Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə57/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

 
170 
◘Cəfər  ibn  Yəhyanın  məktublarının  birində  dörd  cümləni  qızılla 
yazdığını  gördülər:  1.  Ruzi  müəyyən  olunub.  2.  Həris  məhrumdur.  3. 
Simic üzü danlaqlıdır. 4. Paxıl da qəmgindir.” 
 
◘Bir hədisi-qüdsidə Allah-təala buyurub: “Mən dörd şeyi dörd yerdə 
qərar vermişəm, lakin camaat onu başqa yerdə axtarır və tapmır: Elmi 
aclıq  və  qürbətdə  qərar  vermişəm,  camaatsa  onu  başqa  yerdə  axtarır. 
İzzəti  Mənə  bəndəlikdə  qərar  vermişəm,  camaatsa  onu  padşahların 
qapısında  axtarır.  Varlılığı  qənaətdə  qərar  vermişəm,  camaat  isə  onu 
çoxlu  mal-dövlətdə  axtarır,  əldə  edə  bilmirlər.  Rahatlığı  behiştdə 
yaratmışam camaatsa onu dünyada axtarır.” 
SƏKKİZİNCİ FƏSİL 
Fars filosoflarının hikmətli sözləri 
◘Dörd şey dörd şey almamış yoluna düşməz; səltənət ədalət olmazsa 
davamlı  olmaz,  dost  olmadan  düşməni  məhv  etmək  olmaz,  camaatın 
sevgisini  qazanmaq  təvazödən  başqa  bir  şeylə  müyəssər  olmaz, 
hədəflərə çatmaq da səbirdən başqa bir şeylə mümkün olmaz. 
 
◘Dörd  iş  görmək  heç  kəsə  layiq  deyil;  xahişi  qəbul  etməyəndən 
xahiş,  yaxşılıq  bilməyənə  yaxşılıq,  mühüm  işlərdə  tələsmək  və  bir  də 
günah. 
 
◘Dörd  kəsə  qarşı  nəzakətli  olmaq  lazımdır;  zülümkar  padşaha, 
xəstəyə, nadanlıq girdabına qərq olmuş məstə və xoşrəftar və xeyirxah 
dosta qarşı. 
 
◘Dörd  şey  xoşbəxtliyə  dəlalət  edir;  pak  nəsil,  pak  qəlb,  pak  əl  və 
düzgün rəy. 
 
◘Dörd  şeyə  heç  bir  kəs  arxayın  olmasın;  padşaha  yaxınlaşmağa, 
uşaqlarının dindarlığına, paxılların nəsihətinə və qadınların dostluğuna. 
 
◘Dörd  işə  hər  kəs  bulaşsa  uçuruma  yuvarlanar:  1.  Təkəbbür  və 
özünübəyənmə.  2.  Camaatın  eyiblərini  danışıb,  onlara  töhmət  vurana. 
3.  Malını  simicliklə  camaatdan  əsirgəyənə.  4.  Alçaqlardan  təvəqqö 
etmək. 
 


 
171 
◘Dörd  şey  xoşbəxtlik  əlamətidir;  əhd-peymana  vəfa  etmək, 
təvazökarlıq,  halal  ruzidən  ötrü  çalışmaq,  ləyaqətli,  ağsaqqala  ehtiram 
göstərmək. 
 
◘Dörd  şey  bədbəxtlik  əlamətlərindəndir;  nadanlarla  oturub  durmaq, 
fasiq  və  günahkarlarla  yoldaşlıq  etmək,  çoxdanışan  adamların 
nəsihətlərinə qulaq asmaq və qadınların dediyinə əməl etmək. 
 
◘Dörd  şeydən  uzaq  gəzmək  lazımdır;  səbirsizlik  və  iş  görməkdə 
tələsmək, qəzəb, simiclik, təkəbbür və xudpəsəndlikdən. 
 
◘Dörd  şey  varlanmağa  səbəb  olar;  dostlarla  məşvərət,  düşmənlərlə 
nəzakət,  nəfs  istəklərini  tərk  etmək  və  Allahın  təqdiri  müqabilində 
səbirli olmaq. 
 
◘Dörd  işin  axırı  dörd  şeylə  nəticələnər;  qəzəbin  axırı  peşmançılıq, 
tərsliyin  axırı  rüsvayçılıq,  pis  sözün  axırı  düşmənçilik  və  tənbəllik  və 
süstlüyün də axırı xarlıq. 
 
◘Dörd  şey  dörd  şey  vasitəsi  ilə  kamil  olar;  elm  əql  vasitəsilə,  itaət 
zahidlik və təqva ilə, əməl ixlas vasitəsi ilə və nemət şükr vasitəsi ilə. 
 
