Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə59/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   55   56   57   58   59   60   61   62   ...   100

 
177 
Bu  zaman  bir  nəfər  soruşdu:  “Qədr  gecəsi bağışlayar,  yoxsa  axırıncı 
gecə?  “  Həzrət  buyurdu:  “Məgər  görməmisənmi  ki,  işçilərin  maaşını 
işin axırında verirlər?” 
(Zahirən bunlar o kəslərə aiddir ki, bu ayın orucunu üzürsüz sındırmır 
və günah etməklə həya pərdələrini yırtmırlar.) 
 
◘Məaz  deyir  ki,  bir  gün  Peyğəmbərə  (s)  ərz  etdim:  “  Mənə  elə  bir 
əməl öyrət ki, onun vasitəsi ilə atəşdən xilas olub cənnətə daxil olum.” 
Buyurdu:  “Ey  Məaz,  böyük  bir  şey  istədin,  lakin,  Allah  hər  kəs  üçün 
istəsə işləri asanlaşdırar. Allaha itaət et və heç bir şeyi ona şərik qoşma, 
namaz  qıl,  zəkat  ver,  Ramazan  ayının  orcunu  tut  və  bir  də  nə  qədər 
bacardın Allah evinin ziyarətinə get.” 
 
◘Beş xüsusiyyətə yiyələnməmiş heç bir bəndənin imanı kamil olmaz; 
Allaha  təvəkkül,  işləri  ona  tapşırmaq,  fərmanına  itaət  etmək,  təqdirinə 
razı  olub,  bəlalarına  səbr  etmək.  Bir  də  hər  kəsin  dostluğu  və 
düşmənçiliyi, verməyi və əsirgəməyi Allaha görə olsa imanı kamil olar. 
İKİNCİ FƏSİL 
Sünnilərin Peyğəmbərdən (s) nəql etdikləri 
 hədislər 
◘Hər kəs yeddi tayfa insanla düz gəlməsə zərər görər; Alimlərlə düz 
gəlməyən dinini, rəhbərlərlə düz gəlməyən dünyasını, qonşusu ilə düz 
gəlməyən  mənafeyini,  qohumlarla  düz  gəlməyən  alicənablığını,  həyat 
yoldaşı ilə düz gəlməyən isə həyatın şirinliyini və ləzzətini əldən verər. 
 
◘Allah  hər  kəsə  beş  işdə  tövfiq  versə,  ondan  ötrü  beş  mükafat 
hazırlayıb;  hər  kəsə  şükr  etmə  tövfiqi  versə  onun  üçün  çoxlu  nemət 
hazırlayıb,  hər  kəsə  dua  etmək  tövfiqi  versə  ondan  ötrü  icabət 
hazırlayıb, hər kəsə tövbə və istiğfar tövfiqi versə ondan ötrü bağışlama 
hazırlayıb,  hər  kəsə  sədəqə  vermə  tövfiqi  veribsə  ondan  ötrü  əvəz 
hazırlayıb və o kəsə ki, iman verib ona behişt də verəcək. 
 
◘Beş şeydən qabaq beş şeyi qənimət bil; qocalıqdan qabaq cavanlığı, 
fəqirlikdən  qabaq  dövlətliliyi,  məşğul  olmaqdan  öncə  asudəliyi, 
xəstəlikdən öncə sağlamlığı və ölümdən öncə diriliyi. 
 
◘Beş əməlin nəticəsi beş şeydir: 
1) Allah əhd-peymanlarını sındıran millətə düşmənləri hakim edər.  


 
178 
2) Allahın hökmlərindən başqa qanunlar qəbul edən və onlar əsasında 
hökm verən camaata fəqirlik və yoxsulluq üz verər.  
3) Hər hansı bir millət arasında zina artdıqca ölüm də artar.  
4) Çəkidə aldadılan  yerdə bitki bitməz, yaşıllıq olmaz və həmin yerə 
qıtlıq üz verər.  
5) Zəkat verilməyən yerdə də yağış yağmaz. 
 
◘Hər kəs beş iş görsə beş şeyə giriftar olar və hər kəs də bu beş şeyə 
giriftar olsa şübhəsiz atəşə daxil olar: 
1) Hər kəs qaynadılmış üzüm suyu içsə şəraba qurşanar. Şərab içənin 
də cəhənnəmdən çarəsi yoxdur. 
2)  Hər  kəs  naməhrəm  qadınlarla  oturub-dursa  zinaya  qurşanar  və 
zinakar cəhənnəm əhlindəndir. 
3)  Şən  və  vəzifəsinə  uyğun  olmayan  bahalı  paltarlar  geyən  şəxs 
getdikcə təkəbbürlü olar. Mütəkəbbirin də yeri cəhənnəmdir. 
4) Hər  kəs  sultanın  xalçası  üzərində  otursa  gərək  onun  xoşuna  gələn 
sözlər danışsın. Bu işin də sonu cəhənnəmdir. 
5)  Hər  kəs  İslam  əhkamından  xəbəri  olmadan  alış-veriş  etsə  ribaya 
düçar olar. Ribaxor da od əhlindəndir. 
 
◘Sizi beş bataqlıqdan çıxarıb beş mərhələyə yüksəldən hər bir alimlə 
yoldaşlıq  edin;  şəkdən  yəqinə,  riyadan  ixlasa,  dünyapərəstlikdən 
zahidliyə, təkəbbürdən təvazöyə, düşmənçilikdən dostluğa. 
 
◘Elə bir dövr yetişər ki, mənim ümmətim beş şeyə könül bağlayar və 
beş  şeyi  unudar,  Dünyaya  könül  bağlayıb  axirəti  unudar,  var-dövlətə, 
pula  bağlanıb  haqq-hesabı  unudar:  qadınlara  bağlanıb  hurul-eyni 
yaddan  çıxarar,  qəsrlərə  bağlanıb  qəbirləri  unudar  və  özünü  sevib 
Allahı unudar. Onlar məndən bezardır, mən də onlardan bezaram. 
 
◘Sizə beş şeyi əmr edirəm; cəm halda olmağı (cəmiyyəti), haqq sözü 
eşitməyi  və  ona  itaət  etməyi,  (ilahi  elmləri  və  hökmləri  öyrənməkdən 
ötrü) vətəni tərk etmək və Allah yolunda cihad etməyi. Hər kəs bir qarış 
İslam  cəmiyyətindən  uzaq  düşsə  və  qayıdıb  ona  qoşulmasa  İslamdan 
xaric    olmuşdur.  Hər  kəs  başında  cahiliyyət  fikirləri  dolandırsa 
cəhənnəmdə dizi üstə çökmüş kəslərdəndir, baxmayaraq ki, namaz qılıb 
oruc tutmaqla özünü müsəlman hesab edir. 


 
179 
ÜÇÜNCÜ FƏSİL 
Sünni və şiələrin hər ikisinin Peyğəmbərdən nəql etdikləri 
hədislər 
◘Əli  (ə)  barədə  mənə  beş  imtiyaz  verilib  ki,  onları  dünyadan  və 
dünyada olanlardan daha artıq sevirəm:  
1)  Bəndələrin  əməl  və  xüsusiyyətləri  barədə  olan  Allahın  kitabı 
bəndələrin haqq-hesabı bitənə qədər onun yanındadır.  
2) Qiyamət günü həmd  bayrağı onun əlində olacaq.  
3) “Kövsər” hovuzunun saqisidir, mənim ümmətimdən də kimi istəsə 
sirab edəcək.  
4) Məni kəfənə büküb, Allaha tapşıracaq (yəni, qəbrə qoyacaq).  
5)  Onun  paklıqdan  sonra  çirkaba  bulaşacağı  imandan  sonra  küfrə 
düşəcəyi  barədə  zərrə  qədər  də  olsun  nə  bir  qorxum  var,  nə  də  bir 
narahatçılığım. 
 
◘Həzrət  Əliyə  (ə)  etdikləri  nəsihətlərində  buyurur:  Ey  Əli!  Beş  şey 
qəlbi  öldürər;  çox  yemək,  çox  yatmaq,  çox  gülmək,  çoxlu  qəm-qüssə  
və haram yemək. Bu, imanı da aradan aparır. 
 
◘Beş şey unutqanlığa səbəb olar; siçan yeyən bir şeydən yemək, üzü 
qibləyə  idrar  etmək,  axarı  olmayan  suya,  yaxud  da  kül  üzərinə  idrar 
etmək, biti diri halda yerə atmaq və haramçılıqla yaşamaq. 
 
◘Beş şey qəlbi işıqlandırar: “İxlas” surəsini çox oxumaq, az yemək, 
alimlərlə oturub-durmaq, gecə namazı, məscidlərə getmək. 
 
◘Beş  şey  qəlbə  səfa  bəxş  edər  və  qəsavəti  aradan  aparar;  alimlərlə 
oturub-durmaq, yetimin başına sığal çəkmək, gecə yarısı istiğfar etmək, 
gecə az yatmaq və oruc tutmaq. 
 
◘Ey  Əli!  Beş  şey  gözün  nurunu  artırar:  Kəbəyə  baxmaq,  Quranın 
xəttinə baxmaq, ata-ananın üzünə baxmaq, alimin üzünə baxmaq və bir 
də axar suya baxmaq. 
 
◘Bir  qurtum  şərab  içən  adamı  Allah  beş  bəlaya  düçar  edər;  qəlb 
bərkliyi,  Cəbrail,  Mikail,  İsrafil  və  bütün  mələklərin  bezarlığı, 
peyğəmbərlərin bezarlığı və cəhənnəm atəşi. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə