Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə55/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   51   52   53   54   55   56   57   58   ...   100

 
164 
◘Təqvadan  da  gözəl  azuqə  yoxdur.  Sükutdan  da  gözəl  şey  yoxdur. 
(Yəni,  bihudə  və  qeyri-şəri  sözlərdən  edilən  sükut).  Nadanlıqdan  da 
ziyan  verən  düşmənçilik  olmaz  və  yalandan  da  böyük  dərd  mövcud 
deyil. 
 
◘Süfyan Suri deyir: “İmam Sadiqdən (ə) mənə nəsihət etməsini xahiş 
etdim.  Həzrət  (ə)  buyurdu:  “Yalandan  heç  vaxt  comərdlik  gözləmək 
olmaz,  başqalarına  əziyyət  edənin  dostu  olmaz,  paxıl  rahatlıq  tapmaz, 
bədxasiyyət  adam  da    böyüklük  əldə  etməz.”  Dedim:  “Bir  az  da 
buyurun.“  Buyurdu:  “Allaha  etimad  et.  Çünki,  iman  məhz  elə  budur. 
Onun verdiklərinə razı ol. Çünki, ehtiyacsızlıq da elə budur. Qonşunla 
xoş  davran  ki,  müsəlman  hesab  olunasan.  Dinsiz  insanla  da  dostluq 
etmə.  Çünki,  fasiqliyini  sənə  keçirdər  və  Allahdan  qorxan  kəslə 
məşvərət et. 
BEŞİNCİ FƏSİL 
Şiələrin sair imamlardan (ə) nəql etdikləri hədislər 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Hər  kəsdə  dörd  xüsusiyyət 
olsa dini kamil, günahları bağışlanmış və ölüm zamanı da Allah ondan 
razı  olar.  Biri  odur  ki,  camaatla  əhd-peyman  bağladığı  zaman  Allaha 
xatir  ona  riayət  etsin.  İkincisi,  dili  həmişə  doğru  söz  danışsın. 
Üçüncüsü,  Allah  yanında  və  camaat  nəzərində  pis  hesab  olunan  işdən 
çəkinsin. Dördüncüsü, ailəsi və övladlarına qarşı xoş xasiyyət olsun.” 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurub:  “Hər  kəsdə  dörd  xüsusiyyət 
olsa  Allah  behiştdə  ona  bir  ev  əta  edər:  Yetimə  qarşı  nəvaziş 
göstərmək,  zəiflərə  qarşı  mərhəmətli  olmaq,  ata-ana  ilə  mehriban 
davranmaq və qul ilə dostcasına rəftar etmək. 
 
◘İmam  Məhəmməd  Təqi  (ə)  buyurub:  “İşlərini  yerinə  yetirməkdə 
dörd şey insana kömək edər: Sağlam bədən, sərvət, elm və tövfiq.” 
 
◘Həzrət Baqir (ə) uşaqların divar altında qalmış xəzinələri barəsində 
buyurub: And olsun Allaha! Orada qızıl-gümüş yox idi. Sadəcə olaraq, 
bir lövhə var idi ki, orada dörd cümlə yazılmışdı: 
1.  Mənəm  Allah!  Məndən  başqa  məbud  yoxdur  və  Məhəmməd  (s) 
mənim elçimdir. 
2.  Əcəba,  qəza  və  qədərə  inanan  şəxs  ruzi  tələb  etməkdə  nəyə  görə 
tələsir? 


 
165 
3.  Təəccüblüdür  ki,  bir  kəs  dünyanın  vəziyyətini  görür,  lakin  axirəti 
inkar edir. 
4. Ölümə yəqini olan şəxs necə fərəhlənir? 
 
◘Dörd  namazı  istənilən  vaxtda  qılmaq  olar:  Qəza  namazını,  vacibi 
təvaf  namazını,  günəş  tutulan  zaman  qılınan  namazı  və  meyyit 
namazını.  (Yəni,  bunlar  müəyyən  səbəblərə  bağlıdır,  nəinki,  məhdud 
saatlara). 
 
◘Allah dörd peyğəmbərdən başqa heç kəsə padşahlıq verməyib: Nuh 
peyğəmbərdən (ə) sonra gəlmiş Zülqərneyn (ə), Davud (ə), Süleymana 
(ə)  və  Yusifə  (ə).  Zülqərneyn  (ə)  şərqdən  qərbə  qədər  olan  əraziyə 
padşahlıq  edib.  Davud  (ə)  və  Süleyman  (ə)  keçmiş  Şam  və  Fars 
körfəzinə  qədər  olan  ərazidə  padşahlıq  etmişlər.  Yusif  (ə)  isə  Misirin 
hakimi olmuşdur. 
 
◘Günəş doğan zaman dörd mələk onunla birlikdə olar. Onlardan biri 
fəryad edib deyər: “Ey xeyirxahlar, öz işlərinizi sona çatdırın və sevinc 
içində olun.”  Digəri səslənər:  “Ey şər  insanlar, əl çəkin və tərk edin.” 
Üçüncüsü  deyər:  “İlahi,  infaq edənlərin  savabını  ver,  simiclik  edənləri 
isə  tələf  et.”  Dördüncü  mələk  isə  günəşin  istiliyindən  azaldar.  Çünki, 
əgər azaltmasa günəş yeri yandırar. 
 
◘Dörd  peyğəmbərdən  (ə)  dörd  söz  qalıb:  Həzrət  Musadan  (ə)  “Hər 
kim pis dostdan qırılsa, sanki Tövrata əməl edib”, həzrət Davuddan (ə) 
“Hər kəs nəfsani istəklərdən uzaq olsa sanki Zəbura əməl edib”, həzrət 
İsadan (ə) “Hər kəs Allahın qismətinə razı olsa sanki İncilə əməl edib”, 
həzrət  Məhəmməddən  (s)  isə  “Hər  kəs  dilinə  hakim  olsa  sanki  bütün 
Qurana əməl edib.” 
ALTINCI FƏSİL 
Alim və hikmət sahiblərinin dediklərindən 
◘Hamid  deyir:  “Dörd  şeyi  dörd  yerdə  axtardıq  tapmadıq,  sonradan 
başqa  dörd  yerdə  tapdıq:  Ehtiyacsızlığı  sərvətdə  axtardıq,  qənaətdə 
tapdıq,  izzəti  əsil-nəcabətdə  axtardıq,  təqvada  tapdıq,  rahatlığı  var-
dövlətdə  axtardıq,  az  malda  tapdıq,  neməti  paltar,  yemək  və  s. 
istəklərdə axtardıq, bədənin sağlamlığında tapdıq.” 
 


 
166 
◘Alimlərdən  biri  deyib:  “Dörd  şeyi  gizli  saxlamaq  yaxşılıq 
xəzinələrindəndir: Ehtiyacı, sədəqəni, ağrını və bəlanı” (yəni, onlardan 
şikayət edilməsin, nəinki çarə dalınca gedilməsin.) 
 
◘Başqa  birisi  də  deyib:  “Dörd  şey  bədbəxtlik  əlamətidir:  Qəlbin 
bərkliyi, gözün quruluğu, simiclik və uzun-uzadı arzular.” 
 
◘Başqa birisi deyib: “Dörd şey kərəm və böyüklük əlamətidir; bəxşiş, 
kimsəyə əziyyət etməmək, yaxşılığın əvəzini verməkdən ötrü tələsmək 
və  cəza  verməyi  təxirə  salmaq.  Dörd  şey  dörd  məqama  çatmaq 
vasitəsidir;  əql  rəyasətə  çatmaq,  tədbir  siyasətə  çatmaq,  elm  üstünlük 
qazanmaq  və  helm  isə  vüqarlı  olmaq  vasitəsidir.  Dörd  kəsi  dörd  şey 
vasitəsi ilə tanıyarlar: Yazıçını yazısı vasitəsi ilə, alimi cavabı vasitəsi 
ilə,  hikmət  sahibini  əməli  vasitəsi  ilə  və  hövsələli  adamı  səbr  və 
dözümü vasitəsi ilə.” 
 
◘Dörd  şey  xoşbəxtliyə  dəlalət  edir;  elmi  sevmək,  həlim  olmaq, 
düzgün cavab vermək və işlərində səhvə yol verməmək.” 
 
◘Dörd  şey  zirəklik  əlamətidir;  qüssəni  udmaq  (yəni,  qəm-qüssə 
zamanı  dözümsüzlük  göstərməmək),  fürsətdən  istifadə,  camaatın 
tərəfdarlığından istifadə etmək və düşmənə qarşı mehriban və nəzakətli 
olmaq. 
 
◘Dörd  şey  insanı  dörd  şeyə  çatdırar;  səbr  arzu  olunana,  çalışmaq 
hədəfə, zahidlik təqvaya və qənaət var-dövlətə. 
 
◘Əgər dörd xüsusiyyətə sahib olsan bir çox qəm-qüssə və danlaqları 
özündən  uzaqlaşdırmış  olarsan;  xoş  xasiyyət,  qənaət,  doğru  danışmaq 
və əmanətdarlıq. 
 
◘Bir arif deyib: “Dörd şeyi dörd şey vasitəsi ilə yuyun; üzü göz yaşı 
ilə (yəni, Allah xofu və günah qorxusundan), dili zikr vasitəsilə, qəlbi 
Allah qorxusu ilə və günahı da tövbə vasitəsi ilə.” 
 
◘Bir  alim  deyib:  “Elm  ağacının  meyvəsi  dörd  şeydir:  1.  Allahdan 
qorxu.  Bu  alim  və  Pərvərdigar  arasındadır.  2.  Mehribanlıq.  Bu  alimlə 
camaat arasındadır. 3. Səbr. Bu alimlə özü arasındadır. 4. Zöhd. Bu isə 
alimlə dünya arasındadır.” 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə