Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə56/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

 
167 
◘Bəziləri  deyib:  “Camaat  dörd  dəstədir:  1.  Bəziləri  bilir,  lakin, 
bildiyini bilmir. Belələri unutqanlardır, onların yadına salın. 2. Bəziləri 
bilmir  və  bilir  də  ki,  bilmir.  Belələri  cahillərdir,  onlara  təlim-tərbiyə 
verin.  3.  Bəziləri  bilmir  və  bilmir  ki,  bilmir  (yəni,  bilmədiyini  də 
bilmir)  bunlar  nadanlardır,  belələrini  başlı-başına  buraxın.  4.  Bəziləri 
də  ki,  bilir  və  bildiyini  də  bilir.  Bunların  ardınca  gedin,  bunlar 
alimlərdir.” 
 
◘Hippokrat  deyib:  “Bəla  dörd  şeydədir;  ailənin  çoxluğunda,  malın 
azlığında, pis qonşuda və xəyanətkar qadında.” 
 
◘Dörd  şey  ömrü  xarab  edər;  yemək  üstündən  yemək,  acqarına  su 
içmək, hamamda cinsi yaxınlıq və qoca qadınla cinsi yaxınlıq. 
 
◘Bir  filosof  deyib:  “Dörd  şey  kimi  heç  nə  hədərə  getmir;  vəfasıza 
qarşı  məhəbbət,  qanmayana  yaxşılıq,  ədəbdən  faydası  olmayana  ədəb 
öyrətmək, sirr saxlamayana sirr vermək.” 
 
◘Hər  kəs  dörd  şey  vasitəsilə  dörd  şey  istəsə,  mümkün  olmayan  şey 
tələb  etmiş  olacaq;  riya  vasitəsi  ilə  savab,  düşmənçilik  vasitəsi  ilə 
dostluq, vəfasızlıq vasitəsi ilə vəfa və rahatlıq vasitəsi ilə elm. 
 
◘Fars  filosofları  deyib:  “Dörd  şey  dörd  şeydən  doymaz;  göz  gözəl 
üzdən, qulaq fəsih sözdən, qəlb nəsihətdən və müsafir sərin mehdən.” 
 
◘Rum  filosofları  deyib:  “Dörd  şey  dörd  şeydən  doymaz;  göz 
baxmaqdan, qulaq xəbərdən, yer yağışdan və qadın kişidən. 
 
◘Ərəb filosofları deyib: “Dörd kəs dörd şeydən doymaz; şücaətli kəs 
müharibədən,  səxavətli  kəs  bəxşiş  verməkdən,  pəhrizkar  şəxs  duadan 
və xeyirxah mədhdən.” 
 
◘Hikmət  sahibləri  dörd  asimani  kitabın  hər  birindən  bir  cümlə 
seçiblər. Tövratdan “Hər kəs Allahın verdiklərinə razı olsa dünyada da, 
axirətdə də rahat olar”, Zəburdan “Camaatdan uzaq gəzən kəs dünyada 
və axirətdə nicat tapar”, İncildən “Hər kəs istəklərindən əl çəksə hər iki 
dünyada  əziz  olar”,  Qurandan  isə  “Dilini  saxlayan  hər  bir  kəs  hər  iki 
dünyada salamat olar.” (Əlbəttə, bu məzmunda bir şey Quranda yoxdur, 
yəqin ki, müxtəlif ayələrdən istifadə edilərək belə nəticəyə gəlmişlər.) 
 


 
168 
◘Bir  filosof  deyib:  “Dörd  kəsdən  başqa  heç  kəslə  dostluq  etmə:  1. 
Xeyrinə ümidvar olduğun kəslə. 2. Şərindən amanda olduğun kəslə. 3. 
Əməlindən  bəhrələndiyin  kəslə.  4.  Duasının  bərəkətindən  istifadə 
etdiyin kəslə.” 
 
◘Bir  hikmət  sahibi  deyib:  “İslam  filosoflarının  şüarı  dörd  şeydir; 
təqva, həya, şükr və səbr. 
 
◘Loğman  öz  oğluna  deyib:  “Oğul!  Bil  ki,  Allah  hüzurunda 
dayandığın  zaman  səndən  dörd  şey  barəsində  soruşacaqlar:  1. 
Cavanlığını  hansı  yolda  keçirdin.  2.  Ömrünü  hansı  yolda  keçirdin.  3. 
Malını  hansı  yolla  əldə  etdin.  4.  Malını  harada  sərf  etdin.  Bu  suallara 
cavab hazırla. 
 
◘Oğul!  Bil  ki,  mən  dörd  yüz  peyğəmbərlə  görüşdüm,  onların 
dediklərindən  dörd  cümləni  seçdim:  1.  Namaz  halında  qəlbini  qoru, 
(yəni,  hüzuri-qəlblə  namaz  qıl.)  2.  Süfrə  başında  boğazına  nəzarət  et 
(yəni, nə  yediyinə və nə qədər yediyinə diqqət et.) 3. Camaatın evində 
gözünə hakim ol. 4. Camaat arasında dilini qoru. 
 
◘Hippokratdan  soruşdular:  “İnsaniyyət  nədir?”  Dedi:  “Rifah  zamanı 
təvazökarlıq, qüdrət zamanı əfv etmək, kasıbçılıq vaxtı səxavətli olmaq 
və minnətsiz bəxşiş.” 
 
◘Əbu  Əli  Səqəfi  deyib:  “Ağıllı  insan  gərək  dörd  şeyə  mütləq  riayət 
etsin; əmanət, doğrudanışmaq, ləyaqətli dost, öz daxili aləminə.” 
 
◘Bir  alimdən  soruşdular:  “Giriftarçılıq  anında  nə  edirsən?”  Dedi: 
“Dörd  şeyə  etimad  edirəm,  çətinlik  asanlaşır.  Öz-özümə  deyirəm 
Allahın  qəza  və  qədərinə  çarə  yoxdur,  səbr  etməyib  nə  edəcəyəm, 
bundan da pis hal mövcuddur və olsun ki, fərəc yaxındır.” 
 
◘Bəziləri  deyib:  “İnsan  dörd  şeyi  öz  nəzərində  bərabər  bilməyincə 
kamil  olmaz;  vermək  və  verməmək  (yəni,  ona  bir  şey  versələr  də, 
verməsələr də onun üçün fərqi olmasın), izzət və zillət.” 
 
◘Bilal  ibn  Səid  deyib:  “Ey  Allahın  bəndələri!  Sizin  günahkar 
olmağınıza  baxmayaraq  Allah  dörd  mərhəməti  sizdən  əsirgəməyib; 
ardıcıl  olaraq  sizə  ruzi  verir,  Öz  rəhmətini  əsirgəmir,  eyiblərinizin 
üzərindən pərdə götürmür, bu gün siz nə istəyirsiniz danışırsınız Allah 


 
169 
sizə heç bir söz demir, elə bir gün də gələcək ki, Allah danışacaq və siz 
susacaqsınız.” 
YEDDİNCİ FƏSİL 
Naməlum şəxslər tərəfindən söylənilən nəsihətlər 
◘Ərəblə əcəm dörd şey barəsində müttəfiqdirlər; ürək tab gətirmədiyi 
şeyi  öz  üzərinə  alma,  var-dövlətə  görə  məğrur  olma,  qadına  arxayın 
olma və bir də bihudə iş görmə. 
 
◘Alimlər  dörd  kitabdan  dörd  cümlə  seçiblər;  Tövratdan  “Qənaətcil 
adam  tox  olar”,  Zəburdan  “Sükut  edən  salamat  qalar”,  İncildən 
“Çəkilib bir küncdə oturan nicat tapar”, Qurandan “Allaha tərəf gedən 
hər bir kəs hidayət olub.” 
 
◘Allah-təala  həzrət  Davuda  (ə)  vəhy  edib  buyurdu:  “Ağıllı  insan 
gücünü  dörd  hissəyə  bölməlidir;  bir  hissəsini  Allahla  münacata,  bir 
hissəsini  öz  haqq-hesabını  çəkməyə,  bir  hissəsini  eyiblərini  ona 
göstərməkdən  ötrü  dostlarla  görüşə  və  digər  hissəsini  də  rahatlıq  və 
halal ləzzətlərə.” 
 
◘Qəlbin  nuraniliyi  dörd  vasitə  ilə  əmələ  gəlir;  ac  qarından,  saleh 
dostdan, keçmiş günahları xatırlamaqdan və arzuların azaldılmasından. 
 
◘Düz danışmaq dörd növdür; vacib, haram, məkruh, müstəhəb. Vacib 
şahidlik  edən  zamandır.  Haram  söz  gəzdirən  zaman,  məkruh  camaatı 
üzünə tərifləmək, müstəhəb isə dalca tərifləmək. 
 
◘Dörd xüsusiyyət pisdir, onun dörd şəxsdə olması lap pisdir; simiclik 
varlıda, həyasızlıq qadında, qəzəb alimdə və yalan qazidə. 
 
◘Ağıllı  adamın  dörd  xüsusiyyəti  var;  nadanlara  qarşı  helm,  batildən 
üz  çevirmək,  lazım  olan  yerdə  xərcləmək  və  mal  sərf  etmək,  bir  də 
dostu düşməndən seçə bilmək. 
 
◘Beytül-Müqəddəsin  dağlarında  bir  daş  tapmışdılar,  onun  üzərində 
yazılmışdı;  günahkar  səksəkəlidir,  sözə  baxan  arxayındır,  qane  olan 
əzizdir, həris isə zəlil. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə