Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   81   82   83   84   85   86   87   88   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
254 
Cavab:  Şiə  və  sünni  rəvayətlərinə  əsasən,  Allah-təala  həzrət 
Mehdinin (ə) zühurunu bir gecədə gerçəkləşdirər.  
Әbu-Bəsir  nəql  edir  ki,  imam  Sadiq  (ə)  buyurmuşdur:  “Allah-
təala onun əmrini bir gecədə islah edəcək.” 
Nəql olunur ki, imam Hüseyn (ə) buyurmuşdur: “Biz Әhli-beytin 
(ə) qaiminin zühurunu Allah-təala bir gecədə gerçəkləşdirər.” 
İbn  Macə  nəql  edir  ki,  həzrət  Peyğəmbər  (s)  buyurmuşdur: 
“Mehdi (ə) biz Әhli-beytdəndir. Allah onu bir gecədə hazır edər.”
1
  
Әvvəla,  “bir  gecə”  dedikdə  bu  hadisənin  sürətlə  baş  verməsi 
nəzərdə  tutula  bilər.  İkincisi,  məqsəd  həzrətin  bir  gecədə  qələbə 
çalması ola bilər.  
Üçüncüsü,  “bir  gecədə  islah”  dedikdə  zühur  üçün  müqəddimə 
hazırlanması nəzərdə tutula bilər.  
Dördüncüsü,  “bir  gecədə  islah”  dedikdə  müxaliflərin  qeyri-aid 
sürətlə məğlub edilməsi nəzərdə tutula bilər.  
 
Sual:  440.  Azsaylı  yardımçılarla  dünyaya  qalib  gəlmək  necə 
mümkün olacaq? 
Cavab:  Rəvayətlərdə  həzrətin  məhdud  bir  qrup,  yəni  313  nəfər 
yardımçısına  işarə  olunsa  da,  onların  həzrətin  rəhbərliyi  ilə  zalımlara 
qələbəsində gözlənilməyən bir şey yoxdur. Çünki: 
1.  Rəvayətlərdə  həzrətin  10000  yardımçıları  olacağı  göstərilir. 
Belə bir qüvvə hazır olmayınca həzrət zühur etməyəcək. 
2. Həzrət dünyaya möcüzə yolu ilə də qalib gələ bilər. Allah vəd 
etmişdir ki, sabitqədəmlik olan yerdə kiçik bir qrupu böyük bir qrupa 
qalib edər.
2
 
3.  Təbii  vasitələrlə  də  belə  bir  qələbənin  əldə  olunması 
gözlənilməyən iş deyil. Çünki həzrət nifaqlı bir ictimai-siyasi şəraitdə 
zühur  edəsidir.  Həmin  vaxt  hamı  dünyadakı  vəziyyətdən  narazı 
olasıdır.  Xalq  ədalət  hökumətinin  intizarını  çəkəsi,  yalnız  xüsusi  bir 
qrup zühura qarşı çıxasıdır.  
4.  Dünyanın  kiçik  bir  kənd  vəziyyətinə  gələcəyi  bir  vaxtda 
nəzərdə  tutulan  hədəfə  çatmaq  mümkün  olacaqdır.  Әsas  strateji 
nöqtələr  ələ  keçirildikdən  sonra  həzrətin  ümumdünyəvi  ədalət 
hökuməti bərpa olacaq.  
 
                                                 
1
 “Sünəne-ibn Macə”, c. 2, s. 1376. 
2
 Bax: “Bəqərə”, 249. 


 
255 
Sual:  441.  Həzrətin  müxaliflərə  qələbəsində  və  hökumətinin 
bərpasında möcüzənin rolu olacaqmı? 
Cavab: Bu barədə üç ehtimal var:  
1. Həzrətin qələbəsi və ümumdünyəvi hökumətin bərpası başdan-
başa möcüzə ilə gerçəkləşəsidir. Amma belə bir ehtimala qarşı iradlar 
var:  
a) Әgər möcüzə uyğun məqsədə çatmaq üçün doğru yol olsaydı, 
həzrət elə kiçik qeyb dövründə bu işi görə bilərdi.  
b) Möcüzə olan yerdə çoxsaylı qüvvəyə ehtiyac qalmır. 
v)  Rəvayətlərə  əsasən,  həzrətlə  onun  müxalifləri  arasında  qanlı 
savaşlar  baş  verəsidir.  Möcüzə  olan  yerdə  bu  sayaq  savaşlara ehtiyac 
qalmır.  
2.  Allahın  iradəsi  budur  ki,  həzrət  Mehdi  (ə)  öz  düşmənlərinə 
təbii  yolla  qələbə  çalsın.  Bu  istiqamətdə  heç  bir  möcüzə  nəzərdə 
tutulmur.  
Bu  ehtimala  qarşı  da  irad  var.  Çünki  həzrət  Mehdiyə  (ə)  Allah-
təalanın xüsusi yardımı vəd olunmuşdur.  
3. Әvvəlki iki ehtimalı bir kənara qoysaq, üçüncü ehtimala əsasən, 
həzrət  təbii  yolla  qalib  gələcək  və  bu  istiqamətdə  ilahi  yardımlardan 
da  faydalanacaq.  Qeyd  olundu  ki,  həzrətin  zühur  edəcəyi  dövrdə 
zülm-sitəmdən  cana  yığılmış  bəşəriyyət  onun  səsinə  səs  verəcək. 
Bütün  bəşəriyyətin  bir  səslə  fəryad  qoparacağı  zaman,  təbii  ki, 
düşmənlər diz çökəcək. Bəşəriyyətin bir səslə həzrəti qəbul etməsində 
geniş 
informasiya 
şəbəkəsinin  böyük  rolu  olacaq.  Xüsusi 
maneçiliklərə qarşı Allah-təala həzrəti himayə edəsidir.  
Həzrət Әli (ə) buyurur: “Həzrət Mehdi (ə) zühur edəcəyi vaxt adı 
dildən-dilə  gəzəcək.    İnsanların  qəlbi  Mehdi  (ə)  eşqi  ilə  dolacaq. 
Ondan  savay  kimsənin  adı  çəkilməyəcək.  Mehdi  eşqi  ilə  ruhlar  sirab 
olacaq.”  
 
