Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə51/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   47   48   49   50   51   52   53   54   ...   100

 
152 
 
◘Yenə də Əbuzərə buyurub: “Gəmini saz vəziyyətə sal, çünki dərya 
dərindir.  Azuqəni  bol  elə,  çünki  yol  uzaqdır,  yükünü  az  et,  çünki  dağ 
keçidi  çətindir  və  əməllərini  də  xalis  et  ki,  əməl  sərrafı  dəqiq  və  açıq 
gözlüdür.” 
 
◘Dörd  kəsə  Allah  ərşin  yuxarısından  lənət  edər,  mələklər  də  “amin 
deyər: Uşaq  olmaq qorxusundan arvad və kəniz almayan kişiyə (yəni, 
öz şəhvətini haram yolla söndürən kişiyə), Allahın onu kişi yaratmasına 
baxmayaraq    özünü  qadına  bənzədən  kişiyə  (ləvatla  məşğul  olana), 
Allahın  onu  qadın  yaratmasına  baxmayaraq,  özünü  kişiyə  bənzədən 
qadına və  camaatı məsxərəyə qoyana;  məsələn,  bir müsəlmana  “ bura 
gəl  sənə  bir  şey  verəcəyəm”  deyib,  o,  gəldikdə  isə  “bağışlayın  heç 
nəyim yoxdur” deyənə, yaxud, məsələn, yolu üstündə heç nə olmayan 
kora  muğayat  ol,  heyvana  dəyərsən”  deyənə,  yaxud  da,  hər  hansı  bir 
evin sorağında olana səhv yol göstərənə. 
 
◘Allah hər kəsi Öz yaxın dostlarından və sirdaşlarından etmək istəsə 
ona  dörd  xislət  əta  edər:  Heç  bir  qohum-əqrəbası  olmadan  izzət  və 
hörmət,  təhsil  almaq  əziyyəti  olmadan  elm,  var-dövlət  olmadan 
ehtiyacsızlıq və təklikdə olarkən aramlıq. 
 
◘Dörd  şeydən  ötrü  sevinən  dörd  yerdə  də  qüssələnər:  Uzun  ömürə 
sevinən  ölən  zaman  qüssələnər,  evinin  genişliyinə  sevinən  qəbrin 
darlığından  qəmgin  olar  (bu  iki  sevincdə  məqsəd  Allahı  unutmaqdır), 
günaha sevinən onun cəzası zamanı kədərlənər və haram yemək yeyən 
zaman fərəhlənən kəs hesab çəkilən zaman hüznlənər. 
 
◘Hər  kəsdə  dörd  xüsusiyyət  olsa  dünyada  hər  nə  əlindən  çıxsa 
qüssələnməz:  Əmanətdarlıq,  düzdanışmaq,  xoş  xasiyyət  və  yemək 
zamanı iffətə riayət etmək (yəni, qeyri-şəri şeylərdən çəkinmək). 
 
◘Dörd şey dünyada qəribdir: Zülümkarın qəlbində olan Quran ayəsi, 
namaz  qılmayanlar  arasında  olan  məscid,  evdə  oxunmamış  qalan 
Quran, bədrəftar insanlar arasında olan saleh kişi. 
 
◘Həzrət  Peyğəmbərə  (s)  ərz  etdilər:  “Münafiqin  əlamətləri  nədir?” 
Buyurdu: “Yalandan and içmək, əhd-peymanı sındırmaq, yalan və vəd 
verib yerinə yetirməmək.” 
 


 
153 
◘Dörd  dəstə  insanın  adı  aradan  getməz:  Peyğəmbərlərin,  şəhidlərin, 
alimlərin və Quranı əzbər bilib ona əməl edənlərin. 
 
◘Hər kim çoxlu istiğfar etsə (bağışlanmaq diləsə) - Allah onu hər bir 
qəm-qüssədən azad edər, hər sıxıntıdan qurtarar, hər qorxudan amanda 
edər və gümanı gəlmədiyi yerdən ruzisini yetirər. 
 
◘Mənim  ümmətimi  dörd  dəstə  insan  islah  edə  bilər:  Sultanlar, 
alimlər, ibadət edənlər və tacirlər. 
Soruşdular:  “Necə  ola  bilər  ki,  bunlardan  başqa  heç  kəs  onları  islah 
edə  bilməsin?”  Buyurdu:  “Sultanlar  bu  ümmətin  çobanlarıdır.  Əgər 
çoban canavar olsa qoyunları kim  otarar? Alimlər xalqın həkimləridir. 
Əgər  həkimlər  özləri  xəstələnsə,  xəstələri  kim  müalicə  edər?  İbadət 
edənlər əməl vasitəsi ilə ümmətə yol göstərirlər. Əgər yol göstərənlərin 
özləri yollarını azsalar, yol gedənlərə kim rəhbərlik edər? Tacirlər Allah 
bəndələrinin əmanətdarlarıdır. Əgər əmanətdar xəyanət etsə daha kimə 
etibar etmək olar?” 
ÜÇÜNCÜ FƏSİL 
Şiələrin Əmirəl-möminindən (ə) nəql etdikləri hədislər 
◘Dinin möhkəm qalması dörd kəsdən  asılıdır: Öz elminə əməl edən 
dilli-dilavər  alim,  öz  var-dövlətindən  qohum-əqrəbasına  paylayan 
dövlətli,  öz  axirətini  dünyasına  satmayan  fəqir  və  elm  öyrənməkdən 
ötrü  təkəbbür  etməyən  cahil.  Bəs  elə  isə  alim  öz  elmini  yaymasa, 
dövlətli  xəsislik  etsə,  fəqir  axirətini  dünyasına  satsa  və  cahil  də  elm 
öyrənməyə  təkəbbür  etsə  dünya  geri  dönər  (yəni,  cahiliyyət  dövrü 
yenidən başlayar). Həmin zaman məscidlərin çoxluğuna və orada olan 
qəlbləri bir-birindən uzaq olan insan kütlələrinə aldanmayın. 
Soruşdular:  “Ya  Əli!  Həmin  dövrdə  necə  yaşayaq?”  Buyurdu: 
“Zahirdə camaata qarışın, batində isə müxalif olun. Eyni zamanda Ali-
Məhəmmədin (s) fərəcinin də intizarında olun. 
 
◘Allah  dörd  şeyi  dörd  şeydə  gizlədib:  1.  Öz  rizasını  Ona  edilən 
itaətlərdə.  Heç  bir  itaəti  yüngül  tutmayın.  Çünki,  ola  bilər  ki,  Allahın 
razılığı məhz həmin itaətdə olsun. 2. Öz qəzəbini günahlarda. Heç bir 
günahı  kiçik  bilməyin.  Mümkündür  məhz  həmin  günah  Allahın 
qəzəbinə  səbəb  olsun.  3.  İsticabəti  (bəndələrinə  cavab  verməyi) 
dualarda.  Heç  bir  duanı  faydasız  bilməyin.  Mümkündür  məhz  həmin 
dua müstəcab olsun. 4. Öz dostlarını da bəndələrinin arasında. Heç bir 


 
154 
bəndəyə  etinasız  yanaşmayın,  çünki  ola  bilər  ki,  məhz  həmin  bəndə 
Allahın dostu olsun və sadəcə siz onu tanımamış olasınız. 
 
◘Duanın dörd şərti var: Hüzuri-qəlb, ixlas, Allahı tanımaq və duada 
istədiyi şey barəsində insaf (yəni, puç və bihudə (ağıla uyğun olmayan 
şeylər istəməsin.) 
 
◘Həzrət  Musaya  (ə)  vəhy  olundu  ki,  ey  Musa,  dörd  şey  barəsində 
Mənim  tapşırığımı  yadında  saxla!  1.  Günahlarının  bağışlandığını 
bilməyincə  başqalarının  eyblərinə  baş  qoşma.  2.  Nə  qədər  ki,  Allahın 
xəzinələrinin boşaldığını bilmirsən ruzidən ötrü qəm yemə. 3. Nə qədər 
ki,  Mənim  hakimiyyət  və  səltənətimin  aradan  getdiyini  bilmirsən 
başqasına  ümid  bağlama.  4.  Nə  qədər  ki,  şeytanın  öldüyünü 
görməmisən məkrindən amanda qalma. 
 

İşlərin ən çətini dörddür: Qəzəbli halda əfv etmək, az miqdarda olan 
maldan  bəxşiş  vermək,  xəlvətdə  iffətli  olmaq  və  qorxduğun  və  ya 
qorxmadığın hər bir kəsin qarşısında haqq söz danışmaq. 
 
Bir  gün  Əli  (ə)  evdən  bayıra  çıxdı.  Salman  onunla  rastlaşdı.  Həzrət 
(ə)  soruşdu:  “Halın  necədir?”  Salman  cavab  verdi:  “Bir  haldayam  ki, 
dörd  qəmim  var;  ailəm  çörək  və  sair  ehtiyaclarını  istəyir,  Allah  itaət 
istəyir, şeytan günah etməyimi istəyir, ölüm mələyi isə canımı istəyir.” 
Həzrət  buyurdu:  “Ey  Salman,  bu  dörd  qəmin  hər  birinə  görə  Allah 
yanında bir dərəcən var.” 
 
◘Həzrət Əlidən (ə) soruşdular: “Elm nədir?” Buyurdu: “Elm budur ki, 
Allaha  ibadəti  ehtiyacın  olan  qədər  edəsən,  günahı  cəhənnəm  atəşinə 
dözəcəyin  qədər  edəsən,  çalışmağını  ömrün  boyu  davam  etdirəsən  və 
axirət xoşbəxliyi qədər də əməl sahibi olasan.” 
 

Dörd  şeyin  qədrini  dörd  kəs  qədər  heç  kəs  bilməz:  Cavanlığın 
qədrini  qoca,  rahatlıq  və  asayişin  qədrini  giriftarçılığa  mübtəla  olan, 
sağlamlığın qədrini xəstə və həyatın qədrini ölü. 
 
◘İmam  Həsən  Müctəbaya  (ə)  buyurub:  “Ruzi  dalınca  gedəni 
məzəmmət etmə. Çünki hər kim yemək tapmasa günahı çoxalar. Oğul! 
Fəqirin  dəyəri  yoxdur.  Sözünə  qulaq  asmazlar,  qədrini  bilməzlər,  düz 
söz desə yalançı adlandırarlar, əgər zahid olsa onu cahil bilərlər. Oğul! 
Fəqirliyə giriftar olan şəxs dörd müsibətə düçar olar; yəqinində süstlük 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə