Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə60/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

 
180 
◘Hər  kəs  beş  yerdə  Allaha  xəyanət  etsə  Qiyamət  günü  Allahın 
rəhməti  ona  nəsib  olmaz  və  aqibəti  də  cəhənnəm  odudur;  dəstəmaz, 
namaz, oruc, həcc və zəkat. Hər kəs peyğəmbərlərin göstərişlərinə itaət 
etməsə  Allaha  xəyanət  etmiş  hesab  edilir  və  sonluğu  da  cəhənnəm 
əzabıdır. 
 
◘Allah  beş  qrup  insana  görə  mələklər  yanında  fəxr  edər;  cihad 
edənlər,  fəqirlər,  Allaha  xatir  alnını  torpağa  qoyan  cavanlar,  çoxlu 
sayda  minnətsiz  infaq  edən  dövlətlilər  və  xəlvət  yerdə  Allah 
qorxusundan ağlayan kəs. 
 
◘Beş şey beş kəsdə görünəndə daha gözəl olur; əməl alimdən, ədalət 
padşahdan,  səxavət  varlılardan,  səbr  fəqirlərdən  və  həya  da 
qadınlardan.  Əməlsiz  elm  tavanı  olmayan  otaq  kimidir.  Ədalətsiz 
padşah susuz arx kimidir. Səxavətli olmayan dövlətli meyvəsi olmayan 
ağac kimidir. Səbri olmayan fəqir işıq saçmayan çıraq kimidir. Həyasız 
qadın da duzsuz xörək kimidir. 
 
◘Hər  bir  müsəlmanın  digər  müsəlman  boynunda  beş  haqqı  var; 
salama cavab, xəstə olanda yoluxmaq, dəfn mərasimində iştirak etmək, 
dəvətini qəbul etmək, asqıran zaman ona “yərhəməkumullah” demək. 
 
◘Əbuzər  deyir  ki,  Peyğəmbər  (s)  belə  buyurdu:  “Kimdir  ki,  mənim 
sözlərimi  öyrənsin  və  ona  əməl  etsin,  yaxud  da  başqalarının  əməl 
etməsindən ötrü onlara öyrətsin?” 
Dedim: “Mən!” Həmin vaxt Həzrət (s) əlimdən tutub mənim üçün beş 
şey  saydı:  “Günahdan  çəkin  ki,  insanların  ən  abidi  hesab  olunasan, 
Allahın  qismətinə  razı  ol  ki,  hamıdan  daha  varlı  olasan,  qonşuna 
yaxşılıq et ki, mömin olasan, özün üçün istədiyin şeyləri başqaları üçün 
də istə ki, müsəlman olasan və bir də çox gülmə ki, çox gülmək qəlbi 
öldürər. 
 
◘Uşaqları beş şeydən ötrü çox istəyirəm; çox ağlayırlar, toz-torpağa 
bulaşırlar  (yəni,  təkəbbürdən  tamamilə  uzaqdırlar),  anlaşılmazlıq 
olanda  kin  saxlamırlar,  sabahdan  ötrü  ehtiyat  saxlamırlar,  tikirlər  və 
sökürlər (yəni, öz tikdiklərinə qarşı məhəbbətləri yoxdur.” 
 
◘İmam  Hüseynə  (ə)  buyurub:  “Vacibləri  yerinə  yetir  ki,  hamıdan 
təqvalı  olasan,  Allahın  qismətinə  razı  ol  ki,  hamıdan  daha  ehtiyacsız 
olasan,  günahdan  çəkin  ki,  hamıdan  daha  zahid  olasan,  qonşunla  xoş 


 
181 
rəftar  et  ki,  mömin  olasan  və  yoldaşınla  da  yaxşı  davran  ki,  İslamın 
şərtlərindəndir.” 
 
◘Dünyanın  beş  çətinliyi  var;  bir  dirhəm  də  olsa  borc,  fəraq  (uzaq 
düşmək), bir xardal qədər də olsa dilənmək, bir mil də olsa səfər və qız, 
baxmayaraq ki, bir dənədir. 
 
◘İnsanların ən simici odur ki, İslamdan simiclik etsin, ən tənbəli odur 
ki,  bekar  oturub  Allaha  zikr  demir,  ən  oğrusu  odur  ki,  namazdan  bəzi 
şeylər oğurlayır və bu namazı köhnə əski parçası kimi necə gəldi büküb 
onun  üzünə  vurarlar,  ən  zalımı  odur  ki,  mənim  adımı  eşidib  salavat 
demir, ən bacarıqsızı da odur ki, dua etməkdə aciz olsun. 
 
◘“Layiqli  elm”  təhsilindən  ötrü  sərf  olunmayan  ömür  hədərə  gedib, 
xeyir  işdən  ötrü  sərf  olunmayan  elm  batil  olub,  ixlasla  yerinə 
yetirilməyən  əməl  bərbad  olub,  davamlı  olaraq  qorunmayan  ixlas  zay 
olub,  aqibəti  xeyirli  olmayan  davamiyyət  də  puç  olub.  Çünki  hər  bir 
əməlin xeyirli olub olmamasının meyarı onun aqibəti ilə ölçülür. 
 
◘Bilin ki, qəbir beş sözlə fəryad edir: 
1) Ey Adəm övladı! İndi mənim belimdə gəzirsən, lakin son mənzilin 
bətnimdədir. 
2)  Ey  Adəm  övladı!  Belimdə  şadsan,  lakin,  bətnimdə  qəmgin 
olacaqsan. 
3) Belimdə günah edirsən, bətnimdə əzaba düçar olacaqsan. 
4) Belimdə gülürsən, qarnımda isə ağlayacaqsan. 
5)  Belimdə  haram  yeməklər  yeyirsən,  bətnimdə  isə  oddan,  atəşdən 
yeməklər yeyəcəksən. 
 
◘Qəbrin beş nidası var:  
1) Mən tənhalıq eviyəm, özünüzlə dost gətirin.  
2)  Mən  ilanlar  mərkəziyəm,  özünüzlə  onları  zərərsizləşdirən  vasitə 
gətirin.  
3) Mən qaranlıq bir mənziləm, özünüzlə çıraq gətirin. 
4) Mən döşəməsi torpaq olan bir mənziləm, özünüzlə xalça gətirin.  
5) Mən fəqirlik eviyəm, özünüzdən qabaq xəzinə göndərin. 
 
◘Nə qədər ki, bir kəsdə beş xüsusiyyət cəm olmayıb heç vaxt imanı 
kamil  olmaz;  Allaha  təvəkkül,  Onun  qarşısında  təslim,  bəlaya  səbr, 
Allahın təqdirinə razılıq və camaatla mehribanlıq. 
 


 
182 
◘Möminin beş əlaməti var; xəlvətdə də təqvalı olmaq, kasıb halında 
da  sədəqə  vermək,  müsibət  və  bəla  zamanı  səbr,  qorxu  zamanı  düz 
danışmaq, qəzəb zamanı mülayim olmaq. 
 
◘Mal  toplamağın  beş  eybi,  nöqsanı  var;  cəm  etmək  əziyyəti,  Allahı 
yad  etməkdən  qəflət,  əldə  edən  zaman  onu  əldən  vermək  qorxusu, 
simiclik,  ləyaqətli  və  saleh  insanlardan  uzaq  düşmək.  Mal-dövləti 
xərcləməyin də beş nəticəsi var; can rahatlığı, Allahı yad etməkdən ötrü 
asudə olmaq, oğrudan və s. əldən vermə vasitələrindən olan qorxunun 
olmaması,  kərim  və  səxavətli  insan  kimi  tanınmaq  və  saleh  insanlarla 
dostluq. 
 
◘Hər  kəs  özünü  göstərməkdən  ötrü  elm  öyrənərsə  dünyadan  cahil 
kimi  gedər,  hər  kəs  əməldən  ötrü  yox,  danışmaqdan,  söhbət  etməkdən 
ötrü  elm  öyrənərsə  münafiq  kimi  ölər,  hər  kəs  mübahisə  və  mücadilə 
etməkdən  ötrü  elm  öyrənərsə  fasiq  kimi  can  verər,  hər  kəs  var-dövlət 
toplamaqdan  ötrü  elm  öyrənərsə  dinsiz  halda  dünyadan  gedər  və  hər 
kəs əməldən ötrü elm öyrənərsə arif və Allahı tanıdığı halda dünyadan 
gedər. 
 
◘Beş  şey  axirət  müsibətlərindəndir;  namazı  əldən  vermək,  alimin 
ölməyi,  səndən  bir  şey  istəyəni  naümid  etmək,  ata-anaya  itaətsizlik 
etmək və zəkat verməmək. 
 
◘Beş  şey  də  dünya  müsibətlərindəndir;  dostun  ölümü,  mal-dövlətin 
tələf olmağı, düşmənin məzəmməti, işləməmək və pis qadın. 
 
◘Bir kəs sübh namazını qılmadığı vaxt göydən bir mələk onu səsləyib 
deyər: “Ey ziyankar!” Əgər zöhr namazını da qılmasa ona deyilər: “Ey 
xəyanətkar!”  Əgər  əsr  namazını  da  tərk  etsə  ona  deyilər:  “Ey 
günahkar!” Əgər məğrib namazını da tərk etsə ona deyilər : “Ey kafir!” 
Elə ki, işa namazını da tərk edər ona belə deyilər: “Səndə heç bir xeyir 
və fayda yoxdur!” 
 
◘Allah  qiyamət  günü  beş  nəfəri  öz  ərşinin  kölgəsi  altında  saxlayar; 
namaz  qılanı,  zəkat  verəni,  oruc  tutanı,  Allah  yolunda  cihad  edəni  və 
Kəbənin ziyarətinə gedənləri. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə