174
◘Alış-verişlə məşğul olan kəs gərək beş şeydən uzaq olsun. Əks
təqdirdə, alveri tərk etsin; riba almaq, and içmək, malın nöqsanını
örtmək, satış zamanı malı tərifləmək, alış zamanı malı pisləmək.
◘Beş nəfərdən hər bir halda uzaq gəzmək lazımdır; xora xəstəliyinə
tutulandan, natəmiz və çirkin adamdan, dəlidən, haramzadədən və
ərəblərdən. (yəni, biyabanda həyat sürüb ictimai və dini ədəblərdən
xəbəri olmayan bədəvilərdən).
◘Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Ya Rəsuləllah, mən bu oğluma
yazı yazmaq öyrətmişəm, indi onu hansı peşəyə qoyum?” Həzrət
buyurdu: “Allah sənin atana xeyir versin! Hansı işə istəyirsən qoy, beş
işdən başqa; kəfən satan, zərgərlik, qəssablıq, buğda satan və qul satan.
Çünki, kəfən satan həmişə camaatın ölməyini arzulayar, halbuki,
mənim ümmətimdə yeni doğulan körpə günəşdən və onun saçdığı
bütün şeylərdən üstündür. Zərgər müamilə zamanı hiylə və fırıldaq
işlədər, qəssab daşqəlbli olar, buğda satan möhtəkir
1
(1) olar. Qul alveri
ilə məşğul olan adama gəldikdə isə, Cəbrail (ə) mənə xəbər verdi ki,
insanların ən pisi Allahın qullarını satanlardır.”
◘Allah mənə üç üstün xüsusiyyət vermişdir ki, məndən öncə bunları
heç kəsə verməmişdir; yer üzərini (torpağı) mənim üçün səcdəgah və
paklayıcı qərar vermişdir, mənə düşmənlərimin qəlbində dəhşət və
qorxu yaratmaqla daim kömək etmişdir, döyüş qənimətlərini mədən
ötrü halal etdi, mənə mükəmməl, hərtərəfli nitq və bəlağət verdi və
mənə şəfaət məqamı nəsib etdi.
◘Allah-təala beş xüsusiyyət mənə və beş xüsusiyyət də Əliyə (ə)
verib; mənə mükəmməl sözlər, Əliyə isə mükəmməl elm əta edib, mənə
peyğəmbərlik, Əliyə (ə) isə imamlıq verib, mənə Kövsər hovuzunu,
Əliyə (ə) isə Səlsəbili bəxş edib, mənə vəhy göndərib, Əliyə (ə) isə
ilham, məni göyə apardı, Əlidən (ə) ötrü isə göyün qapılarını açıb
gözləri önündən pərdələri götürdü.
◘Allahdan necə lazımdır utanın;
1.Əgər əməl etmək qərarınız varsa yatmayın.
1
Möhtəkir–baha satmaqdan ötrü mal alıb yığan adam.
175
2-3. Beyinə və onun fikirlərinə və qarına və onun möhtəvasına
düzgün riayət edin. 4. Qəbiri və bədəninizi örtməyi yaddan çıxarmayın.
5. Axirəti istəyəndə dünya bər-bəzəyindən əl çəkin.
◘Hər kəs beş şeyi öz öhdəçiliyinə alsa, mən də behiştdən ötrü ona
zamin olaram; Allaha, Peyğəmbərə (s), Qurana, Allahın dininə, İslam
cəmiyyətinə qarşı xeyirxah və ürəyiyanan olsun.
◘Peyğəmbər (s) əmr verib ki, beş heyvanı öldürsünlər; qarğa,
sağsağan, ilan, əqrəb və quduz it.
◘Beş şey fitri dindən irəli gəlir; dırnaq tutmaq, bığları azaltmaq,
qoltuğun tüklərini və qarının aşağı hissəsindəki tükləri azaltmaq və
sünnət etmək.
◘Həzrət Əliyə (ə) etdiyi nəsihətlərində belə buyurur: “Əbdül-Müttəlib
cahiliyyət dövründə beş qanunu adət halına saldı ki, Allah-təala onları
İslamda da saxladı:
1) Atanın arvadını oğula haram bildi. Bu barədə Allah-təala buyurub:
“Atalarınızın evləndiyi qadınlarla evlənməyin.”
2) Xəzinə tapan şəxs beşdə birini sədəqə verməli idi. Allah da belə
buyurub: “Bilin ki, döyüşdə ələ keçirdiyiniz qənimətlərin beşdə bir
hissəsi Allahındır.”
3) Zəmzəm suyunun adına “Siqayətül-Həcc” yəni, “Hacılara verilən
su” adını qoymuşdur.
4) Qan bahasını yüz dəvə qərar verdi.
5. Qüreyş nəzərində təvafın xüsusi miqdarı yox idi. Əbdülmüttəlib
onun sayını yeddi qərar verdi. Bu hökm də İslamda olduğu kimi qaldı.”
◘Ey Əli! Əbdülmüttəlib nə qumar oynadı, nə bütə sitayiş etdi, nə də
ki, bütlərdən ötrü kəsilən qurbanlıq heyvanların ətindən yedi. O, belə
deyirdi: “Mən İbrahimin (ə) dinindəyəm.”
◘Beş münasibətdən başqa ziyafət verməyə lüzum yoxdur; toy, övlad
dünyaya gələrkən, uşağı sünnət edərkən, Məkkədən qayıdarkən və ev
alarkən.
◘Ey Əli! Mən sənin barəndə Allahdan beş şey istədim, hamısını da
verdi:
1. Mən qəbirdən qalxacaq əvvəlinci kəs olum, Əli də mənimlə olsun.
2. İcazə versin əməllərin haqq-hesabı çəkilən yerdə ikimiz də olaq.
176
3. Qiyamət günü səni mənim bayraqdarım etsin.
4. Mənim ümmətimə sənin vasitənlə Kövsər hovuzundan su içirsin.
5. Behiştə gedən zaman səni ümmətin rəhbəri qərar versin. Allaha
şükürlər olsun ki, bütün bunları qəbul etməklə mənim boynuma minnət
qoydu.
◘Cümə günü günlərin ən üstünüdür və Allah yanında fitr və Quban
bayramlarından da üstündür. Cümə gününün beş üstün xüsusiyyəti var:
1) Adəm bu gündə yaranıb.
2) Bu gündə də yerə enib.
3) Vəfatı da bu gündə olub.
4) Cümə günündə bir saat var ki, hər kəs Allahdan öz hacətini həmin
saatda istəsə qəbul olunar. Bu şərtlə ki, haram bir şey istəməsin.
5) Müqərrəb mələklər, yer, göy, küləklər, dağlar, su, quru hamısı
nigarandırlar ki, olmaya qiyamət günü də bu gündə olsun. (Yəni, çox
ehtimal var ki, Qiyamət günü də bu gündə olsun.)
◘Yəzid ibni Sabitə buyurdu: “Evlənmisən?” Dedi: “Xeyr.”Buyurdu:
“Evlən ki, pakdamən qalasan və heç vaxt “şəhirə”, “ləhirə”, “nəhirə”,
“hidərə” və “ləfut”la evlənmə! Yəzid dedi: “Ya Rəsuləllah, mən
bilmirəm sənin bu buyurduqların nə deməkdir.” Buyurdu: “Ərəb
deyilsənmi? Şəhirə göy rəngli, acıdil və həyasızdır, “ləhirə” hündür
boylu və arıqdır, “nəhirə” balaca boylu və pis görkəmlidir, “hidərə”
yaşı keçmiş qocadır, “ləfut” isə başqa ərdən uşağı olan qadındır.”
◘İnsanların ən yaxşısı o kəslərdir ki, yaxşı iş görən zaman sevinər, pis
iş görən zaman peşman olar və istiğfar edər, nemət zamanı şükür, bəla
və müsibət zamanı isə səbir olar və bir də acığı tutanda güzəştə gedir.
◘Ramazan ayında mənim ümmətimə beş imtiyaz verilib ki, məndən
öncə heç bir ümmətə verilməyib:
1. Birinci gecədə Allah hamıya rəhmət nəzərilə baxar və hər kəsə ki,
Allah rəhmət nəzəri ilə baxsa heç vaxt ona əzab verməz.
2. Ağızlarından gələn iy Allah yanında müşkdən də ətirlidir.
3. Mələklər gecə-gündüz onlardan ötrü istiğfar edər.
4. Allah behiştə əmr edər ki, özünü bəzəyib bəndələrimdən ötrü
rəhmət diləsin. Çünki, tezliklə onlar dünyanın əzab-əziyyətindən xilas
olub behiştə, mənim onları şərəfləndirəcəyim yerə daxil olacaqlar.
5. Ayın axırıncı gecəsi hamını bağışlayar.
Dostları ilə paylaş: |