Sual: 442. Həzrət Mehdi (ə) qılınclamı qiyam edəcək? 
Cavab:  Bəzi  rəvayətlərdə  bildirilir  ki,  həzrət  qılıncla  qiyam 
qaldıracaq. Bu  baxış məqbul  deyil.  Çünki  tək  bir  nəfər  kütləvi  qırğın 
silahlarına qarşı qılıncla dayana bilməz.  
İmam  Baqir  (ə)  buyurur:  “Həzrət  Mehdi  (ə)  babası  peyğəmbərə 
qılıncla  qiyamı,  Allah  və  Onun  rəsulunun  düşmənlərini  öldürməsi  ilə 


 
256 
oxşayır...”
1
 Maraqlıdır ki, hədisdə nəzərdə tutulan adi qılıncdır, yoxsa 
qılınc təbiri başqa bir şeyə işarədir? 
Әvvəla, bir şəxsin qılınc və ilahi möcüzə ilə qiyam qaldırmasında 
nə nöqsan var?! 
İkincisi, çox ehtimal ki, qılınc dedikdə güc nəzərdə tutulur.  
Bu  halda  iki  ehtimal  yaranır.  Həzrət  ilahi  möcüzə  və  mövcud 
silahlarla  mübarizə  aparacaq;  həzrət  nüvə  mərkəzlərini  möcüzə  yolu 
ilə gücdən salacaq.  
Üçüncüsü,  bəzi  rəvayətlərə  əsasən,  həzrətin  səhabələrinin  qılıncı 
bizim  düşündüyümüz  qılınc  deyil.  Nəzərdə  tutulan  qılınc  dağı  ikiyə 
bölməyə  qadirdir.  Bu  elə  bir  qılıncdır  ki,  düşmən  silahları  onun 
qarşısında acizdir.  
Dördüncüsü,  həzrətin  qələbəsi  xalqın  istiqbalı  və  düşmənlərin 
qorxusu  ilə  gerçəkləşə  bilər.  Qorxuya  düşmüş  düşmən  silahını  yerə 
qoyub  qaçmağa  üz  tutar.  Xüsusi  ilə  həzrətin  möcüzələrini  gördükdə 
anlayarlar ki, onunla mübarizə aparmaq mümkünsüzdür.  
Beşincisi,  kim  bilir  ki,  həzrət  Mehdinin  (ə)  dövründə  bugünkü 
silahlar mövcud olacaq. Hansısa hadisələr nəticəsində bu gün mövcud 
olan silah anbarı məhv ola bilər.  
Altıncısı, kütləvi  qırğın cəhalət  nəticəsidir. Әgər  həzrətin  zühuru 
dövründə ağıllar kamilləşəcəksə, kimsə qırğına əl atmayacaq. 
 
Sual:  443.  Məhdəviyyət  rəvayətlərində  hansı  qırğınlardan 
danışılır? 
Cavab: Rəvayətlərdə iki qisim qırğına işarə olunur: 
a)  Bunlardan  bir  qrupu  zühurdan  öncə  baş  verəsidir  və  zühur 
dövrü ilə heç bir əlaqəsi yoxdur.  
b)  İkinci  növ  qırğınlar  zühur  dövrünə  aiddir.  Bu  barədə  xəbər 
verən rəvayətləri iki qismə ayırmaq olar:  
1.  Sənədi  etibarsız  olan  rəvayətlər.  Bu  sayaq  rəvayətlər  Kəbul-
əhbar  kimi  adi  adamlar  tərəfindən  nəql  olunmuşdur  və  onlar 
peyğəmbər dövründə müsəlman olmamışlar.  
2.  Әhli-beyt  adından  nəql  olunmuş  və  ya  şiə  kitablarında  zikr 
edilmiş, amma qaynağı əhli-beytə çatmayan rəvayətlər.  
 
Sual:  444.  Həzrətin  qiyamı  dövründə  baş  verəcək  qırğınlarla 
bağlı hansı rəqəmləri göstərmək olar? 
                                                 
1
 “Bihar”, c. 51, s. 218. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə