Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə33/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   29   30   31   32   33   34   35   36   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

52 


 

kəmərləri  kimi  dəmir  tellər  bu  iki  türk  dövləti  arasındakı  strateji  münasibətlərə  yeni  məzmun  gətirib. 

Bunlardan  başqa,  ideya  təşəbbüsü  yenə  də  Azərbaycana  məxsus  olan  Bakı-Tbilisi-Qars  dəmiryol  xətti  də 

Azərbaycan-Türkiyə  münasibətlərinin nə  qədər möhtəşəm  olduğunu göstərməklə  yanaşı, bu  iki türk dövləti 

arasındakı əməkdaşlığın nəinki regional, həm də qlobal miqyasda iqtisadi yüksəlişə və beynəlxalq həmrəyliyə 

töhfə vermək iqtidarında olmasından xəbər verir. TANAP layihəsi isə Azərbaycanla Türkiyə arasındakı sosial, 

iqtisadi  və  digər  sahələrdə  indiyədək  mövcud  olan  qardaşlıq  münasibətlərinə  əlavə  dəstəkdir.  Bütün  bu 

layihələrin gerçəkləşməsində Azərbaycanın bu bölgədə keçirdiyi müstəqil siyasət və Prezident İlham Əliyevin 

siyasi iradəsi mühüm rol oynayır. 

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi 

layihələr  –  Bakı-Tbilisi-Ceyhan  neft,  Bakı-Tbilisi-Ərzurum  qaz  kəmərləri  və  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

layihələri  regionda  sülhün  və  təhlükəsizliyin  təmin  olunmasına  öz  töhfəsini  verməklə  yanaşı,  xalqlarımızın 

rifah  halının  yaxşılaşdırılması  baxımından  da  böyük  əhəmiyyətə  malikdir.  Hazırda  regionun  ən  böyük  və 

mühüm  layihələri  hesab  edilən  hər  üç  layihənin  Bakıdan  başlanması  təkcə  Azərbaycanın  neft  və  qaz 

ehtiyatlarına  malik  olması  deyil,  eləcə  də  ölkəmizin  regionda  ən  böyük  iqtisadi  potensiala,  gücə  və  həmin 

layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. 

Azərbaycanın müstqillik əldə etməsindən sonra yenidən çiçəklənən Azərbyacan Türkiyə münasibətləri bu 

gün də yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan Türkiyə münasibətlərində xalqların qardaşlığı nə qədər 

böyük rol oynayırsa, hər iki dövlət başçısının şəxsi səmimi münasibətləri də bir o qədər böyük rol oynayır. Hər 

iki dövlət Ulu öndər Heydər Əliyevin “Bir millər, iki dövlət” şüarını rəhbər tutaraq bütün sahələri əhatə edən 

qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək yolunda uğurla irəliləyir. 

Nəticə 


XX  əsrdə  ikinci  dəfə  tarixi  şərait  yarandıqdan  və  Azərbaycan  xalqı  müstəqillik  qazandıqdan,  dövlət 

qurduqdan sonra bu müstəqilliyi tanıyan ilk dövlət məhz Türkiyə Cümhuriyyəti oldu. Türkiyə Cümhuriyyətinin 

qurucusu  Mustafa  Kamal  Atatürkün  “Azərbaycanın  kədəri  kədərimiz,  sevinci  sevincimizdir” kəlamından  güc 

alan  rəsmi  Ankara  Azərbaycan  Respublikasının  tanınmasına  dair  qərar  verdi.  Ortaya  çıxan  yeni  situasiya  və 

xalqların  bir-biri  ilə  sıx  bağlılığı,  eyni  zamanda,  dövlətlərimizin  də  çiyin-çiyinə  verərək  dayanmasını  zəruri 

edirdi. Onu  da qeyd  etmək yerinə  düşər  ki, məhz Ümummilli lider  Heydər  Əliyevin  1993-cü  ildə  ikinci dəfə 

hakimiyyətə gəlişindən sonra ölkəmizdə reallaşdırılan siyasət qardaş dövlətlərin münasibətlərində “Bir millət 

iki  dövlət”  mərhələsinin  əsasını  qoydu. Müstəqillik  elan  olunan  gündən  Azərbaycan  demokratik,  sivil,  bazar 

iqtisadiyyatı prinsiplərinə uyğun cəmiyyət quruculuğunu prioritet istiqamət kimi seçmişdir. Qafqaz bölgəsinin 

stratejik  əhəmiyyəti,  Türkiyənin  Türk  dünyasına  tərəf  istiqamət  almasında  Azərbaycanın  ilkçıxış  nöqtəsi  və 

körpü vəzifəsində olması, Türk mədəniyyəti və dil baxımından Azərbaycanın Türkiyəyə yaxınlığını nəzərə alsaq 

Azərbaycan-Türkiyə arasındakı əlaqələr daha mühüm əhəmiyyət kəsb edir. 

Ədəbiyyat 

1.

 



N.Məmmədli “Mərkəzi Asiyanın Türk dövlətləri və Türkiyə” Bakı 2005, 234 s. 

2.

 



Hulusi Kılıç. Son iyirmi ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış /Azərbaycan-Türkiyə əlaqələri 

son 20 ildə:uğurlar və imkanlar (məqalələr toplusu)/ Bakı:-SAM, 2011, s.9-15 

3.

 

30 tarixi səfər / Bakı:- Heydər Əliyev İrsini Araşdırma Mərkəzi, 2013, 420 s. 



4.

 

Həsənov  Ə.M.  Müasir  beynəlxalq  münasibətlər  və  Azərbaycanınxarici  siyasəti.  Dərslik.  Bakı: 



“Azərbaycan” nəşriyyatı,2005. 631 s. 

5.

 



 Hacıyeva Ş.Ş. Türkiyə-Azərbaycan iqtisadi əlaqələri (1990-2010) / Bakı Universitetinin xəbərləri №2, 

2012, s.119-125 

6.

 

Abdullayev M. Azərbaycan-Türkiyə əlaqələri. Bakı: Mütərcim, 1998, 112 s.  



7.

 

Çarıkçı Emin. Türk Dünyasında Ekonomik gelişmeler ve işbirliyiimkanları/ Türkiye İşveren Sendikaları 



Konfederasyonu aylık İşveren dergisi / Aralık 2005, s.8. 

8.

 



http://musavat.com/news/gundem/turkiye-azerbaycan-munasibetleri-yeni  

 

 



 


Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

53 


 

II BÖLMƏ 

 

SOVET İŞĞALININ İLK İLLƏRINDƏ  AZƏRBAYCAN-TÜRKIYƏ ƏLAQƏLƏRİ 



 (1920-1922-CI ILLƏR) 

AZERBAIJAN-TURKEY RELATIONS IN THE EARLY YEARS OF THE SOVIET OCCUPATION 

 (1920-1922) 

Prof. Dr. Xəqani Məmmədov  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

Xülasə 


 

 

 



 

Sovet  işğalının  ilk  illərində  Azərbaycan-Türkiyə  münasibətləri  yeni,  daha  yüksək  səviyyədə  inkişaf 

etdirildi.  Hər  iki  ölkədə  diplomatik  nümayəndəliklər  yaradıldı.  Azərbaycan  SSR  Türkiyə  ilə  Sovet  Rusiyası 

arasında  əlaqələrin  yaradılmasında  və  inkişafında  uğurla  vasitəçilik  etdi.  Moskva  və  Qars  müqavilələrinin 

imzalanması hər iki ölkənin diplomatik uğuru oldu. 

Türkiyənin  İstiqlal  mübarizəsində  Azərbaycan  türkləri  qardaş  ölkəyə  hərtərəfli  dəstək  oldu,  ona 

təmənnasız qızıl pul, neftvə neft məhsulları ilə yardım göstərdi. Bu köməyin Türkiyənin milli azadlıq hərəkatın 

əldə etdiyi böyük qələbədə çox mühüm rolu oldu. 

Açar  sözlər:  Azərbaycan  Sovet  Hökuməti,  Türkiyə  Cümhuriyyəti,  Nəriman  Nərimanov,  Mustafa  Kamal, 

siyasi münasibətlər, iqtisadi əlaqələr, qardaş köməyi, qızıl pul, neft,  neft məhsulları. 

Abstract 

In the early years of the Soviet occupation, the Azerbaijani-Turkish relations were developed at a new, 

higher  level.Diplomatic  missions  were  established  in  both  countries.  Azerbaijan  successfully  mediated  the 

establishment and development of relations between Turkey and Soviet Russia. The signing of the Moscow 

and Kars agreements was the diplomatic success of both countries. 

Azerbaijanianturks have been providing comprehensive support to the brotherly country in the Turkish 

Independence War. They helped them with gold money, oil and other  oils products. This aid played a crucial 

role in the great victory of Turkey's national liberation movement. 

Keywords:  Azerbaijan  Soviet  Government,  Turkish  Republic,  NarimanNarimanov,  Mustafa  Kemal, 

political relations, economic relations, brother assistance, gold money, oil, oil products. 

Giriş 

1920-ci  il  aprel  ayının  27-də  Azərbaycanın  paytaxtı  Bakı  şəhərində  kommunistlərin  üsyanı  baş  verdi. 



Üsyançı  dəstələri  şəhərdə  və  onun  ətrafında  ən  mühüm  obyektləriələ  keçirdilər.  Bakı  qarnizonu  və  Xəzər 

Hərbi Donanması Azərbaycan İnqilab Komitəsinin tərəfinə keçdi.Azərbaycanda olan Türkiyə hərbi xidmətçiləri 

və  kommunistlərinin  köməyi  ilə  həyata  keçirilmiş üsyan  nəticəsində  bir  çox mühüm  obyektlər,  o  cümlədən 

dəmiryol  vağzalı  tutuldu,  şəhərin  hərbi  qubernatoru  M.Q.Tlexas  həbs  edildi.  Türkiyə  zabitləri  və  əsgərləri 

hökumətin Bakını tərk etmək cəhdinin qarşısını aldılar.*1;565+ 

Aprelin27-də  XI  Qızıl  Ordunun  Azərbaycan  Xalq  Cümhuriyyitinin  ərazisində  olduğu  bir  vaxtda  başda  H. 

Sultanov  olmaqla  kommunistlərin  nümayəndə  heyəti  hakimiyyəti  kommunistlərə  təslim  etmək  barədə 

ultimatumu  parlamentə  təqdim  etdi.  Ultimatumun  müzakirəsi  zamanı  “Müsavat”  fraksiyası  adından  onun 

sədri  M.Ə.Rəsulzadə  çıxış  edərək  dedi:  “Bizim  xilaskarımız  hörmət  etdiyimiz  Türkiyədir.  Biz  öz 

müstəqilliyimizin  tapdalanmaması  şərtilə  Türkiyəyə  köməyə  gedən  qüvvələri  müdafiə  edirik…  Bizim 

razılığımızı  soruşmadan  sərhədlərimizi  keçən  qüvvələr  bizə  dost  deyil,  düşməndir!  Bu  ultimatumun 

qəbuledilməs ihakimiyyəti dost maskası geymiş düşmənə vermək deməkdir!”*2; 567+ 

“Müsavat”  partiyasının  parlament  fraksiyası  Azərbaycanın  müstəqilliyinin  saxlanacağı  təqdirdə 

kommunistlərin ultimatumunu qəbul etmək haqqında çoxluğun fikrini qəbul etməyə məcbur oldu. 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə