246
Həzrət Әli (ə) buyurmuşdur: “Dünya bizim qarşımızda tərs dəvə
kimi azğınlıq etdikdən sonra bizə üz tutar və ram olar.” Sonra həzrət
həmin ayəni tilavət etmişdir.
1
Sual: 420. “İrtidad” ayəsi imam Mehdinin (ə) zühurunu necə
sübuta yetirir?
Cavab: Allah-təala buyurur: “Ey iman gətirənlər! Sizlərdən hər
hansınız öz ayinindən dönsə, Allah elə bir cəmiyyət gətirər ki, onları
dost tutar və onlar da Onu sevər. Onlar möminlər qarşısında təvazökar,
kafirlər qarşısında sərtdirlər. Onlar Allah yolunda cihad edər və heç
bir məzəmmətdən çəkinməz. Bu, Allahın istədiyi kəsə verdiyi fəzldir.
Allahın fəzli genişdir və Allah biləndir.”
2
Ayədə çevriliş (“istibdal”) qanununa işarə olunur. Yəni bir
cəmiyyət vəzifəsinə əməl etmədiyindən başqa bir cəmiyyətlə əvəz
olunur. Onlar Allah rəsulunun xəlifəsini rədd edib, cihaddan boyun
qaçırdılar.
Eləcə də, Allahın dininin tətbiqində səhlənkarlıq göstərdilər.
Rəvayətlərə müraciət etdikdə görürük ki, Әhli-beyt ayənin imam
Mehdinin (ə) aid olduğunu düşünür. Süleyman ibn Harun Әcəli deyir:
“İmam Sadiq (ə) buyurdu: “Həqiqətən, əmr sahibi hifz olunur. Әgər
bütün bəşəriyyət məhv olsa, Allah-təala onun səhabələrini ətrafında
toplayar. Allah onların haqqında “hər kəs öz ayinindən dönsə” ayəsini
buyurmuşdur.”
3
Sual: 421. “Qital” ayəsi həzrət Mehdinin (ə) zühurunu necə
sübuta yetirir?
Cavab: Allah-təala buyurur: “Fitnəni aradan götürüb, bütün din
Allaha məxsus olanadək onlarla vuruşun.”
4
Ayədə bildirilir ki, şirk və küfrün kökü qazılmalıdır. Din
bütünlüklə Allaha məxsus olmalı və yer üzündə bir nəfərdə olsun
müşrik qalmamalıdır. Hələ ki, bu məqsəd gerçəkləşməmişdir. Hansı ki,
nə vaxtsa yer üzündə fitnənin kökü kəsilməli və din yalnız Allah üçün
olmalıdır.
Rəvayətlərə əsasən bu məqsəd həzrət Peyğəmbərin (s) zühuru
dövründə gerçəkləşəcək. “Tövbə” surəsinin 33-cü ayəsində də bu
məsələyə işarə olunur.
1
“Şəvahidut-tənzil”, c. 1, s.438; “Yənabiul-Məvəddət”, s. 437.
2
“Maidə”, 54.
3
“Təfsire-Bürhan”, c.2, s. 473.
4
“Әnfal”, 39.