◘Dörd  şey  dörd  şeyə  səbəb  olar;  sükut  rahatlığa,  boş-boş  sözlər 
danlağa, səxavət kamal və tərəqqiyə, şükr isə ruzinin bolluğuna. Allah-
təala buyurub: “Əgər şükr etsəniz sizə olan nemətlərimi artıraram.” 
 
◘Dörd  şey  adamı  zəiflədər;  düşmənin  çoxluğu,  borcun  çoxluğu, 
günahın çoxluğu və ailə üzvlərinin çoxluğu. 
 
◘Dörd şey dörd şeyə gülər; təqdir tədbirə, ölüm arzuya, qəza və qədər 
ehtiyata, ruzi də həris adama. 
 
◘Dörd  şey  ömrün  qısalmasına  və  onun  xarab  olmasına  səbəb  olar; 
çox  cinsi  yaxınlıq  etmək,  isti  suyun  içində  çox  oturmaq,  qurumuş  ət 
yemək və qoca qadınla yaxınlıq etmək. 
 
◘Dörd kəsin dörd şeyi yoxdur; yalançının mərdliyi, paxılın rahatlığı, 
simicin səadəti və bədəxasiyyətin uca məqamı. 
 


 
172 
◘Dörd  şey  hər  iki  dünyanın  xoşbəxtliyinə  səbəb  olar;  Allaha, 
Peyğəmbərə  (s)  və  imamlara  (ə)  itaət  etmək,  ata-anaya  itaət  etmək, 
alimlərə xidmət etmək və camaata qarşı mehriban olmaq. 
 
◘Dörd  şey  dörd  şeyə  möhtacdır;  şərəf  ədəbə,  xoşluq  əmniyyətə, 
qohumluq dostluğa, əql də təcrübəyə. 


 
173 
 
BEŞİNCİ BÖLMƏ 
Beş tərkibli nəsihətlər 
BİRİNCİ FƏSİL 
Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər 
◘Beş  şey  əməl  tərəzisini  qat-qat  ağırlaşdırar:  “Subhənallah”, 
“Əlhəmdu lillah”, “La ilahə illəllah”, “Allahu Əkbər” və Allah xatirinə 
saleh övladın ölümünə səbr etmək. 
 
◘İslamın əsası beş şeydən ibarətdir: “La ilahə illəllah”, namaz, zəkat, 
həcc və Ramazan ayının orucu. 
 
◘Beş  iş  var  ki,  hər  kəs  onları  yaxud,  birini  yerinə  yetirsə  cənnət 
əhlidir.  (Bir  şərtlə  ki,  etiqad  və  əməli  tamam-kamal  olsun);  susuza  su 
vermək, acı doyurmaq, çılpağa paltar geyindirmək, piyadanı mindirmək 
və qul azad etmək. 
 
◘Tövratda beş cümlə var ki, qızıl su ilə yazılsa yenə azdır:  
1.  Evdə  qəsbi  bir  daşın  olması  həmin  evin  xaraba  qalmasına  səbəb 
olar.  
2. Zülmlə qalib gələn məğlubdur.  
3. Günah vasitəsilə qələbə çalan qalib deyil. 
 4.  Allahın  haqqını  yerinə  yetirməyin  ən  az  həddi  odur  ki,  verdiyi 
nemətləri günah qazanma vasitəsi etməyəsən.  
5.  Sənin  abrın  donmuş  su  (buz)  kimidir.  Yalvarma  və  xahiş  zamanı 
əriyər. Bax gör abır-heysiyyətini kimin yanında tökürsən. 
 
◘İbn Abbas deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Adəmin 
Allahdan  öyrəndiyi  və  tövbə  etmə  vasitəsi  olan  sözlər  hansılardır?” 
Buyurdu: “Allahı Məhəmmədə (s), Əliyə (ə), Fatiməyə (ə), Həsənə (ə) 
və Hüseynə (ə) and verdi, tövbəsi də qəbul oldu.” 
 
◘Həyatımın sonuna qədər bu beş əməli əldən vermərəm; qullarla bir 
yerdə torpaq üzərində oturub yemək yemək, ulağa minmək (çünki, bu iş 
təvazökarlıq  əlamətidir),  keçini  öz  əli  ilə  sağmaq,  yundan  hazırlanan 
paltar  geyinmək  (o  zamanlar  yundan  hazırlanan  parça  ən  kobud  parça 
idi)  və  uşaqlara  salam  vermək.  (Mən  bu  işləri  heç  vaxt  tərk 
etməyəcəyəm ki,) qoy, məndən sonra bunlar sünnə olsun. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə