122
◘Üç xüsusiyyət Allahın qəzəbinə səbəb olar: Gündüz yatmaq (gecə
də yatarsa), səbəbsiz gülmək və tox halda yemək.
◘Hədiyyə üç cürdür: Biri hədiyyə müqabilində, digəri tərəf müqabili
ilə xoş əlaqə yaratmaqdan örtü, üçüncüsü isə Allahın rizayətindən ötrü.
◘Küfrün üç kökü var: Hərislik, təkəbbür və həsəd (paxıllıq). Hərislik
Adəmi Allahın ona qadağan etdiyi ağacdan meyvə yeməyə vadar etdi,
təkəbbür şeytanı Adəmə səcdə etməyə qoymadı, həsəd isə Adəmin
oğlunu öz qardaşını öldürməyə təhrik etdi.
◘Əhməd ibn Hənbəl deyir ki, İmam Sadiqdən (ə) soruşdum: “İnsan
üçün ən üstün xüsusiyyət nədir?” Buyurdu: “Heç bir qorxunun əmələ
gəlməsinə yol verməyən vüqar və böyüklük, əvəzinin intizarı
olunmayan səxavət və bəxşiş və qeyri-dünyəvi işləri yerinə yetirmək
üçün çalışmaq. (Yəni, insanın əsas məqsədi, hətta dünya işlərində də o
biri aləmin xoşbəxtliyini təmin etmək olmalıdır.)
◘Üç iş israfdır: İşləyən zaman təzə paltar geyinmək, toxumu sağa-
sola səpmək və suyun artığını tullamaq.
◘Nəhslik üç şeydədir: Qadında, dördayaqlıda və evdə. Qadının
nəhsliyi mehriyyəsinin çoxluğunda və əri ilə yola getməməsindədir.
Heyvanın nəhsliyi harınlıqda və minilməkdən imtina etməyindədir.
Evin nəhsliyi isə onun darlığında, çoxlu çatışmazlığında və qonşuların
pisliyindədir.
◘Üç kəs Qiyamət gününün hesabı qurtaranadək Allahın pənahında
olar. Biri odur ki, heç vaxt zina fikrində olmayıb, digəri odur ki, heç
vaxt malını ribaya bulaşdırmayıb və üçüncüsü odur ki, heç vaxt riba və
zina üçün vasitəçilik etməyib.
◘Hər kəs üç halda olsa üç şeydən məhrum olmaz: Hər kəs dua etmək
tövfiqi əldə edibsə nemət icabəti varıdır, hər kəsdə ki, təşəkkür etmək
xasiyyəti varsa nemət çoxluğuna sahibdir və hər kəsdə ki, təvəkkül
etmək xüsusiyyəti varsa, Allahın himayəsini əldə edib. Allah-təala
buyurub: “Hər kəs Allaha təvəkkül etsə Allah ona bəsdir, əgər şükr
etsəniz, sizə olan nemətlərimi artıraram.” “Məni çağırın, Mən də sizə
cavab verim.”
123
◘Hər kəsdə bu üç xüsusiyyət olsa, imanın bütün sifətlərinə malik
olar: Səbr, qəzəbi udmaq və xatalardan keçmək. Belə bir kəsi Allah
hesabsız behiştə daxil edər və onun bir çoxları barəsində etdiyi şəfaəti
qəbul edər.
◘Paltarına yamaq vuran, ayaqqabısını təmir edən və öz yükünü özü
daşıyan şəxs təkəbbürdən uzaqdır.
◘Şeytan öz qoşununa dedi: “Əgər üç işdə Adəm övladına hakim ola
bilsəniz daha qorxum olmaz, çünki bundan sonra onun heç bir əməli
Allah dərgahında qəbul olunmaz. Bunlar xeyir işi böyük hesab etmək,
günahı unutmaq və özünü bəyənməkdir.”
◘Mütəal Allah buyurub: “Mən bəndələrimə üç nemət verməklə
onların boynuna minnət qoymuşam. Biri budur ki, öləndən sonra
onların bədəninə pis iy vermişəm. Əgər belə olmasaydı heç kəs öz
yaxınlarını dəfn etməzdi. Digəri budur ki, bəla və müsibətləri onların
yadından silirəm. Əgər belə olmasaydı həyat onlar üçün dözülməz
olardı. Üçüncüsü isə budur ki, arpa və buğdaya həşərat daraşdırıram ki,
səltənət sahibləri qızıl-gümüş yığdıqları kimi onları da yığıb
saxlamasınlar.
◘Allah-təala Musaya (ə) belə vəhy göndərdi: “Bəndələrimin Mənə
yaxınlaşma vasitəsi olan əməllərindən üçü Mənim üçün daha
sevimlidir.” Ərz etdi: “Onlar hansılardır?” Buyurdu: “Zöhd və dünyaya
qarşı etinasızlıq, günahdan pəhriz etmək və Mənim qorxumdan
ağlamaq.” Ərz etdi: “İlahi, əgər birində bu üç xüsusiyyət olsa onun əcri
nədir?” Vəhy olundu: “Zahidlər behiştdədirlər, ağlayanlar ən ali
məqamda, pəhrizkarlarsa bütün insanlar arasında əməllərin təftişindən
amandadırlar.”
◘İmamət və rəhbərlik üç xüsusiyyətə malik olmayanlardan başqa heç
kəsə layiq deyil: Günahdan qoruyan təqvaya, qəzəbi sakitləşdirə bilən
helm və mehriban ata kimi rəiyyətin halına yanmaq.
◘Həzrət Yusifin köynəyində üç nişanə var idi ki, Quranda da bunlar
yad olunub. Biri yalançı qan idi. Allah-təala buyurur: “(Qardaşları)
onun köynəyini yalançı qana bulaşmış halda atalarının yanına
gətirdilər.” İkincisi arxadan cırılmağı idi ki, bu da Onun günahsızlığına
dəlalət edirdi. Bu barədə də Quranda belə buyurulur: “(Misir hakiminin
yaxınlarından biri dedi:) Əgər köynəyi öndən cırılıbsa qadın düz deyir
124
(və Yusif yalan, yox əgər arxadan cırılıbsa qadın yalan deyir, Yusifsə
doğru). Üçüncüsü (Yaqubun iylədiyi zaman onun gözünə təsir
qoyduğu) iydir ki, bu barədə də Quranda belə buyurulur: “(Yusif dedi:)
Mənim bu köynəyimi aparın (və atamın) üzünə çəkin ki, gözü açılsın.
◘Ali-Davudun hikmətində yazılıb: “Hər bir kəs yalnız üç şeydən ötrü
səfər edər; axirət tədarükündən ötrü, yaşayışını təmin etmək üçün, izzət
və ləzzətdən ötrü.” Sonra Həzrət Sadiq (ə) buyurdu: “Hər kim qəlbini
dünyaya bağlasa xar olar.”
◘Loğman oğluna dedi: “Ey oğul! Hər şeyin əlaməti var ki, sənə onları
bəyan edirəm. Dinin üç nişanəsi var; elm, etiqad və əməl. İmanın üç
nişanəsi var; Allahı tanımaq, onun bəyəndiyi şeyləri tanımaq və Onun
bəyənmədiyi şeyləri tanımaq. Ağıllı adamın üç əlaməti var; namaz,
oruc və zəkat. Mütəzahirin (elmi Allahdan başqasından ötrü öyrədən)
üç əlaməti var; özündən üstünlə çəkişər, heç bir elmi və məlumatı
olmadan söz deyər və çata bilməyəcəyi şeylərin ardınca gedər.
Zülümkarın üç əlaməti var; özündən üstün olana itaət etməz, əlaltılarını
incidər və zülümkarlarla həmkarlıq edər. Münafiqin də üç əlaməti var;
ürəyindəki ilə danışığı əməli ilə ürəyi və gizlini ilə aşkarı, bir-birinin
ziddinədir. Günahkarın üç əlaməti var; zülm, yalan və sözünə xilaf
çıxmaq. Riyakarın üç əlaməti var: Təklikdə (ibadətdən ötrü) halsızdır,
camaat arasında fərəhlidir və hər bir işində gözü camaatın tərifindədir.
◘Paxılın üç əlaməti var: Dalca danışar (qeybət edər), üzdə yaltaqlıq
edər, bəla və müsibət üz verən zaman isə insanı məzəmmət edər.
◘İsrafkarın üç əlaməti var: Lazımsız şeylər alar, öz şənindən yuxarı
paltarlar geyər və özünə uyğun olmayan xörəklər yeyər.
◘Tənbəlin üç əlaməti var: Səhvə yol verənə qədər süstlük edər, iş
əlindən çıxana qədər səhlənkarlıq edər və öz vəzifələrini o həddə qədər
tərk edər ki, günaha mürtəkib olar.
◘Qafilin üç əlaməti var: Səhv (və faydası olmayan) işlərə baş qatmaq,
yanlışlıq və unutqanlıq.
◘Sonra İmam Cəfər Sadiq (ə) buyurdu: “Bu əlamətlərdən hər birinin
də ayrı-ayrılıqda şöbələri var ki, onların da elmi minə, minə, minə çatır.
Elə isə ey Himad, (hədisi nəql edənə xitab) gecə və gündüz elm dalınca
ol. Əgər gözünün aydınlığını, dünya və axirət xeyrini istəyirsənsə
Dostları ilə paylaş: |