘Alî’dir.  Ol  tâze  nihâl-i  bûstân-ı  necâbet  ve  nev-gonca-i  gülistân-ı  ma‘rifetin  zuhûru  hadîka-i  ehl-i 

kemâl  olan  mahmiyye-i  Kostantıniyye-i  bî-misl  (ü)  bî-hemâlinden  olup  merhûm-ı  cennet-mekân  Sultân 

Mehemmed Han-ı Râbi’ ‘asr-ı şerîflerinde Mısr-ı Kâhire kâzîsı iken ‘azm-i hıtta-i cinân eden sâhib-i Münşe’ât ü 

Dîvân  mâlik-i  memâlik-i  fazl  u  ‘irfân  ‘asrının  yegâne  vü  ferîdi  İshak-zâde  Zuhûrî  Mehmed  Sâlih  Efendi 

merhûmun hafîdi olup” (14, 612). Təzkirəçinin bu cümlədə Mislinin babasını “fazl u ‘irfân ‘asrının yegâne vü 

ferîdi  İshak-zâde  Zuhûrî”  şəklində  təqdim  etməsi  də  diqqətəlayiqdir.  Salim  Əfəndi  təzkirəsində  Mislinin 

istedadının  irsi  olması  fikirini  vurğulayır,  onun  yaradıcılığını,  xüsusilə  də  xətt  sənətindəki  qabiliyyətini 

tərifləyir:  “Şi‘r  ü  makâl  kendüye  bi’l-irs  intikâl  eylediginden  mâ-’adâ  tab‘-ı  Mânî-pesendi  her  ma‘rifeti  kâ’il 

oldugundan ‘âlem-i tufûliyyetinde vâdî-i tezhîb ü tasvîre mâ’il ve ma‘rifet-i mezkûreyi hüsn-i hatt-ı kitâbet ile 

bir yere cem’ etmek şerefine nâ’il oldugundan hurde hattı be-gâyet latîf ü nefîs serî’ü’l-kalem Nergisî-rakam 

bir kâtib-i nazîf-i ta’lîk-nüvîsdir” (14, 612). 

Mislinin  təliq  xəttində  usta  olduğunu  qeyd  edən  Salim  Əfəndi,  şairin  1131/1718-ci  ildə  Yenişəhərli 

Abdullah  Əfəndidən  mülazim  olmasınını  da  əlavə  etmişdir:  “Ol  mahdûm-ı  mükerrem  ‘âlem-i  sabâvetinde 

şeyhü’l-islâm-ı  ‘asr  müfti’l-enâm-ı  dehr  fazîletli  Yenişehirli  ‘Abdu’llâh  Efendi  hazretlerinden  bin  yüz  otuz  bir 

târîhinde bir mülâzemetle mükerrem ü kâmkâr ve tarîk-ı sa’âdet-refîk-i tedrîse sülûke dîde-güşâ-yı terakkub u 

intizâr iken nâ-müsâ’ade-i rûzgâr ile tarîk-ı kazâ ile hissedâr ve esnâ-yı tahrîr-i tezkiremizde Çelebi rütbesinde 

Brovnik kazâsı tevkıyyetiyle evkât-güzâr idi” (14, 613). 

Salim  Əfəndi təzkirəsində Mislinin şeirlərindən nümunə  verərkən bildirir: “Bu güftâr-ı muntazam-târ ol 

nessâc-ı kârgâh-ı hüsn-i belâgat ve tûtî-i Yûsufistân-ı mısr-ı fesâhatin şikâyet-i çarh-i sitemkârı mütezammın 

şeyhü’l-islâm  hazretlerine  zarûretini  ‘arz-ı  hâl-gûne  îmâ  vü  işâret  etdigi  kasîdesindendir  ki  târ  u  pûd  kadar 

mahareti ma’lûm u meşhûr olmak içün keşîde-i destgâh-ı i‘tibâr ve bu mecelle-i celîleye ketb ü tahrîri ihtiyâr 

kılındı” (14, 613).  

                                            

1

 Ramiz, s. 254. 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

380 


 

Beyt  

Hıtta-i mısr-ı kitâbetde (kulun) Yûsuf idim  

Efser-i himmetime gıbta ederlerdi ‘ibâd  

Etmeyip pîrehenim sırrıma belki mahrem  

Sâkin-i künc-i kanâ’at iken ehl ü evlâd  

Çıkarıp ipligimi çarh-i denî bâzâra  

Etdi bir pûla beni pîre-zen-i dehr mezâd (14, 613). 

Ve lehû  

‘Âlem ol ‘Azrâ-’izârın sâkiyâ mestânesi  

Zühre bezminde o şem’-i tâhirin pervânesi  

Hûblar mihr ü vefâ dersin ferâmûş etdiler  

Ol şeh-i bî-dâd-ı hüsnün söylenir efsânesi  

Nat’-ı ‘âlemde nice şâh u gedâyı mât edip 

Verdi meydân esb-i nâza cünbiş-i ferzânesi  

Dahı kundakda yatır bir nâmlı âfetdir o şûh  

Beslemiş mehd-i hilâl içre felekde anesi  

Dâne döksem halka-i teshîre gelmez bir perî  

Kâf-ı istignâda ol ‘ankâ-cenâbın lânesi  

Hâneme etmez tenezzül eylesem teklîf-i mey  

Olsa Mislî bezmimin hurşîd-i zer peymânesi (14, 613). 

Salim təzkirədə Mislinin şeirindən örnək verdikdən sonra “Zeyl” başlığı altında Mislinin gündəlik maddi 

qayğılardan uzaq olacağı təqdirdə onun poeziyasının da xəttatlığı kimi daha yüksək səviyyəyə çata biləcəyinə 

işarə  etmişdir:  “Ol  bülbül-i  gülşen-sarây-ı  dânişverân  ve  tûtî-i  şîrîn-edâ-yı  bezm-i  ‘irfânın  eger  âyîne-i  tab‘-ı 

pür-nûru  mübtelâ-yı  ‘illet-i  gubâr-ı  bî-şu’ûrî  olmayıp  dâ’imâ  güşâde  ve  kayd-ı  fikr-i  ma’âşdan  âzâde  olaydı 

tenvîrü’l-ebsâr-ı  ‘arâyis-i  kemâl  olan  eş‘ârı  sâde-rû  olmayıp  ziyâde  melîh  ve  meşkûtü’l-envâr-ı  zamîrinde 

cilveger olan suver-i mezâmini ser-levha-i tezhîb-i cebîn-i bihîni gibi bî-misl-i sabîh olurdu” (14, 613). 

Mislinin yaradıcılığından günümüzə qədər sadəcə təzkirələrdəki poetik nümunələr gəlib çıxmışdır. 

Nəticə 

Məruzəmizdə  Qarabağdan  Osmanlıya nə  zaman köçdükləri  dəqiq  məlum  olmayan,  əsas  ədəbi-mədəni 



fəaliyyətləri XVII-XVIII əsrə təsadüf edən qarabağlı İshaqzadələr haqqında Osmanlı mənbələrində dağınıq olan 

məlumatları sistemləşdirməyə, onların yaradıcılığını araşdırmağa və tədqiqatçısını gözləyən əsərləri haqqında 

məlumat  verməyə  çalışmışıq.  İshaqzadələrdən  yalnız  Zühurinin  ədəbi  irsi  əlyazmalar  şəklində  zamanımıza 

qədər gəlib çatmışdır. Bu ailənin digər nümayəndələrinin əsərlərindən nümunələrlə təzkirələr vasitəsilə tanış 

oluruq. Şeir məcmuələrinin araşdırılması bu nümunələrin sayını artıra bilər. 

Ədəbiyyat 

1.

 

Beliğ İsmail. Nuhbetül-Asar Li-Zeyli Zübdetil-Eşar. Ankara, 1999. 



2.

 

Çıpan M. Fasih Ahmed Dede: Hayatı, Edebi Kişiliği, Eserleri ve Divan`ının Tenkidli Metni. Selçuk 



Üniversitesi SBE, Yayımlanmamış Doktora tezi, 1991. 

3.

 



Dədəyev  B.  Yeni  çağ  devri  Osmanlı  Deletinde  yaşamış  Karabağlı  alimler  //Journal  of  Qafqaz 

University, 2014, Vol. 3, N 1. s. 3-14. 

4.

 

Doğan M. N. İshak Efendi Ebûishakzâde. DVİA. c. 22., İstanbul 2000, s. 530-531. 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə