239
Sual: 410. Hərmucəddun mərəkəsi nədir?
Cavab: Bəzi alimlər Hərmucəddun məntəqəsində baş verəcək
mərəkəni imam Mehdinin (ə) zühuru üçün əlamət sayırlar. Bu əhvalat
hətta digər səmavi kitablarda da nəql olunmuşdur.
1
Yəhudilər və məsihilər bu mərəkəni tarixin sonunda baş verəcək
çox böyük müharibə hesab edirlər.
“Hərmucəddun” sözü dağ mənasını bildirən “hər” və vadi və ya
kiçik dağ adı olan “mucəddu” sözündən düzəldilmişdir. Bu vadi
Fələstinin şimalında yerləşir. Onların nəzərincə, bu savaşda 400
milyon nəfər iştirak edəcək. Bu qoşun İraqdan, İrandan, Livanda,
Sudandan, cənubi Qafqaz və Rusiyadan toplanasıdır.
Doktor Әbdül-Kərim Zübeydi deyir: “Bu hadisə imam Mehdinin
(ə) zühurundan öncə baş verəcək həmin hadisədir. Rəvayətlərdə bu
mərəkə “Tərqisya” adlandırılmışdır. Bu qoşun Аmerikadan,
Аvropadan, Rusiyadan, Türkiyədən, Misirdən, Qərbi ərəb
dövlətlərindən, Suriyadan, İordaniyadan, Livandan, Fələstindən və
İsraildən olan çoxsaylı qüvvələrdən təşkil olunacaq. Şam sərhəddində
bu qoşunlar rastlaşdığı vaxt Süfyani xüruc edəcək...”
Kuleyni nəql edir ki, imam Sadiq (ə) Muyəssərə buyurdu: “Agah
ol ki, orada (Qərqisyada) göylər və yer yaranandan bu günədək oxşarı
olmayan bir hadisə baş verəcək.”
2
Bu mövzuda nəql olunmuş rəvayətlərdən məlum olur ki, bu
müharibədə düşmən tərəfindən komandan Süfyani adlı bir şəxsdir. Bu
şəxs İsrail və Amerika casusluq mərkəzlərinin köməyi ilə xalq
arasında təfriqə salar və insanları insanlara qarşı təhrik edər. Həzrət
Mehdi (ə) öz tərəfdarlarından bir hissəsi ilə Kəbəyə sığındığı vaxt bu
qoşun Beyda məntəqəsində yerə batar.
Buxari həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Siz yəhudilərlə
savaşanadək qiyamət qopmaz. Həmin vaxt o qədər yəhudi öldürülər ki,
hətta yəhudinin pənah apardığı daş deyər: “Ey müsəlman! Mənə
sığınan şəxs yəhudidir, onu qətlə yetir.”
3
Sual: 411. “Sionist məsihiyyət” dedikdə nəzərdə nə tutulur?
1
“Röyaye-Yuhanna”, 16:13-16; Sefri-Zəkəriyya, 14:1-5; Ketabe-müqəddəs, s. 843.
2
“Kafi”, c. 8, s. 245.
3
“Səhihe-Buxari”, c. 3, s. 232.
240
Cavab: “Sionist məsihiyyət” dedikdə dünyanın sonu ilə bağlı
öncəgörmələrə əsaslanan siyasi, iqtisadi, mədəni, hərbi bir cərəyan
nəzərdə tutulur. Bu cərəyan yalnız gücə istinad edir.
Bu güruh kin-küdurət dolu ədəbiyyat və şiəliklə aşkar
düşmənçilik əsasında Yerusəlimdə bütün qüvvələrini İslam ölkələrinə
qarşı səfərbər etməyə səy göstərir. Onlar nəzərdə tutduqları zühur
üçün zəmin hazırlamağa və bütün maneələri aradan götürməyə
çalışırlar.
Bu cərəyanın aparıcıları Tövrata müraciət və yəhudi kitablarına
etiqadla həzrət İsanın zühuru üçün bütün dünyanı əhatə edəcək
müharibəni şərt sayırlar. Bu savaş üçün mərkəz kimi işğal olunmuş
Fələstində
yerləşən
Аrmagedon məntəqəsini göstərirlər. Bu
ideologiyanın arxasında yəhudilərin bütün Fələstin üzərində (hətta
Suriya və İraqda) hakimiyyətə çatıb böyük İsrail təşkil etmək planları
dayanır.
Sual: 412. Günəş və ay tutulmaları zühur əlamətidirmi?
Cavab: Zühur əlamətlərini bəyan edən rəvayətlərdə bildirilir ki,
ayın ortasında ay tutulması və ayın əvvəlində günəş tutulması zühur
nişanələrindəndir.
İmam Baqir (ə) buyurmuşdur: “Həqiqətən, Bizim Mehdinin (ə)
iki nişanəsi var. Göylər və yer yarandığı gündən belə bir hal
olmamışdır. Әvvəla, ramazanın ilk gecəsində ay tutular, ikincisi,
ramazanın ortasında günəş tutular.”
1
Bu qeyri-adi hadisə ilə bağlı iki
ehtimal var:
1. Bu hadisələri yaradan səbəb kimi fəzada qəfil peyda olan kütlə
göstərilir. Bu kütlə bəzən günəş və ay qarşısından keçib “xüsuf” və
“küsuf” hadisələri yaradır.
2. Bu kütlənin yerdən qopduğu ehtimal olunur. Mümkündür ki,
gələcəkdə elmi-texniki tərəqqi nəticəsində yerdən bir parça qoparılsın
və bu parça günəşlə ayın qarşısını kəssin.
3. Bu iki hadisə təbiət qanunlarına uyğun deyil.
Sual: 413. Zühur əlaməti olan səma səsi nədir?
Cavab: İmam Baqir (ə) buyurur: “Həqiqətən, Mehdinin (ə) xüruc
əlamətlərindən biri ramazan ayında səmadan səs gəlməsidir.”
2
İmam
1
“Sünəne-darqutni”, c. 2, s. 51.
2
“Kəmalud-din”, s.328.
241
Sadiq (ə) buyurur: “Səma səsi ramazan ayında baş verəcək, gənc
qadınlar pərdə arxasından baş götürüb qaçacaq, yuxudakılar oyanacaq
və oyaqlar səsdə qərq olacaq.”
1
Bu rəvayətdə iki ehtimal var:
1. Səma səsi dedikdə Cəbraildən eşidilən və hamını bürüyən səs
nəzərdə tutula bilər.
2. Səma səsi dedikdə məqsəd dünyəvi əzab, dünya müharibəsi ola
bilər. Eyni vaxtda yer kürəsinin müxtəlif nöqtələrində partlayan atom
bombaları dəhşətli səs yarada bilər. Bu sayaq partlayışların Avropa,
Amerika, Rusiya və Çində baş verəcəyi gözlənilir. Amma
müsəlmanlar amandadırlar və yalnız həmin partlayışların səsini
eşidərlər.
Sual: 414. Zühur əlamətlərindən olan səma nidası nədir?
Cavab: Bu mövzu ilə bağlı üç qrup rəvayət var:
1. Nida haqqında ümumi məlumat verən rəvayətlər;
2. Haqq və batilin nidalarından ibarət iki nida;
3. Qaimin adı ilə nida.
Səma səsi və səma nidası haqqında danışan hədislər
məcmusundan anlaşılır ki, bütün bunlar müştərək mənaya malikdir.
Bu müddəanı sübuta da yetirmək olar:
a) Həm səs, həm də nida Cəbrailə aid edilmişdir;
b) Hər iki hadisənin eyni bir vaxtda, yəni ramazan ayının 23-ü,
cümə gecəsi baş verəcəyi bildirilir.
v) Hər iki hadisənin təsirləri eyni şəkildə bəyan olunur.
Sual: 415. Dəccalın zühuru dedikdə nəzərdə nə tutulur?
Cavab: Bir çox rəvayətlərdə, xüsusi ilə sünnə əhli hədislərində
Dəccalın zühuru haqqında danışılır. Bu hadisə imam Mehdinin (ə)
hakimiyyətindən öncə baş verəsidir.
Buxari nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dəccal
Mədinə ətrafında görünüb üç dəfə savaş hazırlığını bildirəcək və
ətrafına kafirlər, münafiqlər toplanacaq.”
2
Sünnə əhli mənbələrində
Dəccalın bəzi sifətləri zikr olunmuşdur: Rəblik iddiası edər; ömrü
uzundur; yanında su və od var; kora və dəri xəstəsinə şəfa verər; ölünü
1
“Әl-Ğeybət”, s. 252.
2
“Səhihe-Buxari”, c. 8, s.102.
Dostları ilə paylaş: |