Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   82   83   84   85   86   87   88   89   ...   93
    Bu səhifədəki naviqasiya:
  • Sual

 
257 
Cavab:    İddia  etmirik  ki,  həzrətin  qiyamı  dövründə  qətl  baş 
verməyəcək.  Şübhəsiz  ki,  belə  bir  böyük  hadisə  düşməni  aradan 
götürmədən baş verə bilməz.  
Bəşir  ibn  Әbu-Әrakə  Nəbbal  deyir:  Mədinədə  olduğum  vaxt 
imam Baqirin (ə) yanına gedib ərz etdim: “Deyirlər ki, Qaimin qiyamı 
vaxtı  işlər  yoluna  düşəcək  və  qan  tökülməyəcək.”  Həzrət  buyurdu: 
“Heç vaxt belə ola bilməz. And olsun canım əlində olana, iş bir yerə 
çatar ki, biz və siz donmuş tər və qanı pak edərik.”
1
 
Bu  məzmunda  başqa  rəvayətlər  də  nəql  olunub.  Amma  tarix 
şahiddir  ki,  İslam  peyğəmbəri  (s)  və  Әhli-beytdən  olan  məsum 
imamlar  imkan  daxilində  qılınca  əl  aparmamağa  çalışmışlar.  Çünki 
onların  məqsədi  insanların  doğru  yola  hidayətidir.  Demək,  kütləvi 
qırğınlar baş verəcəyini təsdiqləyən əqli və nəqli dəlillər yoxdur.  
 
Sual: 445. Şiə rəvayətlərinə əsasən qətllər nə vaxt baş verəcək? 
Cavab:  Әhli-beyt  hədislərinə  əsasən,  zühurdan  az  öncə  qanlı 
savaşlar  olacaq.  Xalq  bu  sayaq  savaşlardan  cana  doyduğu  üçün 
xilaskarın intizarını çəkəcək.  
İmam  Sadiq  (ə)  buyurur:  “Xalqın  üçdə  ikisi  məhv  olmamış 
imamın  qiyamı  baş  verməyəcək.”  Ravi  deyir:  “Soruşdum  ki,  xalqın 
üçdə  ikisi  qırılacaqsa  kim  qalacaq?  Həzrət  buyurdu:  “Məgər  razı 
deyilsinizmi ki, siz salamat qalmış üçdə birdən olasınız?!”
2
 
Zürarə  deyir:  “İmam  Sadiqə  (ə)  ərz  etdim  ki,  səma  nidası 
həqiqətdirmi? Həzrət buyurdu: “Bəli, and olsun Allaha, hər bir qövm 
onu  öz  dilində  eşidər.  Xalqın  onda  doqquzu  məhv  olmayınca  bu  iş 
gerçəkləşməz.”
3
 
Süleyman  ibn  Xalid  deyir:  İmam  Sadiq  (ə)  buyurdu:  “Qaimin 
qiyamından  öncə  iki  növ  ölüm  baş  verər:  qırmızı  ölüm  və  ağ  ölüm. 
Nəhayət,  hər  yeddi  nəfərdən  beşi  məhv  olar.  Qırmızı  ölüm  qılınc,  ağ 
ölüm  taunla  gerçəkləşər.”
4
 Mənbələri  araşdırdıqda  belə  bir  qənaətə 
gəlirik ki, bu qırğınlar qiyamdan öncə baş verəsidir.  
Qeyd etməliyik ki, ümumdünya  ədalət hökumətinin bərpası kimi 
böyük  bir  hadisə  az  da  olsa  ölümsüz  başa  gələsi  deyil.  Amma  başqa 
qiyamlarla müqayisədə bu ölümlər cüzidir.  
 
                                                 
1
 “Nemani, “Әl-Ğeybət”, s. 283; “Bihar”, c. 52, s. 356. 
2
 “Kəmalud-din”, c. 2, s.655, 656. 
3
 “Nemani, “Әl-Ğeybət”, s. 274. 
4
 “Kəmalud-din”, c. 2, s.655. 


 
258 
Sual:  446.  Tərbiyə  yolu  var  ikən  nə  üçün  həzrət  Mehdi  (ə) 
qılıncdan istifadə edir? 
Cavab:  Tarixi  mənbələri  araşdırdıqda  əmin  oluruq  ki,  təkamül 
qarşısında  dayanmış  maneələri  qansız  aradan  götürmək  olmur. 
Tərbiyəvi  üsullar  nə  qədər  böyük  rola  malik  olsa  da,  yalnız  nəcib 
insanlara  təsir  göstərir.  Bu  üsullar  iqtisadi,  siyasi  və  hərbi  qüvvəyə 
yiyələnib  dünyanı  istismar  edən  qüvvələrə  yetərincə  təsir  göstərmir. 
Onların  hidayəti  üçün  gücdən  istifadə  etmək  zəruridir.  İslam 
müharibəni məqsəd yox, tövhid və ədalətin bərpa vasitəsi sayır.  
Qurani-Kərimdə  buyurulur:  “Bir daha  fitnə  olmasın  deyə  onlarla 
vuruşun və din bütünlüklə Allah üçün olsun...”
1
 
Bu  səbəbdən  də  aləmlərə  rəhmət  göndərilmiş  İslam  peyğəmbəri 
buyurur:  “Bütün  yaxşılıq  və  xeyir  qılınc  kölgəsindədir.  İnsanları 
yalnız qılınc düzəldir. Qılınclar behişt və cəhənnəmin açarıdır.”
2
  
İmam  Baqir  (ə)  buyurur:  “Həzrət  Qaimin  (ə)  beş  peyğəmbərə 
oxşarlığı var. Onun öz babası peyğəmbərə (s) oxşarlığı qılıncla qiyam, 
Allah  və  Onun  rəsulunun  düşmənlərini  öldürməsi,  qılınc  və 
(düşmənlərin qəlbinə düşmüş) qorxu ilə yardım almasıdır.”
3
 
 
Sual: 447. Həzrət Mehdi (ə) zalımlar və düşmənlərlə necə  rəftar 
edəcək? 
Cavab:  Rəvayətlərə  əsasən  haqqı  eşitmiş,  amma  inadkarlıq 
göstərib  Allahın  höccətini  qəbul  etməyənlər  əsrin  imamının  qəzəbinə 
düçar olacaq. 
İmam  Sadiq  (ə)  buyurur:  “Həmin  vaxt  Qaim  zühur  edər  və 
Allahın  bəndələrə  qəzəb  səbəbi  olar.  Allah  Öz  bəndələrindən  höccəti 
inkar etməmiş intiqam almaz.” 
 
Sual: 448. Həzrətin qətlə yetirdiklərinin çoxu müsəlmanlardır? 
Cavab:  Bəziləri  deyirlər  ki,  bir  çox  qətllər  İslam  sərhədlərində 
baş verəcək. Müşrik və kafir haqdan daha uzaq olduğu halda nə üçün 
müsəlmanlar daha çox öldürülməlidir? 
Әvvəla,  müsəlmanların  daha  çox  qətlə  yetiriləcəyini  bildirən 
mötəbər  rəvayət  yoxdur.  Həzrət  yalnız  qarşısına  çıxan  maneələri 
aradan götürəsidir.  
                                                 
1
 “Bəqərə”, 193. 
2
 “Vəsailuş-şiə”, c. 11, s. 5. 
3
 “Kəmalud-din”, c. 1, s.7. 


 
259 
İkincisi,  bəzilərinin  həzrət  və  onun  səhabələri  tərəfindən  qətlə 
yetiriləcəyi  bildirilsə  də,  bu  o  demək  deyil  ki,  digər  cəmiyyətlərdə 
ölüm olmayacaq və həzrət kafirləri və müşrikləri öldürməyəcək.  
Üçüncüsü,  müsəlmanların  daha  çox  qətlə  yetiriləcəyini  qəbul 
etsək  belə,  bu,  məntiqdən  uzaq  deyil.  Çünki  bəzi  rəvayətlərə  əsasən, 
əksər küfr ölkələri İslama təslim olacaq və müsəlmanlar arasında islah 
aparılacaq.  Müsəlmanlar  haqqı  daha  çox  bildiklərindən  onlardan  üzr 
qəbul olunmaz.  
Həzrət  Mehdinin  (ə)  qarşısına  çıxan  problemlərdən  biri  Allah 
dininin  təhrif  olunması,  xoşagəlməz  şəkilə  salınmasıdır.  Küfrlə 
mübarizə,  yanlış  əqidə  ilə  mübarizədən  asandır.  İmam  Sadiq  (ə) 
buyurur:  “Həzrət  Qaim  elə  insanlarla  üzbəüz  gələr  ki,  onlar  Allah 
kitabını öz istədikləri kimi yazar və həzrətə qarşı çıxarlar.”
1
 
 
Sual:  449.  İmam  Mehdi  (ə)  zühur  etdikdən  sonra  ərəblərlə 
vuruşarmı? 
Cavab:  Məclisi  nəql  edir  ki,  imam  Sadiq  (ə)  buyurmuşdur: 
“Bizimlə ərəb arasında zibhdən (başın kəsilməsi) savay bir şey qalmaz. 
Sonra həzrət mübarək əli ilə öz boğazına işarə etdi.”
2
 
Hədisin zahirindən belə görünür ki, ərəblər əhli-beyt imamlarının 
hər  birini  qətlə  yetirəcək.  İkinci  ehtimala  əsasən,  imam  Sadiq  (ə) 
Mənsur  Abbasinin  peyğəmbər  nəsli  və  bəni  bəni-Haşimi  qırmasını 
nəzərdə tutmuşdur. 
(Demək,  həzrət  Mehdinin  (ə)  zühur  dövründə  ərəblərlə  savaşı 
haqqında mötəbər məlumat yoxdur).  
 
Sual: 450. Zühur dövründə imamın ərəblərlə sərt rəftarı necə izah 
olunur? 
Cavab:  Həzrət  Mehdi  (ə)  öz  qiyamına  Məkkədən,  ərəb 
torpaqlarından  başlayacaq.  Təbii  ki,  imamın  məqsədi  yolunda 
maneələr  mövcuddur.  Süfyanilər,  dəccallar  və  başqa  azğınlarla  savaş 
həmin məntəqədə baş verəsidir. Bu səbəbdən də  ərəblər üçün bir çox 
çətinliklər yaranasıdır.  
 
Sual:  451.  Həzrət  Mehdi  (ə)  azğınlarla  mübarizəyə  azğın 
şiələrdən başlayacaq? 
                                                 
1
 “Nemani, “Әl-Ğeybət”, s. 297. 
2
 “Bihar”, c. 52, s. 349. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə