Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə66/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   62   63   64   65   66   67   68   69   ...   100

 
198 
 
ALTINCI BÖLMƏ 
Altı tərkibli nəsihətlər 
BİRİNCİ FƏSİL 
Peyğəmbərdən (s) nəql olunan hədislər 
◘Ey müsəlmanlar, zinadan çəkinin! Zinanın altı cəzası var. Onun üçü 
dünyada, üçü isə axirətdədir. Dünyada olan cəzaları bunlardır; gözəlliyi 
aradan aparar, fəqirlik  gətirər və ömrü qısaldar.  Axirətdə olan əzabları 
isə bunlardır; Allahın qəzəbinə səbəb olar, hesabı çətinləşdirər və əbədi 
atəşə səbəb olar. 
 
◘Sizə sədəqəni tövsiyə edirəm. Onun altı xüsusiyyəti var. Onun üçü 
dünyada, üçü isə axirətdədir. Dünyadakı xüsusiyyətləri bunlardır; ömrü 
uzadar,  ruzini  artırar  və  şəhərləri  abad  edər.  Axirətdəki  xüsusiyyətləri 
bunlardır; övrəti örtər, Qiyamət günü baş üzərinə kölgə salar və insanı 
cəhənnəm odundan qoruyar. 
 
◘Siz  altı  şeyi  yerinə  yetirməyi  öz  öhdənizə  alın,  mən  də  behiştə 
getməyinizdən ötrü sizə zamin dururam; yalan deməyin, vədinizə xilaf 
çıxmayın,  əmanətə  xəyanət  etməyin,  haramdan  gözünüzü  yumun, 
iffətsizlik etməyin, əlinizi və dilinizi qoruyun. Bunlar elə işlərdir ki, hər 
kəs yerinə yetirsə behiştə daxil olar. 
 
◘Məndən sonra peyğəmbər  yoxdur, sizdən sonra da ümmət. Bəs elə 
isə,  Allaha  tapının,  gündəlik  beş  vacib  namazlarınızı  yerinə  yetirin, 
Ramazan  ayının  oruclarını  tutun,  Allah  evinin  ziyarətinə  gedin,  malın 
zəkatını rəğbətlə verin, imamlara itaət edin ki, behiştə varid olasınız. 
 
◘Altı xüsusiyyət mərd insanlara məxsusdur. Bunların üçü səfərə, üçü 
isə  vətənə  aiddir.  Vətənə  aid  olanlar;  Quran  oxumaq,  Allahın 
məscidlərini  abadlaşdırmaq  və  Allaha  xatir  yaxşı  insanlarla  dostluq. 
Səfərə aid olanları isə bunlardır: azuqəni dostların ixtiyarında qoymaq, 
xoş xasiyyət və halal zarafat. 
 
◘Allah-təala altı işi məndən, canişinlərimdən və ardıcıllarımdan ötrü 
bəyənməyib;  namaz  halında  bir  şeylə  oynamaq,  oruc  halında  qadınla 
yaxınlıq  etmək,  sədəqə  verdikdən  sonra  minnət  qoymaq,  cunub  halda 


 
199 
məscidə  getmək,  camaatın  evinə  girmək  və  qəbristanlıqlara  gülmək. 
(Bu altı işin birinci və altıncısı məkruh, qalanları isə haramdır.) 
 
◘Peyğəmbər  hər  gün  altı  şeydən  Allaha  pənah  aparırdı;  şəkk,  şirk, 
yersiz  təəccüb,  qəzəb,  zülm  və  həsəd.  (Şəkdə  məqsəd  üsuli-əqaiddə 
olan şəkk, şirkdə isə məqsəd məbud və ibadətdə şirkdir.) 
 
◘Allaha  qarşı  itaətsizlik  göstərmənin  əvvəli  altı  şeydən  başladı: 
Dünya  məhəbbəti,  böyüklük  istəyi,  qarınqululuq,  qadınlara  meyl, 
yuxuya ifrat meyl və rahatlığa can atma. 
 
◘Dördayaqlının  öz  sahibi  boynunda  altı  haqqı  var;  elə  ki,  bir  yerdə 
dayandı  birinci  gərək  ona  ot  versin,  suya  çatanda  birinci  ona  içirsin, 
üzünə  vurmasın  (çünki,  Allaha  təsbih  deyir),  dayanarkən  belində 
oturmasın  (yalnız  Allah  yolunda,  yəni,  cihad  meydanında  və  s.)  gücü 
çatdığı qədər yükləsin və ondan bacardığından artıq sürət tələb etməsin. 
 
◘Bir gün Peyğəmbər (s) bir yerdən keçirdi. Gördü ki, bir dəstə insan 
bir yerə yığışıb. Soruşdu: Nə olub? Dedilər: Burada biri var  dəli olub, 
onu cin vurub. Buyurdu: Bu dəli deyil, xəstədir.  İstəyirsinizmi ki, sizə 
həqiqi dəlinin kim olduğunu bildirim? Dedilər: Bəli, ey Allahın rəsulu! 
Həzrət  (s)  buyurdu:  Həqiqi  dəli  o  kəsdir  ki,  təkəbbürlə  yol  gedir, 
hamıya  yuxarıdan  baxır,  o  tərəf-bu  tərəfə  yekəxanalıqla  dönür,  günah 
edir,  amma  behişt  arzusundadır,  nə  şərindən  amandadırlar,  nə  də 
xeyrinə ümidvardırlar. Belə adam həqiqi mənada dəlidir. 
 
◘Altı  dəstə  insana  Allah  və  bütün  peyğəmbərlər  lənət  etmişlər; 
Allahın  kitabına  bir  şey  artıran  kəslər,  qəza  və  qədəri  inkar  edənlər, 
mənim sünnəmi tərk edənlər, Allahın  mənim xanədanıma qarşı  haram 
bildiyi işləri halal bilənlər, camaata zor gücünə hakim kəsilərək Allahın 
əziz  etdiyi  kəsləri  zəlil  etməklə  özünün  əziz  olmağından  ötrü  çalışan 
kəslər və müsəlmanların malını halal bilib özünə aid edən kəslərə. 
 
◘Təqvalı alimin əcri İsa ibn Məryəmin (ə) əcrinə bənzəyir, səxavətli 
varlının  əcri  İbrahim  Xəlil  peyğəmbərin  (ə)  əcrinə  bənzəyir,  səbirli 
fəqirin  əcri  Əyyubun  (ə)  əcrinə  bənzəyir,  ədalətli  rəhbərin  əcri 
Süleyman  ibn  Davudun  (ə)  əcrinə  bənzəyir,  tövbəkar  cavanın  əcri 
Yəhya  ibn  Zəkəriyyanın  (ə)  əcrinə  bənzəyir,  məhrum  qadının  əcri 
Məryəmin (ə) əcrinə bənzəyir. 
 


 
200 
◘Münafiq verdiyi vədə xilaf çıxar, rəftarı pis olar, danışığı yalan olar, 
əmanətə  xəyanət edər,  pulu çox olanda bərk gedər, az olanda da səsi 
çıxmaz. 
İKİNCİ FƏSİL 
Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri hədislər 
◘Beş dəstə insan beş əmələ görə cəhənnəmə gedər; padşah zülmünə 
görə,  çöl-biyaban  camaatı  təəssübünə  görə,  kənd  sahibləri  yalanlarına 
görə,  tacirlər  xəyanətlərinə  görə,  kəndlilər  nadanlıqlarına  görə  və 
mütəfəkkirlər paxıllıqlarına görə. 
 
◘Hər  bir  müsəlmanın  digər  müsəlman  boynunda  altı  haqqı  var; 
görüşən zaman salam vermək, dəvətini qəbul etmək, ona qarşı xeyirxah 
olmaq,  ona  nəsihət  etmək,  asqıran  zaman  ona  “yərhəməkumullah” 
demək,  xəstə  olan  zaman  onu  yoluxmaq,  öləndən  sonra  dəfn 
mərasimində iştirak etmək. 
 
◘Altı  şey  altı  yerdə  qəribdir;  məscid  namaz  qılmayanlar  arasında, 
Quran  onu  oxumayanların  evində,  Quran  fasiqin  qəlbində,  müsəlman 
qadın  dinsiz,  zülümkar  və  bədxasiyyət  ərin  evində,  müsəlman  kişi 
əxlaqsız  və  alçaq  qadının  evində  və  alim  sözünə  qulaq  asmayanların 
arasında. 
 
◘Bir kişi Peyğəmbərə (s) ərz etdi: “Mənə elə bir əməl öyrət ki, onun 
vasitəsi ilə həm Allah, həm də bəndələri məni sevsin, var-dövlətim çox, 
bədənim  sağlam,  ömrüm  uzun  olsun  və  Qiyamət  günü  də  səninlə 
məhşur olum.” Peyğəmbər (s) buyurdu: “Sənin bu istədiklərin altı şeyə 
bağlıdır. Ona görə də gərək həmin altı şeyə riayət edəsən. Allahın səni 
sevməyini  istəyirsənsə  Ondan  qorx  və  təqvalı  ol.  Camaatın  səni 
sevməsini  istəyirsənsə  onların  malına  tamah  salma.  Əgər  istəyirsənsə 
var-dövlətin  çox  olsun  çoxlu  sədəqə  ver.  Bədəninin  sağlam  olmağını 
istəyirsənsə  çoxlu  oruc  tut.  Əgər  uzun  ömürlü  olmaq  istəyirsənsə 
qohumlarınla  mehriban  və  xoşrəftar  ol.  Qiyamət  günü  də  mənimlə 
məhşur olmaq istəyirsənsə Qəhhar Allah qarşısında çox səcdə et.” 
 
◘Elə  ki,  Allah  behişti  yaratdı,  üç  dəfə  buyurdu:  “Xoş  möminlərin 
halına.”  Ərşi  saxlayan  mələklər  də  bunu  eşitcək  təkrar  etdilər.  Daha 
sonra  xitab  olundu:  “Hər  kəs  altı  xüsusiyyətə  sahib  olsa  mömin  hesab 
olunur; düz danışmaq, vədəyə vəfalı olmaq, əmanətə xəyanət etməmək, 
ata-anaya yaxşılıq etmək, sileyi-rəhm, günahdan tövbə. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə