Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   79   80   81   82   83   84   85   86   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
248 
q)  İmamın  zühuru  Allah  tərəfindən  müəyyənləşdirildiyi  üçün  bu 
zühur üçün məhz Allahın əmri olmalıdır.  
Sualı verən şəxs şiə olduqda ona başqa şəkildə cavab verilir.  
1. Həzrət ata-babalarından nəql olunan rəvayətlərdən xəbərdardır. 
2. İmam möcüzə yolu ilə öz zühurundan xəbər tutar. Zühur vaxtı 
çatdığı  vaxt  Allah  möcüzə  göstərərək  həzrəti  xəbərdar  edər.  Bu 
ehtimala rəvayətlərdə işarə olunmuşdur: 
Ravəndi  nəql  edir  ki  imam  Kazim  (ə)  buyurmuşdur:  “Həzrətin 
zühur  vaxtı  çatanda  o  bu  məsələdən  xəbər  tutar.  Bu  batini  elm  ona 
nida edər: Ey Allahın vəlisi! Zühur et, Allah düşmənlərini qətlə yetir.” 
Həzrətin  qılıncı  var  və  bu  qılınc  zühur  vaxtı  qınından  çıxıb  ona  nida 
edər: “Ey Allahın vəlisi, zühur et. Allahın düşmənlərini boşlamaq sənə 
halal deyil.”
1
 
Səduq  Müfəzzəl  ibn  Ömərdən  nəql  edir  ki,  imam  Sadiq  (ə) 
buyurmuşdur:  “Həqiqətən,  bizlərdən  gizli  bir  imam  var.  Allah  onu 
qeybdən çıxarmaq istədiyi vaxt qəlbinə əlamət qoyar...”
2
 
Bir  hədisdə  həzrət  Mehdinin  (ə)  belə  buyurduğu  nəql  olunur: 
“Biz  Әhli-beytin  elmi  üç  növdür:  Keçmişlə,  gələcəklə  və  hadisə  ilə 
bağlı  elm.  Keçmişlə  bağlı  elm  təfsirdir.  Gələcəklə  bağlı  elm 
saxlanmışdır.  Hədis  elmi  qəlblərə  və  qulaqlara  zümzümə  çalmaqdır. 
Bu, bizim elmin ən üstünüdür...”
3
  
3. Həzrət Mehdi (ə) ilahi zəkası ilə qeyb vaxtını bilər.  
Qeyd  edək  ki,  ikinci  ehtimal  rəvayətlərə  və  əqlə  daha  çox 
uyğundur. 
 
Sual: 424. Nə üçün həzrətin zühur vaxtı müəyyənləşməmişdir? 
Cavab:    Bəzən  belə  bir  sual  yaranır  ki,  nə  üçün  İslam 
mənbələrində zühur vaxtı göstərilmir? Cavab olaraq deyə bilərik ki: 
1. Bir şəxslə görüş arzusunda olan insan onun nə vaxt gələcəyini 
bilmədikdə intizar və hazırlıq halında olur. Döyüş vaxtı bilindikdə isə 
həmin vaxtadək hazırlıq görülmür.  
2. Zühur vaxtının bilinməməsi bir növ imtahandır.  
3.  Qeyb  dövrü  hansısa  əsaslarla  tezləşdirilib,  yubadıla  bilər.  Bu 
isə həmin vaxtın müəyyənləşdirilməsinə imkan vermir.  
                                                 
1
 “Xəraic və cəraih”, c. 3, s. 1167; “Kəmalud-din”, s.155; “Bihar”, c. 52, s. 311. 
2
 “Kəmalud-din”, s. 349; “Bihar”, c. 51, s. 57; “Kafi”, c. 1, s. 343. 
3
 “Dəlailul-imamət”, s. 524. 


 
249 
4.  Zühur  vaxtı  bilinsəydi,  həzrətin  düşmənləri  ciddi  hazırlıq 
görərdi.  
İmam Sadiq (ə) ibn Nemana buyurur: “Ey Neman oğlu! Sənə hər 
şeyi bildirmək olmaz... Tələsmə. And olsun Allaha! Zühur hadisəsi üç 
dəfə  yaxınlaşmış,  amma  siz  onu  faş  etdiyinizdən  təxirə  düşmüşdür. 
And olsun Allaha! Sizin elə bir sirriniz yoxdur ki, düşmən onu sizdən 
yaxşı bilməsin.”  
5.  Zühur  vaxtı  təyin  olunmadığından  insanda  xüsusi  bir  diqqət 
halı yaranır. Zühur vaxtı bilinsəydi, uyğun mənəvi halı saxlamaq çətin 
olardı.  
6.  Zühur  vaxtı  müəyyən  olunmadığından  insanlar  zühurun 
tezləşməsinə təsir göstərəcək əməllərə təşviq olunur.  
7.  Həzrətin  zühuru  çox  uzun  çəkə  bilər.  İnsanların  ümidini 
üzməmək üçün onun vaxtı müəyyənləşdirilməmişdir.  
 
Sual: 425. Zühur vaxtını təyin etmək düzgündürmü? 
Cavab: Zühur vaxtı bir neçə şəkildə təyin oluna bilər: 
1. Məsələn, bəyan oluna bilər ki, zühur filan ildə, filan ayda, filan 
gündə baş verəcək. Belə bir ehtimal batildir.  
2.  Zühur  vaxtının  ümumi  şəkildə  müəyyənləşdirilməsi.  Məsələn, 
deyirik  ki,  zühur  Allah  istəyən  vaxt  baş  verəcək.  Belə  bir  ehtimalda 
eyb yoxdur.  
3.  Riyazi  yollarla  zühur  vaxtını  müəyyənləşdirmək.  Bəzi 
rəvayətlərdə  bu  ehtimala  yer  verilsə  də,  həmin  rəvayətlərin  sənədi 
mötəbər deyil.  
4. Rəvayətlərə əsaslanaraq zühur vaxtına işarə etmək:  
Təbəri nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Qaim tək ildə 
zühur edəcək. Ya bir, ya üç, ya beş, ya yeddi, ya da doqquz.”
1
 
Başqa  bir  məqamda  imam  Sadiq  (ə)  buyurur:  “Ramazan  ayının 
23-cü  gecəsi  imamın  adı  ilə  nida  çəkiləcək.  İmam  aşura  günü  qiyam 
edəcək. Həmin gün ki, Hüseyn ibn Әli şəhadətə çatmışdır!”
2
  
Sual:  426.  Zühurdan  öncə  yer  üzündə  zülmün  rəvac  tapması 
xalqın saleh olması ilə zidd deyilmi? 
Cavab:  Rəvayətdə  zülm-sitəm  zühur  səbəbi  kimi  yox,  zühurun 
yaxınlaşma  şərti  kimi  təqdim  olunur.  Məqsəd  bu  deyil  ki,  xalq 
                                                 
1
 “Elamul-Vəri”, c. 2, s. 286; “Bihar”, c. 52, s. 291. 
2
 Həmin mənbə. 


 
250 
zühurun  tezləşməsi  üçün  zülmə  rəvac  versin.  Vəzifəmiz  ədalətin 
bərpasıdır. Həmin ədalət ki, həzrət ondan ötrü zühur edəsidir.  
 
Sual: 427. İmam Mehdinin (ə) zühuru nə deməkdir? 
Cavab:  İmam  Mehdinin  (ə)  zühuru  üç  baxımdan  mənalandırıla 
bilər: 
1.  Zühur  məxfilikdən  sonra  aşkarlanmadır.  Bu  məna  imam 
Mehdinin (ə) qeybinə inanan şiələrə məxsusdur.  
2.  Zühur  dedikdə  həqiqi  İslamı  gerçəkləşdirmək  üçün  qiyam 
nəzərdə tutula bilər. Bu baxış bir çox firqələrin baxışına uyğundur.  
3. Zühur dedikdə yer üzünə hakimiyyət nəzərdə tutula bilər.  
 
Sual: 428. Kiçik və böyük zühur dedikdə nəzərdə nə tutulur? 
Cavab:  Kiçik  qeybin  müəyyənləşdirilməsində  məqsəd  böyük 
qeyb  üçün  zəmin  hazırlamaqdır.  Böyük  zühurdan  öncə  Allah-təala 
xalqı uyğun məsələ ilə bağlı məlumat əldə etməsi üçün şərait yaradır. 
Belə bir hazırlıq iki yolla əldə edilir:  
Ümumdünya  tövhid  hökumətinin  zəruriliyini  dərk  etmək  üçün 
düşüncə  inkişafı;  belə  bir  hökumətin  qəbulu  üçün  xalqın  elmi 
səviyyəsinin yüksəldilməsi.  
 
Sual:  429.  Ümumdünya  tövhid  hökumətinə  zəmin  hazırlayan 
hansı amillər var? 
Cavab: Bəziləri elə düşünür ki, bir bu qədər firqə parçalanmaları 
olan yerdə vahid hökumətin təşkili mümkünsüzdür. Hansı ki, belə bir 
hökumətin  təşkili  həm  mümkündür,  həm  də  zəruridir.  Bu  hökumətə 
zəmin üçün bir sıra amillər var: 
1.  Bəşəriyyətin  başının  üstünü  kəsmiş  müharibə  təhlükəsi  yalnız 
vahid hökumət sayəsində aradan götürülə bilər.  
2.  Yer  üzündəki  savaşların  əsas  səbəbi  kimi  mənafelərin 
toqquşması  göstərilir.  Әgər  həzrət  Mehdinin  (ə)  hökumətində  ədalət 
və insafın şüar olduğunu bilsək, bu hökumətə meyl göstərərik.  
3.  Ümumdünya  tövhid  hökumətinin  təşkili  amillərindən  biri  ağıl 
və  düşüncələrin  inkişafıdır.  Daxilən  kamilliyə  doğru  hərəkətdə  olan 
bəşəriyyət  həzrət  Mehdinin  (ə)  zühuru  dövründə  nəhayət  kamala 
çatasıdır.  Çünki  yer  üzərindəki problemləri  doğuran  əsas  səbəblərdən 
biri yetərsiz düşüncə və cəhalətdir.  
 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə