Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
377
Əhməd Paşaya, Sofuzadə Əfəndiyə, Rum Şahzadə Əfəndiyə və başqalarına yazdığı məktubları əhatə
etməkdədir.
Zühurinin “Münşəat”ı Misir Milli Kitabxanası Türkcə Əlyazmalar (No. 149) bölməsindədir. “Münşəat”
təliq xətti ilə yazılmış əlyazmanın 149-168 vərəqləri arasındadır.
Eyni zamanda, Ankara Milli Kitabxanasında 06 HK 1304 şifrəsi ilə saxlanılan “Məcmueyi-münşəat” adlı
əlyazma məcmuəsinin 1b-3a vərəqləri arasında Zühurinin məktublarını aşkarlamışıq.
Bunlardan əlavə, müxtəlif poetik məcmuələrdə onun şeirlərindən nümunələrə rast gəlirik. Bu
məcmuələr arasında Ankara Milli Kitabxanasında 03 Gedik 18185 şifrəli “Məcmueyi-əşar”da, Konya Bölgə
Yazma Əsərlər Kitabxanasında 07 EL 2990 şifrəli “Məcmueyi-əbyat”da, Çorum Hasan Paşa İl Xalq
Kitabxanasında “Məcmueyi-əşar”da Zühurinin şeirləri vardır .
Təzkirəçilər şairin müxtəlif şeirlərindən nümunələr təqdim edirlər.
Qənaət guşəsində şiri-nərdir muru söylətsən,
Hümayi-övci-istiğna geçər üsfuru söylətsən.
Nə şəhdi-can-fəzanın ləzzəti vardır dimağında,
Nədir fəryadı izan eyləsən zənburu söylətsən.
Nə çənbərlərdə xəllac olduğun bir-bir bəyan etsə,
Nə söylər görsən, ey dil, darda Mənsuru söylətsən.
Zühuri bəndəsinə söyləməz küsmüş mədəd saki,
Bir az məstanə qalsan ol gözü məxmuru söylətsən (11, 367).
***
Cami-şərabi-nabimi vardır görülmədik,
Saqi gətir ol abi-rəvanı-müsəlsəli(11, 367).
***
Səfayi-dil xəbəri-vəsli-yarə qalmışdır,
Güşadi-qönçə nəsimi-baharə qalmışdır(11, 367).
***
Bu sərma ərsə nazük-məşrəban kişvəri-hüsnə,
Qaçıb pünhan olur qəmzə siyah səmmuri-müjgana (11, 367).
Bəliğ təzkirəsində Zühurinin divanının gördüyünü yazır, 1 qəsidə və gəzəllrəindən 20 beyt nümunə
olaraq vermişdir (1, 242-244).
Arifi. Məşhur qarabağlı İshaqzadələrdən olan Arifi təxəllüslü şair haqqında məlumatı Salim təzkirəsindən
alırıq. Əsl adı Mehmed (Məhəmməd) olub, İshaqzadə Mehmed Saleh Əfəndinin oğludur. Qazı-əsgər Qədri
Əfəndidən mülazim olmuş və qazılıq etmişdir. Salim Əfəndi Arifini və atasını gözəl ifadələrlə təqdim
etməkdədir: “Nâm-ı ser-âmedleri Mehmed ve eben ‘an cedd hânedân-ı ma‘ârifden bir mahdûm-ı emceddir ki
dîde-i dünyâ ol kurre-i ‘ayn-ı yek-tânın dûr-bîn-i tefakkud ile cüst (ü) cû iken nazîri olsa aktâr-ı sipihr-i
ma‘ârifde şekl ü sîmâda ana fi’l-cümle mesîl olur bir zât-ı ‘ârifi bulmak emr-i muhâldir. Ol merdüm-zâde-i nûr-
ı bâsıra-i nehârîr olan İshak-zâde Mehmed Sâlih Efendi’nin mahdûm-ı necâbet-mersûmu olup nûr-ı dîde-i
erbâb-ı ma‘rifet olan…” (14, 79). Daha sonra təzkirəçi onun Əhməd Çavuş, Şeyxülislam Zəkəriyya Əfəndi,
Xeyrəddin Paşa, Darülhədisi-Süleymaniyyə mədrəsələrinə təyin olunduğunu qeyd edir. Arifi 1121/1709-cu
ildə İstanbulda vəfat edir və Göksu daxilində olan qəbristanlıqda dəfn edilir. Salim Əfəndi onun qələm gücünü
də tərifləyir: “Pâk-tabî‘at pür-ma‘rifet u’cûbe-hey’et nev’i şahsına münhasır ezkiyâ-yı rûzgârdan bir şâ‘ir idi.
Nâzik eş‘ârı bâlâ kasâ’idi ve vâfir âsârı vardır” (14, 79).
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
378
S. Müstəqimzadə “Töhfeyi-xəttatin”də Arifi haqqında yazır: “Xəttat Mehmet Arifi bin Mehmet Zühuri bin
İshaq. Xəttat kimi 25 yaşında icazət almışdır. Şam qazısı olmuşdur. 1121-ci ildə vəfat etmiş və Göksu
qəbristanlığında dəfn edilmişdir” (12, 714).
Salim təzkirəsində onun poeziyasından aşağıdakı nümunələr təqdim olunmuşdur:
“Beyt
İhâta etdi ten-i zerdimi sirişk-i keder
Miyân-ı cûyda kaldım misâl-i nîlüfer
Ve lehû
Perde etme zülfünü ruhsâra Allâh ‘aşkına
Verme yüz ol rû-siyeh mekkâre Allâh ‘aşkına
Genc-i hüsnünden gedâyân-ı tarahhum-cûların
Lutfun isterler şehâ bir pâre Allâh ‘aşkına” (14, 79).
Kamil İshaqzadə. XVIII əsrdə yaşayıb-yaratmış, əsl adı Məhəmməd (?-1148/1735) olan azərbaycanlı şair
haqqında məlumatı Salim və Ramiz təzkirələrindən alırıq. Bu şair Sultan İbrahim xanın dövrünün (1640-48)
üləmasından olan qarabağlı İshaq Əfəndinin nəslindən olduğu üçün İshaqzadə kimi tanınmışdır. Babası Mə-
həmməd Saleh Zühuri Əfəndi, Sultan Məhəmməd xan (1648-1687) zamanının üləmasındandır. Atası Arifi Mə-
həmməd Əfəndi Şam qazısı olmuşdur. Ramiz əfəndi təzkirəsində Salim əfəndidən fərqli olaraq Arifinin
H.1122/1710-cu ildə vəfat etdiyini qeyd etmişdir. Maarifpərvər və ziyalı şəxs olan Məhəmməd Kamil Çələbi
mədrəsə təhsili almışdır. Rumeli vilayətinin bəzi yerlərində qazılıq etmişdir. Əyribozda hökumət qulluğunda
ikən 1148/1735-ci ildə vəfat etdi (14, 591; 13, 254).
Ramiz Əfəndi onun türkcə şeirlərindən 9 beyt, Salim Əfəndi isə türkcə şeirlərindən 8 beyt, farsca
şeirlərindən isə 1 beyt nümunə olaraq təzkirəsində təqdim etmişdir. “Düşməzmi” rədifli 5 beytlik qəzəl hər iki
təzkirəçinin əsərində yer almışdır.
Təzkirəçi Ramiz Əfəndi onun şeirdə, inşada və xəttatlıq sənətində məharəti zahir olan şair oğlu şair kimi
xarakterizə etdikdən sonra şahmat oynunda da dövrünün yeganəsi olduğunu qeyd edir: “Mütərcəmi-məzkur
həqq bu ki, şeir ü inşa və xətt ü imlada məharəti zahir şair oğlı şair olduqlarından maəda lubi-şətrəncdə
yeganeyi-dövran və “mənəm digər nist” mənası hüzuri-Sultan Əhməd xani-məğfurda bila-fasilə Yüsri
hünərvəri üç dəfə mat itmələrindən əyan olmuşdur” (13, 254).
Şeirlərindən örnəklər:
Əcəb bu fülki-bəlakeş kənara düşməzmi,
Yemi-əməldə qalur bir diyara düşməzmi.
Nişani-sim ü səməndən idən tamaşa heç,
Qubari-dərgahi-dövlət-mədara düşməzmi.
Nədir puşişin, ey eşqi-çeşmi-xun-alud,
O mehri-hüsnə qurı bir nəzarə düşməzmi.
Görən o xətti-ruxi-alın, ey pəri-sima,
Həvayi-seyri-güli-səbzəzara düşməzmi.
Görürsə Kamil əgər naleyi-səhər-xizəm,
Şərari-şərmilə sad-etizara düşməzmi.
***
Bəni qərq itdi, ey bari-Xudayım,