Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

 
86 
◘Hər  kəs  Əlini  sevsə  və  ona  qoşulsa  Allah  onu  əzizləyib  Özünə 
yaxınlaşdırar.  Əli  ilə  düşmən  olan  kəsə  qarşı  isə  Allah  da  ədavət 
bəsləyib onu rüsvay edər. 
 
◘Əlinin  dostu  zatı  pak  insandır.  Düşmənləri  isə  Qiyamət  günü 
peşmançılıq və həsrətdə olarlar. 
 
◘Əlini  sevən  hər  bir  kəs  hidayət  olub.  Hər  kəs  onun  düşməni  olsa 
zülm edib. 
 
◘Ey Əli! Səni sevən hər kəs məni sevib. Məni sevən hər bir  kəs də 
Allahı  sevir.  Hər  kəs  qəlbində  sənə  qarşı  düşmən  olsa  mənə  qarşı  kin 
bəsləyib.  Mənə  qarşı  kin  bəsləyən  hər  bir  kəs  də  Allahla  düşmənçilik 
edir. Allahın düşmənlərinə də Allah, məlaikələr və bütün insanlar lənət 
edərlər. 
 
◘Şafeidən  (əhli-sünnənin  dörd  məzhəbindən  birinin  imamı)  nəql 
edirlər ki, deyib: “Əli ibn Əbitalibin vücudunda elə fəzilətlər və üstün 
xüsusiyyətlər  cəm  olub  ki,  belə  xüsusiyyətlər  yalnız  barmaqla  sayıla 
biləcək  kəslərdə  müşahidə  olunur.  Onun  vücudunda  elm  və  əməl  öz 
kamal  həddində  birləşib.  Çox  az  alim  var  ki,  elmi  miqdarında  əməli 
olsun.  Həm  fəqir  həm  də  kamil  səxavətə  malik  idi.  Şücaət  və  incə 
qəlbli,  zahid  və  xoş  əxlaqlı,  iftixarlı  və  təvazökar  idi.  Yüksək  əsil-
nəcabətə malik olub. Bu sifətlər çox nadir insanlarda bir araya gəlib. 
 
◘Şafeidən  soruşdular:  “Əlinin  barəsində  nəzərin  nədir?”  Dedi:  “Nə 
deyim,  o  kəsin  barəsində  ki,  dostları  onun  fəzilətlərini  qorxudan 
gizlətmiş,  düşmənləri  tərəfindən  isə  həsəd  üzündən  o  qədər  fəzilət 
bəyan olunmuşdur ki, məğribdən məşriqə qədər olan ərazini doldurub.” 
 
◘Əmirəl-möminin (ə) buyurub: “Mənim şiələrimin iki əlaməti var ki, 
onlar bunun vasitəsilə tanınarlar. Biri odur ki, namaz vaxtlarında dəqiq 
olarlar  (ki,  namazın  əvvəl  vaxtını  əldən  verməsinlər).  İkincisi  isə  öz 
var-dövlətlərini  mömin  qardaşları  ilə  paylaşarlar.  Hər  kəsdə  bu  iki 
xüsusiyyət olmasa ondan qaç! Yenə də ondan qaç!” 


 
87 
 
ÜÇÜNCÜ BÖLMƏ 
Üç tərkibli nəsihətlər 
BİRİNCİ FƏSİL 
Mütəal Allahın moizələri 
◘Allah-təala  Musaya  (ə)  xitab  edərək  buyurdu:  “Ey  Musa!  Mən 
səndən  ötrü  üç  şey  yerinə  yetirirəm  və  sən  də  bunun  müqabilində  üç 
əməl yerinə yetir.” Dedi: “Onlar hansılardır?” 
Buyurdu:  “Mən  sənin  ixtiyarında  minnətsiz  olaraq  çoxlu  nemətlər 
qoymuşam.  Sən  də  əgər  bir  kəsə  nə  isə  verdin  minnət  qoyma.  Mən 
sənin üzr və  tövbəni qəbul edirəm, baxmayaraq  ki, bir çox itaətsizliyi 
bilərəkdən  yerinə  yetirmişsən.  Sən  də  cəfakarların  üzrünü  qəbul  et. 
Mən  səndən  sabahın  əməlini  bu  gün  tələb  etmirəm,  sən  də  sabahın 
ruzisini Məndən bu gün istəmə.” 
 
◘Başqa bir hədisi-qüdsidə deyilir: “Hər hansı bir bəndə haram tikəni 
tamam-kamal  iştahası  olduğu  halda  ağzından  qaytarsa  Mən  ona  üç 
mükafat  dünyada,  üç  mükafat  da  axirətdə  əta  edərəm.  Dünyada  onun 
ömrünü  bərəkətli,  ruzisini  bol,  qəbrini  nurani  edərəm.  Axirətdə  isə 
çöhrəsini  ağ  edərəm,  tələbkarları  ondan  uzaqlaşdıraram,  Öz  mübarək 
üzümü ona göstərərəm (yəni, ona çoxlu rəhmət əta edərəm.)” 
  
Allah-təala  Musaya (ə)  buyurdu:  “Heç  bu vaxta  qədər  xalis  bir  əməl 
yerinə  yetirmisən?”  Dedi:  “Bəli.  Namaz  qılmışam,  oruc  tutmuşam  və 
zikr  demişəm.”  Buyurdu:  “Namaz  sənin  siratdan  keçməyin  üçündür. 
Oruc  cəhənnəm  atəşi  qarşısında  qalxanındır.  Zikr  isə  behiştdəki 
dərəcələri  qaldırır.  Bəs  elə  isə,  bütün  bunlar  sənin  özün  üçün  olub.” 
Musa  (ə)  ağladı  və  ərz  etdi:  “Pərvərdigara!  Mənə  elə  bir  iş  öyrət  ki, 
yalnız  Səndən  ötrü  olsun.”  Xitab  olundu:  “Zülm  görmüşə  kömək 
göstərmisən?  Çılpağı  geyindirmisən?  Susuza  su  vermisən?  Alimə 
ehtiram etmisən? Bunlar xalis əməllərdir.” 
 
◘Başqa  bir  hədisdə  deyilir:  “Mən  qiyamət  günü  üç  qrup  insanla 
düşmənçilik  edərəm.  Biri  odur  ki,  Mənimlə  əhd-peyman  bağladıqdan 
sonra  onu  sındırır.  İkincisi  odur  ki,  azad  bir  insanı  satır,  pulunu  da 
yeyir. Üçüncüsü də odur ki, fəhləni işlədir, lakin pulunu vermir.” 
 


 
88 
◘Allah-təala Üzeyir peyğəmbərə vəhy edib buyurdu: “Elə ki, kiçik bir 
günah etdin, o günahın kiçikliyinə baxma. Allahın böyüklüyünə bax ki, 
Onun  fərmanını  ayaq  altına  almısan.  Elə  ki,  sənə  kiçicik  bir  xeyir 
yetişdi, o xeyrin kiçikliyinə baxma, Onu sənə əta edən nemət sahibinin 
əzəmətinə  bax.  Elə  ki,  bəlaya  düçar  oldun  Məndən  camaata  şikayət 
etmə. Çünki Mən sənin günahlarından məlaikələrə şikayət etmirəm (və 
sənin sirlərini onlar üçün açmıram).” 
 
◘Allah-təala  başqa  bir  peyğəmbərə  vəhy  edib  buyurdu:  “Mənim 
görüşümə  eşq  və  məhəbbətlə  gələni  behiştə  daxil  edərəm,  qorxu  ilə 
gələni  əzabdan  xilas  edərəm,  xəcalətli  və  utanan  halda  gələnin  isə 
günahlarını əməlləri yazan məlaikələrin zehnindən silərəm.” 
İKİNCİ FƏSİL 
Peyğəmbərdən (s) olan hədislər 
◘Baxmayaraq  ki,  behiştin  ətri  beş  yüz  illik  məsafədən  hiss  olunur, 
ancaq üç dəstə insan onu hiss etməz; minnət qoyan simic, şərab içən və 
aqq-valideyn  (yəni,  valideynlərin  hüququnu  tapdalayıb  onlara  zülm 
edən). 
 
◘Yerlər  və  göylər,  məlaikələr,  gecə  və  gündüz  üç  dəstə  insan  üçün 
Allahdan  bağışlanmaq  istəyərlər;  alimlər,  tələbələr  və  səxavətli 
insanlar. 
 
◘Üç  nəfərin  duası  rədd  olunmaz;  səxavətli  insanın,  xəstənin  və 
tövbəkarın. 
 
◘Atəş üç nəfərin bədənini yandırmaz; ərinə itaət edən qadının, ərinin 
çətinlikdə və yoxsul olan vaxtında səbr edən qadının və valideynlərinə 
yaxşılıq edən kəsin. 
 
◘Üç  dəstə  insan  şeytanın  şərindən  amandadır;  gecə-gündüz  Allahı 
yad  edənlər,  gecə  yarısı  bağışlanma  diləyənlər  və  Allah  qorxusundan 
ağlayanlar. 
 
◘Qiyamət  günü  üç  dəstə  insandan  əzab  götürülər;  Allahın  təqdirinə 
razı  olanlardan,  müsəlmanların  xeyrini  güdənlərdən  və  xeyir 
dəllallarından. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə