Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə41/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

 
122 
 
◘Üç  xüsusiyyət  Allahın  qəzəbinə  səbəb  olar:  Gündüz  yatmaq  (gecə 
də yatarsa), səbəbsiz gülmək və tox halda yemək. 
 
◘Hədiyyə üç cürdür: Biri hədiyyə müqabilində, digəri tərəf müqabili 
ilə xoş əlaqə yaratmaqdan örtü, üçüncüsü isə Allahın rizayətindən ötrü. 
 
◘Küfrün üç kökü var: Hərislik, təkəbbür və həsəd (paxıllıq). Hərislik 
Adəmi Allahın ona qadağan etdiyi ağacdan meyvə yeməyə vadar etdi, 
təkəbbür  şeytanı  Adəmə  səcdə  etməyə  qoymadı,  həsəd  isə  Adəmin 
oğlunu öz qardaşını öldürməyə təhrik etdi. 
 
◘Əhməd  ibn  Hənbəl  deyir  ki,  İmam  Sadiqdən  (ə)  soruşdum:  “İnsan 
üçün  ən  üstün  xüsusiyyət  nədir?”  Buyurdu:  “Heç  bir  qorxunun  əmələ 
gəlməsinə  yol  verməyən  vüqar  və  böyüklük,  əvəzinin  intizarı 
olunmayan  səxavət  və  bəxşiş  və  qeyri-dünyəvi  işləri  yerinə  yetirmək 
üçün çalışmaq. (Yəni, insanın əsas məqsədi, hətta dünya işlərində də o 
biri aləmin xoşbəxtliyini təmin etmək olmalıdır.) 
 
◘Üç  iş  israfdır:  İşləyən  zaman  təzə  paltar  geyinmək,  toxumu  sağa-
sola səpmək və suyun artığını tullamaq. 
 
◘Nəhslik  üç  şeydədir:  Qadında,  dördayaqlıda  və  evdə.  Qadının 
nəhsliyi  mehriyyəsinin  çoxluğunda  və  əri  ilə  yola  getməməsindədir. 
Heyvanın  nəhsliyi  harınlıqda  və  minilməkdən  imtina  etməyindədir. 
Evin  nəhsliyi  isə  onun darlığında,  çoxlu çatışmazlığında  və  qonşuların 
pisliyindədir. 
 
◘Üç  kəs  Qiyamət  gününün  hesabı  qurtaranadək  Allahın  pənahında 
olar.  Biri  odur  ki,  heç  vaxt  zina  fikrində  olmayıb,  digəri    odur  ki,  heç 
vaxt malını ribaya bulaşdırmayıb və üçüncüsü odur ki, heç vaxt riba və 
zina üçün vasitəçilik etməyib. 
 
◘Hər kəs üç halda olsa üç şeydən məhrum olmaz: Hər kəs dua etmək 
tövfiqi  əldə  edibsə  nemət  icabəti  varıdır,  hər  kəsdə  ki,  təşəkkür  etmək 
xasiyyəti  varsa  nemət  çoxluğuna  sahibdir  və  hər  kəsdə  ki,  təvəkkül 
etmək  xüsusiyyəti  varsa,  Allahın  himayəsini  əldə  edib.  Allah-təala 
buyurub:  “Hər  kəs  Allaha  təvəkkül  etsə  Allah  ona  bəsdir,  əgər  şükr 
etsəniz,  sizə  olan  nemətlərimi  artıraram.”  “Məni  çağırın,  Mən  də  sizə 
cavab verim.” 
 


 
123 
◘Hər  kəsdə  bu  üç  xüsusiyyət  olsa,  imanın  bütün  sifətlərinə  malik 
olar:  Səbr,  qəzəbi  udmaq  və  xatalardan  keçmək.  Belə    bir  kəsi  Allah 
hesabsız behiştə daxil edər və onun bir çoxları barəsində etdiyi şəfaəti 
qəbul edər. 
 
◘Paltarına  yamaq  vuran,  ayaqqabısını  təmir  edən  və  öz  yükünü  özü 
daşıyan şəxs təkəbbürdən uzaqdır. 
 
◘Şeytan öz qoşununa dedi: “Əgər üç işdə Adəm övladına hakim ola 
bilsəniz  daha  qorxum  olmaz,  çünki  bundan  sonra  onun  heç  bir  əməli 
Allah  dərgahında  qəbul  olunmaz.  Bunlar  xeyir  işi  böyük  hesab  etmək, 
günahı unutmaq və özünü bəyənməkdir.” 
 
◘Mütəal  Allah  buyurub:  “Mən  bəndələrimə  üç  nemət  verməklə 
onların  boynuna  minnət  qoymuşam.  Biri  budur  ki,  öləndən  sonra 
onların  bədəninə  pis  iy  vermişəm.  Əgər  belə  olmasaydı  heç  kəs  öz 
yaxınlarını  dəfn  etməzdi.  Digəri  budur  ki,  bəla  və  müsibətləri  onların 
yadından  silirəm.  Əgər  belə  olmasaydı  həyat  onlar  üçün  dözülməz 
olardı. Üçüncüsü isə budur ki, arpa və buğdaya həşərat daraşdırıram ki, 
səltənət  sahibləri  qızıl-gümüş  yığdıqları  kimi  onları  da  yığıb 
saxlamasınlar. 
 
◘Allah-təala  Musaya  (ə)  belə  vəhy  göndərdi:  “Bəndələrimin  Mənə 
yaxınlaşma  vasitəsi  olan  əməllərindən  üçü  Mənim  üçün  daha 
sevimlidir.” Ərz etdi: “Onlar hansılardır?” Buyurdu: “Zöhd və dünyaya 
qarşı  etinasızlıq,  günahdan  pəhriz  etmək  və  Mənim  qorxumdan 
ağlamaq.” Ərz etdi: “İlahi, əgər birində bu üç xüsusiyyət olsa onun əcri 
nədir?”  Vəhy  olundu:  “Zahidlər  behiştdədirlər,  ağlayanlar  ən  ali 
məqamda,  pəhrizkarlarsa  bütün  insanlar  arasında  əməllərin  təftişindən 
amandadırlar.” 
 
◘İmamət və rəhbərlik üç xüsusiyyətə malik olmayanlardan başqa heç 
kəsə layiq deyil: Günahdan qoruyan təqvaya, qəzəbi sakitləşdirə bilən 
helm və mehriban ata kimi rəiyyətin  halına yanmaq. 
 
◘Həzrət Yusifin köynəyində üç nişanə var idi ki, Quranda da bunlar 
yad  olunub.  Biri  yalançı  qan  idi.  Allah-təala  buyurur:  “(Qardaşları) 
onun  köynəyini  yalançı  qana  bulaşmış  halda  atalarının  yanına 
gətirdilər.” İkincisi arxadan cırılmağı idi ki, bu da Onun günahsızlığına 
dəlalət edirdi. Bu barədə də Quranda belə buyurulur: “(Misir hakiminin 
yaxınlarından biri dedi:) Əgər köynəyi öndən cırılıbsa qadın düz deyir 


 
124 
(və  Yusif  yalan,  yox  əgər  arxadan  cırılıbsa  qadın  yalan  deyir,  Yusifsə 
doğru).  Üçüncüsü    (Yaqubun  iylədiyi  zaman  onun  gözünə  təsir 
qoyduğu) iydir ki, bu barədə də Quranda belə buyurulur: “(Yusif dedi:) 
Mənim bu köynəyimi aparın (və atamın) üzünə çəkin ki, gözü açılsın. 
 
◘Ali-Davudun hikmətində yazılıb: “Hər bir kəs yalnız üç şeydən ötrü 
səfər edər; axirət tədarükündən ötrü, yaşayışını təmin etmək üçün, izzət 
və ləzzətdən ötrü.” Sonra Həzrət Sadiq (ə) buyurdu: “Hər kim qəlbini 
dünyaya bağlasa xar olar.” 
 
◘Loğman oğluna dedi: “Ey oğul! Hər şeyin əlaməti var ki, sənə onları 
bəyan  edirəm.  Dinin  üç  nişanəsi  var;  elm,  etiqad  və  əməl.  İmanın  üç 
nişanəsi var; Allahı tanımaq, onun bəyəndiyi şeyləri tanımaq və Onun 
bəyənmədiyi  şeyləri  tanımaq.  Ağıllı  adamın  üç  əlaməti  var;  namaz, 
oruc  və  zəkat.  Mütəzahirin  (elmi  Allahdan  başqasından  ötrü  öyrədən) 
üç  əlaməti  var;  özündən  üstünlə  çəkişər,  heç  bir  elmi  və  məlumatı 
olmadan  söz  deyər  və  çata  bilməyəcəyi  şeylərin  ardınca  gedər. 
Zülümkarın üç əlaməti var; özündən üstün olana itaət etməz, əlaltılarını 
incidər və zülümkarlarla həmkarlıq edər. Münafiqin də üç əlaməti var; 
ürəyindəki  ilə  danışığı  əməli  ilə  ürəyi  və  gizlini  ilə  aşkarı,  bir-birinin 
ziddinədir.  Günahkarın  üç  əlaməti  var;  zülm,  yalan  və  sözünə  xilaf 
çıxmaq. Riyakarın üç əlaməti var: Təklikdə (ibadətdən ötrü) halsızdır, 
camaat arasında fərəhlidir və hər bir işində gözü camaatın tərifindədir. 
 
◘Paxılın  üç  əlaməti  var:  Dalca  danışar  (qeybət  edər),  üzdə  yaltaqlıq 
edər, bəla və müsibət üz verən zaman isə insanı məzəmmət edər. 
 
◘İsrafkarın  üç  əlaməti  var:  Lazımsız  şeylər  alar,  öz  şənindən  yuxarı 
paltarlar geyər və özünə uyğun olmayan xörəklər yeyər. 
 
◘Tənbəlin  üç  əlaməti  var:  Səhvə  yol  verənə  qədər  süstlük  edər,  iş 
əlindən çıxana qədər səhlənkarlıq edər və öz vəzifələrini o həddə qədər 
tərk edər ki, günaha mürtəkib olar. 
 
◘Qafilin üç əlaməti var: Səhv (və faydası olmayan) işlərə baş qatmaq, 
yanlışlıq və unutqanlıq. 
 
◘Sonra İmam Cəfər Sadiq (ə) buyurdu: “Bu əlamətlərdən hər birinin 
də ayrı-ayrılıqda şöbələri var ki, onların da elmi minə, minə, minə çatır. 
Elə isə ey Himad, (hədisi nəql edənə xitab) gecə və gündüz elm dalınca 
ol.  Əgər  gözünün  aydınlığını,  dünya  və  axirət  xeyrini  istəyirsənsə 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə