158
qəlblərdə özünə yer alar, qeybəti haram olar və onunla qardaşlıq vacib
olar.
◘Dörd şey behişt xəzinələrindəndir: Müsibəti gizlətmək, xəstəliyi
gizlin saxlamaq (yəni, hamıya şikayət etməsin. Müalicə etməkdən ötrü
heç bir eybi yoxdur.), gizli sədəqə və öz ehtiyacını gizlətmək.
◘Behişt əhlinin dörd əlaməti var: Gülərüzlülük, şirindillilik, mehriban
qəlblilik və əli açıqlıq.
◘Özünün barəsində nə desələr və özü də başqaları barəsində hər nə
desə vecinə gəlməyən, camaatın özünə qarşı pis fikirdə olmasından
qorxmayan, zinaya meyli olan və heç bir səbəb olmadan kin-küdurət
səbəbilə qeybət edən kəsin nütfəsinə şeytan şərik olub.
◘Zinadan doğulan uşağın dörd əlaməti var: Peyğəmbərin (s) Əhli-
beyti (ə) ilə düşmənçilik, zinaya meyl, dini yüngül tutmaq, bədrəftar
olmaq.
◘Hər kəs mənə dörd şeyi öhdəsinə alacağı barədə söz versə, mən də
behiştdə dörd ev ona zaminəm: Fəqirlikdən qorxmadan infaq edəcək,
camaata qarşı insaflı olacaq, hamıya salam verəcək və haqq onun
tərəfində olsa da höcət etməyəcək (yəni, boş-boşuna söz
güləşdirməyəcək).
◘Dörd şey dörd şeydən doymaz: Yer yağışdan, göz baxmaqdan,
qadın kişidən və alim elmdən.
◘“Ey Səmaə! Mömin dörd bəladan asudə olmaz: Əziyyət edən
qonşudan, azdıran şeytandan, eyibləri axtaran münafiqdən və paxıl
mömindən. Ey Səmaə, bu axırıncı bəla hamısından daha pisdir.” Səmaə
soruşdu: “Nəyə görə o, hamısından daha pisdir?” Buyurdu: “Çünki O,
kimin barəsində bir söz desə camaat inanıb qəbul edər.”
◘Peyğəmbər (s) buyurub: “İstəyirsinizmi sizə cəhənnəm odunun
kimlərə haram olduğunu xəbər verim?” Dedilər: “Bəli, ey Rəsuləllah!”
Buyurdu: “Mülayim, yumşaq təbiətli və dostlarının səhvlərinə göz
yuman kəslərə.”
159
◘İnsana faydası olan elm dörd hissədən ibarətdir: Allahı tanımaq,
Onun nemətlərini tanımaq, ilahi vəzifələri tanımaq və insanın dindən
xaric olmasına səbəb olan şeyləri tanımaq.
◘Fəzl ibn Əyyaz deyir ki, bir gün İmam Sadiqdən (ə) soruşdum:
“Cihad vacib əməldir, yoxsa müstəhəb?” Buyurdu: “Cihad dörd
növdür: ikisi vacib, üçüncüsü vacib vasitəsi ilə həyata keçən müstəhəb,
dördüncüsü isə sırf müstəhəbdir. Vacib cihadlar: Birincisi nəfsə qarşı
aparılan cihaddır. Bu cihad insanı günahdan saxlayır və cihadların ən
üstünüdür. İkinci vacib cihad isə müsəlmanlarla qonşu olan kafirlərə
qarşı aparılan müharibədir. Bu cihad o halda vacib olur ki, onlar
tərəfindən hər hansı bir təhlükə baş versin. Üçüncü növ cihad imamdan
ötrü müstəhəbdir ki, düşmənin sorağını alıb onunla müharibəyə getsin.
Elə ki, bu müstəhəb cihad haqqında onun hökmü elan olundu, bu cihad
ümmətə vacib olur və əgər bu işdən imtina etsələr ilahi əzaba düçar
olarlar. Buna görə də bu cihada vacib vasitəsi ilə həyata keçən
müstəhəb cihad deyilir. Sırf müstəhəb olan dördüncü növ cihad isə hər
hansı bir şəsxin gözəl bir sünnə və yaxud, ənənəni icra etmək, yaxud
onu təsis edərək yaşatmaq məqsədi ilə göstərdiyi səydir. Onun bu yolda
olan zəhmət və çətinliklərə səbr etməsi əməllərin ən əfzəlidir.”
