Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə32/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

 
95 
Ləyaqətli  insanın  üç  əlaməti  var;  saleh  əməl  vasitəsi  ilə  Allahla  öz 
arasını islah edər, dinini elm vasitəsi ilə islah edər, özü üçün bəyəndiyi 
şeyi başqaları üçün də bəyənər. 
 
Pəhrizkar  insanın  da  üç  əlaməti  var:  yalançı  dostlardan  və  pis 
yoldaşlardan  uzaq  gəzər,  heç  kəsin  qeybətini  etməz.  Harama 
düşməməkdən ötrü bir sıra halallardan da imtina edər. 
 
Daşürəkli  adamın  da  üç  əlaməti  var;  zəiflərə  rəhm  etməz,  aza  qane 
olmaz, öyüd nəsihət ona təsir etməz. 
 
Siddiqin  də  (sözü  ilə  əməli  uyğun  gələn  adam)  üç  əlaməti  var; 
sədəqəni  gizli  şəkildə  vermək,  müsibəti  bildirməmək,  ibadəti  məxfi 
saxlamaq. 
 
Fasiqin (dinsiz) üç əlaməti var; fəsad yaymaq, camaata ziyan vermək, 
haqq yoldan azmaq. 
 
Alçaq  adamın  üç  əlaməti  var;  Allahın  itaətindən  çıxmaq,  qonşuya 
əziyyət etmək, inadkarlıq və iğtişaş yaratmağa meyl. 
 
Abidin üç əlaməti var; Allahdan ötrü özü-özünə qəzəblənər (ki, nəyə 
görə  öz  bəndəlik  vəzifələrini  lazımınca  yerinə  yetirmirsən),  Allah 
yolunda şəhvətlərə qarşı düşmən olar, namazın qiyamını uzadar. 
 
Müxlis bəndənin üç əlaməti var; mala, var-dövlətə qarşı düşmən olar, 
dünyaya qarşı düşmən olar, günaha qarşı kin bəsləyər. 
 
Alimin də üç əlaməti var; düzdanışmaq, haramdan qorunmaq, camaat 
arasında təvazökar olmaq. 
 
Səxavətli  adamın  üç  əlaməti  var;  əlində  qüdrət  olduğu  halda  əfv 
etmək, zəkatı ödəmək, sədəqə verməyi xoşlamaq. 
 
Yaxşı  dostun  üç  əlaməti  var;  səndən  qabaq  xərcləyər,  sənin  abır-
həyanı  özününkündən  mühüm  bilər,  öz  canını  sənə  fəda  edər. 
Bunlardan əlavə sənin sirlərini gizli saxlayar. 
 
Facirin (yaramaz adamın) üç əlaməti var; yalandan and içər, qadınları 
aldadar, günahsızlara töhmət vurar. 
 


 
96 
Kafirin üç əlaməti var; Allahın dininə şəkk edər, Allahın bəndələri ilə 
düşmənçilik  edər,  Allaha  itaətə  qarşı  laqeydlik  və  saymazyanalıq 
göstərər. 
 
Bədrəftar  adamın  üç  əlaməti  var;  Allahın  məkrindən  amanda 
olduğunu  hiss  edər,  Allaha  qarşı  naümid  olar,  Peyğəmbərlə  (s) 
müxalifətçilik  edər.  (Peyğəmbərin  (s)  Əliyə  (ə)  olan  nəsihətlərinin 
sonu.) 
 
◘Qadın  və  kişi  olmağından  asılı  olmayaraq  namazlarında  səhlənkar 
olan kəslərə Allah on səkkiz cəza verər. Onun altısı dünyada, üçü ölüm 
zamanı, üçü qəbirdə, üçün Qiyamətdə, üçü də Siratdan keçəndə verilər. 
Dünyada  olanlar  bunlardır:  Ruzi  və  güzəranından  bərəkət  alınar, 
üzündəki  nur  aradan  gedər,  İslamdan  heç  bir  bəhrəsi  olmaz,  saleh 
insanların onun barəsində etdiyi dualar qəbul edilməz, onun öz duaları 
da müstəcab olmaz. 
Ölüm  anında  olanlar  bunlardır:  Zillətlə  can  verər,  özündə  elə  ağırlıq 
hiss edər ki, sanki üzərinə böyük bir dağ düşüb və o qədər zəif olar ki, 
sanki  onu  şallaqlayırlar.  İkincisi  odur  ki,  elə  susuz  olar  ki,  sanki 
dünyanın suyunu içsə doymaz. Üçüncüsü, elə ac olar ki, sanki dünyanın 
yeməyini yesə doymaz. 
Qəbirdə  olanlar  bunlardır:  Şiddətli  qəm-qüssə  və  qaranlıq,  qəbir 
sıxıntısı  və  qiyamətə  qədər  əzab,  üçüncüsü  isə  rəhmət  məlaikələrinin 
bəşarət və müjdəsindən məhrum olmaq. 
Məhşərdə  olanlar  bunlardır;  Heyvan  surətində  məhşur  olar,  əməl 
dəftəri sol əlinə verilər, haqq-hesabı da uzun çəkər. 
Sirat  körpüsündə  olanlar  da  bunlardır:  Allah  ona  öz  rəhmət 
nəzərlərini  salmaz  və  onu  günahlardan  paklaşdırmaz,  onun 
səhvlərindən  keçməz  və  üzrlərini  qəbul  etməz,  min  il  haqq-hesab 
çəkməkdən ötrü saxlanılar, sonra cəhənnəmə salınar.  Bu barədə  Allah 
Quranda  belə  buyurur:  “(Cəhənnəm  əhlindən  soruşarlar:)  “Sizi 
cəhənnəmə  aparan  nə  oldu?”  Cavab  verərlər:  “Biz  namaz  qılanlardan 
deyildik.” 
 
◘Allah-təala  üç  kəsə  öz  ərşinin  kölgəsində  yer  verməz:  Birincisi 
mütəkəbbir (yəni, təkəbbürlü adam), ikincisi qeybət edənin üzünə gülən 
(yəni,  onun  qeybətinə  razı  ola  n),  üçüncüsü  isə  malı  müştərini 
aldatmaqdan ötrü bəzəyən. 
 
◘Allah-təala  Qiyamət  günü  üç  kəslə  danışmaz,  onları  (günahlardan) 
paklaşdırmaz və onları dəhşətli əzaba düçar edər: Onlardan birincisi bir 


 
97 
kəsə  bir  şey  verən  zaman  minnət  qoyan,  ikincisi  andı  öz  qazanc 
mənbəyi edən, üçüncüsü isə təkəbbür üzündən geyimini uzadan kəsdir. 
 
◘Üç  nəfər  Peyğəmbərin  (s)  qadınlarından  onun  ibadəti  barəsində 
soruşdular.  Elə  ki,  onun  ibadətindən  xəbərdar  oldular,  birincisi  dedi: 
“Amma  mən,  hər  gecə  sübhə  qədər  namaz  qılacağam.”  İkincisi  dedi: 
“Mən günlərimin hamısını oruc tutacağam.” Üçüncüsü isə dedi: “Mən 
heç vaxt qadınla yaxınlıq etməyəcəyəm.”  
Peyğəmbər  (s)  onların  bu  qərarlarından  agah  olduğu  zaman  onların 
yanına gəlib buyurdu: “Bu sözləri siz demisiz? Elə isə bilin! And olsun 
Allaha!  Mən  Allahdan  sizin  hamınızdan  çox  qorxuram  və  təqvaya  da 
sizin  hamınızdan  çox  riayət  edirəm.  Eyni  halda  bəzən  oruc  tuturam, 
bəzən  yox.  Həm  namaz  qılıram,  həm  də  gecənin  müəyyən  miqdarını 
yatıram.  Qadınlarla  da  yaxınlıq  edirəm.  Hər  kəs  ki,  mənim  yolumdan 
çıxsa mənim ümmətimdən deyil. 
 
◘Üç xüsusiyyəti qarğadan öyrənin: gizli şəkildə yaxınlıq etməyi, sübh 
tezdən ruzi dalınca getməyi, düşməndən ehtiyatlı olmağı. 
 
◘Möminin nişanəsi üç şeydir; az yeyər (çünki oruc tutar), az danışar 
(çünki, Allahı zikr etməklə məşğuldur), az yatar (çünki namaz qılmağa 
məşğul olar). 
 
◘Mən özümdən sonra ümmətimdən ötrü üç şeydən qorxuram; hidayət 
olduqdan  sonra  azmaqdan,  insanı  azdıran  fitnələrdən,  qarın  və  fərc 
şəhvətpərəstliyindən. 
 
◘Yeddi  qat  yer  və    yeddi  qat  asiman  onlarda  olanlarla  birlikdə, 
müqərrəb  məlaikələr,  gecə  və  gündüz  üç  dəstə  insandan  ötrü 
bağışlanma  diləyərlər;  alimlərdən,  tələbələrdən  və  əməl  sahiblərindən 
ötrü. 
 
◘İnsanların  əli  ölümdən  sonra  üç  şeydən  başqa  bütün  əməllərdən 
kəsilər:  Birincisi,  uzun  müddətli  sədəqə  (məsələn,  yol  çəkmək,  körpü 
salmaq,  məscid  tikdirmək  və  s.  kimi  əsəri  həmişəlik  qalan  xeyir  işlər) 
digəri  insanların  faydalandığı  xeyir  əməllər  (məsələn,  tədris,  kitab 
yazmaq və s.), üçüncüsü isə valideyni barəsində dua edən saleh övlad. 
 
◘Allahın  kölgəsindən  başqa  heç  bir  sığınacağın  olmadığı  Qiyamət 
günündə üç dəstə insan Allahın ərşinin kölgəsində olarlar. Soruşdular: 
“Onlar kimlərdir?” Buyurdu: “Birincisi, müsəlman bir şəxsin qəlbindən 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə