Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə210/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   206   207   208   209   210   211   212   213   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

396 


 

baxımdan  şəhərin  bədii  mətninin  formalaşmasında  geostrateji,  etnik,  dini  faktorlar  həlledici  rol  oynayan 

aspektlərdir. 

Müasir  Azərbaycan  elmində  xarici  şəhərlərin  təsviri  siqnaturasının  tərifi  və  təsnifatı  problemi  aktual 

məsələlərdəndir.  Və  əgər,  ədəbiyyat  sahəsində  bu  istiqamətdə  müəyyən  irəliləyişlər  və  tendensiyalar 

izlənirsə,  təsviri  incəsənət  sahələrində  mövcud  faktoroloji  baza  təsnif  edilməkdədir.  Əsas  səbəb  bilavasitə 

mənbələrin  mövcudluğu  ilə  əlaqəlidir  ki,  narrativ  və  epistolyar  qaynaqlar  müəyyən  şəhərin  obrazının  yerli 

bədii  mədəniyyətdə  formalaşma  tarixini  izləməyə  imkan  verir.  Belə  ki,  Orta  əsrlərə  aid  zəngin  mənbələr, 

səyahətnamələr  bir  sıra  şəhərlərin  obrazını  məhz  müəllif  interpretasiyası  nəticəsində  formalaşdırır.  Qeyd 

edək  ki,  bu  istiqamətdə  fərqli  tarixi  dövrlərdə  mövcud  olan  geomədəni  areal  məhdudiyyəti  də  araşdırılan 

mövzuya  dair  çətinliklər  törətmişdir.  Belə  ki,  uzun  müddət  milli  təsviri  sənətimizdə  xarici  ölkə  və  şəhərlər 

mövzusuna  nisbətən  az  müraciət  edilmişdir  və  yaxud  bu  müraciətlər  müəyyən  ideoloji,  siyasi,  iqtisadi 

amillərdən  asılı  olaraq  formalaşırdı.  Tarixi  retrospektivada  xarici  tematikanın    ilk  nümunəsi  kimi  Qobustan 

qaya rəsmlərində əks olunmuş səyahət səhnələri, burnunda Günəş təsviri olan qayıqlar aid edilir. Orta əsrlər 

üçün miniatür bədii ənənələrində Şərgin şəhər və mədəni mərkəzlərinə müraciət səciyyəvidir. Burada Təbriz, 

Bağdad, Şam, İstanbul izahlı təsviri mövcuddur. Qeyd olunanan mərhələdə təsviri interpretasiyalarda ənənəvi 

olaraq  memarlıq  abidələri  və  təbiət,  xüsusən  də  dağ  və  çayların  təsvirləri  mühüm  yer  tutur.  Maraqlıdır  ki, 

Orta  əsr  Azərbaycan  şəhərlərinin  təsvirləri  Osmanlı,  Moğol  miniatürlərində  təsvir  olduğu  halda,  Orta  əsr 

azərbaycan  miniatürlərində  şəhərlərin  təsviri  interpretasiyaları  nisbətən  nadirdir.  Orijinal  nümunələrdən 

1468-ci  ildə  Şamaxıda  hazırlanmış  və  hazırda  Britaniya  Muzeyində  qorunan  “Antologiya”  əlyazmasının 

“Bağdadda  daşqın”  miniatürü  qeyd  olunur.  Müsəvvir  burada  möhtəşəm  Bağdadı  sanki  quş  uçuşu 

səviyyəsindən verərək, kompozisiyanı panoram şəklində həll etməyə çalışmışdır.  

Abidələrin  detallı  həlli  incə,  şəbəkəli  dekor,  rəng  ritmlərinin  düzgün  ardıcıllığı,  eyvanlar,  firuzəyi 

gümbəzlərin  təsviri  azərbaycan  miniatür  sənətində  şəhər  semantikasının  artıq  XVI  əsrdə  müəyyən 

ikonoqrafiyası haqqında məlumat verir. Belə ki, qeyd olunan əsərin nümunəsində Şərq şəhərlərinin təsvirində 

memarlıq abidələri, xüsusən məscid və türbələr, həmçinin ictimai və yaşayış tikililəri, onların bəzək detalları 

zəngin şəkildə göstərilir və kompozisiyanın planlar vasitəsi ilə qurulması nəticəsində dəqiqləşdirilir.  

Milli  təsviri  incəsənətin  XVIII  əsrdən  başlayaraq  yeni  tendensiyalarla  zənginləşməsi,  qeyd  olunan 

dövrdən başlayaraq tematik dəyişikliklərə də təkan verir. Şimal istiqamətlərdə intensivləşən siyasi və iqtisadi 

əlaqələr bədii mədəniyyətdə də əks olunur. Bu baxımdan milli mariflənmə mədəniyyətində mühüm yer alan 

Avropa  bədii  ənənələri,  rəsm  və  qrafika  tərzi  də  xüsusi  qeyd  olunur.  Bəhs  edilən  konteksti  formalaşdıran 

digər  amil  XIX  əsrin  ikinci  yarısında  dünya  incəsənətində  cərəyan  edən  “oriyentalizm”  akademik  istiqaməti 

olmuşdur ki, “şərgsayağı” üslublaşdırılmış motivlərin və süjetlərin həm Avropa həm rus həm də qonşu İran və 

Osmanlı  rəngkarlığında  tədbiq  edilməsi  idi.  Məhz  bu  kontekstdə  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  Bakı 

memarlığını  tərif  edən  eklektika  və  milli-romantizm  üslubunda  abidələrin  daxili  dekorunda  monumental 

boyakarlıq əsərləri mühüm yer alır. Onların janr baxımından üslubi təhlili müəyyən edir ki, burada yerli, milli 

motivlər,  ornamentlər  ilə  yanaşı,  antik  və  oriyentalist  istiqamətlərə  meyllər  geniş  şəkildə  işlənirdi.  Bakı 

milyonçularının  modernləşmə  meyllərinə  yönəldilən  yeni  imarətlər  və  onları  bəzəyən  monumental  divar 

rəsmləri romantizm ənənələrinə sadiq olaraq, pastel tonlarda ənənəvi idilistik mövzulara müraciət edirdilər.  

Yuxarıda  qeyd  olunduğu  kimi,  Azərbaycan  rəngkarlığında  bu  yeni  təsirlərin  bir  qaynağı  da  Rus-Avropa 

realistik  rəsm  məktəbi  idi.  Geniş  yayılmış  mövzularda  İstanbulun  təsvirləri  xüsusi  yer  tuturdu.  Şəhərin 

təsvirinə  meyllər  Yeni  dövr  incəsənətinin  bütün  mərhələləri  üçün  səciyyəvidir.  Maraqlıdır  ki,  bu  dövrdə 

Osmanlı  rəngkarlığında  dəbdə  olan  və  Türk  realist  təsviri  incəsənətinin  inkişafında  mühüm  yer  alan 

“oriyentalizm”  meylləri  müəyyən  janr  və  süjetlərin  tədbiqinə  əsaslanırdı  *2;  22+.  Onların  ilk  nümunələri 

Avropa  və  xüsusən  fransız  rəssamları  tərəfindən  yaradılmışdır.  XVIII  əsrdə  flamand  rəssamı  Jan  Batist  Van 

Mur  tərəfindən  İstanbulda  işlənən  100-ə  yaxın  əsərdə  oriyentalist  tərzli  İstanbul  təsvirləri,  III  Səlimin 

dövründən  başlayaraq  “Boğaziçi  rəssamları”nın  (Melling,  Hilair,  Allom,  Bartlett,  Favray)  əsərlərində  artıq 

müəyyən  ikonoqrafiya formalaşdırmağa  başlamışdır. Eyni  zamanda  Amadeo  Preziosi,  Leonardo Manqonun, 

Zonaronun  əsərlərində  Osmanlı miniatürlərinin təsiri də  hiss olunur. Ekstremal mədəni mühit yaradan Rus-

Osmanlı  müharibələri  nəticələrində  türk  və  onun  kontekstində  formalaşan  İstanbul  mövzusu  rus 

rəngkarlığında XIX əsrdə inkişaf edir ki, əsrin sonunda Ayvazovskinin Dolmabaxça Sarayında yaratdığı 19 əsər, 

Y.Pavilikeviçin  “Haliç”  silsiləsi  parlaq  nümunələrdəndir.  Mövzunun  inkişafı  Türk  realist  məktəbinin 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə