113
◘Ey Ənəs! (Həzrətin (s) xidmətçisi olub) dəstəmazı sevinc və həvəslə
al ki, sirat körpüsündən asan keçəsən, hamıya salam ver ki, evində
xeyir-bərəkət artsın və gizli sədəqə çox ver ki, Allahın qəzəbini
sakitləşdirər.
◘Ey Əbuzər! Məbada dilənəsən! (Yəni, bir kəsdən bir şey istəyəsən,)
bu həqiqi zillətdir! Elə bir fəqirlikdir ki, özün ona tələsmisən. Bu iş
Qiyamət günü hesabın uzanmasına səbəb olar. Əbuzər! Sən tənha
yaşayacaqsan, tənha öləcəksən və tənha behiştə varid olacaqsan. İraq
əhlindən olan bir dəstə insan sənin bərəkətindən səadətə nail olacaqlar.
Onlar sənə qüsul verib kəfənə bükəcək və torpağa tapşıracaqlar.
◘Ey Əbuzər! Əlini camaat qarşısında irəli uzatma. Amma əgər bir
nəfər sənə ehsan etsə (yaxşılıq məqsədilə bir şey versə) onu geri
qaytarma.
Daha sonra əshabına buyurdu: “İstəyirsinizmi ki, ən pis insanların
kim olduğunu sizə göstərim?” Dedilər: “Bəli, ey Allahın rəsulu!”
Buyurdu: “Onlar o kəslərdir ki, söz gəzdirirlər, dostların arasını
vururlar və günahsızlara böhtan atırlar.”
◘Xoş o kəsin halına ki, özünü kiçik tutur, malının çox hissəsini infaq
edir və sözünün çox olmasından özünü qoruyur.
◘Qədim zamanlarda üç dost düzənlikdə yol gedirdilər. Birdən yağış
başladı. Dağın çatlaq hissəsinə pənah apardılar. Həmin çatlaq yer bir
parça daş vasitəsilə örtüldü. Onlar bir-birlərinə dedilər: Bura elə bir
yerdir ki, düzlükdən başqa bir şey insana nicat verməz. Hər birimiz
gərək dua edək və sırf Allah xatirinə yerinə yetirdiyimiz ən xalis
əməlimizi yada salaq, ola bilsin ki, Allah fərəc yetirsin. Biri dedi:
“İlahi, sən bilirsən ki, mənim bir işçim var idi ki, onun əl muzdu bir qab
düyü idi. Müəyyən səbəblər üzündən həmin düyünü götürməyib getdi.
Mən o düyünü əkdim və məhsulundan bir inək sürüsü aldım. Bir
müddətdən sonra həmin işçi gəlib öz muzdunu tələb etdi. Mən ona
dedim: “Bu inək sürüsü sənin muzdundur. Mənim səy və təlaşım
sayəsində bu yerə çatıb. Götür, get.” Həmin şəxs onu götürüb getdi.
Pərvərdigara, sən bilirsən ki, mən bu işi səndən qorxduğum üçün yerinə
yetirdim. Elə isə sən də bizim üçün fərəc yetir.” O zaman bir az yol
açıldı. İkincisi dedi:” Pərvərdigara, sən bilirsən ki, mənim qoca ata-
anam var idi. Axşamlar qoyunlarımın südünü onlara aparırdım. Bir
gecə gec getdim. Onlar artıq yatmışdılar. Öz arvad-uşağım da aclıqdan
114
nalə edirdilər. Lakin mənim adətim bu idi ki, ata-anam yeməsəydi,
onlara yemək verməzdim. Bir tərəfdən ata-anamı oyatmaq istəmirdim,
digər tərəfdən də qayıtmaq istəmirdim ki, birdən ayılıb süd içmək
istəyərlər. Bu minvalla oturub gözləməyə başladım. O qədər gözlədim
ki, səhər açıldı. Pərvərdigara! Əgər bilirsənsə mən bunu sənin
qorxundan yerinə yetirmişəm, yolumuzu aç.” Yenə də daş bir az geri
getdi və asiman göründü. Üçüncüsü dedi: “İlahi sən bilirsən, bir əmim
qızı var idi ki, məni hamıdan çox istəyirdi. Mən ondan (zina yolu ilə)
kam almaq istədim. O, qəbul etmədi. Yalnız yüz dinar ödəyəcəyim
təqdirdə buna razı olduğunu bildirdi. Min bir zəhmətlə həmin miqdar
pulu toplayıb ona təqdim etdim. O, hazır oldu. Məqsədimə çatmaq üçün
ona yaxınlaşanda dedi: “Allahdan qorx və mənim mehriyyəmi rəva
olmayan şeydən ötrü sındırma.” Yerimdən qalxdım. Yüz dinardan da
gözümü çəkdim. İlahi! Əgər bilirsənsə ki, bu işi sənin qorxundan yerinə
yetirdim, bizim üçün yol aç!” Onun sözü qurtaran kimi yol açıldı və
onlar mağaradan çıxdılar. (Bu hədisi əhli-sünnə də fərqli ibarələrlə nəql
etmişdir.)
