Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə44/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

 
131 
olsa  belə  haqqı  deyər,  digəri  odur  ki,  Allah  xatirinə  mömin  qardaşını 
görməyə gedər və üçüncüsü odur ki, bir mömini Allaha xatir özündən 
qabağa salar. (Yəni, onun manafeyini öz mənafeyindən üstün tutar.)” 
 
◘Həzrət Musa ibn Cəfər (ə) buyurdu: “Ey Hişam ibn Həkəm! Hər kəs 
üç  şeyi  üç  şeylə  əvəz  etsə,  elə  bil  ki,  öz  əqlini  əldən  verməkdən  xilas 
olar. Fikirləşmə nurunu uzun-uzadı arzularla, hikmətli mətləbləri zay və 
bihudə  sözlərlə,  ibrət  və  nəsihət  nurunu  şəhvətlərin  ardınca  düşməklə 
aradan aparan kəs öz əqli vasitəsilə həvəslərini döyəcləməklə batil edər. 
Hər kəsin əqli xarab olsa dini də xarab olar, dünyası da.” 
 
◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Üç şey uca məqamlılıq bəxş 
edər,  üç  şey  günahın  kəffarəsidir,  üç  şey  həlak  edər,  üç  şey  də  nicat 
verər.  Uca  məqam  bəxş  edən  şeylər  hamıya  salam  vermək,  qonaqlıq 
vermək  və  gecə  namazı  qılmaqdır.  Günahın  kəffarəsi  qışdı  fərəhlə  və 
həvəslə  dəstəmaz  almaq,  gecə-gündüz  məscidə  getmək  və  camaata 
qarşı  diqqətli  olmaqdır.  (Yəni,  onların  haqqına  riayət  etmək).  Həlak 
edən şeylər simiclik, nəfsani arzu və istəklər və xudpəsəndlikdir. (Yəni, 
özünübəyənmə).  Nicat  bəxş  edən  şeylər  isə  gizlində  də,  aşkarda  da 
Allahdan  qorxmaq,  istər  varlı,  istərsə  də  kasıblıq  halında  orta  həddə 
riayət etmək, həm qəzəb və həm də sevinc halında ədalətlə danışmaq.” 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Bəndə  həmişə  üç  şeyin 
arasındadır; bəla, qəza və qədər və nemətin. Allah tərəfindən gələn bəla 
müqabilində  səbr  etmək,  qəza  və  qədər  müqabilində  təslim  olmaq  və 
nemət qarşısında isə şükr etmək vacibdir.” 
 
◘Həzrət Musa ibn Cəfər (ə) buyurub: “Allah peyğəmbərlərə, onların 
övladlarına və ardıcıllarına üç imtiyaz verib; xəstəlik,
1
(2)  sultanlardan 
qorxu və yoxsulluq. (Onlar haqq fərmanına itaət etməkdə heç bir qorxu 
olmadan hamıdan qabağa düşdüklərinə görə bu işlərə düçar olurlar).” 
 
◘Həzrət Riza (ə) buyurub: “İnsan üçün onun həyatının üç ən qorxulu 
anı  var.  Biri  doğulan  vaxt  gözünü  dünyaya  açdığı  zaman,  digəri  ölən 
vaxt o biri aləmin varlıqlarını görən zaman, üçüncüsü isə Qiyamət günü 
qəbirdən  qalxıb  yeni  səhnələr  müşahidə  etdiyi  zaman.  Allah-təala 
Yəhya peyğəmbərə (ə) bu üç vaxtda salam göndərib buyurub: “Salam 
olsun  ona  doğulduğu  gün,  ölüm  zamanı  və  (Qiyamət  günü  yenidən) 
diriləcəyi  zaman.”  Eyni  zamanda  bu  üç  mərhələdə  İsa  Məsih  də  (ə) 
                                                 
1
 Bunun mənası səkkizinci fəslin axırıncı hədisində izah olundu. 


 
132 
özünə  salam  göndərərək  həmin  dəhşətli  anlardan  ötrü  özünə  təskinlik 
vermişdir: “Salam olsun mənə doğulduğum gün və öləcəyim vaxtda və 
bir də dirilib ayağa qalxacağım gün.” 
 
◘Həzrət  Riza  (ə)  buyurub:  “Hər  kim  məni  qürbətdə  ziyarət  etsə 
Qiyamət günü üç anda onun köməyinə gələrəm və onu qorxudan xilas 
edərəm;  sağdan  və  soldan  əməl  dəftərlərinin  verildiyi  zaman,  sirat 
körpüsündən keçən zaman və əməllər haqq-hesab olunan zaman.” 
 
◘Həzrət  Səccad  (ə)  buyurub:  “Zülmkar,  ona  kömək  edən  və  onların 
işinə razı olanın hər üçü edilən zülmdə şərikdirlər.” 
 
◘Həzrət  Səccad  (ə)  buyurub:  “Xızr  peyğəmbərin  (ə)  Musaya  (ə) 
verdiyi  göstərişlərdən  biri  də  bu  idi:  Heç  kəsi  günahda  ittiham  etmə. 
Allah  yanında  ən  sevimli  əməl  üçdür;  varlı  olduğun  zamanda  orta 
həddə yaşamaq, qüdrətli olduğun zamanda əfv edib güzəştə getmək və 
Allah  bəndələri  ilə  dostcasına  davranmaq.  Elə  bir  kəs  yoxdur  ki, 
Allahın bəndələri ilə dostcasına davransın, lakin Allah onunla axirətdə 
dostcasına davranmasın. Bütün hikmətlərin başı Allahdan qorxmaqdır.” 
 
◘Əbu  Malik  deyir:  “Bir  gün  həzrət  Səccada  (ə)  ərz  edib  dedim:  “ 
Dinin bütün proqramlarını bəyan edin!” Buyurdu: “Haq söz danışmaq, 
ədalətli  hökm  vermək,  əhd-peymana  vəfa  etmək  dinin  bütün 
proqramlarının əvvəlidir.” 
 
◘Yenə  də  İmam  Səccad  (ə)  buyurub:  “Həyatın  ən  çətin  vaxtları  üç 
andır; ölüm mələyi görünən zaman, qəbirdən hərəkətə gələn zaman və 
Allahın hüzurunda dayanıb ya cənnət fərmanının sadir olmasını, ya da 
cəhənnəm göstərişinin verilməsini gözləmək.” 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Bu  ümmətdən  bizim 
haqqımızı tanıyıb qəbul edənlər üçün nicat yolu var. Yalnız üç kəsdən - 
zülümkar  padşahların  qapısında  işləyən,  həva  və  həvəsə  (nəfsani 
istəklərə) tabe olan və açıq-aşkar günaha qurşananlardan başqa.”   
 
◘Həzrət  Baqir  (ə)  buyurub:  “Nuh  (ə)  öz  ümmətinə  nifrin  etdikdən 
sonra şeytan onun yanına gəlib dedi: “Sən mənə yaxşılıq etmisən, mən 
də  gəlmişəm  onun  əvəzini  verim.”  Nuh  (ə)  buyurdu:  “Sənə  xidmət 
etməkdən Allaha pənah! Mən sənə nə  yaxşılıq etmişəm?!” Dedi: “Sən 
nifrin  etdin,  Allah  da  sənin  qövmünü  qərq  etdi  və  artıq  mən  çalışıb 
onları  yoldan azdırma əziyyətindən xilas oldum. Bir də növbəti qövm 


 
133 
gələnə  qədər  rahatam.”  Həzrət  Nuh  (ə)  buyurdu:  “İndi  mənə  nə  əvəz 
verəcəkdin?” Dedi: “Məni üç yerdə yad et. Bu üç yerdə mən insana hər 
zaman olduğundan daha yaxınam; qəzəblənən zaman, iki nəfər arasında 
hökm  verən  zaman  və  naməhrəm  bir  qadınla  heç  kəsin  olmadığı  bir 
yerdə oturduğun zaman.” 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Allah-təala  buyurur:  “Ey 
Adəm  oğlu!  Mən  sənin  barəndə  üç  lütf  həyata  keçirmişəm;  sənin 
günahlarının  üstünü  örtmüşəm  və  əgər  yaxınların  bilsəydi  səni  dəfn 
etməzdilər, ikincisi sənə imkan verib sonra borcumu istəmişəm, amma 
sən axirət tədarükündən əsirgəyirsən, üçüncüsü də mal-dövlətinin üçdə 
birini  ölümündən  sonra  sənin  ixtiyarında  qərar  vermişəm,  amma  sən 
özündən qabağa göndərmirsən.” 
 
◘Yenə  də  İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Allah  möminə  üç 
imtiyaz verib; dünya izzəti, axirət səadəti, ürəklərdə əzəmət.” Sonra bu 
ayələri  oxudu:  “İzzət  Allaha,  Onun  peyğəmbərinə  və  möminlərə 
məxsusdur”,
1
(1) “Həqiqətən möminlər nicat tapdılar...”
2
(2) 
 
◘Həzrət  Riza  (ə)  buyurub:  “Allah  üç  şeyi  üç  şeylə  birlikdə  vacib 
buyurub:  “Namazı  zəkatla  və  hər  kim  namaz  qılıb  zəkat  verməsə 
namazı qəbul deyil. İkincisi öz şükrünü ata-ananın şükrü ilə bərabər və 
hər  kim  ki,  öz  ata-anasına  minnətdarlıq  və  təşəkkür  etməsə  Allaha 
etdiyi  şükrü  də  qəbul  olmaz.  Üçüncüsü  də  təqvanı  sileyi-rəhm  ilə 
birlikdə. Qohumlarına qarşı xoşrəftar olmayanın təqvası da yoxdur. 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Mömin  üç  vaxtda  şad  olar; 
qadından kam alan zaman, mömin qardaşları ilə zarafatlaşan zaman və 
gecə namazı vaxtı.” 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Zülm  üç  cürdür.  Birincisi 
özünə olunan zülm. Bu Allah ilə öz arasında etdiyi günahdır. İkincisi, 
şirk  vasitəsilə  Allaha  edilən  zülm.  Üçüncüsü  isə  camaatın  haqlarını 
tapdalamaqla onlara olunan zülm. 
                                                 
1
 “Münafiqun”, ayə 8. 
2
 “Muminun”, ayə 1. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə