254
Cavab: Şiə və sünni rəvayətlərinə əsasən, Allah-təala həzrət
Mehdinin (ə) zühurunu bir gecədə gerçəkləşdirər.
Әbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Allah-
təala onun əmrini bir gecədə islah edəcək.”
Nəql olunur ki, imam Hüseyn (ə) buyurmuşdur: “Biz Әhli-beytin
(ə) qaiminin zühurunu Allah-təala bir gecədə gerçəkləşdirər.”
İbn Macə nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur:
“Mehdi (ə) biz Әhli-beytdəndir. Allah onu bir gecədə hazır edər.”
1
Әvvəla, “bir gecə” dedikdə bu hadisənin sürətlə baş verməsi
nəzərdə tutula bilər. İkincisi, məqsəd həzrətin bir gecədə qələbə
çalması ola bilər.
Üçüncüsü, “bir gecədə islah” dedikdə zühur üçün müqəddimə
hazırlanması nəzərdə tutula bilər.
Dördüncüsü, “bir gecədə islah” dedikdə müxaliflərin qeyri-aid
sürətlə məğlub edilməsi nəzərdə tutula bilər.
Sual: 440. Azsaylı yardımçılarla dünyaya qalib gəlmək necə
mümkün olacaq?
Cavab: Rəvayətlərdə həzrətin məhdud bir qrup, yəni 313 nəfər
yardımçısına işarə olunsa da, onların həzrətin rəhbərliyi ilə zalımlara
qələbəsində gözlənilməyən bir şey yoxdur. Çünki:
1. Rəvayətlərdə həzrətin 10000 yardımçıları olacağı göstərilir.
Belə bir qüvvə hazır olmayınca həzrət zühur etməyəcək.
2. Həzrət dünyaya möcüzə yolu ilə də qalib gələ bilər. Allah vəd
etmişdir ki, sabitqədəmlik olan yerdə kiçik bir qrupu böyük bir qrupa
qalib edər.
2
3. Təbii vasitələrlə də belə bir qələbənin əldə olunması
gözlənilməyən iş deyil. Çünki həzrət nifaqlı bir ictimai-siyasi şəraitdə
zühur edəsidir. Həmin vaxt hamı dünyadakı vəziyyətdən narazı
olasıdır. Xalq ədalət hökumətinin intizarını çəkəsi, yalnız xüsusi bir
qrup zühura qarşı çıxasıdır.
4. Dünyanın kiçik bir kənd vəziyyətinə gələcəyi bir vaxtda
nəzərdə tutulan hədəfə çatmaq mümkün olacaqdır. Әsas strateji
nöqtələr ələ keçirildikdən sonra həzrətin ümumdünyəvi ədalət
hökuməti bərpa olacaq.
1
“Sünəne-ibn Macə”, c. 2, s. 1376.
2
Bax: “Bəqərə”, 249.
255
Sual: 441. Həzrətin müxaliflərə qələbəsində və hökumətinin
bərpasında möcüzənin rolu olacaqmı?
Cavab: Bu barədə üç ehtimal var:
1. Həzrətin qələbəsi və ümumdünyəvi hökumətin bərpası başdan-
başa möcüzə ilə gerçəkləşəsidir. Amma belə bir ehtimala qarşı iradlar
var:
a) Әgər möcüzə uyğun məqsədə çatmaq üçün doğru yol olsaydı,
həzrət elə kiçik qeyb dövründə bu işi görə bilərdi.
b) Möcüzə olan yerdə çoxsaylı qüvvəyə ehtiyac qalmır.
v) Rəvayətlərə əsasən, həzrətlə onun müxalifləri arasında qanlı
savaşlar baş verəsidir. Möcüzə olan yerdə bu sayaq savaşlara ehtiyac
qalmır.
2. Allahın iradəsi budur ki, həzrət Mehdi (ə) öz düşmənlərinə
təbii yolla qələbə çalsın. Bu istiqamətdə heç bir möcüzə nəzərdə
tutulmur.
Bu ehtimala qarşı da irad var. Çünki həzrət Mehdiyə (ə) Allah-
təalanın xüsusi yardımı vəd olunmuşdur.
3. Әvvəlki iki ehtimalı bir kənara qoysaq, üçüncü ehtimala əsasən,
həzrət təbii yolla qalib gələcək və bu istiqamətdə ilahi yardımlardan
da faydalanacaq. Qeyd olundu ki, həzrətin zühur edəcəyi dövrdə
zülm-sitəmdən cana yığılmış bəşəriyyət onun səsinə səs verəcək.
Bütün bəşəriyyətin bir səslə fəryad qoparacağı zaman, təbii ki,
düşmənlər diz çökəcək. Bəşəriyyətin bir səslə həzrəti qəbul etməsində
geniş
informasiya
şəbəkəsinin böyük rolu olacaq. Xüsusi
maneçiliklərə qarşı Allah-təala həzrəti himayə edəsidir.
Həzrət Әli (ə) buyurur: “Həzrət Mehdi (ə) zühur edəcəyi vaxt adı
dildən-dilə gəzəcək. İnsanların qəlbi Mehdi (ə) eşqi ilə dolacaq.
Ondan savay kimsənin adı çəkilməyəcək. Mehdi eşqi ilə ruhlar sirab
olacaq.”
Sual: 442. Həzrət Mehdi (ə) qılınclamı qiyam edəcək?
Cavab: Bəzi rəvayətlərdə bildirilir ki, həzrət qılıncla qiyam
qaldıracaq. Bu baxış məqbul deyil. Çünki tək bir nəfər kütləvi qırğın
silahlarına qarşı qılıncla dayana bilməz.
İmam Baqir (ə) buyurur: “Həzrət Mehdi (ə) babası peyğəmbərə
qılıncla qiyamı, Allah və Onun rəsulunun düşmənlərini öldürməsi ilə
256
oxşayır...”
1
Maraqlıdır ki, hədisdə nəzərdə tutulan adi qılıncdır, yoxsa
qılınc təbiri başqa bir şeyə işarədir?
Әvvəla, bir şəxsin qılınc və ilahi möcüzə ilə qiyam qaldırmasında
nə nöqsan var?!
İkincisi, çox ehtimal ki, qılınc dedikdə güc nəzərdə tutulur.
Bu halda iki ehtimal yaranır. Həzrət ilahi möcüzə və mövcud
silahlarla mübarizə aparacaq; həzrət nüvə mərkəzlərini möcüzə yolu
ilə gücdən salacaq.
Üçüncüsü, bəzi rəvayətlərə əsasən, həzrətin səhabələrinin qılıncı
bizim düşündüyümüz qılınc deyil. Nəzərdə tutulan qılınc dağı ikiyə
bölməyə qadirdir. Bu elə bir qılıncdır ki, düşmən silahları onun
qarşısında acizdir.
Dördüncüsü, həzrətin qələbəsi xalqın istiqbalı və düşmənlərin
qorxusu ilə gerçəkləşə bilər. Qorxuya düşmüş düşmən silahını yerə
qoyub qaçmağa üz tutar. Xüsusi ilə həzrətin möcüzələrini gördükdə
anlayarlar ki, onunla mübarizə aparmaq mümkünsüzdür.
Beşincisi, kim bilir ki, həzrət Mehdinin (ə) dövründə bugünkü
silahlar mövcud olacaq. Hansısa hadisələr nəticəsində bu gün mövcud
olan silah anbarı məhv ola bilər.
Altıncısı, kütləvi qırğın cəhalət nəticəsidir. Әgər həzrətin zühuru
dövründə ağıllar kamilləşəcəksə, kimsə qırğına əl atmayacaq.
Sual: 443. Məhdəviyyət rəvayətlərində hansı qırğınlardan
danışılır?
Cavab: Rəvayətlərdə iki qisim qırğına işarə olunur:
a) Bunlardan bir qrupu zühurdan öncə baş verəsidir və zühur
dövrü ilə heç bir əlaqəsi yoxdur.
b) İkinci növ qırğınlar zühur dövrünə aiddir. Bu barədə xəbər
verən rəvayətləri iki qismə ayırmaq olar:
1. Sənədi etibarsız olan rəvayətlər. Bu sayaq rəvayətlər Kəbul-
əhbar kimi adi adamlar tərəfindən nəql olunmuşdur və onlar
peyğəmbər dövründə müsəlman olmamışlar.
2. Әhli-beyt adından nəql olunmuş və ya şiə kitablarında zikr
edilmiş, amma qaynağı əhli-beytə çatmayan rəvayətlər.
Sual: 444. Həzrətin qiyamı dövründə baş verəcək qırğınlarla
bağlı hansı rəqəmləri göstərmək olar?
1
“Bihar”, c. 51, s. 218.
Dostları ilə paylaş: |