Peyğəmbər (s) buyurub: “Hər kəs özündən sonra gözəl bir ənənə qoyub
getsə Allah ona həm bu işin savabını, həm də buna əməl edən bütün
insanların savabı qədər savab əta edər. (Buna əməl edənlərin öz
savabları da özlərində qalmaqla.)
◘Dörd kəsin namazı Allah dərgahında qəbul deyil: Zülümkar
rəhbərin, camaatın istəmədiyi imam-camaatın, heç bir ehtiyac və
zərurət olmadığı halda öz sahibinin yanından qaçan qulun və ərinin
icazəsi olmadan evdən çıxan qadının.
◘Dörd günah artıb hər yeri bürüyən zaman dörd bəla meydana gələr;
zina artan zaman zəlzələ çoxalar, zəkat verilməsə dördayaqlı ev
heyvanları qırılar, qazılar (şəri hakimlər) haqqa zidd olan hökm
çıxarsalar yağış kəsilər və əhd-peyman sındırılan zaman kafirlər
müsəlmanlara qalib gələr.
◘Qazi dörd növdür. Biri odur ki, heç bir elmi olmadan haqlı hökm
çıxarır. Bu od əhlindəndir. (Çünki, haqlı hökm çıxarmasına
baxmayaraq, elmi olmadığına və haqla batili ayırma qüdrəti olmadığına
görə hökm çıxarmaq haqqına malik deyildi,) ikincisi odur ki, emli
olmadan batil hökm verən. Bu da cəhənnəm əhlidir. Üçüncüsü elmi
160
olduğu halda batil hökm verən. Bu da cəhənnəm əhlidir. Dördüncüsü
isə haqq söz deyən alim qazidir. Qazilər arasında yeganə cənnət əhli
olan da məhz odur.
◘Səbr, yaxşılıq, xoş rəftar və xoş xasiyyət peyğəmbərlərin
xüsusiyyətlərindəndir.
◘Bir kəs müsafir olsa da dörd müqəddəs məkanda namazını bütöv
qıla bilər: Məkkədə, Mədinədə, Həzrət Əlinin (ə) hərəmində (Məqsəd
Kufə məscididir) və İmam Hüseynin (ə) hərəmində.
◘Quranın vacibi səcdə ayəsi olan surələri dörddür: Ələq, Nəcm,
Fussilət və Səcdə.
◘Şeytan dörd dəfə nalə və fəryad edib: Lənət olunduğu gün, Adəmin
(ə) yerə gəldiyi gün, Məhəmmədin (s) besət günü (Peyğəmbərliyə
seçildiyi gün) və “Həmd” surəsi nazil olan vaxt. İki dəfə də
lovğalanmışdır: Adəm ağacdan meyvə yeyən və behiştdən qovulan
zaman.
◘Dörd şey hədər yerə gedər: Şoranlığa əkilmiş toxum, gündüz
yandırılan çıraq, tox olan vaxt yeyilən yemək və başa düşməyən kəslərə
yaxşılıq.
◘Müfəzzəl ibn Ömər deyir ki, İmam Sadiqdən (ə) müsəlmanların
neçə bayramı olduğunu soruşdum. Buyurdu: “Dörd.” Dedim: “Qurban,
Fitr və Cüməni bilirəm, bəs dördüncüsü hansıdır?” Buyurdu:
“Hamısından daha böyük və daha şərəflisi zil-hiccə ayının on
yeddisidir. Bu gündə Peyğəmbər (s) Əlini (ə) insanlara imam və rəhbər
olaraq tanıtdırıb.” Dedim: “Həmin gündə biz nə etməliyik?” Buyurdu:
“Gərək bu günün şükrünü yerinə yetirməkdən ötrü oruc tutasınız, hər
bir saat gərək şükr edəsiniz. Hər bir peyğəmbər öz vəsisini camaata
rəhbər təyin etdiyi gün ona oruc tutmaq və həmin günü bayram etmək
göstərişi verib. Qədir-xum bayramı günü tutulan oruc altmış aylıq
ibadətdən əfzəldir.”
◘İbrahim peyğəmbərə (ə) vəhy olunan və Quranda gələn “Dörd quşu
öz yanında tikə-tikə doğra, daha sonra onu dörd hissəyə bölüb hər
hissəni bir dağın üstünə qoy” ayəsi barəsində belə buyurub: “Həzrət
İbrahim (ə) şanapipik, sərçə, tovuzquşu və qarğanın başını kəsib ayırdı.
Bədəninin qol-qanadını, ətini, sümüyünü doğrayıb bir-birinə qatdı. Bu
Dostları ilə paylaş: |