Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 16 -
deyilsən”.
ﻟا ﻚﻴﻠﻋ ﷲا لﺰﻧاو
ﺗ ﱂﺎﻣ ﻚﻤﻠﻋو ﺔﻤﻜﳊاو بﺎﺘﻜ
ﻠﻌﺗ ﻦﻜ
ﻢ
Bu söhbət təkcə dunyada elmin səviyyəsinin
aşağı olan vaxtına aid deyil, bəlkə həmişə və əbədi
olaraq Quran bəşərin əli çatmayan elmlərin
müəllimidir. Qurani-Kərim xüsusi yerlərdə qeyd
edir ki, dünyanın gizli olan sirrlərini ancaq vəhyin
nurunda tapa bilərsiniz: “Döyüşmək sizin üçün
yazılıb, bu sizə acıdır, amma sizə acı gələn işlərin
sizə xeyri olar, bəzən də bir işi sevərsiz, amma o
sizin ziyanınızadır, Allah bilir, amma siz
bilmirsiniz” (Bəqərə-216).
اﻮﻫﺮﻜﺗ نا ﻰﺴﻋو ﻢﻜﻟ ﻩﺮﻛ ﻮﻫو لﺎﺘﻘﻟا ﻢﻜﻴﻠﻋ ﺐﺘﻛ
ﺎﻴﺷ
ﻢﻜﻟ ﺮﺷ ﻮﻫو
نﻮﻤﻠﻌﺗ ﻻ ﻢﺘﻧاو ﻢﻠﻌﻳ ﷲاو
Bu xitab bütün fərdlərə aiddir.
8. Elmi kitablarda adətən bir şeyi bəyan edərkən onun
misdaqını* aşkar etməzlər. Amma Quran bunun
əksinə olaraq onu bəyan edir. Məsələn, yaxşı və
yaxşıları bəyan edərkən buyurur: “yaxşılıq məşriqə
və məğribə üz döndərməkdə deyil, lakin yaxşılıq
Allaha və qiyamət gününə iman gətirənlərdədir”.
(Bəqərə-177).
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 17 -
ﱪﻟا ﻦﻜﻟو بﺮﻐﳌاو قﺮﺸﳌا ﻞﺒﻗ ﻢﻜﻫﻮﺟو اﻮﻟﻮﺗ نا ﱪﻟا ﺲﻴﻟ
ﺮﺧﻻا مﻮﻴﻟاو ﷲاﺎﺑ ﻦﻣاء ﻦﻣ
9. Quranın üslublarından biri də mətləbi təkrar
etməkdir. Çünki, Quran hidayət kitabıdır və
hidayət məqamında bir
mətləb gərək hər
münasibətdə xüsusi bir dil ilə əda olunsun ki,
təsirli olsun.
Bunlardan başqa da bir neçə üslublar vardır ki,
ixtisarə görə onları qeyd etmirik.
Bəli, yuxarıda dediyimiz xüsusiyyətlər məhz
Qurana məxsusdur və bu göstərir ki, Quran çox
dərin mənalı bir kitabdır. Ona görə də bu kitabla
gərək çox ehtiyatla davranasan. Təfsir və
tərcüməsində fikirləşəsən ki, bu kitab Allah
kəlamıdır, onu hər necə gəldi məna etmək olmaz.
Həyatda təcrübə etdiyimiz bir məsələyə
diqqətinizi yönəltmək istəyirəm. Biz böyük bir alimin
kitabına baxarkən, yaxud ondan istifadə edərkən
müəllifin savadını və elminin çoxluğunu nəzərə alaraq
onun kitabı ilə ehtiyatla davranırıq. Bütün elmlər
Allah tərəfindən Quranda cilvələnibdir. Gərəkdir bu
kitabla da rəftar edərkən məsuliyyət hiss edək və
kimin kitabına rəy və nəzər verdimizi fikirləşək.
Bilmədiyimiz məqamlarda acizliyimizi etiraf edib,
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 18 -
bildiyimiz məsələlərdə isə daha mötəbər mənbələrdən
istifadə edək, ta inşaallah səhv və xətadan qoruna
bilək. Yoxsa yaxşılıq etmək istədiyimiz halda pisliyə
düçar olaraq dünyada rüsvay, axirətdə isə əbədi əzab
sahibi olarıq. Allaha pənah aparıram axirət əzabından.
Allah-Təala Qurani-Kərimdə onun hökmlərini
olduğu kimi çatdırmayanları üç ayədə fasiq, kafir və
münafiq adlandırır. Bu dəstənin hər üçü də cəhənnəm
əhlidir. “Kim Allah buyuran kimi hökm etməsə” bir
ayədə kafir, birində fasiq, üçüncüsündə isə münafiqdir
söylənilir. Allahın hökmünü o buyuran kimi
çatdırmamaq, ya cahillikdəndir, ya kiminsə xoşuna
gəlməkdən ötəridir, ya da ki, insan özünə məğrur
olaraq, öz rəyinə əsasən hökm çıxarır. Hər üç sifət pis
sifətlərdən olub insanı dünya və axirət rüsvayçılığına
düçar edir.
Buna görə də biz hidayət kitabını təhrif edib
yuxarıda deyilən sifətləri qazanmaqdan çəkinməli və
Allahın qəzəbindən özümüzü qorumayılıq. Yoxsa
şeytana itaət edib, onun kimi insanları zəlalətə
aparanlardan olarıq.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 19 -
1-ci Dərsin Sualları
1) Quran nazil edildikdən sonra onda hansısa
dəyişiklik olubmu və ya gələcəkdə ola bilərmi?
Cavabınıza Quranın özündən dəlil gətirin.
2) Quran nə üçün nazil edilib?
3) Quranın ümumbəşəri kitab olmasına dəlil olaraq
Qurandan bir ayə gətirin.
4) Quran hansı dildədir? Bir hədislə cavabınızı
əsaslandırın.
5) Maarif bəyan etməkdə Quranın başqa
kitablardan fərqini bir neçə cəhətdən izah edin.
Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın məktəbində Quranşünaslıq
www.ehlibeyt-aka.com
SonUmidTv
- 20 -
2-ci DƏRS
I. Quran elmləri (Ulumi-Quran)
II. Quranın ünvanları
1. Quranın adları
2. Quranın sifətləri
Quran elmləri (Ulumi-Quran)
Qurani-Kərimi başa düşməkdən ötrü istifadə
olunan elm “Ulumi-Quran” adlanır. Başqa sözlə desək
o bəhslər ki, ilahi ayələri başa düşmək üçün verilən
təfsirdən qabaq olunur və onunla tanış olmaq hər bir
müfəssir və mühəqqiqə lazımdır. Həmən bəhslərin
ümumisinə “Ulumi-Quran” deyilir.
Burada Qurana aid olan bəhslər, Quranın nazil
olması, tərtibi, toplanması, yazılması, oxunuşu, təfsiri,
nasex və mənsuxu və sairə barədə söz açılır.
Quran ilahi vəhy və əbədi möcüzə olduğu üçün
islamın əvvəlindən müsəlmanlar bu kitab barədə ciddi
çalışmışlar. Əvvəli böyük səhabələr, sonralar isə islam
alimləri müxtəlif sahələrdə Quranın təfsiri və başqa
cəhətlərinə fövqəladə diqqət yetiriblər. Alimlərin
dəqiq nəzərinə görə Peyğəmbər (s)-in səhabələrinin
arasında, birinci, Quranın təfsir və elmi ilə məşhur
olan Həzrət Əli (ə) oldu. İbni Abbas kimi bir
Dostları ilə paylaş: |