Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə52/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   48   49   50   51   52   53   54   55   ...   100

 
155 
əmələ  gələr,  əqli  məhdudlaşar),  dini  zəifləyər  və  həyası  azalar. 
Fəqirlikdən Allaha pənah!” 
 
◘Yenə də oğlu İmam Həsənə (ə) buyurub: “Oğul! Əgər sənə çətinlik 
üz  verdi,  dostlarınla məsləhətləş, çünki bunun  dörd  nəticəsi  var;  ya  işi 
öz öhdələrinə alarlar, ya sənə kömək edərlər, ya yol  göstərərlər, yaxud 
da səndən ötrü dua edərlər, həmin dua da müstəcab olar.” 
 
◘“Oğul!  Dörd  şeyi  və  bundan  əlavə  də  dörd  şeyi  məndən  yadigar 
saxla  və  heç  vaxt  unutma.”  Ərz  etdi:  “Onlar  hansılardır?”  Buyurdu: 
“Ən böyük və ən üstün sərvət əqldir, ən böyük yoxsulluq axmaqlıq, ən 
şiddətli  dəhşət  özünübəyənmə  və  ən  gözəl  əsil-nəcabət  xoş  xasiyyət.” 
Ərz etdi: “Atacan, bu birinci dörd şey, bəs ikincisi nədir?” Buyurdu: “O 
biri  dörd  şey  bunlardır:  Axmaqla  dostluq  etməkdən  çəkin,  çünki,  sənə 
bir  yaxşılıq  etmək  istəsə  ziyan  verər.  Yalançı  ilə  də  dostluq  etmə. 
Çünki,  o,  öz  yalanları  ilə  uzağı  sənin  üçün  yaxın,  yaxını  isə  uzaq 
göstərər.  Xəsislə  də  dostluq  etmə.  Çünki  o,  ən  çətin  anlarında  öz 
köməyini səndən əsirgəyər. Bir də dinsiz insandan uzaq gəz. O, da səni 
nifaqı ucbatından satar.” 
 
◘“Oğul!  İstəyirsənmi  sənə  dörd  əməl  öyrədim,  sən  də  bunlara  əməl 
etməklə  heç  vaxt  həkimə  möhtac  olmayasan?”  Ərz  etdi:  “  Bəli.” 
Buyurdu:  “Acmamış  süfrə  kənarında  oturma,  doymamış  yeməkdən  əl 
çək, yeməyi yaxşı-yaxşı çeynə və həmişə yatmazdan qabaq ayaqyoluna 
gedib  özünü  boşalt.  Əgər  bu  dörd  şeyə  əməl  etsən  həkimə  ehtiyacın 
olmayacaqdır.” 
 
◘Bir  nəfər  Həzrət  Əlinin  (ə)  yanına  gəlib  ərz  etdi:  “Dörd  sual 
soruşmaq  istəyirəm.”  Əli  (ə)  buyurdu:  “İstəyirsən  qırx  sual  soruş.” 
Dedi:  “Vacib  nədir,  daha  vacib  olan  nədir?  Yaxın  nədir,  daha  yaxın 
nədir?  Təəccüblü  nədir,  daha  təəccüblü  olan  nədir?  Çətin  nədir,  daha 
çətin olan nədir? Buyurdu: “Vacib Allaha itaətdir, daha vacib olan şey 
günahdan  çəkinməkdir.  Yaxın  Qiyamətdir,  ondan  da  yaxın  ölüm. 
Təəccüblü  dünyadır,  ondan  da  təccüblü  onu  sevmək,  çətin  qəbirdir, 
ondan da çətini ora azuqəsiz getmək.” 
 
◘Hər  kəsin  dəyər  və  qiyməti  onun  səy  və  çalışqanlığı  qədər,  doğru 
danışmaqlığı  comərdliyi  qədər,  şücaəti  mənlik  və  heysiyyəti  qədər, 
həyası isə qeyrəti qədər. 
 


 
156 
◘Hər  kəs  bir  əməli  öz  öhdəsinə  alsa  mən  dörd  şeydə  onun  üçün 
zaminəm: Daim sileyi-rəhm etməyi öhdəsinə alan şəxsə söz verirəm ki, 
qohumları  onu  sevər,  var-dövləti  çox,  ömrü  uzun  olar  və  Allahın 
behiştinə varid olar. (Üsuli əqidəsi düz olan halda.) 
 

Ya alim ol, ya tələbə, ya onlara qulaq asan, ya da bu dəstə insanları 
sevən biri. Bunların beşincisi olsan həlak olacaqsan. 
 
◘Müəllif  deyir:  “Beşincisi  dedikdə  elm  əhlinin  düşməni  nəzərdə 
tutulur.  Çünki  başqa  bir  hədisdə  həzrət  (ə)  buyurur:  “Nə  qədər 
bacarırsan  alim  ol,  yaxud  elm  öyrən,  yaxud  onları  sev,  əgər  bunların 
heç biri olmasan heç  olmazsa onların düşməni olma. 
 
◘Tövratı, İncili, Zəburu və Quranı oxudum və hər birindən bir cümlə 
seçdim:  Tövratdan  “hər  kim  sükut  etsə  nicat  tapar”,  İncildən  “Qənaət 
edən  tox  olar”,  Zəburdan  “Meyillərini  tərk  edən  bəlalardan  amanda 
olar”, Qurandan isə “Hər kəs Allaha təvəkkül etsə Allah ona bəs edər” 
cümlələrini. 
 
◘İnsanlar bir-birindən fərqlənən dörd qrupdan ibarətdir və onların hər 
birinin  xüsusiyyətləri  aşkardır:  Dünyası  yaxşı  olmayanların  gözəl 
axirəti  var,  dünyası  sevinc  və  şadlıq  içində  olanların  axirətdə  payı 
yoxdur, bir qrupu hər ikisinə yiyələnib, dördüncü dəstə də bunların hər 
ikisini zay edib, nə dünyaları var, nə də axirətləri. 
 

İnsanların  xəlq  olunmasında  məqsəd  onların  xoş  xasiyyət  və  gözəl 
əxlaqa yiyələnməsidir. İnsan öz əməllərinə əsasən ya rəğbət qazanır ya 
da töhmət: İnsanı ucaldan şey dörd xüsusiyyətdir: Səbir, elm, ehsan və 
bağışlamaq. 
 

Riyakar  və  ikiüzlünün  dörd  xüsusiyyəti  var:  Təklikdə  tənbəl  və 
süstdür.  Camaat  arasında  zirək,  təriflənən  zaman  daha  fəal  olur, 
təriflənməyən zaman da əməldən bezər. 
 
◘Hədisdə  var  ki,  dörd  xristian  rahibi  Həzrət  Əlini  (ə)  yoxlamaqdan 
ötrü  onun  yanına  gəldilər. Öz  aralarında  qərara  aldılar ki, bir  sualı  hər 
biri  ayrı-ayrılıqda  ondan  soruşsunlar,  əgər  hamımıza  bir  cavab  versə 
deməli elmi naqisdir. Əvvəl birincisi onun yanına daxil olub soruşdu: 
−Mal-dövlət toplamaq əfzəldir, yoxsa elm öyrənmək? 
Buyurdu: 


 
157 
−Elm  öyrənmək  daha  yaxşıdır.  Çünki,  malı  sərf  etdikdə  azalır,  elmi 
sərf etdikdə isə artır. 
Sonra ikincisi daxil olub həmin sualı soruşdu. Həzrət (ə) buyurdu: 
− Elm öyrənmək. Çünki, elm öz sahibini qoruyur, mal isə öz sahibi 
tərəfindən qorunmağa möhtacdır. 
Sonra  üçüncüsü  daxil  olub  həmin  sualı  soruşdu.  Həzrət  (ə)  cavab 
verdi: 
−Elm  öyrənmək.  Çünki,  elm  cəm  edənin  təvazökarlığını,  mal  isə 
təkəbbürünü artır. 
Daha  sonra  isə  dördüncüsü  daxil  olub,  yenə  də  həmin  sualı  verdi. 
Həzrət (ə) onun cavabında belə buyurdu: 
−Elm  cəm  etmək  yaxşıdır.  Çünki,  elm  cəm  edənin  dostu,  mal  cəm 
edəninsə düşməni çoxalar. 
 
◘Dörd  şey  bədəni  qüvvətləndirər:  Cinsi  yaxınlıq  olmadan  alınan 
qüsül,  ətir  iyləmək,  ət  yemək  və  kətan  paltar  geyinmək.  Dörd  şey  də 
bədəni arıqladar; dolu qarınla hamama getmək, qurumuş ət yemək, şor 
xörək yemək və ac qarına su içmək. 
DÖRDÜNCÜ FƏSİL 
Şiələrin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər 
◘Hər kəsə dörd tövfiq verilsə dörd şeydən məhrum olmaz: Hər kəsin 
dua  etməyə halı  olsa  duanın  müstəcab olmasından  naümid olmaz.  Hər 
kəs  istiğfar  etmək  tövfiqi  qazansa  tövbədən  bəhrələnər,  hər  kəs  şükür 
etmək səadətinə qovuşsa nemətin çoxluğundan məhrum edilməz və hər 
kəs səbirli ruha malik olsa əcr və savabdan binəsib olmaz. 
 
◘Dörd varlıq camaatın onlar barəsində etdikləri duanın səsini eşidər: 
Peyğəmbər (s), hurul-eyn, behişt və cəhənnəm. Hər kəs Peyğəmbərə (s) 
salavat göndərsə və ya ona salam versə o həzrətə (s) çatar. Hər kəs desə 
ki, Pərvərdigara, məni hurul-eynlə evləndir, onlar onun səsini eşidər və 
deyərlər:  “Pərvərdigara,  filan  kəs  Səndən  bizi  istəyir,  bizi  onunla 
evləndir.”  Hər  kəs  dua  etsə  ki,  Pərvərdigara  məni  behiştə  daxil  et, 
behişt onun səsini eşidər və deyər: “Pərvərdigara məndə onun üçün yer 
ayır.”  Hər  kəs  də  cəhənnəm  atəşindən  Allaha  pənah  aparsa  cəhənnəm 
deyər: “Pərvərdigara, ona pənah ver.” 
 
◘Üç  xüsusiyyətə  malik  olan  şəxs  cəmiyyət  arasında  dörd  imtiyaza 
sahib  olar.  Hər  kəs  yalan  danışmasa,  zülm  etməsə  və  vədəsinə  xilaf 
çıxmasa  camaat  arasında  ədalətli  şəxs  kimi  tanınar,  məhəbbəti 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə