Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
1   ...   85   86   87   88   89   90   91   92   93

 
266 
İkincisi, qeyd olundu ki, həzrətin 313 nəfərdən əlavə on min nəfər 
civarında yardımçısı olar.  
Üçüncüsü, 313 nəfər  yardımçının olması zühur üçün  yetərli amil 
yox, sadəcə şərtdir.  
Zühurdan sonrakı tarix 
Sual: 475. Zühur dövründə hamı bir əqidədəmi olacaq? 
Cavab:  Vahid  cəmiyyət  və  vahid  ümmətin  təşkil  olunması üçün 
vahid dünyagörüşü və vahid etiqada ehtiyac var.  
Zühur  dövründə  bütün  yer  üzündə  vahid  bir  dünyagörüşü  hakim 
olacaq.  
Həqiqi xilaskar olan Mehdinin (ə) proqramları əbədi haqq-ədalət 
qanunları üzərində qurulmuşdur.  
İmam  Әli  (ə)  Malik  ibn  Həmzəyə  buyurur:  “Həmin  vaxt  bizim 
Qaim (ə) qiyam edər və bütün xalq bir əqidə ətrafında birləşər.”
1
 
İmam Sadiq (ə) buyurmuşdur: “And olsun Allaha, ey Müfəzzəl! 
İmam  Qaim  (ə)  millətlər  və  ayinlər  arasından  ixtilafları  götürər  və 
hamıya bir din hakim olar.”
2
 
 
Sual: 476. İmam Mehdi (ə) dünyaya hansı dinlə hakimlik edər? 
Cavab:  İmam  Mehdinin  (ə)  etiqad  etdiyi  və  zühur  dövründə 
əsaslandığı din İslamdır. Bu müddəanı bir neçə dəlillə sübuta yetirmək 
olar:  
1.  Həzrət  Mehdi  (ə)  İslam  peyğəmbərinin  (s)  son  canişini 
olduğundan onun hakimiyyəti İslama əsaslanacaq.  
2.  Mütəvatir  rəvayətlərə  əsasən  bu  hökumət  haqq-ədalət 
hökumətidir. Kamil ədalət isə yalnız İslamdadır.  
3.  Rəvayətlərə  əsasən  həzrət  Mehdi  (ə)  İslam  ümmətinə  hakim 
olacaq. Bu da öz növbəsində onun İslama əsaslanacağını göstərir.  
4.  Bir  qrup  rəvayətdə  bildirilir  ki,  həzrət  Mehdi  (ə)  zühur 
etdikdən  sonra  İslam  hökmlərini  və  peyğəmbər  sünnəsini  həyata 
keçirəsidir.
3
 
5.  İslam  peyğəmbəri  (s)  və  əhli-beytdən  (ə)  nəql  olunmuş 
mütəvatir  rəvayətlərə  əsasən,  imam  Mehdi  (ə)  yer  üzündə  ədaləti 
bərpa edəcək. Bu prinsiplər isə yalnız İslamda mövcuddur.  
                                                 
1
 “Nemani, “Әl-ğeybət”, s. 206. 
2
 “Bihar”, c. 53, s. 4. 
3
 “Әl haviyyu lil-fətavi”, c. 2, s. 126. 


 
267 
 
Sual:  477.  Həzrət  Mehdinin  (ə)  zühur  dövründə  yer  üzündə 
qeyri-müsəlman qalacaqmı? 
Cavab:  Rəvayətlərdən  məlum  olur  ki,  həzrət  Mehdinin  (ə) 
hakimiyyəti dövründə qeyri-müsəlman olmayacaq.  
İbn-Bəkir  nəql edir ki, həzrət Әbül-Həsən “Ali-İmran” surəsinin 
83-cü  ayəsini  təfsir  edərkən  buyurur:  “Ayə  Qaimin  şənində  nazil 
olmuşdur. Qaim zühur edən vaxt yəhudiləri, məsihiləri, sabiiləri, şərq 
və  qərbin  kafirlərini  İslam  dininə  dəvət  edər.  Öz  meyli  ilə  qəbul 
edənlərə namaz, zəkat və digər vacib əməllər əmr olunar. İslamı qəbul 
etməkdən  imtina  edənlərin  boynu  vurular.  Şərq  və  qərbdə  bir  Allaha 
pərəstiş edənlərdən savay kimsə qalmaz...”
1
 
Amma  bəzi  rəvayətlərdə  bildirilir  ki,  yəhudilər  və  məsihilər 
qiyamət gününədək qalacaq.  
Әbu-Bəsir  deyir:  İmam  Sadiqdən  (ə)  zühur  dövründə  zimmə 
əhlinin,  yəhudilərin  və  məsihilərin  vəziyyəti  haqqında  soruşdum. 
Həzrət buyurdu: “Onlarla peyğəmbərsayaq rəftar olunar, onlar da itaət 
göstərib cizyə verərlər.”
2
 
İmam  Baqir  (ə)  buyurur:  “Həzrət  Qaim  (ə)  ona  görə  Mehdi 
adlandırılır  ki,  Tövrat  və  digər  səmavi  kitabları  Antakiyadakı 
mağaradan çıxarıb yəhudilərlə Tövrat, məsihilərlə İncil, Zəbur əhli ilə 
Zəbur, Quran əhli ilə Quran əsasında rəftar edər.”
3
 
Bu baxışı Quran ayələri də təsdiqləyir.
4
  
 
Sual: 478. Zühur dövründə hansı məzhəb hakimdir? 
Cavab: Heç şübhəsiz ki, İslam Allah tərəfindən təsdiqlənmiş son 
dindir.  Bu  səbəbdən  də  Allah  Öz  peyğəmbərini  “Xatəmun-nəbiyyin” 
adlandırmışdır.  Maraqlıdır  ki,  zühur  dövründə  hansı  İslam  məzhəbi 
hakim olacaq? 
Ayə  və  rəvayətlərdən  məlum  olur  ki,  zühur  dövründə  İslam  dini 
hakimdir.  “İkmal”  ayəsini  nəzərə  aldıqda  isə  həmin  dövrdə  şiə 
məzhəbinin hakim olacağı sübuta  yetir. Allah-təala buyurur: “Bu gün 
sizin  dininizi  kamil  etdim,  sizə  olan  nemətlərimi  tamamladım  və  din 
olaraq sizin üçün İslamı bəyəndim.”
5
  
                                                 
1
 “Bihar”, c. 52, s. 340. 
2
 “Bihar”, c. 52, s. 376-381. 
3
 “Nemani, “Әl-ğeybət”, s. 125. 
4
 Bax: “Ali-İmran”, 55; “Maidə”, 14. 
5
 “Maidə”, 3. 


 
268 
Bəs  həmin  gün  nə  baş  vermişdir?  Rəvayətlərdən  məlum  olur  ki, 
bu  ayə  Qədire-Xum  hadisəsi  ilə  bağlı  nazil  olmuşdur.  Qədire-Xum 
hadisəsi  həzrət  Peyğəmbərin  (s)  həzrət  Әlini  (ə)  özünə  canişin  təyin 
etməsindən  ibarətdir.  Demək,  zühur  dövründə  Allahın  bəyəndiyi  din 
bütün dinlərə qalib gələcək. O dövrün hakim məzhəbi isə həzrət Әli (ə) 
və onun on bir məsum övladının imamətini qəbl edən şiə məzhəbidir.  
 
Sual:  479.  Həzrət  Mehdi  (ə)  zühur  etdikdən  sonra  əqidə 
azğınlıqları ilə necə mübarizə aparacaq? 
Cavab: 
Həzrət 
Mehdinin 
(ə) 
zühur 
dövründə 
əsas 
çətinliklərindən biri cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin 
rəvac  tapmasıdır.  Bu  sayaq  yanlışlıqlar  əsrlər  boyu  cəmiyyətdə  kök 
atmışdır.  Müsəlmanlıq  iddiasında  olub,  dini  təlimləri  təhrif  edən 
şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran və 
hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür: dünyapərəst və asılı 
ruhanilər; sərmayədarlar və kübarlar; adı müsəlman olan hökumətlər.  
İmam  Sadiq  (ə)  buyurur:  “Qiyam  zamanı  Qaimin  cahillərdən 
çəkdiyi əziyyət peyğəmbərin cahil xalqdan çəkdiyi əziyyətdən ağırdır. 
Peyğəmbər  zühur  edən  vaxt  xalq  daşa-taxtaya  pərəstiş  edirdi.  Qaim 
zühur  etdikdə  isə  insanlar  öz  mövqelərini  Quran  ayələri  ilə  sübut 
etmək istəyəcək.”
1
 
 
Sual:  480.  İmam  Mehdinin  (ə)  hökumətində  millətçilik  əsas 
götürülürmü? 
Cavab:  Həzrət  Mehdinin  (ə)  hökumətində  heç  bir  milli  və  irqi 
ayrıseçkiliyə yer yoxdur. Bu müddəanın bir sıra dəlilləri var: 
1.  Həzrətin  dəvəti  İslam  hökmlərinə  əsaslanır  və  İslam 
hökmlərində milli, irqi ayrıseçkiliyə yer yoxdur.  
2. Həzrət Mehdinin (ə) dəvəti ümumdünyəvidir. Belə bir dəvətdə 
milli və irqi ayrıseçkiliyə yol verilə bilməz.  
3.  Bəzi  rəvayətlərə  əsasən,  həzrət  Mehdinin  (ə)  hakimiyyəti 
ədalət hökumətidir və ayrıseçkiliyə müxalifdir.  
4.  Rəvayətlərə  əsasən,  həzrət  Mehdi  (ə)  Allah  rəsulunun  yolunu 
gedəcək.  
 
Sual:  481.  Həzrət  Mehdinin  (ə)  hökuməti  digər  hökumətlərə 
oxşayırmı? 
                                                 
1
 “Nemani, “Әl-ğeybət”, s. 297. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə