Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 60 -
9-cu DƏRS
I. Quranın yazılması
II. Quranın yazılma mərhələsi
III. Quranı nəyin üzərinə yazırdılar?
IV. Quranın yazılma forması
Quranın yazılması
Quranın bəhslərindən biri də onun yazılması
barədədir. Hər bir müsəlman onun dini kitabının tarixi
ilə tanış olmaq istəyir.
İlkin mərhələdə Peyğəmbər (s) və onun yaxın
dostları Quranı əzbərləməklə qoruyub saxlayırdılar.
Ərəblərin hafizəsi tarixdə çox məşhur olubdur. Onlar
cəhalət dövründə çoxlu məhrumiyyətlərlə üzləşsələr
də hafizə cəhətdən çox inkişaf ediblər. Belə ki, uzun
şerlər, hətta divanları əzbər edərək tarixdə saxlayıblar.
Deyilənlərə görə cox vaxt ərəblər bir şeri bir dəfə
eşitməklə əzbərləyirmişlər.
Allah-Təalanın gözəl və dilə yatımlı kəlamı
olan Qurani-Kərim nazil olanda ərəblər onu çox
böyük bir həvəslə əzbərləməyə başladılar. Quranın öz
cazibəsi, onların xüsusi istedadı və ilahi bir
məsuliyyət toplaşaraq Quranın zehnlərdə yaşamasını
təmin etdi. Onu da əlavə etməyi lazım bilirik ki,
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 61 -
Quranın qorunub saxlanmasına Allah-Təala özü
zamin olubdur. Peyğəmbər (s) özü də möminləri
Quran əzbərləməyə çox təşviq edərdi. Bu da
istedadların ilahi tərəfindən daha möhkəmlənməsinə
səbəb oldu və Quran əvvəlki mərhələlərdə bu cür
yaşadı.
Quranın yazılma mərhələsi
Məkkədə yazı yazmağı bacaranlar 17 nəfər
idilər. Quranın da yazılmağı çox zəruri idi. Çünki onu
zehinlərdə qoruyub saxlamaq çətin idi. Ona görə də
Həzrət Peyğəmbər (s) yazmağı bacaranları toplayıb
Quranı yazdırmağa başladı. Bu dəstənin adına
“kuttabu vəhy” deyirdilər. Vəhyi yazanların sayının
tarixdə 45 nəfərə qədər olduğunu qeyd ediblər.
Bunlardan bəzilərinin üzərində ixtilaflar vardır. Çünki
Qurandan
əlavə
əhdnamələr,
müqavilələr,
Peyğəmbərin (s) məktubları olurdu. Onları da
yazırdılar. Amma bir neçə nəfərin Quranı yazmağı
ixtilafsız tarixə düşübdür. Onlar ibarətdirlər: Həzrət
Əli ibni Əbutalib (ə), Məaz ibni Cəbəl, Übey ibni
Kəb, Zeyd ibni Sabit və Abdullah ibni Məsud.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 62 -
Quranı nəyin üzərinə yazırdılar?
İxtilafsız
olaraq
Quranın
aşağıda
qeyd
edəcəyimiz vasitələrdə yazılması tarixdə öz əksini
tapıbdır:
1. Usub – xurma çubuqları.
2. Lixaf – kiçik və nazik daşlar.
3. Riqa – kağız parçaları.
4. Ədyəm – dabbağ olunmuş heyvan dərisi.
5. Əktaf – dəvə və qoyun sümükləri
6. Əktab - dəvənin belinə minmək üçün qoyulan taxta
7. Əzla – heyvanın qabırğaları
8. Hərir – ipək parça
9. Şizaz – bir növ ağac
10. Tirtas – kağız
Doktor Ramiyar yazır: ərəblər kağızı qədimdən
tanıyırdılar. O zaman kağız Hindistanda düzəlirdi.
Oradan Yəmənə göndərilirdi. Yəməndən isə Ərəbistan
vasitəsilə Şama və Ruma göndərilirdi.
Quranın yazılma forması
Vəhyi yazanlar Həzrət Peyğəmbərin (s)
göstərişi ilə, ayələr nazil olduqca bir-birinin ardınca
yazırdılar. Hər vaxt ki, ”bismillahirrahmənirrahim”
nazil olurdu, bununla bir surənin qurtarıb o birisinin
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 63 -
başlanması bildirilirdi. Bu barədə İmam Sadiq (ə)-dan
hədis vardır ki, buyurur: “Bir surənin əvvəlində
“bismillah”ın nazil olması, ondan qabaqkı surənin
qurtarmasını bildirirdi”.
ﻟا ﻦﲪﺮﻟا ﷲا ﻢﺴﺑ لوﺰﻨﺑ ةرﻮﺳ ءﺎﻀﻘﻧا فﺮﻌﻳ نﺎﻛ
ءاﺪﺘﺑا ﻢﻴﺣﺮ
ىﺮﺧﻻ
Bəzi hallarda Peyğəmbərin (s) seçimi ilə, ya
Cəbrailin göstərişi ilə, nazil olmuş ayələri başqa
surələrin ayələrinin arasına yerləşdiriblər. Quranın
ayələrinin
tənzimi
və
tərtibi
əksər
surələrdə
Peyğəmbərin (s) əmri ilə olubdur. Bəzi surələrdə isə
səhabənin rəyi və ictihadı ilə əmələ gəlibdir.
9-cu Dərsin Sualları
1) Quran nə zamandan yazı şəklinə salınmağa
başlayıb və bu iş kimin göstərişi ilə olub?
2) Quranı yazanlara nə deyilir və onlar kimlər idi?
Bir neçəsinin adlarını çəkin.
3) Quranı kağızdan başqa nələrin üzərinə
yazırdılar?
4) Quranın ayələrinin tənzimi və tərtibi hansı
formada həyata keçirilib?
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 64 -
10-cu DƏRS
I. Quran hafizləri
II. Quranın bir yerə toplanması
III. Mövla İmam Əli (ə)-ın topladığı Quranın
xüsusiyyətləri
IV. Birinci və üçüncü xəlifənin dövründə Quranla
əlaqədar görülən işlər
V. Qiraətin vücuda gəlmə mərhələləri
Quran hafizləri
Səhabələr arasında Quranı əzbər bilən bir çox
şəxslər var idi. Həmçinin onların arasında Peyğəmbər
(s)-in həyat yoldaşlarından da var idi. Quranı əzbər
bilənlərin adlarını bir-bir qeyd etmək çox uzun çəkdiyinə
görə onların ancaq məşhurlarının adlarını yazırıq: Əli
ibni Əbutalib (ə), Əbdullah ibni Məsud, Ubey ibni Kəb,
Zeyd ibni Sabit, Osman, Məaz ibni Cəbəl, Əbu Ərda,
Əbu Əyyub, Səd ibni Ubeyd, Əbu Zeyd.
Quranın bir yerə toplanması
Bəzi səhabələr Peyğəmbər (s)-in zamanında
özləri üçün Quranı toplamışdılar. Həzrət Əli (ə)
Peyğəmbər (s)-dən sonra birinci şəxsiyyət olduğuna
görə Həzrət Peyğəmbər (s) Quranı kitab halına
Dostları ilə paylaş: |