Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 50 -
8-ci DƏRS
I. Quranda “ayə” və “surə”
II. “Ayə” sözünün mənası
III. “Surə” sözünün mənası
IV. Quranın surələrə bölünməsinin səbəbi
V. Quran surələrinin adları
VI. Surələrin bölümü
VII. Quranın surələrinin, ayələrinin və
kəlimələrinin sayı
VIII. Birinci, axırıncı ayə və surələr
IX. Məkkədə və Mədinədə nazil olan ayələr
Quranda “ayə” və “surə”
Quran 114 surədən təşəkkül tapmışdır. Hər surə
də neçə ayədən ibarətdir. Söhbətimizin bu hissəsində
surənin, ayənin mənaları haqqında, surə və ayələrin
sayı haqqında, habelə surələrin adları və toplanması
haqqında bəhs edəcəyik.
“Ayə” sözünün mənası
Lüğətdə “ayə” kəlməsi – aydın nişanə və əlamət
mənasınadır. Quranda isə bu söz müxtəlif mənalarda
işlənilibdir:
I – nişanə və əlamət (Məryəm-10). “İlahi, mənə bir
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 51 -
nişanə qərar ver”.
ﺔﻳا ﱃ ﻞﻌﺟا بر
II – möcüzə (Əras-73). “Bu Allahın dəvəsidir ki,
sizin üçün möcüzədir”.
ﺔﻳا ﻢﻜﻟ ﷲا ﺔﻗﺎﻧ ﻩﺬﻫ
III – Hökm (Bəqərə-106). “Hər hansı hökmü nəsx
etdik, ya unutdurduq, ondan yaxşısını, ya onun
kimisini gətirirk”.
ﻧ ﺎﻬﺴﻨﻧ وا ﺔﻳا ﻦﻣ ﺦﺴﻨﻧ ﺎﻣ
ﺎﻬﻠﺜﻣ وا ﺎﻬﻨﻣ ﲑﲞ تﺄ
IV – İlahinin nəbiləri və övliyaları (Yusif-7).
“Həqiqətən Yusif və qardaşlarında, soruşanlar
üçün ibrətlər vardır”.
ﲔﻠﺋﺎﺴﻠﻟ تﺎﻳا ﻪﺗﻮﺧا و ﻒﺳﻮﻳ ﰱ نﺎﻛ ﺪﻘﻟو
Bunlardan əlavə də Quran istilahında “ayə”,
Quranın kəlmə və kəlmələrinə itlaq olunur ki, əvvəli
və sonu başqalarından ayrı olur (cümlə kimi) və
Quran surələrini təşkil edir. Məsələn “Ənfal”
surəsinin 2-ci ayəsi buna dəlildir: “Elə ki, onlara
ayələr oxunur, imanları artacaq”.
ﺎﻧﺎﳝا ﻢ داز ﻪﺗﺎﻳا ﻢﻬﻴﻠﻋ ﺖﻴﻠﺗ اذاو
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 52 -
“Surə” sözünün mənası
Surə sözü neçə kökə malik olub bir neçə
mənaya dəlalət edir. Onlardan nəzərə yaxın gələni
هرﻮﺳ maddəsindən olub, Quranda “ucalıq və mənzələt”
mənasına işlənəndir. Bir neçə ayədən təşkil olunmuş,
“Tövbə” surəsindən başqa, əvvəli “bismillah” ilə
başlayan ayələrin toplusuna “surə” deyilir.
Allahın kəlamı olduğuna görə və ya oxuyanın
məqamını yüksəltdiyinə görə surə “ucalıq və
mənzələt” mənası verir.
Quranın surələrə bölünməsinin səbəbi
Hər bir şeyə səbəb olduğu kimi Quranın da
neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz
aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da
qeyd etmək lazımdır ki, bunlar bir neçə qaydalardır ki,
faydadır Quranın surələrə bölünməsindən qarşıya çıxır
və bu faydalar, biz aşağıda qeyd etdiyimizlə
məhdudlanmayıbdır.
1. Quranda müxtəlif mövzu və hədəflərə görə Quran
surələrə bölünmüşdür. Belə ki, təfsirçilərdən
bəzilərinin nəzəri belədir: hər bir surə xüsusi bir
hədəfi izləyir. Bu hədəfə aid olan ayələr həmin
surədə toplanır. Məsələn; “Nəml”, “Yusif”, “Fil”
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 53 -
surələri kimi.
2. Quranı əzbərləmək, oxumaq və öyrənməyin
asanlaşması: daha qısa bir şəkildə izah etmək
istəsək, belə deyərik; Quranın surələrə bölünməsi
onun təlimini asanlaşdırır.
3. Quranın
surələrə
bölünməsi
onun
təhrif
olunmasının qarşısını alır. Belə ki, surələrə
bölünməklə müəyyənləşərək qorunub saxlanılır.
Quran surələrinin adları
Quran surələrinin çoxu bir ada malikdir. Amma
bəzilərinin iki adı vardır. Hətta bəzi surələrin bir neçə
adı vardır.
“Həmd” surəsi üçün iyirmidən çox ad sayıblar:
“əlhəmd”, “fatihətul kitab”, “ümmül kitab”, “fatihətul
Quran”, “ümmül Quran”, “Quranul əzim”, “əssəbə
məsani”, “əl vafiyə”, “əlkənz”, “əlnafiyə”, “ələsas”,
“ənnur” və sairə.
Quranın surələrinə ad qoyarkən müxtəlif
cəhətlər nəzərdə tutulubdur.
1. Surədə bəhs olunan mövzunu nəzərə alaraq ad
qoymaq. Məsələn: “Nisa”, “Tohid”, “Ənbiya”,
“Əhzab”, “Möminun”, “Kafirun” surələri kimi. Bu
surələrdə adı çəkilən mövzulardan çox söhbət
getdiyinə görə belə adlanıblar.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 54 -
2. Bəzi peyğəmbərlərin və ya şəxlərin haqqında
söhbət açılan surələr də onların adları ilə adlanıb.
Məsələn: “Nuh”, “Hud”, “İbarahim”, “Yunis” və s.
3. Müqəttiə hərflərinin hesabına surələrə ad qoymaq.
4. Məsələn: “Qaf”
ق
“Sad”
ص
. Bu hərflər hansı
surənin əvvəlindədirsə, onun adına həmən ayəyə
ad qoyulub.
5. Bəzi heyvanların barəsində və ya onlar haqqında
xüsusi bir səbəbdən söhbət açılan surələri həmən
heyvanların
adı
ilə
adlandırıblar.
Məsələn:
“Bəqərə”, “Nəml”, “Nəhl”, “Ənkəbut”.
6. Surənin mühim bir hissəsindən ona ad qoymaq.
Məsələn:
“Cümə”,
“Fəth”,
“Hədid”
və
“Mütəffifin”.
7. Surədə birinci olaraq nəyə and içilibsə, o həmən
surəyə ad qoyulub. Məsələn:“Əlfəcr”, “Əşşəms”,
“Əzzüha” və s.
Bütün bu deyilənləri nəzərə alaraq xülasə
şəklində belə demək olar ki, mühüm olan bir mövzu,
yaxud çox cəlbedici olan bir şey surəni adlandırmağa
əsas meyar olubdur.
Bir faktı da qeyd etmək lazımdır ki, o da bu
adların şəriət tərəfindən qoyulması barədədir. Belə ki,
surələrin adı şəriət tərəfindən belə qoyulub yoxsa
yox? Bu barədə müxtəlif nəzərlər vardır. Biz Əllamə
Dostları ilə paylaş: |