Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə38/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   34   35   36   37   38   39   40   41   ...   100

 
113 
 
◘Ey Ənəs! (Həzrətin (s) xidmətçisi olub) dəstəmazı sevinc və həvəslə 
al  ki,  sirat  körpüsündən  asan  keçəsən,  hamıya  salam  ver  ki,  evində 
xeyir-bərəkət  artsın  və  gizli  sədəqə  çox  ver  ki,  Allahın  qəzəbini 
sakitləşdirər. 
 
◘Ey Əbuzər! Məbada dilənəsən! (Yəni, bir kəsdən bir şey istəyəsən,) 
bu  həqiqi  zillətdir!  Elə    bir  fəqirlikdir  ki,  özün  ona  tələsmisən.  Bu  iş 
Qiyamət  günü  hesabın  uzanmasına  səbəb  olar.  Əbuzər!  Sən  tənha 
yaşayacaqsan,  tənha  öləcəksən  və  tənha  behiştə  varid  olacaqsan.  İraq 
əhlindən olan bir dəstə insan sənin bərəkətindən səadətə nail olacaqlar. 
Onlar sənə qüsul verib kəfənə bükəcək və torpağa tapşıracaqlar. 
 
◘Ey  Əbuzər!  Əlini  camaat  qarşısında  irəli  uzatma.  Amma  əgər  bir 
nəfər  sənə  ehsan  etsə  (yaxşılıq  məqsədilə  bir  şey  versə)  onu  geri 
qaytarma. 
Daha  sonra  əshabına  buyurdu:  “İstəyirsinizmi  ki,  ən  pis  insanların 
kim  olduğunu  sizə  göstərim?”  Dedilər:  “Bəli,  ey  Allahın  rəsulu!” 
Buyurdu:  “Onlar  o  kəslərdir  ki,  söz  gəzdirirlər,  dostların  arasını 
vururlar və günahsızlara böhtan atırlar.” 
 
◘Xoş o kəsin halına ki, özünü kiçik tutur, malının çox hissəsini infaq 
edir və sözünün çox olmasından özünü qoruyur. 
 
◘Qədim  zamanlarda  üç  dost  düzənlikdə  yol  gedirdilər.  Birdən  yağış 
başladı.  Dağın  çatlaq  hissəsinə  pənah  apardılar.  Həmin  çatlaq  yer  bir 
parça  daş  vasitəsilə  örtüldü.  Onlar  bir-birlərinə  dedilər:  Bura  elə  bir 
yerdir  ki,  düzlükdən  başqa  bir  şey  insana  nicat  verməz.  Hər  birimiz 
gərək  dua  edək  və  sırf  Allah  xatirinə  yerinə  yetirdiyimiz  ən  xalis 
əməlimizi  yada  salaq,  ola  bilsin  ki,  Allah  fərəc  yetirsin.  Biri  dedi: 
“İlahi, sən bilirsən ki, mənim bir işçim var idi ki, onun əl muzdu bir qab 
düyü idi. Müəyyən səbəblər üzündən həmin düyünü götürməyib  getdi. 
Mən  o  düyünü  əkdim  və  məhsulundan  bir  inək  sürüsü  aldım.  Bir 
müddətdən  sonra  həmin  işçi  gəlib  öz  muzdunu  tələb  etdi.  Mən  ona 
dedim:  “Bu  inək  sürüsü  sənin  muzdundur.  Mənim  səy  və  təlaşım 
sayəsində  bu  yerə  çatıb.  Götür,  get.”  Həmin  şəxs  onu  götürüb  getdi. 
Pərvərdigara, sən bilirsən ki, mən bu işi səndən qorxduğum üçün yerinə 
yetirdim.  Elə  isə  sən  də  bizim  üçün  fərəc  yetir.”  O  zaman  bir  az  yol 
açıldı.  İkincisi  dedi:”  Pərvərdigara,  sən  bilirsən  ki,  mənim  qoca  ata-
anam  var  idi.  Axşamlar  qoyunlarımın  südünü  onlara  aparırdım.  Bir 
gecə gec getdim. Onlar artıq yatmışdılar. Öz arvad-uşağım da aclıqdan 


 
114 
nalə  edirdilər.  Lakin  mənim  adətim  bu  idi  ki,  ata-anam  yeməsəydi, 
onlara  yemək verməzdim. Bir tərəfdən ata-anamı  oyatmaq istəmirdim, 
digər  tərəfdən  də  qayıtmaq  istəmirdim  ki,  birdən  ayılıb  süd  içmək 
istəyərlər. Bu minvalla oturub gözləməyə başladım. O qədər gözlədim 
ki,  səhər  açıldı.  Pərvərdigara!  Əgər  bilirsənsə  mən  bunu  sənin 
qorxundan  yerinə  yetirmişəm,  yolumuzu  aç.”  Yenə  də  daş  bir  az  geri 
getdi və asiman göründü. Üçüncüsü dedi: “İlahi sən bilirsən, bir əmim 
qızı var idi ki, məni hamıdan çox istəyirdi. Mən ondan (zina yolu ilə) 
kam  almaq  istədim.  O,  qəbul  etmədi.  Yalnız  yüz  dinar  ödəyəcəyim 
təqdirdə  buna  razı  olduğunu  bildirdi.  Min  bir  zəhmətlə  həmin  miqdar 
pulu toplayıb ona təqdim etdim. O, hazır oldu. Məqsədimə çatmaq üçün 
ona  yaxınlaşanda  dedi:  “Allahdan  qorx  və  mənim  mehriyyəmi  rəva 
olmayan  şeydən  ötrü  sındırma.”  Yerimdən  qalxdım.  Yüz  dinardan  da 
gözümü çəkdim. İlahi! Əgər bilirsənsə ki, bu işi sənin qorxundan yerinə 
yetirdim,  bizim  üçün  yol  aç!”  Onun  sözü  qurtaran  kimi  yol  açıldı  və 
onlar mağaradan çıxdılar. (Bu hədisi əhli-sünnə də fərqli ibarələrlə nəql 
etmişdir.) 
 
◘Allah  yanında  işlərin  ən  sevimlisi  namaz,  ehsan  (yaxşılıq)  və 
cihaddır. 
YEDDİNCİ FƏSİL 
Əmirəl-möminindən (ə) nəql olunan şiə hədisləri 
◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz. 
Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir. 
(Zahirən,  məqsəd  budur  ki,  işlərində  məqsədyönlü  fikrə  və  səhih  rəyə 
malikdir.)  Əgər  soruşsalar  cavab  verər.  Elə  ki,  ağzını  açar  düz  söz 
deyər,  qulaq  asan  zaman  başa  düşər.  Söz  danışanda  yalan  danışmaz. 
Ona  arxayın  olana  xəyanət  etməz.  Lakin  axmağa  xeyirli  bir  iş  təklif 
etsələr  diqqət  yetirməz,  yaxşı  iş  göstərsələr  tərk  edər.  Onu  cahil-cahil 
işlərə dəvət etsələr qəbul edər. Danışanda yalan danışar, sözü düz başa 
düşməz, dərk etsə də diqqət yetirməz. Dinsiz insan isə əmanətə xəyanət 
edər.  Ləyaqətsiz  işləri  sevir.  Ona  etibar  edən  şəxsdən  ötrü  xeyirxah 
niyyəti olmaz.» 
 
◘Əql elə bir ağacdır ki, kökü təqva, budaqları həya, meyvəsi zöhd və 
pəhrizkarlıqdır.  Təqva  üç  şeyə  dəvət  edir;  dini  öyrənməyə,  dünyaya 
qarşı etinasız olmağa və Allahdan başqa hər şeydən qırılmağa. Həya da 
insanı  üç  xüsusiyyətə  tərəf  çəkir;  yəqinə,  xoş  əxlaqa  və  təvazöyə. 


 
115 
Pəhrizkarlıq  da  insanı  üç  işə  dəvət  edir;  doğru  danışmağa,  xeyir  işə 
tələsməyə və şübhəli işləri tərk etməyə. 
 
◘Üç şey insanı həlak edər: Padşah qarşısında öz gücünü göstərməyə 
cürət etmək, xainə əmanət tapşırmaq və sınaqdan keçirmək üçün zəhəri 
içmək. 
 
◘Qadın üç  yolla insana halal olur: Daimi əqdlə, müvəqqəti əqdlə və 
kənizlik vasitəsilə. 
 
◘Üç  şey  müsəlmanı  kamal  həddinə  çatdırar:  Dini  öyrənib  başa 
düşmək,  öz  güzəranında  müəyyən  ölçüyə  riayət  etmək  və  xoşagəlməz 
hadisələr müqabilində səbr etmək. 
 
◘İbn Bəbaveyh “Xisal” kitabında nəql edir ki, bir kişi Həzrət Əlinin 
(ə)  yanına  gəlib  ərz  etdi:  “Öz  Allahını  necə  tanıdın?”  Həzrət  (ə) 
buyurdu:  “İstək,  iradə  və  qərarlarımın  aradan  getməsi  ilə.  Bəzən  hər 
hansı  bir  iş  görmək  istədikdə  gözlənilmədən  bir  qüdrət  mənim  və 
məqsədimin  arasına  daxil  olur.  Qərar  qəbul  edirəm  təqdir  əli  onu 
qarışdırır. Bu  yolla dərk edirəm ki, işlərin idarəsi başqa bir əl vasitəsi 
ilə  həyata  keçir.”  Soruşdu:  “Allahın  nemətlərinin  şükrünü  necə  yerinə 
yetirirsən?”  Həzrət  (ə)  buyurdu:  “Fikir  verib  görürəm  ki,  məni 
başqalarının  düçar  olduğu  bəlalardan  qurtarıb  və  başa  düşdüm  ki,  bu 
Allahın  nemətidir.  Beləliklə  də  vəzifəmin  şükr  etmək  olduğunu 
bildim.” Soruşdu: “Allahın görüşünə müştaq olmağın necədir?” Həzrət 
(ə) buyurdu: “Gördüm ki, məndən ötrü din, məlaikələr və peyğəmbərlər 
seçib. Başa düşdüm ki, mənə belə bir iftixar nəsib edən məni heç vaxt 
unutmaz; beləliklə də, Onun görüşünü sevdim.” 
 
◘Üç şey öldürəndir; simiclik, həvəs  və özünübəyənmə.  İmanın üçdə 
biri həya, üçdə biri əhdə vəfa və üçdə biri də səxavətdir. 
 
◘Məhəmməd  ibn  Hənəfiyyəyə  öz  nəsihətnaməsində  buyurur: 
“Özünübəyənmədən,  bədxasiyyətli  olmaqdan  və  səbirsizlikdən  çəkin. 
Bu  xüsusiyyətlər  səndə  olsa  özünə  heç  bir  dost  tapa  bilməzsən  və 
camaat da həmişə səndən uzaq gəzər. Özünü camaatı sevməyə, onlarla 
xoş davranmağa məcbur et, onlara kömək etməyə daim hazır ol. Malını 
və canını dostundan əsirgəmə. Hamı ilə xoş üzlə və məhəbbətlə davran. 
Düşməninə  qarşı  ədalətli  və  insaflı  ol.  Hamının  qarşısında  dininə  və 
abır-heysiyyətinə  qarşı  simic  ol  ki,  həm  dinin  salamat  qalsın,  həm  də 
dünyan. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə