Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə208/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   204   205   206   207   208   209   210   211   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

392 


 

Aşağıda məlumat veriləcək Osmanlı dövlətində yaşamış urmiyalı İshaqzadələr ailəsi haqqında Türkiyə və 

Azərbaycanda müstəqil olaraq demək olar ki, heç bir araşdırma aparıldığının şahidi olmadıq. Sadəcə 2014-cü 

ildə  çıxartdığım  "Yeni  Çağ  Devri  Osmanlı  Devletinde  Yaşamış  Karabağlı  Alimler"  adlı  məqaləmdə  səhfən  bu 

ailənin  bir  neçə  üzvünü  qarabağlı  İshaqzadələr  ailəsindən  zənn  edərək  onlar  haqqında  qısa  məlumat 

vermişdim  *3,  10-11].  Ancaq,  əldə  etdiyim  yeni  qaynaq  və  məlumatlar  işığında  o  bir  neçə  şəxsin  qarabağlı 

deyil əslində başqa bir sülalə olan urmiyalı İshaqzadələr ailəsinə mənsub olduqlarını ortaya çıxartdım. Məhz 

əldə  etdiyim  bu  məlumatlar  məni  məsələyə  aydınlıq  gətirməkdən  ötrü  yeni  müstəqil  bir  məqalə  yazmağa 

məcbur etdi.  

Mövzu ilə bağlı məlumatların alındığı yer heç şübhəsiz ki, Osmanlı mənbələridir. Bunların içində, urmiyalı 

İshaqzadələr  ailəsinin  orta  nəsl  nümayəndələri  ilə  eyni  və  yaxın  dövrlərdə  yaşamış  olan  Şeyxi  Məhməd 

Əfəndinin  (1667-1732)  1632-1731-ci  illəri  əhatə  edən  üç  cilddən  ibarət  "Vəqayiül-füzəla"  və  Məhməd 

Sürəyyanın  (1845-1909)  altı  cild  şəklində  "Sicilli  Osmani"  adlı  bioqrafik  əsərlərindən  xüsusi  olaraq 

yararlanılmışdır. Eyni zamanda mövzumuzla əlaqəli olan kifayət qədər başqa kitab və məqalədən də istifadə 

olunmuşdur.  

İshaq Əfəndi  

Osmanlı  dövlətinə  köçərək  orada  fəaliyyət  göstərən  urmiyalı  İshaqzadələr  ailəsinin  banisi  Molla  İshaq 

Əfəndidir.  Onun  h.  1005  (1596/97)-ci  ildə  Təbriz  vilayətinə  bağlı  olan  Urmiya  qəzasında  dünyaya  gəldiyi 

bildirilir. Osmanlı mənbələrində əsl adı Molla İshaq bin Yəhya kimi keçsə də, bu dövlətdə yaşayan başqa İshaq 

adındaki  şəxslərdən  fərqləndirilmək  üçün  onu  Kürd  İshaq  Əfəndi  şəklində  də  adlandırmışlar.  İlk  təhsilini 

doğulub boya başa çatdığı Urmiyada aldıqdan sonra, yüksək mədrəsə təhsili almaq üçün Osmanlı dövlətində 

"mədinətüş-şəhba"  adlandırılan  Hələb  şəhərinə  getmişdir.  Bir  müddət  orada  qalıb  ehtimal  ki,  mədrəsə 

təhsilini  bitirdikdən  sonra  İstanbula  köçmüşdür.  Mənbədə  Hələbə  və  ardından  da  İstanbula  getdiyi  tarix 

açıqca qeyd olunmasa da, onun İstanbula gəldikdən sonra "sədr-i ali qədr" şəklində yüksək vəzifəli qazi kimi 

vəsifləndirilən Xocazadə Abdullah Əfəndi (v. 1636) tərəfindən "mülazim", yəni müdərris olmaq üçün namizəd 

seçildiyi  bildirilir *11, 381-382; 10, C.3, 804]. Ümumiyyətlə Osmanlı dövlətində mülazim göstərilmə işi 1538-ci 

ildə  çıxarılan  elm  və  təhsil  qanunnaməsi  olan  “Molla  və  müdərrislərin  dərs  vermə  səlahiyyətləri  haqqında 

hazırlanan  əmirnamə”yə  görə  şeyxülislam,  padşah  müəllimləri,  Rumeli  və  Anadolu  qazıəsgərləri, 

naqibuləşraflar  (seyyidlər  qurumu),  Məvali-i  kiram  qazıları  (yüksək  rütbəli  qazı  hakimlər  və  "Bilad-ı  Selase" 

şəhərləri olan İstanbul, Ədirnə və Bursanın qazıları), "Bilad-ı Selase" dedikləri İstanbulda Üsküdar, Qalata və 

Əyyub    bölgələrinin  müftüləri  (axundları)  və  yüksək  mədrəsə  müdərrisləri  kimi  vəzifəli  şəxslər  tərəfindən 

həyata keçirilirdi. Mülazim olan şəxs yuxarıda adları sadalanan vəzifəli şəxslər tərəfindən təqdim olunur və o 

əyalətin qazıəsgərinin, bəzi hallarda isə şeyxülislamın təsdiqindən sonra növbəyə yazılırdı *1, 460; 2, 960-961; 

6,  218-223+.  Osmanlı  dövlətində  mədrəsələrlə  bağlı  ümumi  qaydalara  görə  isə,  yüksək  mədrəsə  təhsili 

minumum  5  il  bəzi  hallarda  daha  çox  sürürdü.  Məzun  olanlara  "icazət"  adı  verilən  diplom  təqdim  edilirdi. 

Sistematik  olaraq  yalnız  bundan  sonra  məzunların  "mülazim"  olma  haqqı  olurdu.  Növbəyə  alınan  mülazim 

müdərris  olmak  üçün  o  dövrdə  təxminən  7  il  gözləməli  idi  [12,  354-359+.  Burada  söhbət  İshaq  Əfəndinin 

İstanbulda mülazim seçilməsindən getdiyinə görə, bu hadisənin məhz Xocazadə Abdullah Əfəndinin 1630-31-

ci  illərdə  İstanbul  qazisi  ikən  *11,  26+  baş  verdiyini  güman  etmək  olar.  Beləcə  İshaq  Əfəndi  də  bu  üsulla 

mülazimlikdən sonra əvvəl İstanbulda "Qırx axça" mədrəsəsinə, oradan da 1640-cı ilin iyul ayında "Rahika ?" 

mədrəsəsinə müdərris təyin olunur. Buradan məlum olur ki, urmiyalı İshaq Əfəndinin Osmanlı dövlətinə təhsil 

almaq üçün getdiyi ilk tarix təxminən 1620-ci ildən sonradır.  

Rahika müdərrisliyindən təqribən üç il sonra 

iş yerini dəyişən İshaq Əfəndi ardıcıl olaraq "Xosrov Kətxuda" (1643), "Sekban-i Ali" (noyabr 1646), "Rüstəm 

paşa"  (1648),  İstanbul  Qadırğa  limanındaki  "Məhməd  paşa"  (mart  1649),  "Sahn-i  səmaniyyə"  (iyun  1651), 

"Altımışlı"  (dekabr  1651),  "Qələndərxana"  (aprel  1654-dən  iyul  1654-ə  qədər),  "Ayasofyayı  Kəbir"  (avqust 

1656--cı ildən aprel 1657-ci ilə qədər), "Süleyman xan darul-hədisi" (aprel 1658) kimi çox sayda mədrəsəyə 

müdərrislik etmişdir. 1656-cı ilin may ayında isə Səlaniq qazisi olmuşdur. Təqribən bir il sonra bu işindən azad 

olunsa  da,  1663-cü  ilin  sentyabr  ayında  bir  il  müddətinə  bu  dəfə  Bursa  şəhərinin  qazisi  təyin  edilmişdir. 

Ardından 1665-ci ilin axırlarında Silistrə sancağına bağlı olan Kadinabad qala-şəhərinin qazisi və  1667-ci ilin 

dekabr  ayında  isə  Məkkə  qazisi  olmuşdur.  O,  Məkkə  qazisi  ikən  "mərəzi  fəlc"  dedikləri  iflic  xəstəliyinə 

tutulduğundan,  öz  istəyilə  istefa  edərək,  daha  kiçik  olan  Foça  qəzasındaki  Sultaniyyə  qalasının  qazisi  təyin 

edilmişdir.  Səhhətinin  düzəlməsindən  sonra  ona  1668-ci  ilin  noyabr  ayında  Ədirnə  qaziliyi  həvalə 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

393 


 

olunmuşdur.  Təxminən  altı  ay  sonra  Ədirnə  qazisi  ikən  təqaüdə  ayrılan  İshaq  Əfəndi,  1671-ci  ilin  oktyabr 

ayında  vəfat  etmişdir.  Nəşi  İstanbula  gətirilərək,  Üsküdarda  yerləşən  Qaraca  Əhməd  təkkəsi  yaxınlığındakı 

məzarlığa dəfn olunmuşdur. Qaynaqlarda İshaq Əfəndinin müfəssir (təfsirçi) alim kimi fəzilət sahibi, kamil və 

saleh bir insan olduğu qeyd edilir. Hər hansı bir əsərinin olduğuna dair isə heç bir məlumat verilmir [11, 382; 

10, C.3, 805].   

Nur Məhməd Əfəndi 

Urmiyalı İshaq Əfəndinin oğludur. Atası kimi o da əvvəllər müdərrislik etmiş, sonralar ard-arda Yenişehir, 

Bursa  və  Məkkə  kimi  şəhərlərin  qazisi  olmuşdur.  1728-ci  ilin  noyabr  ayında  qazilikdən  təqaüdə  ayrılaraq 

İstanbula  qayıtmış  və  alim  kimi  fəaliyyət  göstərmişdir.  İstanbula  yerləşdikdən  sonra  Fındıqlı  rayonunda 

yaşayan Nur Məhməd Əfəndi  11 şəvval 1142 (29 aprel 1730)-ci ildə vəfat etmişdir *10, C. IV, 1266+. 

Yəhya Əfəndi: Nur Məhməd Əfəndinin böyük oğludur. O da müxtəlif vəzifələrdə işlədikdən sonra Məkkə 

şəhərinə  qazilik  etmidir.  Bu  işindən  təqaüdə  ayrıldıqdan  sonra  h.1177  (1763/64)-cü  ildə  dünyasını 

dəyişmişdir. Nəşi Kabataş məzarlığına dəfn olunmuşdur *10, C. V, 1673+. 

Əhməd Əfəndi: Nur Məhməd Əfəndinin ortancıl oğlu olmalıdır. O da müdərrislik etdikdən sonra Səlaniq 

qazisi  işləmişdir.  Kilisə  ikən  məscidə  çevrilən  Əski  İmarət  Məscidinə  yeni  minarə  tikdirdiyi  qeyd  olunur. 

H.1152 (1739/40)-ci ildə vəfat etmişdir *10, C. I, 179+. 

Feyzullah  Əfəndi:  Nur  Məhməd  Əfəndinin  kiçik  oğludur.  Üsküdar  qaziliyindən  çıxarıldıqdan  sonra  25 

cemaziyələvvəl  1181  (19  oktyabr  1767)  -ci  ildə  vəfat  etmiş  və  qəbri  Ədirnəqapı  məzarlığındadır  *10,  C.  II, 

532]. 


 Şeyx Məhməd Əfəndi  

 İshaq  Əfəndinin  nəvələrindən  biridir.  Hələlik  haqqında  ancaq  Məhməd  Süreyyanın  əsərində  keçən 

məlumatdan  belə  aydın  olur  ki,  İshaq  Əfəndinin  Nur  Məhməd  Əfəndidən  başqa  da  oğlu  olmuşdur.  Şeyh 

Məhməd  Əfəndi,  məhz  İshaq  Əfəndinin  adı  bizə  məlum  olmayan  ikinci  oğlunun  övladıdır.  Mənbədə  ədəb 

əxlaq  sahibi  müdrik  birisi  olduğu  qeyd  olunur.Müdərris  ikən  10  ramazan  1141  (9  aprel  1729)-ci  ildə  vəfat 

etmişdir *10, C.5, 1596+.  

İshaqzadə:  Mənbədə  tam  adı  yazılmasa  da  Şeyh  Məhməd  Əfəndinin  oğullarından  biri  olduğu  və 

İshaqzadə  şəklində  tanındığı  bildirilir.  H.  1202  (1787/88)-ci  ildə  Belqrad  şəhərinin  qazisi  təyin  olunmuş  və 

sonra da "dövriyyə mollası" vəzifəsində çalışmışdır. Mənbədə tarix göstərilmədən dövriyyə qazisi ikən vəfat 

etdiyi qeyd olunur [10, C. 3, 807].  

Nəticə 

Azərbaycanın  Urmiya  qəzasından  köçərək  Osmanlı  dövlətinə  yerləşən  İshaqzadələr  ailəsi  bu  dövlətdə 



bilinən  bir neçə  İshaqzadələrdən  biridir. Bu səbəbdən bəzən  bu  ailələr  səhfən  qarışdırılmışdır. Qaynaqlarda 

bu  ailənin  başçısı  urmiyalı  kürd  Yəhya  Əfəndi,  Osmanlı  dövlətinə  köçən  ilk  şəxsin  isə  İshaq  Əfəndi  olduğu 

bildirilir. Urmiyalı İshaqzadələr ailəsinin Osmanlı dövlətindəki fəaliyyətləri XVII əsrin əvvəllərindən XVIII əsrin 

sonlarına qədər təqribən iki əsrə yaxın davam etmişdir. Bu məqalədə Yəhya Əfəndidən başlayaraq İshaqzadə 

kimi tanınan son nümayəndəyə qədər beş nəsli əhatə edən ailənin səkkiz üzvü haqqında məlumat verilmişdir.  

Ailənin əsas fəaliyyət dairəsi elm sahəsi ilə bağlı olan mədrəsələrdə təhsilin və tədrisin təşkili işi və şəhər 

və  vilayətlərin  hakimi  kimi  isə  qazilik  olmuşdur.  Əlimizdəki  mənbələrdə  geriyə  hər  hansı  bir  əsər 

buraxdıqlarına dair məlumat verilməsə də, hər birinin alim və fəzilətli şəxs olduqları isə açıqca qeyd olunur. 

Nəticə olaraq onu demək olar ki, bu məqalədə urmiyalı İshaqzadələr ailəsi haqqında ilk dəfə ortaya çıxarılan 

məlumatlar, eyni zamanda daha sonraki geniş tədqiqatlar üçün bir ipucu ola biləcək xüsusiyyətə malikdir. 

Ədəbiyyat 

1.

 



Baltacı Cahit.  Hamid Efendi, Çivizade Damadı. // Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi (TDA). C. 

15, 1997, s.460-461. 

2.

 

Beyazit  Yasemin.  XVI.  Yüzyil  Osmanlı  İlmiyye  Kanunnameleri  ve  Medrese  Eğitimi.//  Belleten.  C. 



LXXVIII, Sa. 283, Aralık 2014, s. 955-992. 


Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə