137
◘İbn Abbasdan soruşdular: “Günlərin ən yaxşısı, ayların ən yaxşısı və
əməllərin ən yaxşısı hansıdır?” Dedi: “Günlərin ən yaxşısı Cümə
günüdür. Ayların ən yaxşısı Ramazan ayıdır. Əməllərin ən yaxşısı isə
beş namazı əvvəl vaxtında qılmaqdır.” Bu sualı Həzrət Əlidən (ə) də
soruşdular, buyurdu: “Məğribdən məşriqəcən bütün alimlərdən bu sualı
soruşsanız bu cavabı verəcəklər. Amma mən deyirəm ki, əməllərin ən
yaxşısı Allah dərgahında qəbul olunanı, ayların ən yaxşısı tövbə etdiyin
ay, günlərin ən yaxşısı isə imanla Allaha tərəf getdiyin aydır.”
◘Yunan filosoflarından biri deyib: “Üç şey heç kəsdən ötrü
biabırçılıq deyil; xəstəlik, fəqirlik və ölüm.”
◘Vəhəb deyir: “Tövratda yazılıb: “Həris adam dünyaya da sahib olsa
fəqirdir, Allaha müti olan qul da olsa (azad insan olmasa da) itaətkardır
və qane insan isə ac olsa da ehtiyacsızdır.”
◘Allah peyğəmbərlərdən birinə vəhy edib buyurdu: “Xaşe (və
kövrək) qəlb, təvazökar ruh və ağlar göz gətir və dua et Mən də
müstəcab edim.”
◘Deyirlər ki, bir kişi bir filosofun yanına gedib dedi: “Filan dostunuz
sizin barənizdə xoşagəlməz bir söz dedi.” Filosof dedi: “Qardaş! Sən
mənim yanıma gələndən mənim haqqımı üç dəfə tapdalayıb mənə zülm
etdin; dostumu mənim gözümdən saldın, pak qəlbimi bulaşdırdın, özün
də sui-zənnə uğradın. (Yəni, bilmirəm düz deyirsən, ya yox və bu söz
gəzdirməkdə məqsədin nədir?!)”
◘Bir hikmət sahibi deyir: “Üç xüsusiyyət var ki, hər kəsdə olsa əqli
kamildir; dilinin ixtiyarı özündə olsun, zəmanənin vəziyyətindən
xəbərdar olsun və öz işi ilə məşğul olsun (ömrünü boş-boşuna
keçirməsin).”
◘Başqa birisi Allahla münacat edən zaman deyib: “(Pərvərdigara!)
Mənim qəlbimin ən böyük itaəti ümidimi sənə qarşı yönəltməyimdir, ən
şirin sözüm səni mədh edib şəninə tərif deməyimdir və nəzərimdən ən
üstün vaxt səninlə görüşdüyüm vaxtdır.”
◘Hədisdə deyilir ki, bir gün Cəbrail (ə) Peyğəmbərə (s) ərz etdi:
“Əgər bizim ibadətimiz yer üzərində olsaydı üç əməli heç vaxt tərk
etməzdim; müsəlmanlara su verməyi, (böyük və ehtiaclı) ailə
sahiblərinə kömək etməyi və camaatın günahlarının üstünü örtməyi.”
138
◘Bir kişi İmam Həsən Müctəbadan (ə) hacətini istədi. İmam (ə)
söykənib oturmuşdu. Düzəlib buyurdu: “Peyğəmbər (s) buyurub ki, hər
kəsi özünəməxsus yerdə oturdun (yəni, hər kəslə onun səviyyəsinə
uyğun rəftar edin.)
Mən indi səndən üç sual soruşacağam. Əgər cavab verə bilsən sənə üç
yüz dinar verəcəyəm.” Dedi: “Soruşun, Allahın qüdrətindən başqa
qüdrət yoxdur.” Buyurdu: “
–Kişinin bəzəyi nədir?
–Helm ilə bir yerdə olan elm.
–Əgər olmasa?
–Təqva ilə bir yerdə olan kərəm.
–Əgər o da olmasa?
–Səbr ilə bir yerdə olan fəqirlik.
–Əgər o da olmasa?
–Göydən bir atəş gəlib dəri və sümüklərini yandırıb kül etsin.
Həzrət (s) təbəssüm etdi və dediyinin iki bərabərində ona pul verdi.
◘Bir hikmət sahibi deyib: “Hər kəs üç şeyə sahib olmamış üç şey
iddiasında olsa bil ki, şeytan ona məsxərə edir; dünyanı tərk etməmiş
zikrin şirinliyini dadmaq, özünə qəzəblənməmiş Allah razılığını tələb
etmək və camaata sitayiş etməyi tərk etməmiş ixlas sahibi olmaq.”
◘İbrahim Ədhəmə dedilər: “Nəyə görə zöhdü bəyəndin? “Dedi: “Üç
səbəbdən ötrü:
1.Gördüm qəbir dəhşətlidir, heç bir dost da yoxdur.
2. Gördüm yol uzundur, azuqə yoxumdur.
3. Gördüm Qiyamət məhkəməsinin qazisi Cabbar Allahdır, mənim isə
heç bir üzrüm yoxdur.”
◘Həzrət İbrahim Xəlil peyğəmbərdən (ə) soruşdular: “Nə səbəb oldu
ki, Allah səni özünə dost seçdi? “Buyurdu: “Üç səbəbə görə; Allahın
göstərişini başqalarının istəklərindən üstün tutdum, Allahın öhdəsinə
aldığı işlərdən ötrü (ruzi və s.) çox da təlaş etmirdim (yəni, kafayət
qədərindən artığını tələb etmir, haramlarının dövrəsində dolanmırdım)
və heç vaxt qonaqsız yemək yemirdim.
◘Bəziləri deyib: “İnsanların ən xoşbəxti odur ki, bilikli qəlb, səbirli
bədən və qane ruha malik olsun.”
139
◘Yenə də deyiblər: “Üç xüsusiyyət hər kimdə olmazsa fəzl və kamalı
da yoxdur. Biri cahil və ağılsızlara dözəcək helm, digəri günahdan
çəkindirəcək təqva və camaatla keçinəcək xoş xasiyyət.”
Və yenə də deyiblər: “Üç kəs var ki, onları üç yerdən başqa yerdə
tanımaq olmaz; səxavətli insanı qıtlıq zamanı, şücaətlini döyüş zamanı
və səbirli insanı qəzəb vaxtı.”
◘Bəziləri deyib: “Əqlin üç əlaməti var; pəhrizkarlıq, doğrudanışmaq
və bihudə işləri tərk etmək.”
◘Həzrət Rəsuldan (s) soruşdular: “Mömini necə tanıyaq?” Buyurdu:
“Vüqarı, mülayim xasiyyəti və düz danışığı ilə.”
◘Bir ədib sultanın yanına getdi. Danışmaq icazəsi istədi. Sultan dedi:
“Bir şərtlə.” Dedi: “Nə şərt?” Dedi: “Mənim üzümə məni tərifləmə,
çünki mən özümü səndən yaxşı tanıyıram, ürəyində olanların əksinə söz
demə və heç kəsin qeybətini etmə.”
◘Bəziləri deyib: “Üç şeydən kənar gəzmək hikmət və ağılın
əlamətidir; cahilin nadanlığından, aqilin yanılmasından və qafilin
səhvindən.”
◘Yenə də deyiblər: “Üç kəsi üç yerdə tanımaq olar; səbirlini qəzəb
vaxtı, şücaətlini qorxu vaxtı və qardaşı ehtiyac vaxtı.”
◘Həzrət İsa (ə) buyurub: “Hər kəsin elmi olsa, ona əməl etsə və onu
başqalarına öyrətsə asimanlarda hörmətli olar.”
◘Bəziləri deyib: “Dindarlar atəşdən, böyüklər biabırçılıqdan, ağıllı
insanlar isə şərdən qorxurlar. Hər kimin dini, böyüklüyü və ağlı varsa
atəşdən, biabırçılıqdan və şərdən amandadır.”
◘Bir yunan alimi deyib: “Əgər bədən yazmağa, oxumağa və
öyrənməyə mane olan xüsusiyyətlərdən sağlam, ağıl eyibsiz və ruzi də
kifayət qədər olarsa, başqa şeylərdən ötrü qüssələnmək yersizdir.”
◘Əhməd ibn Məhəmməd Zahiddən nəql edirlər ki, deyib: “Ağıllı
insanın əlamətləri saya gəlmir, amma axmaq insanın mənim nəzərimcə
üç əlaməti var; ömrünün hədərə getməsindən qorxmur, boş-boş
Dostları ilə paylaş: |