◘Allah yanında işlərin ən sevimlisi namaz, ehsan (yaxşılıq) və
cihaddır.
YEDDİNCİ FƏSİL
Əmirəl-möminindən (ə) nəql olunan şiə hədisləri
◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz.
Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir.
(Zahirən, məqsəd budur ki, işlərində məqsədyönlü fikrə və səhih rəyə
malikdir.) Əgər soruşsalar cavab verər. Elə ki, ağzını açar düz söz
deyər, qulaq asan zaman başa düşər. Söz danışanda yalan danışmaz.
Ona arxayın olana xəyanət etməz. Lakin axmağa xeyirli bir iş təklif
etsələr diqqət yetirməz, yaxşı iş göstərsələr tərk edər. Onu cahil-cahil
işlərə dəvət etsələr qəbul edər. Danışanda yalan danışar, sözü düz başa
düşməz, dərk etsə də diqqət yetirməz. Dinsiz insan isə əmanətə xəyanət
edər. Ləyaqətsiz işləri sevir. Ona etibar edən şəxsdən ötrü xeyirxah
niyyəti olmaz.»
◘Əql elə bir ağacdır ki, kökü təqva, budaqları həya, meyvəsi zöhd və
pəhrizkarlıqdır. Təqva üç şeyə dəvət edir; dini öyrənməyə, dünyaya
qarşı etinasız olmağa və Allahdan başqa hər şeydən qırılmağa. Həya da
insanı üç xüsusiyyətə tərəf çəkir; yəqinə, xoş əxlaqa və təvazöyə.
115
Pəhrizkarlıq da insanı üç işə dəvət edir; doğru danışmağa, xeyir işə
tələsməyə və şübhəli işləri tərk etməyə.
◘Üç şey insanı həlak edər: Padşah qarşısında öz gücünü göstərməyə
cürət etmək, xainə əmanət tapşırmaq və sınaqdan keçirmək üçün zəhəri
içmək.
◘Qadın üç yolla insana halal olur: Daimi əqdlə, müvəqqəti əqdlə və
kənizlik vasitəsilə.
◘Üç şey müsəlmanı kamal həddinə çatdırar: Dini öyrənib başa
düşmək, öz güzəranında müəyyən ölçüyə riayət etmək və xoşagəlməz
hadisələr müqabilində səbr etmək.
◘İbn Bəbaveyh “Xisal” kitabında nəql edir ki, bir kişi Həzrət Əlinin
(ə) yanına gəlib ərz etdi: “Öz Allahını necə tanıdın?” Həzrət (ə)
buyurdu: “İstək, iradə və qərarlarımın aradan getməsi ilə. Bəzən hər
hansı bir iş görmək istədikdə gözlənilmədən bir qüdrət mənim və
məqsədimin arasına daxil olur. Qərar qəbul edirəm təqdir əli onu
qarışdırır. Bu yolla dərk edirəm ki, işlərin idarəsi başqa bir əl vasitəsi
ilə həyata keçir.” Soruşdu: “Allahın nemətlərinin şükrünü necə yerinə
yetirirsən?” Həzrət (ə) buyurdu: “Fikir verib görürəm ki, məni
başqalarının düçar olduğu bəlalardan qurtarıb və başa düşdüm ki, bu
Allahın nemətidir. Beləliklə də vəzifəmin şükr etmək olduğunu
bildim.” Soruşdu: “Allahın görüşünə müştaq olmağın necədir?” Həzrət
(ə) buyurdu: “Gördüm ki, məndən ötrü din, məlaikələr və peyğəmbərlər
seçib. Başa düşdüm ki, mənə belə bir iftixar nəsib edən məni heç vaxt
unutmaz; beləliklə də, Onun görüşünü sevdim.”
◘Üç şey öldürəndir; simiclik, həvəs və özünübəyənmə. İmanın üçdə
biri həya, üçdə biri əhdə vəfa və üçdə biri də səxavətdir.
◘Məhəmməd ibn Hənəfiyyəyə öz nəsihətnaməsində buyurur:
“Özünübəyənmədən, bədxasiyyətli olmaqdan və səbirsizlikdən çəkin.
Bu xüsusiyyətlər səndə olsa özünə heç bir dost tapa bilməzsən və
camaat da həmişə səndən uzaq gəzər. Özünü camaatı sevməyə, onlarla
xoş davranmağa məcbur et, onlara kömək etməyə daim hazır ol. Malını
və canını dostundan əsirgəmə. Hamı ilə xoş üzlə və məhəbbətlə davran.
Düşməninə qarşı ədalətli və insaflı ol. Hamının qarşısında dininə və
abır-heysiyyətinə qarşı simic ol ki, həm dinin salamat qalsın, həm də
dünyan.
Dostları ilə paylaş: |