Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə54/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   50   51   52   53   54   55   56   57   ...   100

 
161 
qatışığı  dörd  hissəyə  ayırdı  və  hər  hissələri  on  dağın  üstünə  qoydu. 
Sonra  öz  yanına  dən  və  su  qoydu  və  onların  dimdiklərini  barmaqları 
arasında  tutub  dedi:  “Allahın  izni  ilə  tez  bura  gəlin!”  Birdən  bu  ət, 
sümük  və  qol-qanad  bir-birinə  yapışdı,  bədənlər  təkmil  oldu  və  hər 
bədən də gəlib öz başına yapışdı. Həmin an həzrət İbrahim (ə) başları 
buraxdı.  Quşlar  orada  olan  dənləri  yeyib,  sudan  içməyə  başladılar. 
Sonra dilə gəlib dedilər:  “Ey Allahın peyğəmbəri! Bizi diriltdin, Allah 
da  səni  diriltsin.”  İbrahim  (ə)  buyurdu:  “Dirildən  də,  öldürən  də 
Allahdır!” 
Bu  ayənin  zahiri  təfsiridir.  Lakin  bunun  batini  mənası  budur  ki,  sən 
dörd nəfəri  elmləndir, onları ətraf  ərazilərə göndər ki, sənin tərəfindən 
insanlardan  ötrü  höccət  olsunlar.  Sən  də  onları  görmək  istəsən  ismi-
əzəm  oxuyub  onları  çağır  Allahın  izni  ilə  onlar  tez  sənin  yanına 
gələcəklər. 
◘Şeyx  Səduq  (r)  buyurur:  “Mənim  nəzərimcə  hər  ikisinin  olması 
mümkündür.” (Həm quşların hər də nümayəndələrin göndərilməsinin). 
◘Bəziləri  deyib:  “Burada  İbrahimin  (ə)  məqsədi  insanların  iman 
gətirməsindən  ötrü  keçmiş  peyğəmbərlər  kimi  möcüzə  göstərmək  idi. 
Buna görə də Allahdan ona ölüləri necə diriltməsini göstərməsini istədi. 
Allah tərəfindən göstəriş gəldi ki, sən dirini öldür (yəni, İsmaili qurban 
kəs), Biz də  ölüləri dirildək. Sonra Allah tovuzquşu, kərkəs, xoruz və 
ördəyin  başını  kəsmək  göstərişini  verdi.  Tovuzquşu  dünyanın  bər-
bəzəyinə,  kərkəs  isə  uzun-uzadı  arzulara,  ördək  hərisliyə,  xoruz  isə 
şəhvətə işarə idi. Yəni, əgər qəlbini diri saxlamaq və yəqin əldə etmək 
istəyirsənsə  bu  dörd  xüsusiyyətdən  uzaq  ol,  çünki,  bunlar  qəlb 
aramlığını aradan aparar. 
 
◘Həzrət  Adəmə  (ə)  vəhy  olundu:  “Mən  bütün  hikməti  sənin  üçün 
dörd kəlmədə xülasələndirirəm. Biri Mənə məxsusdur, digəri sənə, biri 
Mənimlə sənin aranda,  axırıncısı da səninlə camaat arasındadır.  Mənə 
aid olanı budur ki, Mənə ibadət et və heç kəsi Mənə şərik qoşma. Sənə 
aid  olanı  budur  ki,  ən  çətin  anında  Mən  sənin  payını  verəcəyəm. 
Səninlə  mənə  aid  olanı  budur  ki,  səndən  dua,  Məndən  qəbul  etmək. 
Səninlə camaata aid olanı isə budur ki, özün üçün istədiyin hər bir şeyi 
camaat üçün də istə. 
 
◘Dörd  kəs  behiştə  daxil  olmaz:  Falçı,  şərabxor,  münafiq  və 
sözgəzdirən.  (Lakin,  tövbə  edib  keçmişdəki  pisliklərini  yaxşı  işlərlə 
əvəz etməkləri istisnadır.) 
 


 
162 
◘Dünyada  dörd  tapılmayan  şey  var  ki,  insan  onlara  olduqca 
möhtacdır:  Əməl  sahibi  olan  alim,  riyasız  əməl,  şübhəsi  olmayan 
yemək  və  eyibsiz  dost.  Bunların  ardınca  gəzsən  heç  birini  tapa 
bilməzsən. (Məqsəd bunların çox az olmasıdır.) 
 
◘Dörd nəfərin duası müstəcab olmaz. Biri evdə oturub Allahdan ruzi 
istəyən  kişinin.  O,  dua  edərkən  belə  cavab  gələr:  “Məgər  Mən  kəsb 
etməkdən ötrü çalışmaq göstərişi verməmişəm?!” İkincisi, öz qadınına 
nifrin edən kişinin. Ona da cavab verilər ki, talaqın ixtiyarı sənin əlində 
deyilmi?!  (Bu  o  hala  aiddir  ki,  onunla  yaşamaq  istəmir,  talaq  vermək 
əvəzinə ona nifrin edir.) 
Üçüncüsü  öz  mal-dövlətini  aradan  aparıb,  sonra  Allahdan  ona  ruzi 
verməsini istəyən kişinin. Onun da cavabında belə deyilər: “Məgər mən 
sənə 
israfa 
yol 
verməməyini 
və 
malını 
islah 
etməyi 
bildirməmişdimmi?!” 
Dördüncüsü isə öz malını heç bir şahid olmadan borc verib şahidinin 
də onu inkar edənin. Ona da cavab verilər ki, məgər mən şahid tutmaq 
göstərişi vermədimmi?! 
Başqa  bir  hədisdə  dördüncünün  pis  qonşusuna  nifrin  edən  kəsin 
olduğu qeyd olunur. Halbuki, o, evini satıb ondan xilas ola bilər. 
 
◘Dörd  vaxtda  edilən  dua  müstəcab  olar:  Vətr  namazında  (gecə 
namazının axırıncı rəkətində, sübh namazından sonra, zöhr namazından 
sonra və məğrib namazından sonra. 
Başqa  bir  rəvayətdə  də  var  ki,  hər  kəs  məğrib  namazından  sonra 
səcdəyə gedib dua etsə, duası müstəcab olar. 
 
◘Mömin  üçün  həqiqi  aramlıq  yoxdur.  Yalnız  ölümdən  sonra  öz 
Allahına  qovuşduğu  zaman  ondan  ötrü  həqiqi  aramlıq  hasil  olar. 
Bundan  başqa  hallarda  əgər,  onun  üçün  aramlıq  təsəvvür  olunsa  bunu 
dörd şeydə tapmaq olar: 1. Qəlbin və ruhun Allah barəsində düşüncəyə 
qərq olduğu sükut. 2. Dövrün gizlin və aşkar zərərlərindən amanda olan 
xəlvət.  3.  Şəhvəti  və  şeytanın  vəsvəsələrini  öldürən  aclıq.  4.  Qəlbi 
nurani, təbiəti saf və ruhu pak edən gecə oyaqlığı.  
 
◘Mənsur Abbasi İmam Cəfər Sadiq (ə) üçün xəbər göndərib bildirdi: 
“Nəyə  görə  siz  də  başqaları  kimi  bizim  qapımıza  get-gəl  etmirsiniz?” 
Həzrət  belə  cavab  verdi:  “Bizim  nə  dünyamız  var  ki,  onu  müsadirə 
edəcəyindən  qorxaq, nə  sənin axirətin  var ki, bu barədə sənə ümidvar 
olaq (sənin mənəviyyatından və ruhaniyyətindən bəhrələnək), nə nemət 
içindəsən ki, səni təbrik edək və nə də ki, əlində olanları bəla bilirsən 


 
163 
ki,  gəlib  sənə  təsəlli  verək.  Elə  isə,  bəs  nəyə  görə  sənin  qapına  gəlib 
gedək?”  Mənsur  yenidən  xəbər  göndərdi  ki,  bizə  nəsihət  verib 
tərbiyələndirməkdən  ötrü  gəlin.”  Həzrət  buyurdu:  “Dünya  istəyənlər 
səni  nəsihət  etməzlər,  çünki  öz  hədəflərindən  yayınarlar.  Axirət 
istəyənlər də səninlə oturmazlar çünki, Allahı yaddan çıxararlar.” 
 
◘Bu  fani  dünyada  camaat  dörd  şeyin  ardınca  qaçır:  Varlı  olmaq, 
asayiş, qəm-qüssədən xilas olmaq və izzət. Varlılıq qənaətdədir, hər kəs 
axtarsa tapmaz. Rahatlıq zəhmətdən, çətinlikdən uzaq olmaqdadır. Hər 
kəs  çox  şey  istəsə  rahatlıq  tapmaz.  Qəm-qüssənin  azlığı 
məşğuliyyətlərin  və  giriftarçılıqların  az  olmasındadır.  Hər  kəsin 
məşğuliyyəti və giriftarçılığı çox olsa qəm-qüssədən azad olmaz. İzzət 
isə Allaha itaətdədir. Hər kəs bunu insanlara itaətdə axtarsa tapmaz. 
 
◘Təəccüb edirəm o kəslərə ki, dörd şeydən qorxduğu halda dörd şeyə 
pənah aparmır: 
1. O kəs ki, pislikdən qorxur, lakin bu ayəyə pənah aparmır: 
Həsbunəllahu və niməl vəkil. 

Allah bizə bəsdir və O, çox gözəl vəkildir

 
Allah bu cümləni deyən kəslər barəsində buyurur: “Allahın nemət və 
fəzli ilə qayıtdılar və heç bir zərər də onlara toxunmadı” 
2.  Qəm-qüssə  içində  olan  şəxs  Yunis  peyğəmbərin  (ə)  dilindən  olan 
bu ayəyə pənah aparmır: 
La ilahə illa ənt, inni kuntu minəz-zalimin. 

Səndən  başqa  Allah  yoxdur,  Sən  paksan,  zülümkarlardan  olan  isə 
mən idim.

 
Allah  bu  ayənin  ardınca  buyurur:  “Biz  onun  duasını  müstəcab  etdik 
və onu qəm-qüssədən azad etdik və Biz möminlərə belə nicat veririk.” 
3. Başqalarının məkrindən qorxan kəs isə bu ayəyə pənah aparmır: 
Və ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad. 

İşimi Allaha tapşırıram. O, bəndələrini görür və onlara nəzarət edir.

 
Bu ayənin ardınca Quranda belə deyilir: 
“Allah onu onların hiyləsindən qurtardı.” 
4. Dünyanın bər-bəzəyini istəyən şəxs isə bu ayəni oxumur: 
Ma şaəllahu la qüvvətə illa billah. 

Hər  nə  Allah  istəsə  o  da  olacaq,  Allahın  qüvvətindən  başqa  qüvvət 
yoxdur.

 
Allah bu cümləni deyən şəxsə kömək edəcəyini vəd edib. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə