Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə61/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

 
183 
DÖRDÜNCÜ FƏSİL 
Həzrət Əlidən (ə) nəql olunmuş hədislər 
◘Beş  şey  olmasaydı,  insanlar  hamısı  saleh  və  ləyaqətli  olardılar; 
nadanlıq  və  savadsızlığa  qane  olmaq,  dünya  hərisliyi,  bolluqda 
simiclik, riya və ikiüzlülük, öz rəy və fikirlərində xudpəsəndlik. 
 
◘Mən  dili  saxlamaqdan  gözəl  dostluq,  təqvadan  gözəl  libas, 
qənaətdən  dəyərli  dövlət  və  mərhəmətli  və  mehriban  olmaqdan  gözəl 
ehsan və səbrdən də dadlı yemək görmədim. 
 
◘Tövratın  sonunda  beş  cümlə  var  ki,  hər  sübh  tezdən  mən  onları 
oxumağı xoşlayıram: 
1) Əməlsiz alim şeytana bərabərdir. 
2) Ədalətsiz sultan Firona bərabərdir. 
3) Dövlətli qarşısında müti olan tamahkar fəqir itə bərabərdir. 
4) Faydası olmayan dövlət kərpicə bərabərdir. 
5)  Heç  bir  zəruri  ehtiyac  olmadan  evdən  çıxan  qadın  kənizə 
bərabərdir. 
 
◘Mənim beş nəsihətimi heç vaxt unutmayın. Əgər bunları əldə etmək 
məqsədilə  dəvəyə  minib  dünyanı  dövr  etsəniz  dəvə  əldən  düşər,  lakin 
siz məqsədinizə çatmazsınız: 
1) Heç kəs Allahdan başqasına ümid bağlamasın. 
2) Günahdan başqa bir şeydən qorxmayın. 
3) Heç bir cahil sual soruşmaqdan utanmasın. 
4) Səbrin imana nisbəti, başın bədənə olan nisbəti kimidir.  
5) Səbri olmayanın imanı da olmaz. 
 
◘Həzrətdən  soruşdular:  “Bəndəlik  nədir?”  Buyurdu:  “Bəndəlik  beş 
şeydə  özünü  biruzə  verir;  qarını  boş  saxlamaq,  Quran  oxumaq,  gecə 
namazı qılmaq, sübh çağı ah-zar edib yalvarmaq və Allah qorxusundan 
ağlamaqda.” 
 
◘Allah bizə beş imtiyaz verib; fəsahət, camal, kərəm, alicənablıq və 
camaat arasında ehtiram. 
 
◘Elm  beş  şeydən  başqa  heç  cür  ələ  gəlməz;  çoxlu  sual  soruşmaq, 
çoxlu  məşğul  olmaq,  rəftarın  paklaşdırılması,  alimlərin  xidmətində 
durmaq və Cəlal sahibi olan Allahdan kömək istəməklə. 


 
184 
 
◘Cəhənnəmdə bir dəyirman var ki, hey fırlanır. Bilmək istəyirsinizmi 
ki, nə üyüdür?” Dedilər: “Nə üyüdür?” Buyurdu: “Günahkar alim, fasiq 
fəqir, zalım rəhbər, xain vəzir və yalançı şəhər hakimi.” 
 
◘O  həzrət  öz  fərmanı  altında  olan  böyüklərə  yazır:  “Qələmlərinizi 
nazik edin, sətirlərin də arasında az məsafə qoyun. Artıq kəlmələri atın, 
ümdə  diqqətiniz  mənaya  yönəlsin  və  artıq  (ifrat)  şeylərdən  çəkinin. 
Çünki, müsəlmanların beytül-malının bütün bunlara dözümüyoxdur. 
 
◘Hər kəs  gününü bu beş şeydən birinə sərf  etməsə o günün haqqını 
tapdalayıb: Haqqı əda etmək, ya vacibləri yerinə yetirmək, ya yaxşı ad 
qazanmaq,  ya  xeyirli  bir  işin  əsasını  qoymaq  və  yaxud  da  elm  kəsb 
etmək. 
BEŞİNCİ FƏSİL 
İmam Sadiqdən (ə) nəql olunan hədislər 
◘Beş  şeyin  beş  kəsdən  görünməyi  qeyri-mümkündür:  paxıldan 
nəsihət, düşməndən mehr, fasiqdən ehtiram, qadından vəfa, fəqirdən də 
heybət. 
 
◘Beş  şeyə  heç  kəs  etiraz  etmir:  Simicin  aramlığı  yoxdur,  paxıl  heç 
vaxt  ləzzət  görməz,  küsəyən  adamın  vəfası  olmaz,  yalançının 
comərdliyi, ağılsızın da alicənablığı olmaz. 
 
◘Ən çox ağlayanlar beş nəfər olub: Adəm (ə), Yəqub (ə), Yusif (ə), 
Fatimə (ə) və dördüncü imam Həzrət Səccad (ə). 
Adəm behiştdən uzaq düşdüyünə görə elə ağlayırdı ki, gözünün suyu 
sel  kimi  axırdı.  Yəqub  Yusifin  ayrılığına  görə  o  qədər  ağladı  ki,  ona 
dedilər: “Vallah sən belə ağlamaqla ya möhkəm xəstəliyə tutulacaqsan, 
ya  da  öləcəksən.”  Yusif  (ə)  atasından  uzaq  düşdüyünə  görə  o  qədər 
ağladı ki, zindandakılar bezib dedilər: “Ya gecə ağla, gündüz aram qal, 
ya da gündüz ağla, gecə sakit qal.” O da, nəhayət, bunların birini qəbul 
etdi. Fatimə (ə) atasının ayrılığına görə o qədər ağladı ki, bütün Mədinə 
əhli  bundan  narahat  oldular.  Çarəsiz  qalıb  gedib  şəhidlərin  qəbri 
üzərində  ağladı.  Həzrət  Səccad  (ə)  iyirmi  il  (yaxud,  qırx  il)  atasından 
ötrü daim ağlar halda idi. 
 


 
185 
◘Həzrət  Əlinin  (ə)  yazısında  gördük  ki,  böyük  günahların  sayı  beş 
qeyd  olunub:  Allaha  şərik  qoşmaq,  ata-anaya  zülm  etmək,  Allahın 
hökmündən xəbərdar olduğu halda faizə pul yemək, döyüşdən qaçmaq, 
müsəlmanların  şəhərinə  mühacirət  etdikdən  sonra  kafirlərin  şəhərinə 
geri dönmək (dinin vacib hökmlərini yerinə yetirə bilmədiyi halda.) 
 
◘Əbid  ibn  Zürarə  deyir  ki,  bir  gün  Həzrət  Sadiqə  (ə)  ərz  etdim: 
“Böyük  günahları  bəyan  edin.”  Buyurdu:  “Beş  günah  var  ki,  Allah 
onlardan ötrü cəhənnəm atəşi vəd edib: 
1) Yetimin  malını  yemək; Bu barədə  buyurub:  “Yetimlərin mallarını 
yeyənlər  qarınlarını  odla  doldururlar,  tezliklə  onlar  cəhənnəmə  daxil 
olacaqlar. 
2)  Riba;  Bu  barədə  buyurub:  “Ey  möminlər!  Allahdan  qorxun  və 
faizli puldan əl götürün...” 
3)  Döyüşdən  qaçmaq;  Bu  barədə  belə  buyurub:  “Ey  möminlər! 
Döyüşdə kafirlərlə üz-üzə gəldiyiniz zaman dönüb qaçmayın...” 
4) İffət sahibi olan ərli qadınlara böhtan atmaq; 
5) Qəsdən mömini öldürmək. 
(Böyük günahlar çoxdur. Lakin, hər bir münasib anda şəxs və məkan 
nəzərə alınaraq onlardan bir neçəsi bəyan olunub.) 
 
◘Dostluğun  şərtləri  və  hədləri  var.  Bu  həddi-hüduda  riayət 
etməyənləri  kamil  dost  hesab  etmə.  Hər  kəs  də  ki,  ümumiyyətlə,  bu 
şərtlərdən xaric oldu, ona heç dost demə. Şərtlər və hüdudlar bunlardır; 
gizlini də aşkarı da bir olsun. (Heysiyyəti sənin heysiyyətin,  xiffəti də 
sənin  xiffətin  olsun),  malı  pulu  onun  dostluğuna  heç  bir  təsir 
göstərməsin, qüdrəti çatan heç bir şeyi əsirgəməsin, çətinliklər zamanı 
səni tək qoymasın. 
 
◘Hər  kəsdə  bu  beş  xüsusiyyətdən  biri  olmasa  heç  kəs  ondan 
faydalana bilməz; vəfa, tədbir, həya, xoş xasiyyət və azadlıqsevən. 
 
◘Hər  kəs  bu  beş  nemətdən  birinə  sahib  olmasa  həyatın  şirinliyini 
dadmaz  və  həmişə  fikri  ayrı  yerdə  (qarışıq)  olub  daim  özü  ilə  məşğul 
olar; bədənin sağlamlığı, əmniyyət, geniş ruzi və münasib munis. Ravi 
deyir:  “Soruşdum,  münasib  munis  kimdir?  “  Buyurdu:  “Saleh  qadın, 
saleh  övlad  və  saleh  dost.  Beşincisi  isə  bunların  dördünə  də  sahib 
olmaqdır.” 
 
◘İnsanlar  arasında  paylanan  ən  az  şey  beşdir:  yəqin,  qənaət,  səbr, 
şükür və bunların hamısına sahib olan əql. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə