Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
390
rəvayət və əfsanə sahəsində illüstrasiyalar yaradıb, miniatür təsvirləri yüksək bədiiliyi ilə seçilir və bədii
obrazın açılmasında oxucuya kömək göstərir.
Onun əsərləri arasında əjdaha obrazına xüsusi yer verilir. Bəlli faktdi ki, əjdaha bir neçə xalqın milli
əsərlərinin ayrılmaz elementidir və onunla bağlı müxtəlif izahlar verilir. Əjdaha uzun ömürlük, güc, bəzi
hallarda müdrükluü rəmzi sayılır. Bu simvola tez tez Yapon, Çin, Hindistan, İran, Azərbaycan əsərlərində rast
gəlmək olar. Rəssam bədii xətlərlə və boyaların dəyişkənliyi ilə, əjdaha ilə Simurq- quşunun mübarizəsinin
там gərginliyin və dinamikasını tamaşaçıya çatdırır. Sözü gəlmişkən, qeyd etmək lazımdır ki, Simurq quşuda
bir nəcə xalqın sevimlı obrazlarından biridir.
Onlardan birində Şah Qulunun möhürü və imzası, həmçinin yazısı vardır: bu əjdaha Şah Qulu Ruminin
işidir. Bu yazı 1544-45-ci illərdə Bəhram Mirzənin albomunun müqəddiməsinin müəllifi Dust Məhəmməd
tərəfindən də yazıla bilərdi. Qeyd edilən əsər Şah Qulunun ən erkən əsərlərindəndir. (3, səh 91)
Digər bir örnək üstünə sultan möhürü vurulmuş əjdaha təsviri olan bir rəsm əsəridir ki, onun da üzərinə
sonralar “Usta Şahqulu Ruminin işi” yazılmışdır. Şahqulu həm də 1545-ci il sənədlərində xatırlanır və bu
sənədlərdən onun sultana pəri təsvir olunmuş rəsm əsəri bağışladığı məlum olur. (3,səh 91)
Uçan pəri təsvir edilmiş əsərin altında “Şahqulunun işi” yazılmış bir imza var ki, onun həqiqi nüsxə
olduğunu təstiq edir. Çünki əksər hallarda bu miniatürçu rəssamlar öz imzalarını nadir hallarda qoyurdular və
belə imzalanmış əsərlər xüsusi olaraq diqqəti cəlb edir.
Şah Qulunun adına İstanbul albomuna daxil olan, şüşə və piyaləylə uçan pəri təsvir edilmiş digər bir
vərəqdə də rast gəlmək olar. Yüksək bədiiliyə xas rəsm Vaşinqtonun Frir qalereyasında saxlanılır. (3, səh. 92)
Topkapı sarayının kitabxanasında, Bəhman Mİrzənin murakkasında Şah Qulunun imzalanmış əsəri
saxlanılır. İmzanın məzmunu rəssamın vətən həsrətində olduğunu bildirir. ( 4 , səh.110)
Onun əsərləri mütəxəssislər tərərfindən qeyd etdiyimiz kimi, yüksək qiymətləndirirlir. Onun adı Mani və
Behzadla eyni cərgədə çəkilir və hətta bəzi mənbələrdə onlardan üstün tutulurdu. Türk sənətşünas alimləri
Ustadın osmanlı miniatür məktəbinin inkişafında ki rolunu danınmaz sayıllar. (4, səh.112).
Gözəl rəssam, nəqqaş və şair olmaqla yanaşı o, istedadlı müəllim olmuşdur.Onun iki tələbəsinin adı
bizim günlərə kimi gəlib catmışdı – Təbrizli Əli Can, o sonralar Hələb şəhərinə köçmüşdü və Qara Məmi.
Onun vəfatı ilə bağlı açıq bir şəkildə heç bir məlumat yoxdur. Lakin mövcud olan saray sənədlərinə
əsaslanaraq deyə bilərik ki, rəssam haqqında 1557-ci illərdən sonra heç bir məlumata rast gəlinmir. Bu o
demək diki, bu tarixdən sonra ustad vəfat etmiş sayıla bilər. (1,səh. 58)
Yekün olaraq demək istəyirik ki, ömrünün 42 ilini Osmanlı sarayında yaşamış və ən yüksək vəzifələri
(nəqqaş və baş nəqqaş kimi məsuliyyətli vəzifələri – G.Q.) tutmuş ustad Təbriz rəssamlarının ona öyrətdiyi
sənətin sirlərinin qoruyub saxlamaqla yanaşı, inkişaf etdirməyədə nail olmuşdur.
Ədəbiyyat
1.
Dədəyev B. Osmanlı mədəni həyatında töhfə vermiş azərbaycanlı rəssam-şair Şahqulu Pənahi//
Geostrategiya jurnalı, N 3, 2012
2.
Kərimov K. Soltan Məhəmməd və onun məktəbi. B., 1992
3.
Çelikdağ T. XV-XVII əə.Osmanlı miniatürlərində Təbriz miniatür ənənələri. // Elmlər namizədi elmi
dərəcəsi almaq üçün dissertatsiya. B.,2015
4.
Rəhimova G. K.Kərimovun azərbaycan sənətşünaslığındaki rolu.//Elmlər namizədi elmi dərəcəsi
almaq üçün dissertatsiya. B., 2007
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
391
OSMANLI İCTİMAİ - ELMİ FİKRİNİN İNKİŞAFINDA MÜHÜM ROL OYNAYAN URMİYALI İSHAQZADƏLƏR AİLƏSİ
ISAQZADE FAMİLY FROM URMİYA WHO PLAYED IMPORTANT ROLE İN THE DEVELOPMENT OF SOCİAL-
SCİENTİFİC THOUGHTS İN OTTOMANS
Dos. Dr. Bilal Dədəyev
Bakı Mühəndislik Universiteti
Xülasə
Azərbaycan ilə Osmanlı dövləti arasındakı ictimai-elmi-mədəni əlaqələrin möhkəmlənməsində
azərbaycanlı alimlərin çox böyük xidmətləri olmuşdur. Bəzən, alimlərimizin nəinki, özləri eləcədə uşaqları,
nəvə və nəticələri də bu münasibətlərin qurulmasında mühim rol oynamışlar. Osmanlı dövlətində fəaliyyət
göstərmiş belə azərbaycanlı ailələrdən biri də əslən urmiyalı olan İshaqzadələr ailəsidir. Mənbələrdə bu
ailənin başçısı urmiyalı Yəhya Əfəndi, Osmanlı dövlətinə köçən ilk şəxsin isə Molla İshaq Əfəndi olduğu
bildirilir. Urmiyalı İshaqzadələr ailəsinin Osmanlı dövlətindəki fəaliyyətləri XVII əsrin əvvəllərindən XVIII əsrin
sonlarına qədər təqribən iki əsrə yaxın davam etmişdir. Məqalədə Yəhya Əfəndidən başlayaraq İshaqzadə
kimi tanınan son nümayəndəyə qədər beş nəsli əhatə edən bu ailənin səkkiz üzvü haqqında məlumat verilir.
Hər biri alim və fəzilətli şəxs kimi təqdim olunan urmiyalı İshaqzadələr ailəsinin mənsubları Osmanlı
dövlətində əsas iş olaraq mədrəsə müdərrisliyi və həmçinin şəhər və vilayətlərin hakimi olan qazi vəzifəsində
fəaliyyət göstərmişlər.
Açar sözlər: Urmiyalı İshaqzadələr ailəsi, İshaq Əfəndi, Nur Məhməd Əfəndi, Şeyx Məhməd Əfəndi.
Abstract
Azerbaijani scholars played important role in the strengthening of public, scientific and cultural relations
between Ottoman state and Azerbaijan. Sometimes, not only our scholars, but also their children and
grandchildren played crucial role in the establishment of those relations. Isaqzades, originated from Urmiya,
were one of those Azerbaijani families lived and worked in the Ottoman state. In the sources, Yahya Efendi
is mentioned as a head of the family; while Molla Ishaq Efendi is stated as the first member of the family
settled in Ottomans. The activity of Isaqzades in Ottomans continued from the early of XVII to the late of
XVIII, almost for two century. In the article, it is given information about eight members of this family,
covering five generation, beginning from Yahya Efendi till the last person who was known as Isaqzade. Every
member of Isaqzade family who are introduced as scholar and statesmen as a main job in Ottoman state was
involved to teaching in the Madreses and was appointed as “gazi” of the cities and provinces.
Key words: Isaqzade family from Urmiya, Ishaq Efendi, Nur Muhammed Efendi, Sheikh Muhammed
Efendi
Giriş
Elxanilər dövləti (1256–1357) dövründə İran, Çin, Anadolu və Orta Şərqdən minlərcə elm, sənət və
mədəniyyət xadiminin bu ölkənin mərkəzinə çevrilmiş Azərbaycana gətirilməsi ilə, Azərbaycanda elm və
təhsil yüksək səviyyədə inkişaf etməyə başladı *13, 59-79; 7, 147-236]. Bunun məntiqi nəticəsi olaraq
Azərbaycan XIV-XV əsrlərdə Orta Şərqin elm və mədəniyyət mərkəzinə çevrildi. Bir çox qonşu dövlətlər kimi
Osmanlı dövləti də Müsəlman aləminin cazibə mərkəzinə çevrilən Azərbaycanla ictimai-elmi-mədəni
əlaqələrini daha da gücləndirdi. XV əsrin ikinci yarısı, XVI və XVII əsrlərdə Osmanlı cəmiyyətində azərbaycanlı
elm və mədəniyyət xadimlərinə çox böyük hörmət və rəğbət göstərildiyi və dövlət tərəfindən onların planlı
bir şəkildə ölkəyə gətirilmələri bilinməkdədir [5, 289-290; 4, 142; 9, 458; 8, 13]. Bu da iki dövlət arasında
bundan sonraki dövrlərdə də ictimai-elmi-mədəni münasibətlərin daha da güclənməsinə şərait yaratmışdır.
Beləcə, Azərbaycan ilə Osmanlı dövləti arasındakı ictimai-elmi-mədəni əlaqələrin möhkəmlənməsində
azərbaycanlı alimlərin çox böyük xidmətləri olmuşdur. Bəzən, alimlərimizin nəinki, özləri eləcədə uşaqları,
nəvə və nəticələri də bu münasibətlərin qurulmasında mühim rol oynayırdılar. Onlar da ata və babalarının
uğurlu yolunu davam etdirərək Osmanlı dövlətinin müxtəlif şəhərlərində müdərris (mədrəsə müdiri,
direktoru) və qazi (vilayətin və ya şəhərin hakimi) olaraq yüksək vəzifələrdə xidmət etmişlər. Osmanlı
dövlətində fəaliyyət göstərmiş belə azərbaycanlı ailələrdən biri də əslən urmiyalı olan İshaqzadələr ailəsidir.