Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə26/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   22   23   24   25   26   27   28   29   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

39 


 

keçirilməlidir.  Lakin  qeyd  olunmalıdır  ki,  Osmanlının  süqutundan  sonra  Türkiyə  ilə  Azərbaycan  Demokratik 

Cümhuriyyəti  arasında  yaranan  geosiyasi  münasibətlər  xüsusilə  yeni  xarakter  almağa  başlayır.  Məsələn,  Əli 

bəy Hüseyinzadə, Ziya Göyalpın "avrasiyaçılıq-turançılıq", Yusif Akçura, Nihal Atsızın millətçi ideyaları sonrakı 

illərdə Azərbaycan Türkiyə münasibətlərində yeni geosiyasi əlaqələrin əsasını yaratdı.  

Cümhuriyyətin ilk illərində türklərin geosiyasi düşüncə sahibi olan Atatürk özünün güclü iradəsini və milli 

ideyasını ortaya qoyaraq Türkiyənin xarici siyasətində geostrateji konsepsiyasını özünəməxsus bir yanaşma ilə 

həyata  keçirməsi  ilə  ətraf  ölkələrlə  geosiyasi  təmasların  qurulmasından  məharətlə  istifadə  etmişdir. 

Azərbaycan Demokratik Cümhuriyyəti ilə Türkiyə Qafqazda yeni geosiyasi mühitin formalaşması üçün xüsusi 

təşəbbüslər  göstərməsinə  baxmayaraq,  təəssüf  hissi  ilə  qeyd  etmək  lazımdır  ki,  nəhayət  beynəlxalq  güclər 

tərəfindən uzun müddətdən bəri layihələndirdikləri süni Ermənistan dövlətini yaradaraq, 1918-ci il mayın 29-

da  İrəvan  şəhərinin  ermənilərə  siyasi  mərkəz  kimi  verilməsinə  səbəb  oldu.  Beləliklə  1920-ci  il  ADR-in 

bolşeviklər  tərəfindən  işğal  olunması  nəticəsində  Azərbaycanın  Türkiyə  ilə  əlaqələrində  geosiyasi  şəraitə 

uyğun durğunluq yarandı. 

Lakin,  1920-ci  Azərbaycan  Demokratik  Cümhuriyyəti  süqut  etməsinə,  onun  yerini  Sovet  Azərbaycanı 

tutmasına  baxmayaraq  Türkiyə  ilə  əlaqələr  tamamilə  kəsilmədi,  açıq  və  gizli  formada  qarşılıqlı  yardımlarla 

müşayiət  olundu.  Məsələn,  1920-ci  il  may  ayının  3-də  Mustafa  Kamal  Paşa  Şərq  Cəbhəsi  komandiri  Kazım 

Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin 

edə  biləcəyimiz  bir  qaynaq  yoxdur.  Başqa  qaynaqlardan  pul  əldə  edənə  qədər,  Azərbaycan  Hökumətindən 

borc  pul  alınmasını  təşkil  etmənizi  istəyirəm”. Kazım  Qarabəkir  Paşa  Atatürkün  bu  istəyini  Azərbaycan 

hökumətinə  bildirir.  Bu,  Azərbaycan  Sovet  Sosialist  Respublikası  ilə  Ankara  hökuməti  arasındakı  ilk  rəsmi 

təmas  idi.  Həmin  ilin  may  ayında  Azərbaycan  Türkiyəyə  62  sistern  neft  göndərmiş  və  bundan  sonra  savaş 

qurtarana  qədər  eyni  dəyərdə  neft  və  üç  vaqon  kerosin  göndərmə  öhdəçiliyi  götürmüşdü.  Mustafa  Kamal 

Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-

ci  il  mart  ayının  17-də  Nərimanova  çatdırılmış,  o  isə  V.İ.Leninin  təyinatı  ilə    Azərbaycan  hökumətinin  

tərkibində  müxtəlif  vəzifələrə  təyin  edilmiş  ermənilərin  etirazına  baxmayaraq  dərhal  qardaş  ölkəyə  500  kq 

qızıl  göndərmişdi.  Türkiyədə  bunun  200  kq-nı  dövlət  büdcəsinə  yatırılmış,  qalanı  isə  silah  və  sursat  üçün 

istifadə edilmişdi” *7+. 

Göründüyü  kimi  Azərbaycan  ən  ağır  geosiyasi  şərtlər  altında  belə  qardaş  Türkiyə  ilə  münasibətlərə 

birdəfəlik son qoymadı. 70 illik Sovet imperiyası daxilində olmasına baxmayaraq “Avrasiya-turançı” ideyaları 

Azərbaycan  insanın  istiqamətverici  ideoloji  xəttinə  çevrildi.  Hətta  1937-ci  il  pantürkizmi  damğası  altında 

repressiyalara  məruz  qalan  Azərbaycan  mütəfəkkirlərinin  güllələnməsi  belə,  “Avrasiyaçı-turançı”  ideya 

xəttinin tamamilə məhv olmasına gətirib çıxarmadı. Keçmiş Sovet imperiyasının kapitalist ölkələri ilə ideoloji 

düşmən  mövqeyində  olması  belə  Azərbaycan  Türkiyə  münasibətlərinə  maneə  ola  bilməmişdi.  Məsələn, 

Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə Türkiyə Cümhuriyyətini təmsil edən Süleyman Dəmirəl 

1967-ci ildə baş nazir kimi Bakıya səfərə gəlmişdi. Bundan iki il sonra Türkiyə Prezidenti Cövdət Sunay Sovet 

Azərbaycanını  ziyarət  etmiş  və  bu  səfərlər  gələcəkdə  iki  qardaş  ölkənin  əlaqələrinə  regionun  geosiyasi 

mənzərəsinin dəyişməsinə müəyyən ideoloji əsaslar yaradırdı. 

2.

 

Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında geosiyasi əlaqələrin yeni mərhələsi 

1991-ci  ildə  milli  özünüdərk  (Avrasiyaçılıq-turançılıq)  ideyaların  yenidən  aktuallaşması  onu  göstərir  ki, 

Azərbaycan  Demokratik  Cümhuriyyəti  dövründə  geosiyasi  məqsədlər  üçün  yaradılan  məfkurə  o  dövrün 

“müasir  silahlarından” daha  uzaq  hədəflərə  çata  bildi.  Məhz  bu  baxımdan  ABŞ-n  siyasi  araşdırmaçılarından 

olanı L.Kristof,  qeyd edirdi ki, "müasir geosiyasətçilər xəritəyə təbiətin insana bəxş etdiyini deyil təbiətin onu 

necə istiqamətləndirdiyini tapmaq üçün baxırlar" [8, s.134]. 

Əlbəttə  mövzunun  əvvəlində  geosiyasi  konsepsiyaları  dövrün  və  zamanın  ən  uzaq  vuran  silahları  ilə 

müqayisə  etməyimiz  səbəbsiz  deyildi.  Məhz  bu  baxımdan  Azərbaycan  müstəqilliyini  elan  etdiyi  andan 

istiqamətini  Türkiyəyə  tərəf  çevirdi  və  əlaqələri  strateji  əməkdaşlıq  səviyyəsinə  qaldırılması  üçün  ildən-  ilə 

artan  templə  fəaliyyət  göstərməyə  başladı.  Yenicə  müstəqillik  qazanmış  Azərbaycanın  zəngin  enerji 

ehtiyatlarını, strateji coğrafi məkanda yerləşməsini, Avropa ilə Asiyanın kommunikasiya dəhlizini,  hətta eyni 

etnik  köklərə  malik  Türkiyə  ilə  gələcək  əlaqələrini  incələyən  geostrateji  mərkəzlər  vaxtilə  öz  sələflərindən 

qalmış  erməni  layihəsini  azacıq  fərqlə  ötən  əsrin  sonlarında  1989-cu  ildə  Azərbaycanda,  Dağlıq  Qarabağda 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

40 


 

yenidən tətbiq etdilər və bu layihənin məzmunu, mahiyyəti, məqsədi, ssenarisi hətta baş rolun ifaçısı da eyni 

idi, sadəcə dəyişən zaman idi.  

Xüsusilə  qeyd  olunmalıdır  ki,  dünya  güclərinin  XX  əsrin  əvvəllərində  Türkiyənin  Azərbaycanla  sərhəd 

əlaqələrinin  silinməsinə  hesablanmış  geosiyasi  savaşın  ən  ağır  zərbəsi  yenicə  müstəqillik  qazanmış 

Azərbaycana  dəydi.    Beləliklə  Rusiyanın  forpostu  olan  Ermənistan  aldığı  siyasi  və  hərbi  dəstək  nəticəsində 

1992-1993-cü illər ərzində Azərbaycanın 20% -dən çox torpağını işğal edərək, 1000000-dan (bir milyon) çox 

əhali öz tarixi vətənində qaçqın və məcburi köçkün vəziyyətinə salındı. Əslində Azərbaycanı belə ağır şərtlərə 

məcbur etməklə özündən asılı vəziyyətdə saxlama siyasəti ilə bölgənin geosiyasi vəziyyətinə nəzarət etmək 

istəyən  güc  mərkəzlərinin  planını-  dünyanın  böyük  siyasətçiləri  arasında  özünəməxsus  yeri  olan,  xüsusi 

geostrateji düşüncəsi ilə gələcək hədəfləri hesablayan H.Əliyev “əsrin müqaviləsi” adlandırılan neft siyasəti ilə 

pozmuş  oldu.  Hadisələrin  sonrakı  gedişi  onu  göstərdi  ki,  H.Əliyevin  siyasəti  həm  Azərbaycanın,  həmdə 

Gürcüstanın Türkiyə ilə inteqrasiyasına, xüsusilə iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafına misilsiz töhfələr 

vermişdir. Heçdə təsadüfi deyildir ki,  Bjezinski Türkiyəyə regionda xüsusi rol ayıraraq qeyd edirdi ki, “Türkiyə-

Azərbaycan-Gürcüstan  üçlüyü  Qərblə  bir  yerdə  bölgənin  geosiyasi  vəziyyətinin  əsas  və  həlledici  amillərini 

müəyyən edir” *9, s.75+. 

Azərbaycanla-Türkiyənın    strateji  əlaqələrinin  xarakteri  (tarixi,  mədəni,  milli,  dini  bağların  ön  planda 

olması)  onu  göstərir  ki,  ikitərəfli  münasibətlərdə  ağırlığı  getdikcə  artan  iqtisadi  amil  bölgədə  yeni  geosiyasi 

mühitin  formalaşması  üçün  ciddi  əsaslar  yaradır.  Əlbəttə  bu  əsasların  yaranması  1994-cü  ildə  Avrasiya 

materikində geosiyasi və geoiqtisadi mənzərəyə təsir etmiş layihənin; Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 

reallaşdırılması  ikitərəfli    münasibətlərin  daha  da  möhkəmlənməsinə  və  dərinləşməsinə  şərait  yaratmışdır. 

Qeyd  etmək  yerinə  düşər  ki,  1994-cü  il  sentyabrın  20-də  imzalanmış  "Əsrin  müqaviləsi"nin  xarici  neft 

şirkətlərinin konsorsiumunda "Türk petrolları" şirkətinin təmsil olunması xüsusi geostrateji düşüncəyə sahib 

olan  Heydər  Əliyevin  Türkiyə  ilə  Azərbaycan  arasında  uzaq  hədəflərə  hesablanmış  ilk  böyük  addımı  idi. 

Sonrakı  hədəflərə  hesablanmış  neft  siyasətindən  sonra  iki  qardaş  ölkə  arasında  bütün  sahələrin  inkişafı  ilə 

əlaqədar  baş  verən  qanunauyğun  proseslər  regionun  əleyhinə  deyil,  əksinə  bölgənin  iqtisadi  inkişafı  üçün 

gərəkdir. “Əsrin müqaviləsindən” başlayan bu proses fakta çevrilmişdir və  ildən-ilə  gözlərimiz qarşısında bu 

fakt daha da möhkəmlənməkdədir. Həmin faktın təsdiqlənməsi yalnız iqtisadi, sosial amillərlə bağlı olmayıb 

həmdə SSRİ-nin süqutundan sonra Xəzər hövzəsi və Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyətin H.Əliyev 

tərəfindən düzgün qiymətləndirilməsi ilə bağlıdır” [10, s.52].      

Məsələn, Bjezinski Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənubi Qafqazdakı geosiyasi şəraitə təsir göstərən bir 

neçə əsas mərkəzi fərqləndirərək qeyd edirdi ki: “...regional güclər – Rusiya, Türkiyə, İran və Çin, beynəlxalq 

güclər – Avropa Birliyi və ABŞ-dır. ... Rusiya indi o gücdə deyil ki, regiondakı hadisələrə nəzarət edə bilsin. ABŞ 

isə  regiondan  çox  uzaqda  olduğu  üçün  hadisələrə  ciddi  təsir  göstərə  bilmir.  Amma  ABŞ-ın  gücü  onun 

regiondakı hadisələrə biganə qalmasına imkan verə bilməz” [9, s.74].  

Təbii  ki,  Bjezinskinin  qeyd  etdiyi  bu  coğrafi  ərazilər  tarixən  beynəlxalq  güclərin  döyüş  paliqonu  kimi 

ziddiyyətlərlə  müşayiət  olunmuşdu.  Lakin,  Cənubi  Qafqazda  müasir  dövrün  geosiyasi  aktorlarının 

formalaşmasında Azərbaycan  xüsusi rola sahibdir və  funksiyanın  həyata keçirməsi üçün yeni iqtisadi, siyasi, 

kommunikativ  “alətlərə”  sahibdir.  Belə  ki,  siyasi  güclər  tərəfindən  yaradılan  “Dağlıq  Qarabağ”  probleminə 

baxmayaraq, Azərbaycan Türkiyənin Qafqaz regionunda mühüm aktorlardan birinə  çevrilməsi üçün özünün 

strateji imkanlarından məharətlə istifadə etmiş beynəlxalq layihələri qardaş ölkə ilə əlaqələndirmişdi.  

Məsələn,  Azərbaycanın  Türkiyə  ilə  strateji  məqsəd  kimi  reallaşdırmaq  istədiyi  TAP,  TANAP  və  nəzərdə 

tutulan  digər  enerji  layihələrinə  qlobal  güc  mərkəzləri  tərəfindən  müxtəlif  təzyiqlər  olmasına  baxmayaraq, 

qoyulan  iradə  nəticəsində  təbii  qaz  ehtiyatları,  istehsalı,  nəqli  və  istifadəsi  Xəzər  və  Qara  dəniz  regionu  ilə 

Aralıq  dənizi  hövzəsini  geosiyasi  maraqlar  baxımından  daha  da  yaxınlaşdıracaq.  Beləliklə  dünya 

iqtisadiyyatında təbii qaza sürətli keçidi ilə əlaqədar olaraq, geosiyasi məqsədlərə çatmaq üçün regionun yeni 

aktorlarının Azərbaycan və Türkiyə üzərində olması heç bir şübhə doğurmur. Lakin, regionun yeni aktorlarının 

Azərbaycan  və  Türkiyə  üzərində  fokuslaşması  maraqlı  güc  mərkəzlərinin  diqqətini  bu  regiona  yönəldir  və 

onlar tərəfindən yeni təhlükələrin yaradılması ilə bağlı müxtəlif ssenarilərin hazırlanması ehtimalı az deyildir. 

Məhz  bu  baxımdan  təbii  qaz  ehtiyatının  Avropa  İttifaqı  (Aİ)  ölkələrinə  nəqli  ilə  bağlı  enerji  təhlükəsizliyi 

məsələsində  məsafə  əsas  rol  oynayır.  İki  qardaş  ölkənin  təşəbbüsü  ilə  Türkmənistana  məxsus  qazın  Xəzər 



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə