Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə43/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

 
128 
Dilini  haqq  və  doğru  söz  danışmağa  adət  etdir  ki,  haqq  əhli  olasan, 
çünki dili hər nəyə adət etdirsən ona da alışar. Dil hər hansı bir yaxşı və 
ya pislə tanış olsa onu da tələb edəcək. Buna görə də bax ki, nəyə adət 
edirsən.” 
 
◘Hər  zaman  üç  mömin  başqa  bir  mömin  qardaşlarının  yanına 
getsələr, elə bir mömin ki, ondan onlara qarşı heç bir şər və məkrli iş 
baş verməz,  həmin məclisdə hər nə dua  etsələr  Allah cavab verər, bir 
şey istəsələr Allah əta edər, artırılacaq bir nemət istəsələr Allah artırar, 
əgər  bir  şey  istəməsələr  duasız  Allah  onlara  inayət  edər.  (Yəni, 
möminlərin  ictiması  bəyənilib  və  cəm  halda  etdikləri  dua  da  qəbul 
olunmağa çox yaxındır.) 
 
◘Hər kim ki, sənin əlindən üç dəfə qəzəbləndi və sənə heç bir pis söz 
demədi, onunla dost olmaq planı barədə fikirləş. 
 
◘Camaatla tanışlığını azalt, tanışların barəsində də özünü elə apar ki, 
sanki  onları  tanımırsan.  Əgər  yüz  nəfər  dostun  olsa  onun  doxsan 
doqquzunu  kənara  qoy,  birindənsə  kənar  gəz.  (Əlbəttə,  bunların 
əksəriyyəti fasid zəmanə əhlindən və haqdan uzaq olanlardan olarsa.) 
 
◘Möminin  kamalı  üç  şey  vasitəsi  ilə  məlum  olar;  bəsirət,  hadisələr 
müqabilində səbr və yaşayışda müəyyən ölçülərə riayət etmək. 
 
◘Üç  kəsin  əməlini  Allah  yüksəltməz:  Müharibədən  qaçmış  bəndə 
(fərari), əri ondan qəzəbli olan qadın və mütəkəbbir. 
 
◘Üç şey hər bir dövrdə çətin tapılandır; Allah yolunda qardaşlıq edən 
şəxs,  din  işlərində  əri  ilə  həmkarlıq  edən  ləyaqətli  qadın  və  (atasının 
meylləri ilə müvafiq olan) rəşid övlad. Hər kim bu üç nemətdən birini 
əldə etsə dünya xeyrinə və uca bir bəxtə sahib olub. 
 
◘Üç xüsusiyyət var ki, hər kəsdə olmazsa onda xeyir olmasını ümid 
etmək  olmaz;  Allahdan  xəlvətdə  qorxmaq,  qoca  yaşında  günah 
etməkdən qayıtmaq və eyiblərdən utanmaq. 
 
◘Qiyamət  günü  üç  gözdən  başqa  bütün  gözlər  ağlayar;  harama 
baxmayan göz, Allaha itaət yolunda yatmayan göz və gecənin bir aləmi 
Allah qorxusundan ağlayan göz. 
 


 
129 
◘Üç şey var ki, əgər mömin onları öyrənsə ömrünün uzanmasına və 
nemətlərin  davamlı  olmasına  səbəb  olar;  namazın  rüku  və  səcdələrini 
uzatmaq, qonağı olan zaman süfrəsinin başında oturmağını uzatmaq və 
ailəsinə və qohumlarına ehsan və yaxşılıq etmək. 
 
◘Haramzadənin  üç  əlaməti  var;  pis  yoldaşlıq,  zinaya  meyl  və  biz 
Əhli-beytlə (ə) düşmənçilik. 
 
◘Təqva  üç  cürdür.  Biri  Allah  yolunda  Allaha  xatir  olan  təqva.  Bu 
nəinki  şübhəli  şeylərdən,  hətta  halallardan  da  çəkindirən  təqvadır.  Bu 
təqva  sırf  xalis  təqvadır.  İkincisi  Allah  xatirinədir.  Bu  nəinki 
haramlardan,  hətta  şübhəli  şeylərdən  də  çəkindirən  təqvadır.  Bu  təqva 
xalis  təqvadır.  Üçüncüsü  əzabdan  və  oddan  qorxmaqdan  irəli  gələn 
təqvadır.  Yəni,  yalnız  haramlardan  çəkindirən  təqva.  Bu  ümumi 
camaata  aid  olan  təqvadır.  Təqva  axar  çaya  bənzəyir.  Yuxarıda  qeyd 
olunan  dərəcələr  də  həmin  çayın  kənarında  əkilmiş  rəngarəng  ağaclar 
kimidir.  Bu  ağacların  hamısı  bir  yerdən  su  içirlər,  lakin  bunların 
həqiqəti,  lətafəti,  meyvələrinin  dadı  müxtəlifdir.  İnsanların  da 
faydalanmağı onlar kimidir. 
 
◘Şiələr  üç  dəstədir;  sevimli  dostlar  -  bunlar  bizdəndirlər;  bizi  öz 
zinətləri qərar verənlər–əlbəttə, biz də onların zinətiyik; üçüncüsü bizi 
qazanc  və  iş  vasitəsi  qərar  verənlər.  Hər  kəs  bizi  özü  üçün  alət  etsə 
bədbəxt olar. 
 
◘Bizim  şiələri  üç  şeylə  yoxlayın.  Birincisi  namaz  vaxtı  ilə.  Baxın 
görün namaz vaxtına dəqiq yanaşırlar,  ya  yox. İkincisi sirr saxlamaları 
ilə.  Baxın  görün,  sirlərini  bizim  düşmənlərimiz  qarşısında  açırlar,  ya 
yox.  Üçüncüsü  maliyyə  işlərində.  Baxın  görün,  öz  mallarını  mömin 
qardaşları ilə bölüşürlər, ya yox. 
ONUNCU FƏSİL 
Sair imamlardan (ə) nəql olunan hədislər 
◘İmam  Riza  (ə)  buyurur:  “Bir  gün  Əbu  Hənifə  (Əhli-sünnə 
məzhəblərindən birinin imamı) İmam Sadiqin (ə) hüzurundan qayıdırdı. 
Yolda  Musa  ibn  Cəfər  ilə  (ə)  rastlaşdı.  Ərz  etdi:  “Oğul!  Günah  kimin 
tərəfindəndir?”
1
(1)  Buyurdu:  “Bu  məsələ  üç  hal  çərçivəsindən  xaricdə 
                                                 
1
 Bu sual “cəbr və ixtiyar” məsələsi barəsində idi. Bu mövzu əsrlər boyu İslam 
mütəkəllimlərinin  mübahisəli  məsələlərindən biri olmuş, bir qrup mütəkəllim  Allaha 
layiq olmayan şeylər aid etmiş, bir qrupu da Allahın bəndələrin işlərinə müdaxiləsini 


 
130 
deyil:  Ya  təkcə  Allah  tərəfindəndir  və  bəndənin  buna  heç  bir 
müdaxiləsi  yoxdur.  Bu  halda  Kərim  Allahın  bəndəni  günaha  görə 
cəzalandırması layiq deyil. Çünki ixtiyar bəndənin əlində olmayıb. Ya 
Allahla bəndənin iştirakı ilə baş verib. Yenə də layiq deyil ki, qüvvətli 
şərik  zəif  tərəf  müqabilini  incitsin.  Ya  da  təkcə  bəndə  tərəfindəndir. 
(Əlbəttə  ki,  bəndə  tərəfindəndir,  çünki  Allah  günaha  razı  deyil.)  Bu 
halda  əgər  Allah  bəndəni  cəzalandırarsa,  bu  bəndənin  yol  verdiyi 
nöqsan və səhvlərinə görədir, yox əgər bağışlasa da, bu, Allahın kərim 
və bağışlayan olmasına dəlalət edir. 
 
◘Həzrət  Riza  (ə)  buyurub:  “Bir  kəsdə  üç  xüsusiyyət  olmasa  onu 
mömin  adlandırmaq  olmaz;  Allahın  bəndələrlə  davranma  üslubu, 
Peyğəmbər  (s)  sünnəsi,  imamların  (ə)  rəftar  tərzi.  Allahın  üslubu 
gizlilik  və  sirr  saxlamaqdır.  Quranda  buyurulur:  “(Allah)  qeybi 
(gizlində olanları) biləndir və sevdiyi peyğəmbərlərdən başqa heç kəsə 
də qeybdən bir şey bildirməz.” Peyğəmbərin sünnəsi xoş davranmaqdır. 
Allah bu barədə ona göstəriş verib buyurur: “Əfv etməyə adət et, yaxşı 
işlər  görməyə  əmr  et  və  nadan  insanlardan  çəkin.”  İmamların  rəftar 
tərzi isə müharibə, çətinlik və xəstəlik zamanı səbr etməkdir. Bu barədə 
də  Allah-təala  buyurur:  “Bunlardır  doğru  danışanlar  və  bunlardır 
pəhrizkarlar.” 
 
◘Yeddinci imam (ə) buyurur: “Allaha itaətin kökü üç şeydir; qorxu, 
ümid  və  sevgi.  Qorxunun  nişanəsi  günahı  tərk  etməkdir.  Ümidin 
əlaməti ona itaət etməyə meyl etməkdir. Allahı sevməyin əlaməti şövq 
və tövbədir.” 
 
◘Həzrət İmam Məhəmməd Təqi (ə) buyurdu: “Məhəbbəti cəlb edəcək 
üç  şey  var;  insanlarla  ünsiyyət  zamanı  onlara  qarşı  insaflı  olmaq, 
çətinlik zamanında insanlarla həmdərd olub onlara təskinlik, ürək-dirək 
vermək,  insanlarla  üz-üzə  gələn  zaman  pak  və  sağlam  qəlbə  malik 
olmaq. (Yəni, onlara qarşı heç bir kin-küdurət bəsləməmək.)” 
 
◘Həzrət  Baqir  (ə)  buyurub:  “Allah  möminə  üç  imtiyaz  bəxş  edib; 
dünya izzəti, axirət səadəti və zülmkarların qəlbində əzəmət.” 
 
◘Həzrət  Baqir  (ə)  buyurub:  “Allahın  bir  behişti  var  ki,  üç  kəsdən 
başqa heç kəs ora yol tapa bilməz. Biri odur ki, zərərinə tamamlanacaq 
                                                                                                                     
tamamilə inkar etmişdir. Bu ifrat və təfrit müqabilində Əhli-beyt imamları (ə) üçüncü 
bir yol bəyan etmişlər. Bu hədisdə də həmin məsələyə işarə olunmuşdur. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə