Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 21 -
şəxsiyyət də təfsiri Əli (ə)-dan öyrəndi.
Cəlaləddin Suyuti deyir: Xəlifələr arasında
“Ulumi Quran” barədə ən çox rəvayət nəql edən Əli
ibni Əbutalibdir.
Əbdullah ibni Abbas, Əbdullah ibni Məsud,
Ubey ibn Kəb ibni Qeys də o şəxsiyyətlərdəndir ki,
Quranın təfsir və qəraətində yüksək rolları olub və
başqaları da onlardan öyrəniblər. Quranın təfsirinin və
bəhslərinin yazılışı əsasən II hicri əsrdən başlayıbdır.
Quranın ünvanları
Müfəssirlərin Quranın adları barədə çoxlu
nəzəri-ixtilafları (müxtəlif nəzərləri – red.) vardır.
Əbu Futuh Razi öz təfsirində Quran üçün 43 ad qeyd
edibdir. Qazi Əbul Məali 55 ad sayıbdır. Bəziləri
Quranın adlarını 80-a çatdırıblar. Bu alimlərin
Quranın adı ünvanı ilə yazdıqları Qurani-Kərimdə
Quranın vəsfi qeyd olunubdur.
Münasib olar ki, Quranın ünvanlarını iki
hissəyə bölək və Quranın adları, Quranın sifətləri
ünvanında yazaq.
1. Quranın adları
Quranın ünvanlarından dördünü “isim” (ad)
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 22 -
surətində işlətmək olar. Buna Qurani-Kərimin
özündən dəlil gətirmək mümkündür.
1. Quran: “Bəli, o Qurani-Məciddir” (Buruc-21).
ﺪﻴﳎ ناءﺮﻗ ﻮﻫ ﻞﺑ
Bu ad 55 yerdə həmən formada, doqquz yerdə isə
“Quranən” ﺎﻧاءﺮﻗ surətində gəlibdir.
2. Kitab: “Bir kitab, onu sənə nazil etmişik”
(Sad-29).
ﻚﻴﻟا ﻩﺎﻨﻟﺰﻧا بﺎﺘﻛ
Bu ünvan yüzə yaxın yerdə işlədilibdir.
3. Zikr: “Bu mübarək zikrdir” (Ənbiya-50 ).
كرﺎﺒﻣ ﺮﻛذ اﺬﻫ و
Bu ünvan da iyirmi yerdə işlədilibdir.
4. Furqan: “Bərəkətli və zail olmayan bir varlıq öz
bəndəsinə furqanı aləmlərə nəsihət olmaq üçün
nazil etdi”. (Furqan-1).
اﺮﻳﺬﻧ ﲔﳌﺎﻌﻠﻟ نﻮﻜﻴﻟ ﻩﺪﺒﻋ ﻰﻠﻋ نﺎﻗﺮﻔﻟا لﺰﻧ ىﺬﻟا كرﺎﺒﺗ
Kitab, zikr və furqan başqa asimani kitablara da
ünvan kimi qeyd olunubdur. Amma təkcə “Quran”
ünvanı bu kitabda (əlimizdə olan Quran) ad kimi
göstərilibdir.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 23 -
2. Quranın sifətləri
Bu qismətdə Qurana vəsf ünvanında ünvanlanmış
kəlmələri qeyd edək.
1. Məcid
2. Kərim
3. Həkim
4. Əzim
5. Əziz
6. Mübarək
7. Mubin
8. Mutəşabih
9. Məsani
10. Ərəbi
11. Qeyri zi’ivəc -
جﻮﻋ يذ ىﲑﻏ
12. Zi əzzikr -
ﺮﻛﺬﻟا ىذ
13. Bəşir
14. Nəzir
15. Qəyyim
Həzrət Peyğəmbər (s) dunyadan köçəndən
sonra bir ad da Qurana əlavə olundu və çox geniş yer
tutdu. Bu da “Mushəf” adı idi. Quranın bu adla
adlanmağının səbəbi onun yazılması idi. “Səhifə” açıq
olan bir şeyə deyərlər. Quran açıq səhifələrə yazıldığı
üçün ona bu ad sonradan itlaq edildi. “Mushəf”
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 24 -
“Səhifə” nin cəmi olduğuna görə Qurana itlaq olundu.
Amma Peyğəmbər (s)-ın zamanında ən məşhur olan
adlar həmin Quranda gələn adlar idi. Buna nəbəvi
hədislər də dəlalət edir. Məsələn, Həzrət Peyğəmbər
(s) buyurur: “O zaman ki fitnələr gecə qaranlıqları
kimi sizi çaşdırdı, onda Qurana müraciət edin”.
ناﺮﻘﻟﺎﺑ ﻢﻜﻴﻠﻌﻓ ﻢﻠﻈﳌا ﻞﻴﻠﻟا ﻊﻄﻘﻛ ﱳﻔﻟا ﻢﻜﻴﻠﻋ ﺖﺴﺒﺘﻟا اذا
və ya; “Quranın başqa kəlamlara nisbət fəziləti,
Allahın məxluqa nisbət fəziləti kimidir”.
مﻼﻜﻟا ﺮﺋﺎﺳ ﻰﻠﻋ ناﺮﻘﻟا ﻞﻀﻓ
ﻪﻘﻠﺧ ﻰﻠﻋ ﷲا ﻞﻀﻔﻛ
Başqa bir yerdə buyurur: “Mən sizin aranızda iki dənə
çox qiymətli şey qoyub gedirəm, Allahın kitabı və
itrətim”.
رﺎﺗ ﱏا
ﻰﺗﱰﻋ و ﷲا بﺎﺘﻛ ﲔﻠﻘﺜﻟا ﻢﻜﻴﻓ ك
Gördüyünüz kimi bu hədislər dediyimiz məqsədi
təsdiqləyir.
2-ci Dərsin Sualları
1) “Quran Elmləri” hansı elmə deyilir?
2) “Quran Elmləri”-ndə hansı mövzudan bəhs
olunur?
3) “Quran Elmləri” barədə ən çox rəvayət nəql edən
kimdir?
4) Quranın adı və sifətləri barədə məlumat verin.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 25 -
3-cü DƏRS
I. “Quran” kəlməsinin mənası
II. Quranın ərəb dilində olmasının səbəbləri
“Quran” kəlməsinin mənası
Quran kəlməsinin mənası haqqında beş cür fikir
söylənib. Onların hamısından artıq nəzərə çatan
budur: Quran ناﺮﻗ “qərəə”
ءاﺮﻗ
maddəsindən olub
oxumaq mənasındadır. Bu sözümüzə dəlil olaraq
göstərə bilərik: birinci vəhy ki, Peyğəmbər (s)-ə nazil
oldu, həmən oxumaq ءاﺮﻗا maddəsi ilə başlandı.
Bundan əlavə də başqa ayələrdə də bu məqsədi
təsdiqləyən məqamlar vardır.
Quranın ərəb dilində olmasının səbəbləri
1. Allah-Təala Quranda buyurur: “Biz elçimizi öz
qövmünün dilində göndəririk”. Yəni, Həzrət
Peyğəmbər
(s)-in
bir
ərəb
olaraq
ərəbcə
danışdığına və yaşadığı mühitin də ərəb mühiti
olduğuna görə Quran Ərəb dilində nazil olub.
2. Dilçi alimlərin nəzərinə görə ərəb dili başqa dillərə
nisbətən çox tutuma malikdir. Yəni, az kəlmə ilə
çoxlu məna ifa etmək mümkündür. Ona görə də
Quran bu dildə nazil olub.
Dostları ilə paylaş: |