Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 36 -
qüdrətin vəhyi almaqda dəxalətinin olmadığını
bildirir.
Başqa bir sözlə desək Həzrət Peyğəmbər (s),
bütün vücudu ilə bu vəhyi qəbul etmişdir. Əgər belə
olmasaydı, yəni zahiri əzaların vəhyi almaqda dəxaləti
olsaydı, onda peyğəmbər olmayanlar da vəhyi ala
bilərdilər.
Vasitəli vəhydə (qeyri-müstəqim vəhy) Cabrail
bəzən bəşər surətində Peyğəmbərə (s) nazil olurdu.
İmam Sadiq (ə)-dan bu barədə olan bir hədisdə belə
nəql olunur: “Cəbrail Peyğəmbərin (s) hüzuruna
gələndə bəndələr kimi əyləşərdi və icazəsiz daxil
olmazdı”.
ﻻ نﺎﻛ و ﺪﺒﻌﻟا ةﺪﻌﻗ ﻪﻳﺪﻳ ﲔﺑ ﺪﻌﻗ ﱮﻨﻟا ﻰﺗا اذا ﻞﻴﺋﱪﺟ نﺎﻛ
ﻪﻧذﺎﺘﺴﻳ ﱴﺣ ﻞﺧﺪﻳ
Bu hədis Həzrət Peyğəmbər (s)-in Cabrail
qarşısında əzəmətini göstərir. Buna görə də bu forma
vəhy almaq Həzrət Peyğəmbərə (s) çətin bir iş deyildi.
Bəzən də Cabrail Peyğəmbərə (s) Dəhyət ibni
Xəlifə Kəlbinin surətində nazil olurdu.
Bəzi ayələrdən məlum olur ki, Cəbrailin
“əmini-vəhy” olmasına baxmayaraq ayə nazil olan
zaman, o, bir dəstə mələyin vasitəsi ilə müşayət
olunardı.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 37 -
5-ci Dərsin Sualları
1) Peyğəmbərlərə olunan vəhyin növləri barədə
danışın və nümunələr gətirməklə fərqlərini izah
edin.
2) Birbaşa və vasitəli vəhy arasında fərqi izah edin.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 38 -
6-cı DƏRS
I. Quranın nazil olması və besət
II. Nuzuli-dəfi
III. Nuzuli-tədrici
IV. Tədrici nuzulun sirrləri
Quranın nazil olması və besət
Bildiyimiz kimi Həzrət Peyğəmbər (s) miladi
tarixi ilə 610 – 611-ci illərdə, 40 yaşında Məkkə
şəhərində peyğəmbərliyə təyin edildi. Onu da bilirik
ki, Həzrət Peyğəmbərə (ə) ilk nazil olan ayə “Ələq”
surəsinin ayələrindən idi. Həzrət Peyğəmbərə (s) ilk
ayələr Həra mağarasında nazil oldu. Bu məsələdə
bütün
müsəlmanlar
müttəfiqdirlər.
Amma
bu
məsələnin hansı zamanda baş verməsi ixtilaflıdır.
Şiələr çoxlu mötəbər rəvayətlərə əsaslanaraq bu
hadisənin rəcəb ayının 27-də baş verdiyini qeyd
edirlər. Bu barədə olan hədislər Peyğəmbərin (s) Əhli-
Beytinin vasitəsi ilə nazil olub. Onlar Peyğəmbərə (s)
yaxın olduğu üçün hamıdan yaxşısını bilmələri
şübhəsizdir.
Şeyx Tusi “Əmali” kitabında İmam Sadiq (ə)-
dan nəql edərək yazır: “İyirmi yeddi rəcəbdə
peyğəmbər (s) seçilibdir. Kim bu günü oruc tutsa,
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 39 -
altmış ay oruc tutanın əcrini qazanır”.
Bundan başqa da Əimmədən (a) (imamlar –
red.) çoxlu rəvayətlər vardır ki, onlar da besətin
(Peyğəmbərin (s) təyin edilməsinin – red.) rəcəb
ayının 27-də olduğunu bəyan edir. Bir sıra mötəbər
hədislər Quranın rəcəb ayının 27-də nazil olduğunun
bildirir. Bundan əlavə rəvayətlər də vardır ki, Quran
20 il müddətinə nazil olmuşdur.
Quranın bəzi ayələrində isə onun ramazan
ayında, Qədr gecəsində nazil olduğu bildirilir.
Məsələn “Bəqərə” surəsinin 185-ci ayəsində belə
buyurulur: “Ramazan ayı bir aydır ki, Quran bu ayda
nazil olubdur”.
ناﺮﻘﻟا ﻪﻴﻓ لﺰﻧا ىﺬﻟا نﺎﻀﻣر ﺮﻬﺷ
“Duxan”
surəsinin
3-cü
ayəsində
belə
buyurulur: “Biz onu (Quranı) mübarək bir gecədə
nazil etdik”.
ﺔﻛرﺎﺒﻣ ﺔﻠﻴﻟ ﰱ ﻩﺎﻨﻟﺰﻧا ﺎﻧا
“Qədr” surəsinin 1-ci ayəsində belə qeyd edilir :
“Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”.
رﺪﻘﻟا ﺔﻠﻴﻟ ﰱ ﻩﺎﻨﻟﺰﻧا ﺎﻧا
Bu mötəbər hədislər və bu Quran ayələri bir-
biri ilə uzlaşanda hansı nəticə meydana çıxır, necə
izah olunur?
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 40 -
Həmən nəticə və izahı aydınlaşdırmaq üçün bir
məsələdən xəbərdar olmaq lazımdır. O da Quranın
nazil olmasının iki cür olmasını bilməkdir. Bəli,
Quranın nuzulu iki formada olubdur:
1. Nuzuli dəfi
2. Nuzuli tədrici
Nuzuli-dəfi
Bir çox şiə və sünnü rəvayətlərinin təkidinə
əsasən Quranın nazil olması iki formada olubdur.
Onlardan biri nuzuli dəfidir.
Cəlaləddin Suyuti yazır “Qurani-Kərimin nazil
olmasında üç nəzər vardır: Birinci nəzər – Quran
bütöv şəkildə Qədr gecəsində dünya göyünə nazil
olub, sonra tədriclə 20 il, ya 23 il müddətində
Peyğəmbərə (s) nazil olubdur.
Səd ibni Cübeyr bu məzmunda olan bir hədisi
ibni Abbasdan nəql edibdir.
İkinci nəzər – Quranın bir miqdarı hər Qədr
gecəsində dünya göyünə nazil olub, sonra bir il
müddətində həmən miqdar Həzrət Peyğəmbərə (s)
çatdırılıbdır.
Üçüncü nəzər – Ramazan ayında Quranın nazil
olmasından məqsəd, onun başlanğıcı deməkdir.
Sonralar mütəfərriq surətdə (ayrı-ayrı formalarda)
Dostları ilə paylaş: |