119
◘Rəiyyətə və əlaltılarına qarşı xoşniyyət və tamahsız ol və pəhrizkar
ol ki, ədalətlə davrana biləsən.
◘Elə bir dövr gələr ki, hakimiyyət yalnız dava-dalaş və zülmlə əldə
olunar. Sərvət yalnız simicliklə cəm olunar. Dostluq yalnız dostun
istəklərini qəbul etmək və dini göstərişləri tərk etməklə müyəssər olar.
Hər kim ki, bu dövrə yetişib sərvət toplamağa qüdrəti olduğu halda
kasıbçılığa razı olsa, qeyri-şəri yolla izzət sahibi olmaq imkanı olduğu
halda bundan imtina etsə və müəyyən şəxslərin məhəbbətini cəlb
etməkdənsə onların qəzəbinə üstünlük versə, Allah-mütəal ona əlli
siddiqin əcrini (savabını) əta edər. (Siddiq o şəxslərə deyilir ki,
peyğəmbərlərin danışığını təsdiq edir və öz rəftarlarını onların
davranışları ilə uyğunlaşdırırlar.)
◘Hər kəs ki, uzun ömür sürmək istəyirsə sübh tezdən yemək yesin,
yüngül paltar geyinsin və qadınlarla az yaxınlıq etsin.
◘Ümid bəsləmədiyin şeyə intizarında olduğun şeydən daha çox
ümidvar ol. Musa (ə) yoldaşı üçün od götürməyə getdi, Allah onunla
danışdı və onu peyğəmbərliyə seçdi. Səba şəhərinin mələkəsi Süleyman
peyğəmbərlə (ə) görüşməyə getdi, ona iman gətirdi və azğınlıqdan nicat
tapdı. Fironun cadugərləri onun səltənətini qüvvətləndirmək məqsədi
ilə getdilər, Allaha əqidə ilə geri döndülər.
◘Kumeylə vəsiyyətində buyurur: “Bu qəlblər qabdır. Hamısından
yaxşısı tutumu çox olanıdır. Dediklərimi yadında saxla! İnsanlar üç
dəstədir: Allahpərəst alimlər, nicat yolun yolçusu olan elm öyrənən və
hər hansı sədanın dalınca getsə də, hər hansı bir küləyin ardında əssə də
elm nuru əldə edə bilməyən və möhkəm bir dayağa söykənməyən
dəyərsiz axmaq. Ey Kumeyl! Elm maldan üstündür. Elm səni qoruyur,
malı isə sən qoruyursan. Bəxşiş və əliaçıqlıq malı azaldır, elmi isə
artırır. Alim hökmü icra edəndir, mal da hökmün məcrası. Alimlə
dostluq etmək dinin bir hissəsidir və Allah bu iş müqabilində insana
savab verir. Elm dünyada camaatın itaətinə, öləndən sonra yaxşı ada
səbəb olar. Ey Kumeyl! Sərvət yığanlar yaşasalar da ölüdürlər, elm
tələbində olanlar isə ölümdən sonra da yaşayırlar. Onların bədənləri
gözlərin önündən gedirsə də görkəmləri və qiyafələri qəlblərdə
mövcuddur. Ah! Ah! Bura (mübarək sinəsinə işarə edərək buyurdu)
elmlə doludur. Kaş liyiqli kəslər tapaydım ki, onu qəbul edəydilər.
Lakin elə insanlara düçar olmuşam ki, ya tez öyrənirlər, lakin arxayın
kəslər deyillər, dindən dünya işləri üçün istifadə edirlər, Allahın
120
hökmlərindən onun bəndələri ilə mübarizədə istifadə edirlər, Allahın
nemətlərindən onların (həmin nemətlərin) ziddinə istifadə edirlər,
yaxud da elə insanlardırlar ki, haqq əhli müqabilində ramdırlar, amma
kordurlar, görmürlər və bəsirət sahibi deyillər. Kiçicik şübhə olduqda
şəkkə düşürlər. Nə birinci dəstənin təlimdən ötrü ləyaqəti var, nə də
ikinci dəstənin. Üçüncü bir dəstə də var ki, yalnız istəklərinə nail
olmaqdan ötrü çalışırlar. Öz cilovlarını şəhvətlərinə tapşırıblar. Onlar
mal-dövlət dəlisidirlər ki, dinin hörmətini saxlamırlar və adamlıqları
yoxdur, özləri də dördayaqlılar kimidirlər. Bəli! Elmin yoxluğu belədir!
Alim ki, olmadı elm öləcək. Lakin belə deyil ki, yer Allahın
hüccətindən xali olsun. Hər bir əsr və zamanda elə kəslər var ki, sayları
azdır, lakin, Allah yanında olan qədir-qiymətləri çox. Bunlar haqqın
nişanələrinin keşikçiləridir. Allah Özünün aşkar dəlillərini onlar
vasitəsilə qoruyar və beləliklə, onlar da digər hüccətlərə çatdırar, həmin
toxumları onların pak qəlblərinə səpərlər. Onların elmi işlərin
həqiqətindən agahdır və onlar yəqin ruhuna malikdirlər. Çətinliklər
əyyaşların nəzərincə çətin, lakin onlar üçün asandır. Ağılsızlardan ötrü
qorxu və dəhşətə səbəb olan şeylər onlar üçün üns və ülfət vasitəsidir.
Bədənləri dünyadadır, lakin ruhları isə ən ali məkanlardadır. Bunlar yer
üzərində Allahın canişinləri və dinin mübəlliğləridirlər. Ah! Ah! Onları
necə də görmək istəyirəm! Allah məni də, səni də bağışlasın. İndi isə,
əgər istəyirsənsə qalxa bilərsən.
◘Alimin üç nişanəsi var: Elm, səbr və sükut.
SƏKKİZİNCİ FƏSİL
İmam Sadiqdən (ə) nəql olunan hədislər
◘Üç kəs hesabsız behiştə daxil olar: Ədalətli rəhbər, doğrucul tacir və
əziz ömrünü Allaha itaətdə keçirən qoca. Üç kəs də ki, hesabsız
cəhənnəmə varid olar: Zülümkar rəhbər, yalançı tacir və zinakar qoca.
◘Qiyamət günü Allah mömindən üç şeyin hesabını çəkməz: Yediyi
yeməyin, geyindiyi paltarın və həyatı boyu ona kömək edən və onu
haramdan qoruyan qadının. (Əlbəttə, bunların halaldan olduğu halda.)
◘Üç kəs Qiyamət günündə Allahın ərşinin kölgəsində olar. Biri odur
ki, başqalarına qarşı insaflı olsun. Digəri odur ki, Allahın razı olub-
olmadığını bilmədiyi bir işdən ötrü heç bir addım atmır. Üçüncüsü isə
odur ki, nə qədər ki, bir eyibi özündə aradan qaldırmayıb, başqalarını
həmin eyibə görə qınamaz. Belə bir kəs özünün hər hansı bir eyibini
aradan qaldıran kimi digər bir eyibi gözünə görünür və beləliklə, başı
121
həmişə öz eyiblərinə qarışmış olur və başqalarının eyiblərini
axtarmaqla məşğul olmur.
◘Üç iş var ki, əgər mömin onları öyrənsə ömrü uzun, neməti davamlı
olar. Soruşdular: “Bu üç iş nədir?” Buyurdu: “Namazın ruku və
səcdələrini uzatmaq, qonağı olan zaman süfrə başında çox oturmaq və
ailə ilə xoşrəftar olmaq.”
◘Üç kəs Qiyamət gününün haqq-hesabı qurtarana qədər Allaha
hamıdan yaxın olar. Birincisi qəzəblənən zaman əlində qüdrət olduğuna
baxmayaraq əlaltılarına zülm etməyən, digəri iki nəfər arasında
vasitəçilik edən zaman zərrə qədər də tərəfkeşlik etməyən, üçüncüsü isə
zərər, yaxud xeyir görəcəyinin fərqinə varmadan haqqı deyəndir.
◘Elə ki, Allah qorxusundan və günahlarını yad etməklə bədənin
titrədi, gözünün yaşı töküldü və ürəyin qorxdu, bu halı qənimət bil,
çünki məqsədin yaxındır.
◘Bir kişinin ki, paxıllığı, həsədi və qorxusu var, onun imanı yoxdur.
Mömin nə qorxaqdır, nə həris nə də simic.
◘Hər kəsdə üç xüsusiyyət olsa Allah istədiyi hər xüsusiyyətinə görə
ona bir hurul-eyn nəsib edər. Birincisi budur ki, qəzəbini uda bilsin,
ikincisi odur ki, Allah yolunda döyüşərkən aldığı qılınc yaralarına səbr
etsin, üçüncüsü isə odur ki, əlinə haram mal düşsə Allaha görə onu
yeməsin.
◘Mənim üç kəsə ürəyim yanır (və bunun yeri də var): Zillətə düşən
əziz, dilənçiyə çevrilən dövlətli, axmaqlar və öz ailə üzvləri tərəfindən
təhqir olunan və alçaldılan alim.
◘Allah üç şəxsi özünə düşmən bilir; zülmkar dövlətlini, zinakar
qocanı və malı olan lakin təkəbbürlük üzündən onu Allah yolunda sərf
etməyən kəsi.
◘Hər kəsin dili düz desə, əməli pak olsa və xoşniyyət olsa Allah onun
ruzisini bol edər. Hər kəs də ki, ailəsi ilə xoş davransa Allah onun
ömrünü uzadar.
◘Dünyaya bel bağlayan hər bir kəs üç şeyə mübtəla olar: Sonsuz
qüssəyə, həyata keçməyən arzuya və qət olmayan ümidə.
Dostları ilə paylaş: |